Bu gün Azərbaycanın, eləcə də mənsub olduğu Talış xalqının ictimai fəalı, Azəri-Talış İctimai Birliyinin sədr müavini Seyran Rəfiyev Rusiya Federasiyasından, +79253672063 nömrəli telefondan təhdid dolu mesajlar alıb. O, gün ərzində üç dəfə məzmunca əxlaqsız və təhdidedici ifadələrlə dolu mesajlarla üzləşib...
Bu mesajlarda hər dəfə Seyran Rəfiyevə xəbərdarlıq edilərək bildirilib ki, o tutduğu ictimai-siyasi xəttdən, sosial şəbəkələrdə, eləcə də KİV-də ifadə etdiyi mövqedən imtina etməlidir. Əks təqdirdə o, ciddi peşimançılıqla üzbəüz qalacaqdır.
Azəri-Talış İctimai Birliyin sədri Mehdibəy Səfərovun sözlərinə görə bu hadisə onları dərindən düşündürməklə yanaşı, möhkəm narahat etmişdir. Belə ki, başqa bir ölkədən özünəməxsus vətəndaş mövqeyi və prinsipial ictimai fəaliyyəti ilə seçilən bir gəncimizə qarşı bu sayaq təhdidlər çox mətləblərdən xəbər verir.
Azəri-Talış İctimai Birliyi, xarici ölkədən daxil olan bu təhdid və təhqirləri ictimai təhlükəli, eləcə də məqsədyönlü bir pravokasiya əməli hesab edir və bu barədə Azərbaycan Respublikası DİN-nə araşdırma üçün şikayət ərizəsi ilə müraciət etməyi vacib sayır.
Seyran Rəfiyev TALİSH.ORG-qa bildirib ki, o, sabah bu barədə müvafiq strukturlara rəsmən müraciət etmək fikrindədir.
TALISH.ORG