Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2013 » Февраль » 6 » Azərbayan Eli
18:43
Azərbayan Eli
Azərbaycan Eli – ocağımız, anamız, VƏTƏNİMİZ!

Konstitusiyamızda bildirildiyi kimi, Azərbaycan Respublikası (AR) demokratik, dünyəvi və unitar dövlətdir. Azərbaycan – çoxmillətli məmləkət, bizlər də onun dost-doğma övladları!

Azərbaycan Eli – əsrlər boyu çiyin-çiyinə, can deyib, can eşidən qardaş etnosların – türklərin, talışların, kürdlərin, ləzgilərin və digər aborigen xalqların doğma yurdu! Tarixin müxtəlif keşməkeşlərində xalqlarımız arasında bir dəfə də olsun ayrıseçkilik və ya ədavət, nifaq baş verməmişdir! Bəli, bu Eldə milli və dini mənsubiyyətindən asılı olmayaraq, insanlar bir-birlərinin milli-mənəvi dəyərlərinə həssaslıq və ehtiramla yanaşmış, qaynayıb qarışmış, doğmalaşmış, nəticədə, dəyərli mədəniyyət nümunələri yaratmışlar.

Qeyd edək ki, tarixi proseslərdə dövlət dili daşıyıcısı olan "titul xalq”ın təsiriylə başqa xalqların müəyyən kəsimi zaman-zaman assimlə süzgəcindən keçərək (bəzən təbii, bəzən də süni təsirlər nəticəsində), milli deformaya məruz qalmışlar. Misal kimi, SSRİ dönəmində müxtəlif xalqların görünməmiş sürətlə (rusların xeyrinə) assimlasiyasını göstərmək olar. Bununla yanaşı, İmperiyanın dağılmasından dərhal sonra xalqların dili və milli yaddaşının bərpası prosesinin də şahidi olduq. Tarixdə bu sayaq analogiyalar çoxdur və buna təbii proses kimi baxmaq lazımdır. Lakin, xalqların, millətlərin əsas gen daşıyıcıları, yəni milli mənlik və mövcudluğunu uca tutan "qaymaq”ları heç zaman öz milli mənşəyindən, kökündən qopmur.

Söhbətimin mövzusu da Azərbaycan Elində (mənsub olduğum Talış xalqı da daxil olmaqla) əbədiyaşar xalqların bu günkü real vəziyyəti haqqındadır.

Əlbəttə, Azərbaycan müstəqilliyinə nail olandan sonra, demokratik dəyərlərin inkişafı naminə, etnik azlıqların ölkənin ictimai-siyasi həyatında sərgilədiyi passiv vətəndaş mövqeyini qənaətbəxş saymaq olmaz. Laqeydlik, biganəlik, seyrçilik, susqunluq müxtəlif problemlərin cücərib meydana çıxmasına münbit şərait yaradır. Görünür, ayrı-ayrı insanlarda olduğu kimi, ayrı-ayrı xalqlarda da ətalətə meyillik və melonxolluq məfkurəsi bəzən həyat tərzinə çevrilir. Amma bu, heç də o demək deyil ki, xalq öz milli özəlliklərindən, mental şüuru və soy kökündən imtina edir. Xalqın da dəniz kimi öz-özünü təmizləyib-qoruyan İlahi bir immun sistemi var və bunu, elmi, ya qeyri-elmi surətdə araşdırıb izah etmək, demək olar ki, mümkünsüzdür.

1992-ci ildə mərhum Prezident Əbülfəz Elçibəy Azərbaycan Respublikasında "Milli azlıqların hüquq və azadlıqlarının qorunması ilə bağlı” fərman imzaladı. Bu fərman yenicə istiqlaliyyətinə qovuşmuş ölkənin etnoslarına yönəli çox proqressiv və konseptual bir sənəd idi. Allah Hidayət Orucova (və onun kimilərə!) insaf versin! Milli münasibətlər üzrə Dövlət müşaviri vəzifəsində işlədiyi illərdə o, bütün qüvvə və bacarığını səfərbər edərək imkan vermədi ki, bu fərmanın heç olmasa bircə bəndi işə düşüb reallaşsın!

