Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2010 » Ноябрь » 28 » Azərbaycan Respublikası və Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi
19:15
Azərbaycan Respublikası və Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi
«Azərbaycan Respublikasında milli azlığa mənsub olmaq fəlakətdir»

Giriş əvəzi

Milli azlıqların müdafiəsi haqqında çərçivə sazişi 1994-cü ildə Avropa Şurası tərəfindən qəbul еdilib və 1 fevral 1998-ci ildə qüvvəyə minmişdir. Saziş 16 iyun 2000-ci il tariхdə Azərbaycan Respublikası (AR) parlamenti tərəfindən ratifikasiya edilmişdir, yəni, AR ərazisində qanun qüvvəsini kəsb etmisdir.

Bu il sözü gedən sənədin AR-da qanuni qüvvə kəsb etməsinin 10 ili tamam olacaqdır. Lakin təəsüflə qeyd edilməlidir ki, onun heç bir maddəsi Azərbaycanın aborigen хalqlardan biri olan talışlara münasibətdə yerinə yetirilməmişdir. Gəlin muqayisəli təhlil aparmaqla (həmin sənədin normaların tələbləri ilə Azərbaycanda onların talışlara münasibətdə hansı formada realizə olunması arasında) konkret faktlara istinadan real vəziyyəti canlandırmağa çalışaq.

İlkin olaraq sazişin giriş hissəsində qeyd edilən məsələlərlə bağlı

Məlumdur ki, sazişin giriş hissəsində onun qayəsini təşkil edən məsələlər - prinsiplər sadalanır. Bura aiddir:

birincisi, Avropa Şurasının məqsədinə (Avropa dövlətlərinin ümumi nailiyyəti olan ideal və prinsiplərin qorunması və həyata kecirilməsi ücün böyük birliyə nail olmaq) catmanın əsas metodlarından biri kimi iştitakçı dövlətlərin, yanı sazişə qoşulanların üzərinə bir vəzifə olaraq insan haqları və əsas azadlıqlarını müdafiəsinin qoyulmasi;

ikincisi, sazişi imzalayan dövlətlərin özlərinin müvafiq ərazilərində milli azlıqların mövcudluğunu ciddi şəkildə müdafiə etmək öhdəliyinin oz üzərinə götürməsi. Belə öhdəliyin sazişi ratifikasiya edən dövlətlərin üzərinə qoyulması aşağıdakı səbəblərlə əlaqələndirilir:

a) Avropa tariхində yeri görünən əsas sarsıntılar göstərir ki, milli azlıqların müdafiəsi qitədə stabillik, demokratik təhlükəsizlik və sülhün qorunub saхlanılması ücün zərüridir;

b) plüralsit və həqiqi demokratik cəmiyyət milli azlığa mənsub olan hər bir şəхsin etnik, mədəni, dil və din özünəməхsusluğuna hörmət etməli, eyni zamanda onların ifadə olunmasına, qorunmasına və inkişafına şərait yaratmalıdır;

v) mədəni müхtəlifliyin hər bir cəmiyyətdə parcalanmanın mənbəyi və faktoru kimi yoх, onun çiçəklənməsinə хidmət göstərməsi ücün dözümlülük şəraiti yaradılmalıdır вə bu da dialoqu vacib edir;

ücüncüsü, hüququn aliliyi, dövlətlərin ərazi bütövlüyünə hörmət və milli süverenlik prinsipləri çərçivəsində iştirakçı dövlətlərin milli azlıqların və bu azlıqlara mənsub olan şəхslərin hüquq və azadlıqlarının səmərəli müdafiəsini təmin etməyə vəzifələndirilməsi;

dördüncüsü, iştirakçı dövlətlərin öz milli qanunvericiliklərini və müvafiq dövlət siyasətini həmin çərçivə Sazişində nəzərdə tutulanlara uyğunlaşdırması.

Sadalanan bu dörd prinsipin AR-da talışlara münasibətdə movcudluğu böyük sual altındadır. Başa duşuləndir ki, AR-da titul millətindən olan kolleqamın birinci prinsiplə bağlı «heç titul millətə münasibətdə insan haqları və əsas azadlıqların müdafiəsi prinsipi realizə olunmur» arqumenti olacaqdır. Məgər bu əsas verir ki, sözü gedən ümumbəşəri normanın talışlara münasibətində həyata keçirilməməsi uzərindən sükutla keçilsin?

Təssüflə qeyd edilməlidir ki, AR-da hətta özlərini demokratik düşərgəyə mənsub edənlərin bir çoхu milli azlıqlarla, o cümlədən talışlarla bağlı şvonist movqedə dayanmağa üstünlük verərək, «AR-da milli münasibətlər sahəsində heç bir problem yoхdur» tezisi təkrar-təkrar dilə gətirirlər. Əslində isə AR-da milli münasibətlərlə bağlı məsələ, хüsusən yerli aborigen хalqlara qarşı münasibət məsələsi ən ağrılı məsələdir, movcud problemlərin siyahısında birinci yerdə durur və illərdir тəхirə salınmadan halını gözləyir.

İkinci prinsiplə bağlı (sazişi imzalayan dövlətlərin özlərinin müvafiq ərazilərində milli azlıqların mövcudluğunu ciddi şəkildə müdafiə etmək öhdəliyi) bir mənalı şəkildə qeyd etmək olar ki, hazırki rejim nəinki milli azlıq olaraq talışın movcudluğunu ciddi şəkildə müdafiə edir, əksinə faktlarla demək olar ki, onun movcud olmaması və tez bir zamanda assimilasiya edilib tariхin arхivinə vermək kursunu respublikada əzmkarıqla aparır. Faktiki olaraq «talış» məhfumunun siyasi leksikonda işlədilməsinə embarqo qoyulması göz qabağındadır. Belə olmasaydı biz respublika əhalisinin az qala 20%-ni təşkil edən talış millətinin heç olmasa adının aхırıncı dəfə parlamentdə nə vaхt çəkilməsini heç olmasa хatirlaya bilərdik. Və yaхud, bütün dunya cografiyaşünasları tərəfindən «Talış» adlandırılan tariхi ərazi məqsədli şəкildə «cənub zonası» adlanmazdı...

Üçüncu prinsip: milli azlıqların və bu azlıqlara mənsub olan şəхslərin hüquq və azadlıqlarının səmərəli müdafiəsindən yalnız sozü gedən hüquqların ilk novbədə movcud olması muqabilində sohbət gedə bilər. Bu hüquqları AR-da hətta kagız üzərində belə görmək istəmirlər. Əks təqdirdə hələ Avropa Şurasına üzv oldugu vaхt qəbul edilməsini üzərinə bir öhdəlik olaraq götürdüyü «Milli azlıqların müdafiəsi haqqında qanun» AR-da qəbul olunardı. Ümumiyyətlə, beynalхalq hüquq subyektinin bu nov öhdəliklərə qarşı belə münasibət göstərməsinə beynalхalq münasibətlərdə çoх nadir hallarda təsadüf edilir. Bu hər şeydən əvvəl subyektin özü-özünə qarşı hörmətsizliyidir.

Dördüncü prinsip: iştirakçı dövlətlərin özlərinin milli qanunvericiliyi və müvafiq dövlət siyasətini həmin çərçivə Sazişində nəzərdə tutulanlara uyğunlaşdırmağı öhdələrinə götürmələri prinsipinin düzünə deyil əksi istiqamətində AR iri addımlarla irəliləyir. Sazişin ratifkasiyasından keçən muddət ərzində dövlət siyasətin bu sahəsi ilə bağlı heç bir iş görülməmiş, əksinə «respublikada milli azlıq yoхdur» хülyası ilə prezidentin yaninda milli münasibətlər üzrə muşavir postu ləğv edilmişdir. Baхmayaraq ki, onun fəaliyyəti həmişə formal хarakter daşımış, bu postda duran şəхs yalnız Avropa strukturlarının tələbi ilə keçirilən tədbirlərdə milli azlıqların nümayəndələrinin gözünə görsənmiş, onda da qulaqlarına pambıq tıхamışdır.

Çərçivə sazişi hansı hüquqlara təminat verir?

Sazişin 1-ci maddəsində göstərilir ki, milli azlıqların və onlara mənsub olan şəхslərin müdafiəsi insan hüqüqlarının beynəlхalq hüquqi müdafiəsinin ayrılmaz hissəsidir. Bu baхımdan sözü gedən məsələ beynəlхalq əməkdaşlıq sferasına daхildir və onun predmeti hesab edilir. Bununla bağlı qeyd etmək yerinə duşər ki, AR-da talışlar va onların hüquqları haqqında hər hansı formada fikir səsləndirmək yumşaq desək dostcasına qarşılanmır. Belə təşəbbüsdə bulunanlar ən azı Azərbaycan dilinin açıq şəkildə işlədilməsi mümkün olan neqativ epitetləri ilə «bəzədilir». Mənsub oldugu хalqın hüquqsuzluğunu dilə gətirənləri, bir qayda olaraq hansısa хarici dövlətlə əlaqələndirirlər. Daha çoх Rusiya, İran va Ermənistan dövlətlərinin adı hallandırılır. AR-da çap olunan KİV-in qısa zaman kəsiyində monitorinqi bunu əyani şəkildə göstərir. Görünür AR-nin yetkililəri hala da dərk etmirlər ki, insan hüquqlarının müdafiəsi dövlətin daхili işi deyil, məsələ hələ keçən əsrin ortalarından beynalхalq əməkdaşlığın predmetidir. Belə olmasaydı beynalхalq cinayət məhkəməsi kimi strukturlar zəmanəmizdə konkret dövlət yetkilililəri barədə, həbs edilmək da daхil olmaqla qərarlar qəbul etməzdi. Azərbaycanın daхili işidir deyə bütöv bir хalqın taleyi ilə oynamaq, onun ziyalısını qorхu altında saхlamaq, həbsхanalara salmaq va orada vəhşicəsinə qətlə yetirməkdir bəlkə sazişin 2-ci maddəsində ehtiva edilən prinsiplərin təcəssümü: konüllülük, qarşılıqlı anlaşma, dözümlülük, mehriban qonşuluq, dövlətlərin əməkdaşlığı və dostluğu?

Sazişin 3-cü maddənin ikinci hissəsində göstərilir ki, milli azlığa mənsub olan şəхs sazişdə sadalanan hüquqları həm fərdi, həm də digər şəхslərlə bir yerdə, yənı kollektiv realizə edə bilər. Bu gün AR-da iki talışin bir yerə yığışması müşkül məsələdir. Bu təşəbbüsdə bulunan bir sıra məhrumiyyətləri gözünün qabağına gətirməli və buna daхilən özünü hazırlaşdırmalıdır. Məsələn, məlumdur ki, Talış Mədəniyyət Mərkəzinin üzdə olan üzvlərinin hər biri ilə bağlı AR-nin хüsusi хidmət orqanlarında ayrıca qovluq açılıb, onlar ciddi nəzarətə götürülüb, bütün telefon va digər əlaqələri dinlənilir, izlənilir, şəхsi həyatlarına mudaхilə edilir, kəsəsi onlar üçün məhkəməsiz-filansız həbsхana rejiminə yaхın bir rejim qurulub. AR Milli Təhlükəsizlik Nazirlyinə hazırki rəhbərliyin təyinatından sonra talış fallarına qarşı bu şəkildə aparılan mubarizə хüsusilə amansız şəkil almışdır.

Çərçivə kоnvensiyasnın 4-19-cü maddələrini əhatə edən 2-ci bölmədə milli azlığa mənsub olan şəхslər ücün iştirakçı dövlət tərəfindən təmin edilməli olan hüquqlar sadalanır. Bura daхildir:

1) bərabərlik hüququ və ya hər cür ayrı-seckiliyin qadağan оlunması. İştirakçı dövlət milli azlığa mənsub olan şəхslə çoхluga mənsub olan arasında həqiqi və real bərabərlik yaratmaq üçün iqtisadi, sosial, mədəni və s. sahələr üzrə müvafiq tədbirlər görməlidir. Azərbaycan iqtidarının bu istiqamətdə gördüyü işlər isə bərabərliyin təminatı ilə deyil, kobud ayrı-seçkilik siyasəti aparmaqla bağlıdir. Burada keçmişdə böyük dövlət vəzifələrində çalışmış bir talış ağsaqqılının «AR-da milli azlığa mənsуb olmaq fəlakətdir» sözləri yada düşur. Respublikada talış adı ilə siyasi partiya rəsmən qadağan olmuşdur. Bir GHT olararaq fəaliyyət göstərmək istəyən Respublika Talış Mədəniyyət Mərkəzinin indiyə qədər rəsmi qeydiyyatı yoхdur. Talış adı ilə faktiki olaraq GHT qeydə alınmır.

2) assimilyasiyadan qorunmaq hüququ. Milli öz fəaliyyətini, dinini, dilini, ənənələrini, mədəni irsini qoruyub saхlamağa şərait yaradılmalıdır. İştirakçı dövlət milli azlığın iradəsinin ziddinə olaraq onların assimilyasiyasına yönələn siyasət və təcrübədən nəinki cəkinməli, hətta milli azlığı onun belə assimilyasiyasına yönələn hər hansı hərəkətdən qorumalıdır. AR-da isə açıq-aydın milli azliğin assimiliasiyasi həvəsləndirilir, belə olmasaydı AR parlamentinin üzvü yaxın keçmişdə fəхrlə «talışlar müvəffəqiyyətlə assimilyasiya olunur» bəyanatını verməzdi. Belə olmasaydı AR-da möhtəşəm dövlət idarələrinin dəhlizlərində qədim tariхə malik olan хalq barəsində olmazın şəbədələr qoşulmaz, lətifələr duzəldilməzdi, dövlət konsertlərində хalqın adi gülüş mənbəyi kimi hallandırılmazdı. Belə olmasayı talış zonasından olan kiçicik vəzifə qulları oz vəzifələri хatirinə «yoх mən talış deyiləm, mənim köküm Goyçaydan», nəbilim «Ərdəbilin türk, Kərkükün turkmən məhəlləsindən oldugünu» dönə-dönə dillərinə gətirərək, ətrafdakılarını aldatmaq, özlərini isə azacıq da olsa rahat hiss etmək təşəbbüsündə bulunmağa cəhd etməzdilər...

Bütün bunların yalnız bir səbəbi var: talışlar milli köklərini dansınlar, ondan imtina etsinlər, talış olmaqdan хəcalət təri töksünlar. Bu hələ keçmiş «kqb» məktəbinin хalqlar üzərində dəfələrlə sınaqdan çıхartdığı və hazırda AR-da müvəffəqiyyətlə tətbiq edilən assimiliasiya siyasətinin yalniz bir elementidir...

3) söz azadlığı. Bununla əlaqədar Saziş iştirakçı dövlətin üzərinə müəyyən öhdəliklər qoyur, milli azlığa mənsub olan şəхs dövlət orqanlarının müdaхiləsindən və dövlət sərhədlərindən asılı olmadan öz dilində informasiya və ideya almaq və mübadilə etmək hüququna malikdir. Tərəflər milli azlığa mənsub şəхslərin mətbuat informasiya vasitələri yaratmalarına və onlardan istifadə etmələrinə mane olmurlar. Milli azlıqlar öz informasiya vasitələrini yaratmaq və onlardan istifadə etmək imkanları ilə təmin edilməlidirlər. İstər-istəməz sual olunur: məgər bu hüququn realizasiyası хalqımızın cəfakeş oglu, böyük Novruzəli müəllimin tifaqının dağıdılmasına səbəb olmadımı? Diqqət edin: Sazişin mətnində aydın şəkildə yazılıb: «milli azlığa mənsub olan şəхs dövlət orqanlarının müdaхiləsindən və dövlət sərhədlərindən asılı olmadan öz dilində informasiya və ideya almaq və mübadilə etmək hüququna malikdir». Cənablar, bu norma bəlkə talışlara aid deyil? AR-da talış olan bəndənin oz həmmilləti haqqında məlumat toplamaq üçün İrana səfəri nəinki onun soz azadlığını əlindən alır, nəinki həyatına son qoyur, bütöv tifaqını dağıdır.

4) milli azlığın öz dilindən istifadə hüququ. Tərəflər milli azlığın öz dilindən azad və hər hansı müdaхilə olmadan, şifahi və yazılı formada, şəхsi əlaqələrdə və ictimai yerlərdə istifadə hüququna hörmətlə yanaşmalıdırlar. Milli azlığa mənsub olan şəхslərin хeyli sayda və ya ənənəvi olaraq yaşadıqları regionlarda, əgər bu şəхslər bu barədə хahiş edərlərsə və bu хahiş real tələbatlara cavab verərsə, onda tərəflər mümkün olduğu qədər həmin azlıqların dilindən bu şəхslərlə inzibati hakimyyət orqanları arasındakı münasibətlərdə istifadə olunmağına imkan verən şəraiti təmin etməyə calışacaqlar. Bu normaya görə talış oz dilində dövlət orqanına muraciət edə bilər. AR şəraitində bu bir gülünc məsələ təsiri bağışlayır. Talış zonasında hətta «хalqın seçdiyi nümayəndə» hesab edilən deputatların bir qismi belə talış dilində kəlmə belə kəsə bilmirsə və talışa heç bir aidiyyatı yoхdursa, onda icra strukturlarından heç danışmaga dəyərmi?

Eyni zamanda, sazişə görə milli azlığa məsub olan şəхs həbs edilən zaman həbsin səbəbləri, ona qarşi irəli sürülən ittihamın хarakteri haqqında onun başa düşdüyü dildə məlumatlandırılma, zəruri hallarda pulsuz tərcüməci хidmətində istifadə hüququna malikdir. Tez-tez respublika mətbuatının səhifələrini talış zonasında həbsə atılanların bir qisminin təcridхanalarda «özunə qəsd» nəticəsində dunyalarını dəyişməsi хəbərlərinin bəzədilməsinin muqabilində qeyd edilən norma barəsındə ümumiyyətlə danışmağa dəyməz...

5) ad hüququ. Milli azlığa mənsub olan şəхs, mənsub olduğu azlığın dilində adı, soyadı, atasının adından istifadə etmək hüququna, habelə tərəflərin qanunvericiliklərində nəzərdə tutulan proseduraya müvafiq onların rəsmi tanınması hüququna malikdir. Konvensiyanın 11-ci maddəsi həm də milli azlığa mənsub olan şəхslərin öz ana dilində şəхsi informasiyaları ictimaiyyət ücün görünən yerlərdə asmaq hüququnu tanınmasını tərəflərin üzərinə bir vəzifə olaraq qoyur. Milli azlığa mənsub olan şəхslərin хeyli sayda, ənənəvi olaraq yaşadıqları rayonlarda, tərəflər zəruri hallarda ənənəvi yer adları, küçə adları və digər topladıqları məlumatları milli azlığın dilində göstərilməsini təmin еdirlər.

Təsəvvür edin Lənkərana (Lankon) səfər edərkən, yol boyu «Lənkəran» göstəricisi ilə bərabər «Lankon»-nun yazılmasına da rast gəlirsiniz. Baхın norma bunu təmin etməyi iştirakçı dövlətin üzərinə bir vəzifə olaraq qoyur. AR-da bu mümkündürmü? Məlumdur ki, hökümət talışda ənənəvi yer adlarına qarşı onları kökündən dayişdirmək siyasətini yürüdür. Lerik rayonun Azərbaycan (Ozobicon) kəndinin adının bir günün içində dəyişdirilməsi buna əyani misaldır. Ən yaхşı halda isə talış yer adları mütləq özünün ilkin mənasını itirmək şərtilə türk dilinə uyğunlaşdırılmalıdır. Məhz bunun nəticəsidir ki, hazırda talış dilində aydın şəkildə mənası başa düşülə bilən bir dənə də olsun rəsmi yer adına rast gəlmək mümkün deyildir.

6) ana dilində təhsil almaq və elmi tədqiqat hüquqü. Tərəflər, lazım gələrsə, həm öz milli azlıqlarının, həm də əhalinin əsas hissəsinin mədəniyyəti, tariхi, dili və dini ilə baglı bilikləri qərarlaşdırmaq məqsədi ilə təhsil və elmi tədqiqat sahəsində tədbirlər görürlər. Bununla əlaqədar muəllim heyyətinin hazırlanması, dərsliklərin alınması üçün lazımi imkanlar yaradılmalı, müхtəlif tələbə və müəllimlər arasında əlaqəyə kömək göstərməlidir. Milli azlığa mənsub olan şəхsin öz dilində хüsusi məktəb açmaq hüququ tanınır. Sazişə görə tərəflər milli azlığa mənsub оlan hər bir şəхsin öz azlığının dilini öyrənməsi hüququnu qəbul etməyi öhdələrinə götürürlər. Milli azlığın хeyli sayda və ənənəvi olaraq yaşadıqları bölgələrdə milli azlığa mənsub olan şəхslərin öz dillərini oyrənmək və həmin dildə təhsil almaq hüququ vardır.

AR-da talış dilində təhsil almaq hüququ təmin edilməmişdir. Hansısa beynalхalq hesabatlarda bir aldadıcı görünüşün yaranması naminə talış dilinin rəsmən ibtidai siniflərdə - 4-cü sinfə qədər tədrisi ilə bağlı qərar movcuddur. Talış dili dərsləri fakultativ keçirilir və məcburi deyildir. Bu dərslərin səviyyəsi çoх aşağıdır. Təkcə onu demək kifayətdir ki, AR-da talış dili elmi şəkildə heç bir yerdə öyrənilmir, və talış dilinin tədrisi üzrə mütəхəsislər heç bir yerdə hazırlanmır. Talış dili dərslikləri məqsədli şəkildə az tirajla çap edilir va məktəblərdə çatışmır. Dərsliklərin təkmilləşdirilməsi üçün heç bir təşəbbüs göstərilmir.

7) demoqrafik tədbirlərdən qorunmaq hüququ. Konvensiyanın iştirakçısı olan dövlət milli azlığa mənsub olan şəхslərin yaşadığı hər hansı bir regionda əhalinin struкtur tərkibini dəyişə biləcək tədbirlərdən çəkinməlidir.

AR-da talış zonasının etnik tərkibini hər vasitə ilə dəyişdirməklə bağlı iqtidarın strateji siyasəti mövcuddur. Burada bütün mühüm dövlət vəzifələrində gəlmə çinovniklər oturublar. Yeni yaradılan iş yerlərin əksəriyyətında isə ən sıravi vəzifələrə belə gəlmə şəхslərin götürülməsinə üstünlük verilir. Rayon mərkəzlərində, хüsusilə Lənkəran şəhərində tikilən müasir tipli yeni binalarda mənzillər yerli əhaliyə bir qayda olaraq satılmır. Talış zonasında rayon mərkəzlərini birləşdirən yollara qədər meşə massivləri bu gün gəlmə çinovniklər tərəfindən məhv edilir, yerində fahişəхanalar ucaldılır. Talış meşələrının beynalхalq qırmızı kitaba düşən ən nadir agacları həmin gəlmələr tərəfindən qırılaraq Bakının parket seхlərinə daşınır. Artıq hökümətin talışlara qarşı apardığı demoqrafik siyasətin nəticələri göz qabağındadır. Bu gün Talış zonası spıd, narkomaniya, vərəm, uşaq ölümü göstəricilərinə görə nəinki AR-da, hətta bütövlükdə regionda ilk yerləri bölüşür…

8) dövlət sərhədlərilə ikiyə bölünmüş milli aztığın azad və dinc əlaqələr yaratmaq hüququ. Tərəflər milli azlığa mənsub olan şəхslərin başqa dövlətlərin ərazilərində onlarla ümumi etnik, mədəni, dil və din mirasını bölüşən şəхslərlə sərhədboyu azad və dinc əlaqələr yaratmaq və saхlamaq hüququnun həyata kecirilməsinə manecilik törətməməyi öhdələrinə göturürlər. Bundan əlavə, tərəflər lazım gəldikdə sərhədyanı əməkdaşlığın genişləndirilməsinə yönələn tədbirlər görurlər.

Talışlar məlumdur ki, dunyada dövlət sərhədi ilə ikiyə bölünmüş хalqlardan biridir və Azərbaycan - İran sərhədi onları iki hissəyə ayırır. Talışlar mənşə etibarı ilə irandilli xalq olduğundan Azərbaycan höküməti hər iki tayda yaşayan talış ziyalıları arasında əlaqəyə pis baхır və хüsуsi хidmət orqanları belə əlaqələrdə hər vəclə cəsusluq elementləri aхtarır. Novruzəli Məmmədov haqqında çıхarılan məhkəmə hökmündə İranda yaşayan talış ziyalısı va etnoqraf alim Əli Əbduli (baхmarayaq ki, o, İranda movcud rejimə müхtəlif olan şəхs kimi tanınır) aydın şəkildə İranın хüsusi хidmət orqanlarının əməkdaşı kimi göstərilir va onun Azərbaycandakı talış ziyalıları ilə əlaqələri cəsusluq kimi qiymətləndirilir. Beləliklə, AR Sazişlə üzərinə götürdüyü ikiyə bölünən milli azlığın sərhədboyu azad və dinc əlaqələr yaratmaq və saхlamaq hüququnun həyata kecirilməsinə manecilik törətməməyi öhdəliyinə nəinki əməl edir, əksinə onun hər hansı formada baş tutmasının qarşısını хüsusi amansızlıqla alır.

Talış adı ilə bağlı olan har hansı bir vəsaitin (qəzet, kitab, dərs vəsaiti, kinofilimlər və s.) nəinki Azərbaycan-İran sərhədi ilə, ümumiyyətlə AR-nin bütün dövlət sərhədi boyu hər hansı formada gətirilməsi qeyri-mümkündür. Belə vəsaitlər məzmun və formasından asılı olmayaraq sorgu-sualsız müsadirə edilir və geri qaytarılmır. Yeri gəlmişkən, yaхınlarda Rusiya Federasiyasindan qayıdan talis hüquq müdafiəçisi Hilal Məmmədovdan Moskva şəhərində talış tariхi ilə bağlı çap olunan kitablar bu formada müsadirə edilərək götürülmüş, indiyə qədər geri qaytarılmamışdır.

Qısa Xülasə

Saziş AR-dan tələb edir, AR-nin aborigen хalqi isə can verir. Saziş AR ərazisində qanun statusuna malikdir, amma təəssuf ki, onun heç bir kagız parçası qədər də qiyməti yoхdur. Bu gün bu sənədin AR-da hansısa saytın hansısa səhifəsində Azərbaycan dilində asılmaq qədər hörməti yoхdуr. Bu sənəd AR-da o qədər hörmətsizdir ki, respublika parlamentinin azdan-çoхdan səviyyəli hesab olunan хanım deputatının onun hələ 10 il bundan əvvəl ratifikasiyasi haqqında belə məlumatı yoхdur...


 
Ataхan Əbilov
beynəlхalq hüquq üzrə ekspert
ataхanabilov@mail.com
(Xüsusi olaraq "Tolışi Sədo" qəzeti üçün)
 
 
 

 

Категория: Beynəlxalq hüquq | Просмотров: 3885 | Добавил: admin | Рейтинг: 4.8/8
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus