Azərbaycan Respublikasında hakimiyyətin siyasi müstəvidə qanunazidd əməlləri və həbslərlə əlaqədar Talış Ağsaqqallar Şurası bəyanat yayıb.
Bir surəti redaksiyamıza daxil olan Bəyanatda deyilir:
"Talış Ağsaqqallar Şurası Respublikada gedən ictimai-siyasi prossesləri diqqətlə izləyərək bildirir ki, ölkədə və beynəlxalq səviyyədə hakim zümrənin ən yüksək səviyyəsində törədilmiş karrupsiyaya, seçki saxtakarlığına, həyata yeni atılmış gənclərin orduda üzləşdiyi dözülməz intizamsızlıq ucbatından həlak olmalarına, beynəlxalq səviyyədə tanınan cinayətkar qruplaşmalarının belə, ləyaqətinə sığışdırmadığı əməllərlə insanların sərbəst yerdəyişməsinə imkan verilməməsi dözülməz vəziyyət almışdır..
Ayrı-ayrı tanınmış simaların başına torba keçirərək oğurlanması, fiziki işgəncələrə məruz qoyulması və bütün bunlara etiraz edən NİDA vətəndaş hərakatının, digər gənclər təşkilatlarının, müstəqil ictimai fəal gənclərin təqib edilməsini yolverilməzdir.
Təqvalı dindarların ənənəvi hal almış saxta narkotik və silah saxlama maddələri ilə şərlənərək həbs edilməsi Azərbaycan iqtidarının azad fikrə və azad sözə dözümsüzlüyünün, cəmiyyətin mənəviyyatsızlıqa, oğruluqa, haqsızlıqa, qanunsuzluğa etirazlarının dayandırılmasına, bütövlükdə Xalqın mutiləşdirilərək köləyə çevirilməsinə hesablanmış bir addımdır!
Talış Ağsaqqallar Şurası bu cür halları pisləyərək kütləvi həbslərə son qoyulmasını və şərlənərək həbs edilmiş insanların dərhal azad edilməsini tələb edir."