Yeri gəlmişkən, qeyd olunan məlum Fərmandan başqa indiyə qədər Azərbaycanda yaşayan azlıqların milli-mədəni irsi, hüquq və azadlıqlarının qorunması və inkişafı ilə bağlı özgə bir fərman, qərar və ya hər hansı əhəmiyyətli bir sənəd qəbul olunmayıb. Buna baxmayaraq, düşünürəm ki, ümidsizliyə qapılmağa da lüzum yoxdur; belə ki, əlimizdə vətəndaşlarımızın, eləcə də etnoslarımızın hüquq və azadlıqlarının qorunması ilə bağlı istinad edə biləcəyimiz digər bir mühüm sənəd var - Azərbaycan Respublikasının Konstitusiyası!

AR Konstitusiyasında təsbit olunub: Dövlətin ali məqsədi - vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsidir (maddə 12). Qanunun 25 və 26-cı maddələrində isə dövlətin – hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə və müdafiəsinə təminat verdiyi bildirilir.

Konstitusiyanın 44-cü maddəsinə əsasən, hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır. Qanun dövlət dilinin Azərbaycan dili olduğunu bəyan etməklə yanaşı, "AR-da əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir”, bildirir (maddə 21). Sənədin mühüm maddələrindən biri də Ana dilindən istifadə hüququ barədədir (maddə 45): "Hər kəsin ana dilindən istifadə hüququ vardır. Hər kəsin istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ vardır; heç kəs ana dilindən istifadə hüququndan mərhum edilə bilməz”. Qanunun 40 və 51-ci maddələrində hər kəsin mədəniyyət təsisatlarından və mədəni sərvətlərdən istifadə etmək; yaradıcılıq azadlığına malik olmaq hüququ olduğu bildirilir.

Yuxarıda sadalanan maddələrə əsasən, AR-da yaşayan bütün xalqların öz milli-mədəni birlik və təşkilatlarını yaratmaq; kitab və mətbu orqanlarını nəşr etmək; radio-televiziya vasitələrindən istifadə etmək; ana dillərində tərbiyə və təhsil almaq və i.a.hüquqları var və bu hüquqlar dövlət tərəfindən qorunur.

Bəs reallıq necədir?


Azərbaycan Respublikası 2001-ci ildən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bərabərhüquqlu nümayəndələrindən olaraq, 21 öhdəliyə imza atmışdır ki, onlardan biri – "Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyası”, digəri isə "Milli və regional dillərin qorunması barədə Xartiya”dır. Birinci sənəd ölkə parlamenti tərəfindən ratifikasiya olunsa da, ikincisinə bu hələ qismət olmayıb. Azərbaycan öz tərəfindən bu sənədlərə əsasən 3 ilin ərzində, yəni 2004-cü ilin sonuna qədər AR Milli Məclisi tərəfindən "Milli azlıqların hüquq və vəzifələri ilə bağlı Qanun” qəbul ediləcəyini rəsmən bəyan etsə də, nədənsə 9 ildir ki, bu öhdəliyə əməl etmir. Bu isə AR Konstitusiyasının 7-ci maddəsinin pozulması deməkdir. Bu maddə ilə ölkə daxili hüquq normalarına əməl ediləcəyinə zəmanət verilsə də, Konstitusiyanın bu və yuxarıda sadalanan digər – 12, 21, 25, 26, 40, 44, 45, 58 və i. a. maddələri də kobud şəkildə pozulmuşdur! Belə ki:

1. Milli azlıqların (MA) rəsmən dövlət qeydiyyatından keçirilmiş heç bir mədəni birliyi və ya təşkilatı yoxdur. Məlum Mədəniyyət mərkəzləri isə 1990 – 1993-cü illərdə qismən tanınsa da, 1993-cü ildən sonra onlara dövlət tərəfindən cüzi də olsa qayğı göstərilməmişdir. Bu gün heç kəsə sirr deyil ki, Talış, Ləzgi, Tat və s. Mədəniyyət mərkəzlərinin ölkədə vətəndaş cəmiyyəti quruculuğu yönündə fəaliyyətlərinə süni əngəllər yaradılır.

2. MA-ın mütəmadi olaraq nəşr edilən öz mətbu orqanları yoxdur. Ana dilində nəşr edilən materiallar isə könüllü vəsaitlər və ianələr hesabına işıq üzü görür. Dövlət MA-ın nəşrlərinə yardımçı olmaq əvəzinə, bu və ya digər bəhanələrlə onların rəsmi fəaliyyətinin qarşısını almağa çalışır. Məsələn, 1993 – 2001-ci illərdə nəşri dayandırılmış "Tolışi sədo”qəzeti 2004-cü ildə (3 ildən sonra) rəsmən qeydiyyatdan keçsə də, müxtəlif vasitələrlə onun yenidən bərpa olunmasına maneçiliklər törədilmişdir... 2007-ci ilin fevral ayında qəzetin Baş redaktoru professor Novruzəli Məmmədov "Dövlətə xəyanət” kimi uydurma ittihamlarla həbs və mühakimə edilmiş, 2009-cu ilin avqust ayında isə cəzaçəkmə müəssisəsində müəmmalı şəkildə vəfat etmişdir. Daha sonra (21 iyun 2012-ci ildə), Novruzəli Məmmədovun hüquqlarının Müdafiə Komitəsinin sədri, "Tolışi sədo” qəzetinin məsuliyyətini öz üzərinə götürən doktor Hilal Məmmədov üç ağır (təbii ki, yenə də uydurma) ittihamlarla həbs edilmişdir. Hal-hazırda onun (məhkəmədən daha çox məzhəkəni xatırladan) məhkəmə prosesi gedir. Ən qəribəsi və absurd olanı budur ki, hər iki alimin qurama "cinayət işi” "Tolışi sədo” qəzetinin materiallarına əsaslanır.

Bu həbslə bağlı haşiyə çıxım. Belə ki, Azərbaycanın talış kökənli ziyalısı doktor H.Məmmədov tutulan kimi, Respublikanın bir çox mütərəqqi fikirli ziyalıları, obyektiv mətbuat nümayəndələri və aparıcı müxalifət partiyaları onun müdafiəsinə qalxaraq, yarana biləcək ictimai gərginliyin qarşısını aldılar. Bu xüsusda, "Azadlıq” qəzeti və İctimai Palatanın tutduğu obyektiv və ədalətli mövqeyi böyük hörmət və təqdirə layiqdir.

3. İstər mərkəzdə (Bakıda), istərsə də regionlarda MA-ın dilində proqram hazırlayan heç bir radio və televiziya vasitələri yoxdur. Regionlarda yayımlanan mövcud tele-radio verilişlərində isə bu xalqların ana dilində bircə kəlmə də olsun danışılmır. Məsələn, Lənkəranda CTV adlanan regional TV fəaliyyət göstərir, amma burda talış dilində bir dəqiqəlik də olsun veriliş verilmir(?!). Bu, əlbəttə ki, nonsesdir!

4. MA-ın ibtidai siniflər üçün nəzərdə tutulan dərslikləri yalnız bircə dəfə (2005-ci ildə) cüzi tirajla nəşr edilsə də, sonralar çapı və yayımı dayandırılmışdır. MA-ın dillərində fənlər formal olaraq keçirilir. Belə ki, Azərbaycanda bu fənnlər üzrə ixtisaslı və peşəkar müəllim hazırlayacaq Ali və ya orta-ixtisas təhsil müəssisələri yoxdur.

5. MA-ın daima yaşadıqları regionlarda ana dilində yazılmış bir dənə də olsun yol-ərazi, müəssisə, şirkət və s. adlarına (ya nişanlara) rast gəlinmir. Bir çox hallarda, MA-ın dillərində mövcüd olan toponimlər, tarixi və coğrafi adlar qəsdən dəyişdirilərək təhrif olunur. Məsələn, bir neçə il əvvəl Lerik rayonunda Osyobıjon kəndinin adı lüzumsuz olaraq dəyişdirilərək, "Günəşli” psevdoterminilə əvəz olunmuşdur. Halbuki, "Osyobıjon” toponimi qədimdir, doğmadır və Talış dilində dəqiq məna verir – "Dəyirmanquranlar”!

6. AR Milli Məclisində milli azlıqların nümayəndələri rəsmən təmsil olunsalar da, onlar nəinki mənsub olduqları xalqın problemlərinə lazımınca diqqət yetirmir, əksinə, öz vicdanının səsilə milli-mənəvi dəyərlərin hifz olunmasına səy göstərən cəfakeş ziyalıların proqressiv təşəbbüslərinə hər vasitə ilə maneçilik törədirlər. Belə manqurt xisləti hər kəsdə acı təəssüf hissi doğurur.

7. MA-ın sərhədyanı dövlətlərdə yaşayan qohum-əqrabası, soydaşları ilə hər hansı formada milli-mədəni ünsiyyətlərinə yönəli təşəbbüslərə şübhəylə yanaşılır və ciddi şəkildə cəzalandırılır.

Təəssüf və təəccüb doğuran bu ağır siyahını uzatmaq da olar...

Bir sözlə, Milli Azlıqların hüquqlarının qorunması ilə bağlı, istər Konstitusiya qanunlarının, istərsə də Beynəlxalq öhtəliklərin Azərbaycan hakimiyyəti tərəfindən mütəmadi şəkildə pozulduğuna şəkk-şübhə qalmır! Bütün bunlara baxmayaraq, AR vətəndaşları, milli mənsubiyyətindən asılı olmayaraq, qarşılıqlı münasibətlərini sivil qaydada, incə özəlliklər və qarşılıqlı hörmət əsasında çoxdan həll etmişlər. Bu, xalqlarımızın sövqi-təbii və səmimi qardaşlıq-dostluq ünsiyyətidir. Ancaq, rəsmi Bakının bu sahədə yürütdüyü psevdo-milli siyasət hansı məqsədlərə xidmət edir, - bax, bu anlaşılmır?

MA-ın milli-mədəni irslərinin qorunmasına, onların ictimai özünü ifadələrinə Dövlətin sayğısızlığı son nəticədə ölkəmiz üçün vacib olan qardaşlıq, bərabərlik və azərbaycançılıq kimi ümummilli idealogoyanın iflasına gətirib çıxarda bilər. Unutmayaq ki, milli mənliyini itirən insan son nəticədə, vətəndaşlıq qürurunu da itirmiş olur. Bu inkar olunmaz bir həqiqətdir və bu haqda olduqca ciddi düşünməyin vaxtı çatmayıbmı?!

Zənnimcə, məmləkət üçün hər şeydən öncə, vətəndaş şəxsiyyətinin azadlığı, insan mənəviyyatının ucalığı, eləcə də bu ucalığı tamamlayan onun milli-mənəvi dəyərləridir. Bəli, insanın fundamental hüquq və azadlıqları, bir də ölkənin milli-mənəvi dəyərlər sistemi!

Bunu qorumalı, yaşatmalı və bununla yaşamalıdır ANA YURDUMUZ, DOĞMA ELİMİZ - AZƏRBAYCANIMIZ! Dünyanın sivil, demokratik ölkələri sırasına daxil olub, irəliləməyimiz naminə görəcəyimiz ən mühüm işlərdən biri və bəlkə də birincisi məhz elə budur!

Tanrı qorusun Azərbaycan Elimizi! Amin!

Mehdibəy Səfərov,
Azəri - Talış Birliyinin sədri,
Azadlıq Qəzeti

 

Категория: Azərbaycan | Просмотров: 4891 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus