Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2012 » Апрель » 8 » Talış generalları: Ağacan bəy Nurullabəyov
13:55
Talış generalları: Ağacan bəy Nurullabəyov
Azərbaycanın tanınmış hərbi xadimlərindən biri də Talışın Dırığ (Değ) mahalından olan general-poruççik Ağacan bəy Nurullabəyovdur. Ağacan bəy 1791-ci ildə indiki Lerik rayonunun Cəngəmiran (Cangəmyon) kəndində, bəy ailəsində dünyaya göz acmışdır.

Atası Nurulla bəy Abdulla bəy oğlu Dırığ mahalının hakimi idi. Ümumiyyətlə Ağacan bəyin ata-babaları Dırığ mahalının hakimləri idi və Talış xanlığı dövründə hörmətə malik, o dövrün böyük nəsillərindən biri olan Dırığ xanları (hakimləri) nəslinə mənsub idilər.

Qeyd etmək istəyirəm ki, Cəngəmiran kəndi (foto) Talış mahalının ən qədim kəndlərindən biridir. Cəngəmiran kəndinin adı tarixi mənbələrdə XXII əsrdən bu yana cəkilir. Orta əsrlərdə buradan şərq ölkələrinə karvan yolu olmuşdur. Bəzi tarixçilərin yanlış olan və təsdiqini tapmayan fikirlərinə görə Cəngəmiran kəndinin (talış dilindən tərcümədə Cangəmyon-döyüş meydanı, döyüş meydanının mərkəzi) adı Teymurlanqın qoşunu ilə gedən müharibələrə görə verilmişdir.

Digər tarixçilərin fikrincə isə bu kəndə Cangəmyon adı məhz Babəkin ərəb işğalçılarına qarşı Talış dağlarında apardığı döyüşlərdən birinin məhz bu kəndin ərazisində baş verdiyinə göre verilmişdir.

Mənim fikrimcə isə ikinci variant daha ağlabatandır, çünki tarixdən də bizə məlumdur ki, Teymurlanq HEC VAXT Talışda müharibə etməyib, əksinə, Talışa dostluqla gəlib və Talışı öz dövlətinin tərkibinə qatmaq üçün müqavilə bağlayıb. Teymurlanqın Talışa gəlməsi həmişə xoş qarşılanıb, bunu fransız tarixçisi Marsel Brionin Teymurlanq haqqında yazdığı tarixi əsərindən də görmək olar.

Amma əksər mənbələrdə Babəkin məhz Talış dağlarında ərəblərə qarşı apardığı AZADLIQ mübarizəsi qeyd edilir və bəzi rəvayətlərə əsasən Babəkin məhz Cangəmyonda ərəb qoşunu ilə döyüşməsi deyilir.

Deməli bu kəndə Cəngəmiran (Cangəmyon) adı məhz Babəkin dövründə, yəni IX əsrdə gedən döyüşə görə verilmişdir.

XVIII əsrdə, Talış xanlığının dövründə buradan Rusiya ilə əlaqə saxlanılırdı. Dırığ hakimlərinin igamətgahıda məhz bu kənddə idi.

Cəngəmiran kəndi çox səfalı və mənzərəli yerdir. Kənddən qırağda yerləşən qəbristanlığ sübut edir ki, bu kəndin tarixi çox qədimdir. Tarixi mənbələrdən bizə aydın olur ki, cəngəmiranlılar döyüşkən tayfa olmuş, hərb sənətinə yiyələnib, onu yaxşı mənimsəmişlər. Bu barədə istənilən qədər tarixi faktlar vardır.

Cəngəmiran kəndi çox görkəmli şəxsiyyətlər yetişdirmişdir və indi də yetişdirir. Belə şəxsiyyətlərdən biri də yuxarıda adı çəkilən general-poruççik Ağacan bəydir.

Tarix elmləri namizədi Firudin Əsədovun "Talış diyarının keçmişinə bir nəzər" və F.Əsədovla tarix elmləri namizədi Sevil Kərimovanın birgə yazdıqları "Çarizmi Azərbaycana gətirənlər" kitablarından, tədqiqatçı-jurnalist Gülməmməd Məmmədzadınin "Cəngəmiranlı general" məqaləsindən, həmçinin Rusiya Mərkəzi Hərbi Arxivindən öyrənirik ki, Ağacan bəy Tiflisdə hərbi xidmətdə olmuş, 1812-ci ildən 1825-ci ilədək poruççik, podpolkovnik, polkovnik, mayor, kapitan rütbələrinə yüksəlmişdir.

1826-cı ildə Ağacan bəyə general-poruççik rütbəsi verilmiş, 1827-ci ildə isə III dərəcəli müqəddəs Stanislav ordeni ilə təltif olunmuşdur.

Lənkəranın hərbi komendantı mayor M.S.İlinskinin Talış Xanlığının daxili işlərinə qarışması, Talış Xanı Mir Həsən Xanla onun arasında narazılığa gətirib çıxarır. 1828-ci ildə Ağacan bəy bu ədavətin və məkrli siyasətin qurbanı olur. Mayor M.S.İlinskinin Qafqaz canişinliyinə Mir Həsən Xan və Ağacan bəyin atası olan Nurulla bəy haqqında yazdığı gizli donosları öz rolunu oynayır. Xalq M.S.İlinskinin qanunsuz hərəkətlərindən və özbaşınalıqlarından təngə gəlib, üsyana qalxır. Dırığ mahalında baş verən üsyana Ağacan bəyin atası Nurulla bəy və atasının əmisi oğlu Dərgahqulu bəy başçılıq edirdilər və bu üsyanda Mir Həsən Xanın tərəfini saxlayırdılar.

Nurulla bəyin mövqeyi barədə mayor İlinskh ali baş komandana xəbər verir. Ali baş komandan Nurulla bəyə cəza vermək üçün onun Tiflisdə xidmət edən oğlu, general Ağacan bəyi öldürtdürür. Onun cənazəsi böyük xərc və çətinliklər hesabına doğma kəndi olan Cəngəmirana getirilir. Düşmən məkrli idi. Cəza əməliyyatının izini itirmək üçün generalın anası Xədicə xanıma ayda 3 min manat təqaüd ayrılır.

Beləliklə general 37 yaşında faciəli sürətdə öldürüldü. Ağacan bəyin atasının ürəyinə dağ çəkilsə də, bir bununla təsəlli tapırdı ki, Ağacan bəyin kiçik qardaşı İbadulla bəy onun yolunu davam etdirir. İbadulla bəy polkovnik rütbəsinə qədər yüksəlmiş, XIX əsrin sonlarında vəfat etmişdir.

Ağacan bəyin ailəsi və övladları haqqında arxivlərdə məlumat yoxdur.

Ağacan bəy öz adını Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazan Talış generallarından biridir. Hesab edirəm ki, general Ağacan bəyin ömrü tədqiq olunmalı, Lerik rayonundakı muzeydə onun adına xüsusi guşə yaradılmalı və adı əbədiləşməlidir.


Mənbələr:
1. Azərbaycanın Mərkəzi Arxivi.
2. Rusiya Hərbi Siyasət Arxivi.
3. Rusiya Mərkəzi Arxivi.
4. Razzaq Xansuvarov "Mir Həsən Xan" "Tolışon Sədo" qəzeti nöm.7-8.
5. Razzaq Xansuvarov "Dırığ mahalı ve Dırığ hakimlərinin şəcərəsi" "Tolışon Sədo" qazeti nöm.9.
6. F.Əsədov "Talış diyarının keçmişinə bir nəzər"
7. F.Əsədov, S.Kərimova "Çarizmi Azərbaycana gətirənlər"
8. G.Məmmədzadə "Lənkəran mahalının sərkərdələri"
9. Marsel Brioni "Я-Тимур, завоеватель Вселенной".
10. "Тимур Ланг о Талыше и о талышах” "Tolışi Sədo” qəzeti nöm: 8 (116) 18 fevral 2011.
11. G.Məmmədzadə "Cəngəmiran kəndi və Cəngəmiran abidələri" "Bolluq ugrunda" qəzeti, 1988-ci il.

Mənə dəstək olan dostum Natiq Abişzadəyə öz minnətdarlığımı bildirirəm.

Razzaq XANSUVAROV-TALIŞXANOV,
"Tolışon Sədo” nöm: 12 (24), 07 aprel 2012


Категория: Şəxsiyyətlər | Просмотров: 2905 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus