Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2014 » Июнь » 4 » Adəm və Həvva əslən azərbaycanlı olublar
21:09
Adəm və Həvva əslən azərbaycanlı olublar

  “ Vətənpərvərlik -  əclafın son sığınacağıdır  ” 

   (Samuel Conson)

Bir neçə il bundan əvvəl Türk Dil Qurumunda qonaq idik. Bizi dostcasına qarşıladılar, türksayağı qonaqpərvərlik nümayiş etdirdilər: azı, 10-15 dəfə qaynadılmış, qaynamaqdan rəngi qapqara qaralmış və bir az da qatılaşmış, zəhər kimi acı (diqqətli oxucunun replikası: kim deyir ki, zəhər məhz acı olur?) tam verən çay süzdülər, özü də üskük boyda armudu stəkanda, onun da yarısından çoxu “dodaq yeri”, yanında da bir dənə noxud boyda qənd. Qətiyyən gileylənmirəm! Əvəzində dəyərli alimlərlə tanış olduq, qol-boyun şəkil çəkdirdik. Bu alimlərdən biri ilə türkologiyanın ümümi məsələləri, aktual problemləri, müasir Azərbaycan və türk dillərinin bir-birinə təsiri və s. mövzularda xeyli fikir mübadiləsi apardıq. Söhbətimiz xoşuna gəldi. Sonra müsahibimiz bizi təkidlə vaxtaşırı Türkiyədə keçirilən elmi simpoziumlara dəvət etdi. Biz etiraz etdikcə, özümüzü naza çəkdikcə o daha da ciddiləşirdi. Hətta yol və hotel xərcini öz üzərinə götürdü. Çıxışlara görə sanballı qonorar da veriləcəyini vəd etdi. Sonralar mən həmin adamla ara-sıra yazışırdım. Bir dəfə utanmağı buraxıb ona belə bir sual verdim:

- Hocam, bax bizdə çox adlı-sanlı türkoloq alimlər var, siz niyə onları yox, məhz bizi dəvət edirsiz?

O, elə bil, suala hazır idi, dedi:

- Bilirsən, 90-cı illərin əvvəllərində biz sizin alimləri tez-tez dəvət edirdik. Gəlirdilər. Gəzirdilər. Alış-veriş edirdilər. Çıxışlarında isə yeni bir şey olmurdu. Adətən, sizinkilər türk etnosunun qədimliyindən dəm vurur, az qala, türkləri dünyanın ən qədim xalqı elan edirdilər. Axı biz bilirik ki, bu belə deyil. Bir dəfə isə həmin alimlərinizdən biri (müsahibim ad çəkdi, amma mən özünü elə aparacam ki, guya bu adı unutmuşam, üstünü vurmayın) ciddi bir tədbirdə Azərbaycan dilinin yaşını 30 min ilədək artırdı. Düzü, buna hazır idik, çünki sizinkilər hər dəfə bir-iki min il əlavə edirdilər. Amma bu dəfə lap ağ oldu. Yerdən atmaca atdım ki, bəli, bəli, doğrudu, hətta Adəm və Həvva da əslən azərbaycanlı olub. Sizin alim bir az da ürəkləndi, dedi ki, fikrimcə, Adəm və Həvva türk olub, bu, bir xalq kimi türk (Türkiyə türkləri) və azərbaycanlıların bölünməsindən çox əvvəl baş verib...

Bu əhvalatı ona görə danışıram ki, dünyanın, hətta aşırı millətçi meyillərinə baxmayaraq türk fikir adamlarının bizim yalançı vətənpərvərliyimiz haqqında nə düşündükləri aydın olsun.

Biz vətənpərvərlik məsələsində lovğa və naşıyıq. İndi izah etməyə çalışacam.

Yadınızdadırsa, alimlərlə görüşü zamanı (səhv etmirəmsə, bu, Azərbaycan Milli Ensiklopediyasının müzakirəsi zamanı, əhvalatı detalları ilə xatırlamıram, yanlışlıq etsəm, üzrlü sayın) H.Əliyev tarixçi-alim İqrar Əliyevə öz tövsiyələrini verirdi. İqrar müəllim isə prezidentin xoşuna gəlməkçün demişdi ki, cənab prezident, siz deyəndən sonra mənim ağzım nədi, elə yazmayım! H.Əliyev bir az əsəbləmiş və İqrar müəllimə tarixi bir cavab vermişdi:

-Necə yəni, mənim ağzım nədi?! Sənin ağzın alimdi!

Bizim tədqiqatçılar hansısa elmi araşdırma aparan zaman, sanki, qarşılarına konkret məqsəd qoyurlar və bütün araşdırma həmin məqsədə çatmağa xidmət edir. Bu məqsəd isə təxminən bundan ibarət olur: Azərbaycan xalqının dünyanın ən qədim, ən qüdrətli xalq olduğunu sübüt etmək! Azərbaycan dilinin dünyanın ən qədim və ən zəngin dili olduğunu sübüt etmək! Az qala, sivilizasiyanın Azərbaycandan başladığını sübüt etmək!

Heç də təsadüfi deyil ki, Oljas Suleymenovun elmi faktlardan daha çox yazıçı təxəyyülünün gücünə əsaslanan “Az i Ya” əsəri tezliklə populyarlaşdı, hamının sevimli əsərinə çevrildi. Bu cür yanaşma ilə obyektiv nəticəyə gəlməz olmaz! (Diqqətli oxucu daha bir replika atır: obyektiv nəticə kimə lazımdı ki?! Guya bütün xalqlar öz tarixlərini dəqiq yazırlar? )

Vaxtilə Stalin sovet tədqiqatçılarının qarşısında belə bir tələb qoymuşdu: Sübut etməlisiniz ki, SSRİ-də bir nəfər də olsun, türk yaşamır! Bu, geniş mövzudu, imkan olsa, növbəti yazılarımda buna toxunacam. Hələlik isə tarixi araşdırmada obyektivlikdən və bu məsələlərin inzibati yolla tənzimlənməsindən danışırıq. Bəlkə də, danışası olmadıq.

Bizim ziyalılarımız xalq qarşısında mümkünsüz və fikrimcə, lazımsız bir tələb qoyurlar: sən dünyanın ən qədim xalqı, ən zəngin mədəniyyətə malik milləti olmalısan! Axı bu qeyri-mümkündür. Axı dünya öz tarixinin 21-ci əsrindədir. Artıq çox gecdir. Nə olubsa, olub. Keçənə güzəşt demək lazıdır.

Bu yerdə, özümün gözəl bir sözüm yadıma düşür: “Geriyə baxa-baxa qabağa gedənlərin çuxura düşməsi qanunauyğunluqdur.” Yaman demişəm ha! (Diqqətli oxucu müəllifi qınayır: özünü tərifləyən adamdan zəhləm gedir!)

Biz dünyanın ən qədim xalqı olmağa borclu deyilik! Bir xalq olaraq dünyanın qarşısında belə bir öhdəlik götürməmişik. Bizim daha vacib problemlərimiz var!

Narahat olmayım, mövzudan yayınmamışam. Məsələ burasında ki, biz özünü aldatmağı vətənpərvərlik kimi anlayırıq. Biz öz xalqını dünyanın ən qədim və ən qüdrətli xalqı hesab etməyən adamı vətənpərvər kimi qəbul edə bilmirik. Biz şirin nağıllar həvəskarıyıq, axırda da göydən üç alma düşür. O almaların bölünməsindəki ədalətsizlik isə Azərbaycan reallığına uyğun...

Biz dünyanı Qarabağın tarixi türk torpağı olduğuna inandırmağa borclu deyilik. Qərb üçün, xüsusən də, Amerika üçün tarix maraqlı əhvalatlar toplusundan başqa bir şey deyil. Ən yaxşı halda, onu Hollivud filmlərində istifadə etmək olar. Axı Amerika tarixi 5-6 əsrdən o yana getmir. Axı bizim bu canfəşanlığımız lazımsız enerji və vaxt itkisindən başqa bir şey deyil. Onsuz da, BMT Azərbaycan Respublikasını müharibəyəqədərki sərhədləri ilə tanıyıb. BMT-nin qətnamələrinə məhəl qoyulmaması ayrıca mövzudur, hələlik, qlobal məsələlərə girişməyək.

Bu mənada, biz heç Qafqazın aborigeni olmağa da borclu deyilik. Tutaq ki, bir ağıllı adam çıxıb desə, türklər Qafqaza sonradan gəliblər, lap elə cəmi-cümlətanı 2-3 min il əvvəl, nə olacaq ki? Ləzgi və ya talış qonşumuz gəlib bizi evimizdən qovacaq? Onsuz da, biz ləzgili, talışlı, udinli, avarlı bütöv bir toplumuq. Yüz illərdi, qardaş kimi yaşamışıq. Biri-birimizə lətifə qoşmuşuq. (Diqqətli oxucu ləzgilərin tərsliyi, talışların saat 12-dən sonra özlərini narahat hiss etmələri haqqında olan lətifələri xatırlayıb gülümsəyir.)

Cavanşirin, Babəkin qüdrətli türk hökmdarları olduğuna özümüzü inandırmağa nə gərək var?!

Haşiyə:

Babək filmində bir-neçə maraqlı nüans var: filmin qəhrəmanları dəqiqəbaşı “Uca Şirvinin ruhu”na and içirlər. Şirvinin türk mədəniyyətinə heç bir aidiyyatı yoxdur. Ümumiyyətlə, türk inanc sistemində belə bir kult mövcud deyil. Döyüş səhnələrində istifadə edilən qılıncların da türk döyüş ənənələrinə heç bir dəxli yoxdur. Türk döyüşçüləri heç vaxt tiyəsi düz qılıncdan istifadə etməyiblər. Süvari qoşunların türk döyüş sənətində mühüm yeri var. Süvarilər atın belində rahat döyüşmək üçün tiyəsi əyri və daha yüngül qılıncdan istifadə ediblər. Bu tip qılınclar daha praktik olur. Bunu filmin yaradıcılarının bilə-bilə, yaxud bilməyərəkdən etdiklərini dəqiq bilmirəm. Hər halda, ilahi ədalət belə bir şeydir. Atalar demişkən, yanlış da bir naxışdı. Yaxud, dil yanılar, düzünü deyər.

Bu gün zor ya xoş, dünya Qərb dəyərləri ilə ayaqlaşır. Qərb dəyərləri standarta çevrilir. Qloballaşma prosesi sürətlə gedir. Bu prosesdə standarta çevrilə bilməyən etnik dəyər məhvə məhkumdu. Qərbdə vətənpərvərlik başqa cür anlaşılır: vətənpərvərlik öz işini layiqincə yerinə yetirməkdi. Vəssalam!

Biz isə hansısa qeyri-müəyyən anlayış üçün çalışırıq, yaxud özümüzü elə göstəririk ki, guya çalışırıq: “Vətənə xidmət etmək”. Filologiya təhsili almış bir adam kimi iddia edirəm ki, bu məsdər tərkibinin heç bir semantik mənası yoxdur. Qeyri-müəyyən bir anlayışdır. Bu birləşmənin semantikasında hansı aktiv və ya passiv hərəkətin dayandığı məlum deyil.

Bizimkilərin “Vətən” anlayışı da qeyri-müəyyəndi. Çox vaxt “vətən” və “dövlət” anlayışları üst-üstə düşmür.

Hamısı ona görədir ki, millət-dövlət münasibətləri tarixi ənənəyə dayanmır. Bu məsələdə tarixi faktlar ürəkaçan deyil. Burda dövlətçilik heç bir zaman müqəddəs sayılmayıb, dövlətlərin mahiyyəti hökmdarların taxta çıxma ardıcıllığı ilə dəyişib: Şirvanşahlar, Rəvvadilər, Şəddadilər, Atabəylər, Səfəvilər... Bir az sonra isə etnik xarakterimizə (düzü, etnopsixologiya adlı bir şeyin mövcudluğuna şübhə edirəm, geniş mövzudu, hələlik girişməyək) uyğun olaraq xanlıqlar yaranır. Vəssalam, özümüzə döndük!

Bu yerdə, B.Obama prezident seçiləndə onun müsəlman olduğuna uşaq kimi sevinən və bundan cuşa gələn böyük bir qara kütlənin sadəlövhlüyünə acı-acı gülürəm.

İşə bir bax ki, vətənpərvərlik mövzusunda şamü-səhər pafoslu nitqlər söyləməyi xoşlayan bir kütlə bu anlayışı ifadə etməkçün 7-8 əsrdir, əcnəbi sözdən istifadə edir. Dilə əcnəbi söz onun ifadə etdiyi məfhumla bir yerdə gəlir. “Vətən” ərəb mənşəlidir, bu sözün milli qarşılığı “yurd”dur. “Yurd” sözü isə öz semantikasına görə “doğulduğun lokal ərazi” mənasının sərhədlərini aşa bilmir. Bizim təfəkkürümüzün vətən anlayışına yanaşması lokal, məhəlli xarakter daşımaqda. İlahi, hər şey necə də bir-birə uyğun gəlir!

Burda “Ana” məfhumu müqəddəs sayılıb hər zaman, buna söz yox. Dədə Qorqud deyir: “Ana haqqı-Tanrı haqqıdır!” (“Kitabi-dədəm Qorqud ali lisani-taifeyi-Oğuzan”). “Ana haqqı Tanrı haqqıdır” deyən bir xalqa “Cənnət anaların ayağı altındadır” söyləməyin mənasızlığı isə geniş və təhlükəli mövzudur, hələlik girişməyək.

Sizi ruhdan salmaq istəməzdim, amma deməliyəm ki, “ana vətən” anlayışı milli təfəkkürümüzə yaddır, heç bir tarixi ənənəyə dayanmır. Bu anlayışın yaranma tarixi isə 70-75 ildən o yana getmir. Bu, Böyük Vətən müharibəsinin gedişi zamanı Sovet idarə sisteminin təbliğat məqsədi ilə irəli sürdüyü “Rodina-mat zovyot!” (“Ana vətən çağırır!”, İ.Toidze, 1941) şüarının uğurlu kalkasından başqa bir şey deyil.

Hötməli oxucu, yorulduğunuzu hiss edirəm, haqqında danışdığımız məsələlər yetərincə ciddi məsələlərdir. Bir yazıda bütün mövzunu əhatə etməyə və qəti nəticəyə gəlməyə çətinlik çəkirəm. Bu, elə mövzudur ki, vaxtaşırı üzərinə qayıtmağa məcburam. Ona görə də yazını bitirmək və yorğunluğunuzu götürmək üçün maraqlı bir əhvalat danışacam.

Əvvəldə qeyd etdiyim kimi, TDK-nın həmin əməkdaşı ilə ara-sıra yazışırdıq. Hər dəfə ondan Bakıya nə zaman gələcəyini soruşurdum, ona azərbaycansayağı qonaqpərvərlik nümayiş etdirmək istəyirdim. Bir dəfə o, mənə belə bir əvalat danışdı. Deyir, sizin bir tanınmış aliminizlə dostluq edirdim, tez-tez yazışırdıq. Ailəvi dost idik, arvadı da alim idi, onunla da əlaqə saxlayır, məktublaşırdıq. Hər dəfə Bakıya gəlib qayıtdığımı eşidəndə yaman dilxor olurdular, inciyirdilər ki, niyə onlara xəbər etməmişəm. Hər dəfə bərk-bərk tapşırırdılar ki, nə vaxt gəlsəm, mütləq xəbər edim. Mən isə fikirləşirdim ki, yəqin, məni qonaq etməyi düşünürlər, narahat etmək istəmirdim. Təkid etdiklərinə üçün bir dəfə Bakıya gəlməzdən öncə onlara xəbər verdim. Səhəri gün Bakıya uçdum. Gəldim, qarşıladılar, amma hiss edirdim ki, nəsə narazıdılar – soyuq  davranırdılar. Ankaraya qayıdandan sonra yardımçım dedi ki, Bakıya uçduğunuz gün sizə elə oradan faks gəlmişdi. Faksa baxdım, həmin alim dostumun arvadı mənə uzun bir alış-veriş siyahısı göndərmişdi, Bakıya gələndə alıb gətirməyimi xahiş edirdi.

(Diqqətli oxucu yenə replika atır: hə, noolsun?! bəs deyirdiniz ki, Adəm və Həvva əslən azərbaycanlı olublar?)

İkinci Mahmud

1937.az

Категория: Azərbaycan | Просмотров: 1936 | Добавил: admin | Рейтинг: 5.0/3
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus