Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2013 » Январь » 31 » Ağsaqqal adı vəzifə və hakimiyyətdən daha yüksək bir zirvədir
16:14
Ağsaqqal adı vəzifə və hakimiyyətdən daha yüksək bir zirvədir
Lənkəran ağsaqqalları adından bir qrup şəxsin mənə və dostlarıma ünvanlanmış bəyanata münasibət bildirməyi müəyyən məsələlərə aydınlıq gətirmək məqsədilə zəruri hesab etdim.

Hamıya məlumdur ki, İsa Qəmbərin 13.01.2013-cü il tarixdə Lənkərana səfəri zamanı baş verənlər Azərbaycan əfkari-ümumiyyəsinin böyük ikrahına səbəb oldu. Lənkəranlılar isə bunu ikiqat nifrətlə qarşıladı. Zira, onlar doğru olaraq bu olayı özlərinin mənəvi və əxlaqı dünyasına öyrədilmiş bir qrup insan tərəfindən törədilmiş təcavüz kimi qiymətləndirdi. Bu təcavüzdən doğan ləkəni üzərimizdən atmaq məqsədilə bir qrup ziyalı fərdi olaraq, Azərbaycan Ziyalılar birliyi Lənkəran təşkilatı və Talış Ağsaqqallar Şurası isə bir ictimai qürum olaraq İsa Qəmbəri yenidən rayona dəvət etdi. Bu addım rayonun əksər insanları tərəfindən rəğbətlə qarşılandı. Sonra baş verənlər hamıya məlum olduğundan və bu hadisəni xatırlayarkən çoxlu sayda insanların hisslərini yenidən canlandırmamaq üçün onun üzərində dayanmaq istəmirəm.

Bəyanatda bəyan olunan yanlışlıq və bilərəkdənmi, ya bilməyərəkdənmi yol verilmiış qarayaxmalara keçməzdən əvvəl bildirim ki, bu sənədi imza edənlərin ağsaqqallığına əsla şübhəm yoxdur. Əstəğfurullah! Onların əksəriyyəti rayonda tanınmış adamlardır və hər biri özlərini ağsaqqal elan etmək hüququna malikdirlər. Eyni zamanda onların fikirlərini və ayrı-ayrı məsələlərə mövqeyini bölüşməyən xeyli sayda başqa ağsaqqallar da var ki, bunların da öz fikirlərini bildirmək, başqa təşkilatlarda birləşmək hüququ var. Başqalarının fikrinə, mövqeyinə hörmət və dözümlülük nümayiş etdirmək ən böyük ağsaqqallıq və ziyalılıqdır. Yəqin ki, bunun Konstitutsiyamızda da təsbitini ağsaqqal ziyalılarımız bilməmiş deyillər.

İlk olaraq bildirim ki, Bəyanatda mənim və dostlarımın guya Talış Ağsaqqallar Şurası adından İsa bəyi Lənkərana dəvət etməyimiz yanlışdır. Qeyd etdiyim təşkilat da daxil olmaqla çoxlu digər təşkilat və insanlarla yanaşı mənim təmsil etdiyim Azərbaycan Ziyalılar birliyi də ayrılıqda bu niyyətini bildirmişdi. Talış Ağsaqqallar Şurasının üzvü olmasam da, Sizdən fərqli olaraq bu təşkilatda birləşməyi qəbahət hesab etmir və həmin insanların Azərbaycan dövlətçiliyinə xoş niyyətini dəstəkləyirəm. Sizin isə təşkilatları bir-birinə qarışdırmağınız və talış sözünü tez-tez vurğulamağınız başqa niyyətdən və məlumatsızlığınısdan xəbər verir. Başqa sözlə desək hazır və niyyəti xoş olmayan bir sənədə imza etmisiniz.

Bəyanatda guya bizim tərəfimizdən mətbuatda lənkəranlıların təhqir olunduğu vurğulanır.Əstəğfurullah! Bu yalanı qırmızı boya ilə rəngləməklə insanlarda bir-birinə nifrət aşılamaq ağsaqqal-ziyalı məfkurəsinə qəti uyğun gəlmir. Bu niyyətdə bulunanlar lənkəranlıların başını bir-biri ilə düşmənçiliyə qatmaqla diqqəti özlərindən yayındırıb rayon talan edən, bulanıq suda balıq tutmaq sevdasında olan kiçik bir qrupdur ki, bunlar da hamımıza məlumdur. Bu insanların dəyirmanına su təkmək sizə əsla yaraşmaz. Axı, biz dədə-babadan sizin kimi ağsaqqalların qanı su ilə yuması, düşmənçilik, ədavət yarada biləcək halların qarşısını almaq üçün müdrük addımlarının şahidi olmuşuq. Sizin çoxunuzun timsalında da məhz bunu görmək hər bir lənkəranlının arzusudur və bu arzumuza çatacağımıza böyük inamım var.

Sənəddə mənim də təmsil olunduğum bir illik hakimiyyət haqqında həqiqəti əsla əks etdirməyən iftiralar altında sizin imzanızı görmək mənə çox ağır gəldi. Bir illik hakimiyətimiz dövründə rayon rəhbərliyi çox mühüm saydığı işlərdə həmişə Sizin xeyir-duanız və məsləhətlərinizi qiymətləndirmiş, bütün tədbirlərimizdə sizlərə böyük ehtiramla yanaşmışdı. Amma indikindən fərqli olaraq heç zaman iradənizin, qəlbinizin əleyhinə olan rəzil işlərə sizləri məcbur etməmişdi.

Bəyanatda bir illik hakimiyətdə olan bizlər "xam dəlləyə” bənzədilir. Sənədi imzalayan Sərhad Məmmədova sualım var. Sərhad müəllim, "xam dəlləklərin” hakimiyyəti zamanı rayonun ən böyük ərazi vahidlərindən biri olan Gərmətük qəsəbə icra nümayəndəsi kimi vəzifəni götürməklə nədən bu dəlləkliyə şərik olmuşdunuz? Hər gün İcra hakimiyyətinə gəlib yeri gəldi-gəlmədi bizi bağrına basıb öpən siz deyildinizmi? (o zaman cəbhəçilər görüşərkən çox vaxt öpüşürdükləri üçün Sərhad müəllim də "cəbhəçi” rolunda idi. Onunla əl verib görüşməyə peşman idik.) Sərhad müəllim, "xam dəlləklərin” "dəlləkxanasında kürəkəniniz hüquq şöbəsində müdir vəzifəsinə qədər, yəni "xam dəlləklərin şagirdi” vəzifəsinə qədər qalxmışdı. Yadınızdadırmı? İmzanızdan göründüyü kimi yaddaşınız möhkəmdir,maşallah!

"Xam dəlləklər” dövründə Kələntərlilər nəslinin nümayəndəsi Cümşüd Kələntərli Lənkəran şəhər Maarif şöbəsinin müdiri,(hakimiyyət dəyişiklikdən sonra D.Camalova tərəfindən bu vəzifədən çıxarıldı) rəhmətlik Rasim Kələntərli isə Liman şəhər İcra nümayəndəsi vəzifəsində çalışır və hakimiyyətimizin ən etibarlı adamlarından hesab olunurdular.

Başqa bir ağsaqqal Fərəməz Bağırov peşə təhsili sahəsində yüksək vəzifə - 34 saylı Peşə məktəbinin vəzifəsini daşıyırdı. Onun da üzvü olduğu YAP Lənkəran təşkilatnın təsis yığıncağının keçirilməsi üçün Lənkəran Dövlət Dram teatrında yer ayrılmış və rayon İcra Hakimiyyətinin təbrikini konfrans işturakçılarına çatdırmaq məqsədilə bəndəniz konfransda iştirak etmişdi. Əlbəttə ki, indiki bəyanat sifarişçilərinin nəzərində biz "Xam dəlləklər” idik. İndi isə partiyalara nəinki yer, heç çayxanalarda oturub söhbət etmək imkanı da verilmir. Azərbaycan tarixində mühüm rol oynamış Müsavatın rayon təşkilatının 20 illik yubileyinin keçirilməsi ətrafında məlum mərəkkə hansı hakimiyyət fəlsəfə və məntiqinə sığır? Azərbaycan istiqlalını bərpa etməklə tariximizi şərəfləndirən AXCP rayon təşkilatı və d. partiyaları düşmən elan edənlər kimlərdir. Bax, bunların günahının "xam dəlləklərdə” olduğunu desəniz yeri var və düz demiş olardınız.

Bəyanatı imza edən Nabatov Dadaş bizim hakimiyyətimiz dövrdə məktəb direktoru işləmiş və təcrübəsinə, idarəetmə bacarığına görə maarif şöbəsinin qabaqcıl müəllimlərindən biri kimi qiymətləndirilirdi. "Xam dəlləklərin” bir illik hakimiyyətləri dövrü müəllimlərin əmək haqqı 2 dəfə qaldırılmış, onlar kommunal xidmət haqlarından və eneji pullarında azad olunmuşdular. Haqlı olaraq indi də müəllimlər bir illik hakimiyyətimizi özləri üçün "qızıl il” adlandırırlar.

Bütün bunları xatırlamaqda məqsədim heç də elədiyimiz yaxşılıqları saymaq deyil. Zira, "xam dəllək” hesab etdiyiniz bizlər üçün əsas kriterya insanların siyasi mənsubiyyəti, yaltaqlıq və məddahlıq keyfiyyətı yox, onların iş bacarıqları idi.

Hörmətli ağsaqqalar, iqtidar, vəzifə, var-dövlət, villa və bahalı maşınlar əbədi deyil. Əbədi olan xalqın məhəbbəti, gözəl əməllər, mərdlik və müdrüklükdür. Min illər keçsə də bu keyfiyyələri özündə daşımış T. Bayraməlibəyovları, MirzəMəmmədhüseyn Axundları, Həzi Aslanovları və d. lənkəranlılar unutmayacaq. Siz də yaxşı mənada unudulmayanlardan olun! İmzalarınızı ucuzlaşdırmayın. Ağsaqqal adı vəzifə və hakimiyyətdən daha yüksək bir zirvədir!

İltifat Rəhimzadə
Azərbaycan Ziyalılar Birliyi Lənkəran təşkilatının sədri


Категория: Талыш xəbərləri | Просмотров: 1698 | Добавил: admin | Рейтинг: 5.0/2
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus