Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2012 » Декабрь » 22 » Azərbaycan həbsxanalardakı dəhşətli işgəncə faktlarına ictimaiyyət etiraz edir
00:33
Azərbaycan həbsxanalardakı dəhşətli işgəncə faktlarına ictimaiyyət etiraz edir
Dekabrın 21-də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun Media Mərkəzində məhbusların hüquq və azadlıqlarını müdafiə etmək üçün hüquq müdafiəçiləri, vəkillər, hüquqşünaslar, ictimaiyyət nümayəndərləri, jurnalistlər, o cümlədən cəzaçəkmə müəssisələrində işgəncələrə və təzyiqlərə məruz qalan məhbusların yaxınlarının qatıldığı dəyirmi masa keçirilib. Gozetci.az portalının məlumatına görə, Hüquq və Azadlıqların Müdafiə İnstitutu, "Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı, Siyasi Azadlıqları Müdafiə Alyansı və İnsan Haqları Klubunun birgə təşkil etdiyi tədbirin yekununda tədbir iştirakçıları bəyanat qəbul ediblər. 30 nəfərin imzaladığı bəyanatda türmələrdə baş verən özbaşınalıqların araşdırılması, həmçinin cəzaçəkmə yerlərində monitorinqlərin aparılması üçün müstəqil hüquq müdafiəçilərinə şəraitin yaradılması tələb olunub.

Bəyanatda deyilir:

"Son vaxtlar həbsdə saxlama yerlərindən gələn acı xəbərlər və ölüm halları barədə açıqlanan statistik məlumatlar Azərbaycan ictimaiyyətinin fəal hissəsi olaraq bizlərin narahatlığına səbəb olmuşdur. Bu məlumatlardan görünür ki, həbsdə saxlama yerlərində islahatların aparılması barədə hökumətin verdiyi açıqlamalar həqiqəti əks etdirmir. Beləki, əvvəlki illərdə olduğu kimi yenə də məhbuslar işgəncələrə məruz qalır, intihara sövq edilir, xəstəliklərə düçar edilirlər. Bunun təsdiqi kimi bir neçə gün bundan əvvəl 17 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Nemət Pənahlının ictimaiyyətə müraciət məktubuna baxmaq kifayətdir. Həmin məktubda məhbusların hansı şərtlər altında saxlandığı ətraflı formada təsvir olunmuşdur.
Bundan başqa cəsədi bu günlərdə ailəsinə təhvil verilən məhbus Pərviz Mikayılovun intihar etdiyi bildirilsə də, onun üzərində fiziki zorakılıq əlamətlərinin olduğu müəyyən edilmişdir. Həmin zorakılıq əlamətlərinin müəyyən edilməsi insanlarda haqlı olaraq Pərviz Mikayılovun intihara sövq edilməsi, yaxud da öldürüldüyü barədə ehtimallar yaratmışdır.
Qeyd olunanlarla yanaşı xatırlatmaq istərdik ki, ötən ay Bakı İstintaq Təcridxanasında saxlanılan Hilal Məmmədovun da fiziki zorakılığa məruz qoyulması barədə məlumatlar verilmişdir.
Bu günlərdə həmçinin məlum olmuşdur ki, təkcə ötən il Qobustan Həbsxanasında ən azı 3 nəfər ölmüşdür.
Bütün bunlarla yanaşı o da narahatlıq yaradır ki, bəzi ölüm halları nəinki həbsdə saxlama yerlərində, bir sıra hallarda tibb müəssisələrində baş verir. 2012-ci ildə Penitensiar Xidmətin tabeliyində olan müalicə müəssilərində çoxlu sayda məhkum vəfat etmişdir. Onlardan yalnız Seymur Mikayılov, Murad Şükürov və Əmrəli Babayev barədə məlumatlar açıqlanmışdır. Ümumiyyətlə Penitensiar Xidmət ölüm faktları barədə ictimaiyyətə bir dəfə də olsun məlumat verməmişdir. Eyni zamanda bu kimi halların ört-basdır edilməsi məqsədilə müstəqil QHT-lərin və hüquq müdafiəçilərinin həbsdə saxlama yerlərində monitorinq aparması, neqativ faktları araşdırması imkanları tamamilə məhdudlaşdırılmışdır.
Prokurorluq tərəfindən aparılan araşdırmalar da bir qayda olaraq günahkarların müəyyən edilib cəzalandırılmasına xidmət etməmişdir. Bu orqanın ölüm və işgəncələr barədə apardığı araşdırmalar bir dəfə də olsun kiminsə cəzalandırılması ilə nəticələnməmişdir.
Biz vətəndaş cəmiyyətinin fəalları, hüquq müdafiəçiləri və məhbus yaxınları həbsdə saxlama yerlərindəki vəziyyətdən narahatlığımızı ifadə edir və bununla bağlı ciddi addımların atılmasını tələb edirik! Tələb edirik ki, həbsdə saxlama yerlərindəki vəziyyəti monitorinq etmək məqsədilə müstəqil QHT-lərə, hüquq müdafiəçilərinə bərabər şərait yaradılsın və aşkarlanmış neqativ hallara görə günahkarlar müəyyən edilərək, cəzalandırılsın! Bəyan edirik ki, cəmiyyətdən təcrid olunmuş məhkumların acınacaqlı taleyinə biganə qalmayacaq, onlara qarşı yol verilən hər bir neqativ hərəkətin araşdırılması və günahkarların cəzalandırılması üçün səylərimizi bunda sonra da səfərbər edəcəyik!"

Bəyanatı aşağıdakı şəxslər imzalayıblar:

1.Oqtay Gülalıyev - Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı
2. Mehriban Vəzir - İctimai Palata
3. Əli Kərimli - AXCP
4.Ənnağı Hacıbəyli - Azərbaycan Hüquqçular Assosiasiyası
5. Rövşən Hacıbəyli -  "Azadlıq" qəzeti
6. Şahvələd Çobanoğlu - "Azadlıq" qəzeti
7. Arzu Abdullayeva - Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsi
8. Abuzər Cəfərli - keçmiş siyasi məhbus, jurnalist
9. Rəhim Qazıyev - keçmiş siyasi məhbus
10. Rafiq Cəlilov - Tolışi sədo” qəzeti, Hilal Məmmədovun Hüquqlarını Müdafiə Komitəsi
11. Səbahəddin Məmmədov - Hilal Məmmədovun Hüquqlarını Müdafiə Komitəsi
12. Mehman Əliyev - Turan İnformasiya Agentliyi
13.Fəxrəddin Mehdiyev - vəkil
14. Müslümat Rzaxanova - Ömürlük Azadlıqdan Məhrum Edilən Məhbusların Müdafiə Komitəsi
15. Sədaqət Paşayeva -  Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyəti
16. Fatma Əliyeva - həbsdə müəmmalı şəkildə ölən məhkum Pərviz Mikayılovun anası
17. Həcər Pənahlı - siyasi məhbus Nemət Pənahlının həyat yoldaşı
18. Əsabəli Mustafayev - vəkil
19. Nəsrulla Nurullayev - "Kür" Vətəndaş Qərargahı
20. Namizəd Səfərov - hüquqşünas
21. Qurban Məmmədov - "Qalxan" hüquq firması
22. Elşən Həsənov - Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı
23. İradə Cavadova - İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyi
24. Məlahət Zeynallı - "Xural" qəzeti
25.  "Said Dadaşbəylinin dəstəsinin" Hüquqlarını Müdafiə Komitəsinin üzvləri
26. Qətibə Qarayeva - siyasi məhbus Said Dadaşbəylinin anası
27. Elçin Namazov - Hüquq və Azadlıqların Müdafiə İnstitutu
28. Rəsul Cəfərov - İnsan Hüquqları Klubu
29. Samir Kazımlı - Siyasi Azadlıqları Müdafiə Alyansı
30. Bəşir Süleymanlı - Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi

talısh.org

Категория: Azərbaycan | Просмотров: 1432 | Добавил: admin | Рейтинг: 5.0/3
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus