Главная » 2014»Ноябрь»26 » Avropa Məhkəməsi Hilal Məmmədovun şikayəti üzrə kommunikasiyaya başlayıb
13:11
Avropa Məhkəməsi Hilal Məmmədovun şikayəti üzrə kommunikasiyaya başlayıb
Avropa İnsan Hüquqları Məhkəməsi "Tolışi sədo" qəzetinin redaktoru Hilal Məmmədovun işi üzrə noyabrın 19-da kommunikasiyaya başlayıb. Bu barədə Amerikanın Səsinə vəkil Xalid Bağırov bildirib.
Onun sözlərinə görə Hilal Məmmədov Avropa Məhkəməsinə Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü (pis rəftara məruz qalmama) və 5-ci (azadlıq hüququ) maddələrinin pozulması halları ilə bağlı şikayət verib.
"Tolışi sədo" qəzetinin redaktoru Hilal Məmmədov 2013-cü il sentyabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilib.
O, Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama), 274-cü (dövlətə xəyanət) və 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunub.
“Amnesty İnternational” Hilal Məmmədovu “vicdan məhbusu” elan edib.