Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2014 » Январь » 27 » Ağ-qara günlü yanvar
15:09
Ağ-qara günlü yanvar
Hər bir xalqın tarixində həm faciəli məqamlar, həm də qəhrəmanlıq səhifələri olur.  1990- cı ilin yanvarı da Azərbaycan tarixinə həm qara, həm də işıqlı bir  ağ gün kimi düşdü.  Azərbaycan xalqı  bir olaraq bu ildə  öz müstəqilliyi uğurunda  mübarizə apardı və   sonda buna nail oldu.  Bu mübarizədə  Sovet ordusu tərəfindən  yüzlərcə dinc  insan şəhid oldu. 

Azərbaycanda erməni iddialarına qarşı hərəkat  ilk olaraq xalq tərəfindən başlandı.  Bu dövrdə bir sıra qeyri-formal qurumlar, ictimai-siyasi təşkilatlar meydana gəldi. Ayrı-ayrı ziyalı və vətənpərvər qruplar tərəfindən nümayişlər, yürüşlər və digər aksiyalar təşkil edildi. 1989-cu il iyulun 16-da xalqın ən mütəşəkkil qurumu olaraq Azərbaycan Xalq Cəbhəsi yaradıldı  və  tez bir zamanda bu  təşkilatın  şöbəsi Lənkəranda da yaradıldı.   AXC- in Lənkəran şöbəsinin ilk  təşəbbüsçüsü və rəhbəri Əlikram Hümbətov olmuşdur.   Xalq Cəbhəsi  rayonun maddi sərvətlərinin israfla paylanması, adamların həyat səviyyəsinin aşağı olması,   kadr siyasətindəki nöqsanları , xüsusən  Dağlıq Qarabağ probleminin vaxtında həlli məsələlərini vaxtaşırı mitinqlərdə göstərməklə, rayonun  sosial- iqtisadi, siyasi və milli problem məsələlərini müzakirə etməyi qarşısına məqsəd qoymuşdur. 

Azərbaycanda ilk dəfə, 1990-cı il yanvarın 10- dan 11-ə keçən gecə  Lənkəranda  Xalq Cəbhəsi tərəfindən Sovet hakimiyyəti devrildi. Onlar yerli  hakimiyyət orqanları,  hüquq-mühafizə orqanları və rabitə qovşağının fəaliyyətini  dayandırmağa nail olmuşdular. Bütün bunları  yerli radio ilə  hər yarım saatdan bir azərbaycan və rus dilində xalqa çatdırmışlar.  Bütün bunlara səbəb Ermənistan SSR Ali Sovetinin Qarabağı özünə birləşdirməklə bağlı qəbul etdiyi qərar idi. Bu qərar lənkəranlılar tərəfindən etirazla qarşılandı və  bir qrup  insan hətta Qarabağa  getmək istəyirdilər. Bundan əlavə  lənkəranlılar ermənilərin Bakıdan çıxarılmasını da tələb edirdilər.

Yanvarın 12- də Lənkərandan Naxçıvana və Muxtar respublikanın rayonlarına telefonoqram göndərib onlar kimi hərəkət etməyi, yerli hakimiyyət orqanlarının fəaliyyətini dayandırmağı təklif ediblər. AXC Naxçıvan Vilayət Təşkilatında müzakirə edib lənkəranlıların hərəkətini pisləyiblər. Bunu qarşıdan gələn deputat seçkilərini poza biləcək bir hal kimi qiymətləndiriblər. Naxçıvandan  başqa digər rayonlara da Lənkərandan telefonoqramlar göndərilmişdir.  

Yanvarın 12- də "Leninçi” qəzetinin fəaliyyəti də dayandırılaraq əvəzində "Elin səsi” bületini  buraxılması barədə qərar qəbul edilir. 
AXC  -in Lənkəran şöbəsi 19 yanvarda yürüş edərək  Azərbaycanın İranla sərhədini açmağa nail oldu. Uzun illər görüşmək arzusu ilə yaşayan o taylı-bu taylı azərbaycanlılar Astara sərhədində bir-biri ilə görüşdülər. 20 yanvarda  Sovet ordusu Bakıda dinc əhalini  qıraraq 20 Yanvar hadisəsini törətdi.

Yanvarın 25-də Bakıda 20 Yanvar faciəsini törədən  əsgərlərin bir qismi vertolyotlarla  Lənkərana gətirildi.  Həmən gün Lənkəranda matəm mitinqi təşkil edilmişdir. Bu matəm mitinqində on minlərlə adam iştirak edirdi. Hərbi vertolyotlar insanların başı üstündə fırlanırdı. Vahimə yaratmaq istəyirdilər ki, adamlar dağılışsın. Lakin heç kim yerindən tərpənmirdi.  Azadlıq meydanında Azərbaycanın üç rəngli bayrağı və matəm bayrağı olan qara bayraqlar dalğalanırdı. Mitinqdə şair Əli Nasir  müəllifi olduğu "Ey ana Vətən” marşını söyləyərək  xalqı daha da ruhlandırırdı. 

Ey ana Vətən! Ey ana Vətən!
Haqq yolunda durmuşuq bu baş, bu bədən.

Yanvarın 25- də SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Lənkəranda olan nümayəndəliyi,  Lənkəran Sərhəd Dəstəsinin komandiri, polkovnik Totski ilə Lənkəran Xalq Cəbhəsi nümayəndələri  arasında görüş keçirilmişdir.  Görüşün əsas məqsədi  Xalq Cəbhəsində olan silahları onlardan almaq və sona da  şəhəri tərk etmək idi. 

Yanvarın 26- da Əlikram Hümbətov silahlı dəstə ilə  "İstisu” pansionatı sahəsinə, Haftoni qəsəbəsi ərazisindəki meşəyə çəkildi.  Həmən gün günorta vaxtı Haftoni meşəsində Sovet  qoşunu ilə Əlikram Hümbətovun dəstəsi arasında silahlı toqquşma başladı. Atışma nəticəsində Lənkəran Xalq Cəbhəsi  5 şəhid verdi:

1. Məmmədov Şahin Zahid oğlu- 18 yaş
2. Məmmədov Rahim  Vəliağa oğlu- 21 yaş
3. Bədəlov Rövşən Seyfulla oğlu- 25 yaş
4. Baxşıyev Fazil Babaxan oğlu- 41 yaş
5. Məmmədov Vaqif Məmmədağa oğlu- 30 yaş

Allah şəhidlərimizi rəhmət eləsin!

Bu  silahlı toqquşmadan sona Lənkəran Xalq Cəbhəsinin 37 üzvü həbs edilərək helikopter vasitəsi ilə Bakıya, oradan da Rusiyanın Ulyanovsk həbsxanasına aparıldı. Həmin 37 nəfərə ağır işgəncələr verilib. Qolları arxadan bağlanaraq ipin bir ucu boğazlarına keçirilərək adi yük kimi həmin helikopterə yükləyiblər. Onlardan Tariyel adlı cəbhəçi helikopterdə boğularaq öldü, digər 36 nəfər isə təqribən bir aydan sonra Lənkərana qaytarıldı.

Cox təəssüflər olsun ki. 1990- ci il Lənkəran hadisələrində şəhid olanlar  ancaq qohum və doğmalarının  yadına düşür. Cəmiyyətimiz  və dövlət tərəfindən  bu şəhidlər yad edilməyir. Baxmayaraq bunlar Azərbaycanın müstəqilliyi uğrunda qorxmadan cəsurcasına  Sovet qoşununa qarşı ov tufəngləri ilə vuruşaraq  canlarından keçiblər. Yaxşı olardı ki, bu şəhidlərin adını əbədiləşdirmək üçün onların adına küçə və məktəblər verilsin. 
 
Lənkəran Xalq Cəbhəsinin başladığı mübarizə sonda öz bəhrəsini verdi və Azərbaycan xalqı 18 oktyabr 1991- ci ildə öz  müstəqil dövlətini qurdu.  Bu yolda  canından keçən bütün şəhidlərə Allahdan  rəhmət diləyirik. Yerləri Cənnət və ruhları şad olsun!

İstifadə olunmuş ədəbiyyat siyahısı:
1. Böyükağa Hüseynbalaoğlu, Mirhaşım Talışlı. "Lənkəran”.- Bakı, 1990
2. Tolışi Sədo qəzeti, №1, 2011-ci il
3. İsmayıl Vəliyev (Öməroğlu) . "Qara dündəlik. 1990-cı il 20 yanvar hadisələri ”-  Bakı, 1997
4. Александр Розин. "Моряки Краснознаменной Каспийской военной флотилии во время январских событий 1990 г. в Баку”
5. ANS Televeziyası.  "Ən yeni tarix”- yanvar 2012.
6. Azadlıq radiosu.  " 20 Yanvardan 5 gün sonra...”- 25 yanvar 2012- ci il.
7. www.zeka.az  saytı.  Rahim Nuriyevin  müsahibəsi. 20 yanvar 2010 – cu il.
8. www.gun.az  xəbər portalı.  26 yanvar 2012- ci il.
9.  http://www.youtube.com/watch?v=ZN_TlOSoR2I
10. http://www.youtube.com/watch?v=7G1Y8RZSj4U

Ramin KAZIMOV

 

Категория: Талыш xəbərləri | Просмотров: 1835 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus