Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2011 » Декабрь » 17 » “Azadlıq” və “Yeni Müsavat” qəzetləri klan hakimiyyətinin təəssübkeşləri rolunda
15:32
“Azadlıq” və “Yeni Müsavat” qəzetləri klan hakimiyyətinin təəssübkeşləri rolunda
                                                                                          
Hörmətli "TALISH ORG”, bu yazı "Azadlıq”  və  "Yeni Müsavat” qəzetlərinə xitabən yazılıb. Təbii ki, bu qəzetlərdə də çap olunmalı idi. Lakin, bu qəzetlərin başı monopolist nazirlərimizin qoltuğuna elə girib ki, yaxın illərdə çıxacaqlarına ümid etmək olmaz. Yazı da bu qəzetlərin klan döyüşlərində fəal iştirakına həsr olunub. Yəqin ki, içərilərində oxuyanları tapılacaq və redaktorlarını ağah edəcək ki, boynlarındakı zəncirlərdən xəbəri olmayanlar yoxdur.

Qəzetlərinizin bir neçə nömrəsində ABU-nun (Azərbaycan Beynəlxalq Universiteti) sahibi və rektoru, professor və başqa çoxsaylı böyük titular müəllifi Elşad Abdullayev haqda yazılar dərc edilir. ABU-nun bağıanması ilə bağlı rektorun təzyiqlərə məruz qalması ilə bağlı sanki göz yaşları axıdırsınız. Görünür bu adamın kimliyi, sahibi olduğu universitetdəki əməlləri ilə maraqlanmamısınız və ya... 

Əgər maraqlansaydınız əmin olardınız ki, beləsi əslində ömürlük həbs cəzasına layiq olmalı adam imiş (özü də tək yox, onunla eyni yolun yolçuları olan qohum əqrabalarıyla birlikdə). Guya indi onlar hakimiyyət tərəfindən  repressiyalara məruz qalıblar.

Mövcud hakimiyyətin hərb maşınının repressiya qurbanlarını saymaqla qurtarmaz. Müharibə əlillərindən titmuş, şəhid ailələrinə qədər, haqqını –hüququnu tələb edən vətəndaşıardan tutmuş  ev-eşiyi dağıdılanlara qədər, hara fırlansanız hakimiyyətin zərbələrindən inləyən günahsız insanlarla rastlaşa bilərsən. Lakin, Elşad Abdullayev kimilər bu kateqoriyadan deyillər və onları belə siyhilərə salmaq ən azından günahdır. Mən şahidi olduğum bəzi hadisələri sizlərə bildirirəm və inanıram ki, yazdıqlarımı hər hansı bir jurnalistiniz, yaxud müstəntiq əziyyət  çəkmədən  təsdiqinə nail ola bilər.

Yaxım qohumum bu universitetdə oxuyurdu. Çox savadlı və bacarıqlı tələbə idi. TQDK-nin test imtahanlarında 490 bal toplayaraq universitetin TİBB fakultəsinə qəbul olunmuşdu. Elə ilk semestrlərdən imtahanlar üçün açıq şəkildə rüşvət tələb etməyə başlandı. Ya tələb olunan məbləği verməli, ya da kəsilib qovulmalısan. Ya da super biliyə malik olmalısan ki, bəlkə bu tələblərdan canın qurtara.  İmkanı olanlar rüşvətlərini verib canlarını qurtarırdılar. İmkanı olmayanlar isə müxtəlif yollar arayır, fərqli üsullara əl atmaq məcburiyyətində qalırdılar. Mən bu yaxınım üçün dörd dəfə yazılı şikayətdən sonra, xüsusi komissiyanın iştirakı ilə əlavə imtahanlar təşkil edilməsinə nail oldum və hər dəfə də tələbə "5” qiymət alaraq nəyə qadir olduğunu sübut etdi. 80 yaşlı dekan "-Bala bizdə günah yoxdur, hər sessiyada professor Elşadın haqqını verməsək bizi uf da demədən  işimizdən çıxaracaq” deyə ağlamsınaraq səmimi etiraflarda bulundu.

Hətta, bir dəfə birinci prorektorun yanına şikayətə getdim ki, "nə üçün tələbələrdən təhsil haqqını rəsmi elan edildiyindən artıq alırsınız”. Elşadın qaynatası olan I prorektor, akademik Həsən Əhmədov aramla, çəkimib- utanmadan (80-a yaxın yaşı var idi) bildirdi ki, "Bala bu universitetin öz qayda-qanunları var. Bütün tələbələr və valideynlər ona əməl etməyə borcludurlar. Yaxşı olar ki, tələb olunanı ödə , ya da uşağını çıxarıb başqa ali məktəbə apar.” - deyə bildirdi. Dünya yaxşılıqdan xali olmadığı kimi burada işləyən müəllimlərin içərisində də   rüşvəti haram biliənlər, az da olsa var idi. Hamı, hər yerdə "Palaza bürünüb ellə sürünmür” axı.  Müəllimlərdən bəziləri ilə pıçıltı ilə də olsa söhbətlər edir, ABU- dəki vəziyyəti öyrənirdim. Hətta qəzetlərin birinə  (konkret  "Azadlığa”)  öyrəndiyim özbaşınalıqlarla bağlı məqalə də yazdım. Bunu belə müəllimlərdən birinə bildirəndə məsləhət görməyib dedi ki, bunu etməyin, Elşad Abdullayev bilsə ki, bunu hansı tələbənin valideyni edib, o saat tapşırıq verib hansısa bir bəhanəylə universitetdən qovdurar, bu ölkədə rüşvət hər şeyə hakimdir, heç yerə də şikayət edə bilməzsən.

Elşad Abdullayevin qaynatası burada ikinci şəxs sayılırdı, qardaşı Mahir Abdullayev Ermənistanın hansısa bir sovxozunda briqadir işlədiyi halda Bakıya gətirilmiş, qısa müddətdə alı tıhsil almış, dosent, professor elmi dərəcələrinə yüksəldilmiş, nəhayətdə ABU-də Elşadın mavini olmuşdu. Elşadın qaynı (adını unutmuşam) II müavin, əmisi, dayısı, xalası uşaqları bu özəl (özlərinin) universitetlərində dekanlara, kafedra müdirlərinə çevrilmişdilər. Universitetdə dünyanın heç bir ölkəsində baş verəsi mümkün olmayan qanunsuzluqlar baş alıb gedirdi. Hər qəbul ilində universitetə TQDK-dan 10-15 nəfər qəbul olunurdusa, 150-200  nəfər rüşvətlə tələbə bileti verilir, bu yolla fakultələr açılır və milyonlarla pullar toplanırdı. Tədrisin səviyyəsi də acınacaqlı vəziyyətdə.  Məzunlarının 70-80% savadsız olan bu "ali təhsil ocağının” "mütəxəssisləri” indi ölkənin müəllimlərinin, mühəndislərinin, həkimlərinin, hüquqşünaslarının bəzəyinə çevriliblər. Elşad Abdullayev kimilərinin xalq qarşısında xidmətləri bunlardan ibarət idi. Yaxşı xatırlayıram, tibb fakultəsinin 200 nəfərlik məzunundan yalnız 70 nəfəri dövlət imtahanlarına buraxılmışdı. 130 nəfəri isə heç bir səbəb göstərilmədən imtahanlara buraxılmamışdı. Universitetə gələn savadlı tələbələrin valideynlərini ora-bura göndərir, günahı qəsdən bir-birlərinin üzərinə atırdılar. Onların qəbullarına bir dəfə düşmək isə  iki-üç gün vaxt və kəskin əsəb gərginliyi tələb edirdi. Elşad Abdullayevin qəbul otağında üç gün oturduq. O hər dəvə 15-16 nəfərlik, hamısı da dayoğlu, əmoğlu, xaloğlu və bibioğlularından ibarət olan cangüdənləri (telexranitelləri) ilə kabinetinə gəlir, heç kimi qəbul etmədən 2-3 saatdan sonra çıxıb gedirdi. Bir nəfər də ona yaxınlaşıb sözünü deyə bilmirdi. Ağzını açana telexranitelləri hücum çəkib elə nalayiq söyüşlər söyürdülər ki, adamın lap matı quruyurdu. Sonuncu gün bir qadın əsəbindən elə onun qəbul otağında əllərini yuxarı qaldırıb ürəkdən gələn bir səslə inildədi: " İlahi, sən bu haqsızlığı bağışlama, bu əclaflara aman vermə, onların haram pullarını burunlarından tök. İlahi, səni and verirəm öz Böyüklüyünə belələrini bu dünyada cəzalandır ki, başqalarına da dərs olsun!”

Mən elə o vaxt anladım ki, Allahın ədaləti yaxın vaxtda özünü göstərəcək, Göstərdi də. Təhsil nazirliyi ABU-nin bağlanması haqqında qərar verdi (əslində Təhsil Naziri kimdir ki,...). İndi guya didərgin həyatı yaşayan, repressiyalara tuş gələn bu Elşad Abdullayevlər millətdən imdad diləyir ki, (daha doğrusu müxalıfətdən) "Amandı qoymayın, qardaşımı oğurlayıblar, bibioğlumu, xaloglumu, əmolumu, qaynımu, balduzumu didərgin salıblar, Prezident məni öldürmək istəyir”. Bilmirəm qaynatası qalır, yoxsa Allahın ədalət məhkəməsində cavab verir, qalıbsa elə ondan da hesab sormağa dəyər.

Elşad Abdullayev müsahibəsində deyir:  "Misir Mərdanov qanunsuz olaraq ABU-nun fəaliyyətini dayandırdı və bununla da o, universitetin müəllim-tələbə kollektivinə böyük maddi-mənəvi ziyan vurdu. Bu ziyanı kim ödəyəcək?”  Deyəsən o haram yolla topladığı pullardan məhrumluğu maddi-mənəvi ziyan hesab edir. Bəs sənin cəmiyyətə sırıdığın minlərlə savadsız mütəxəssislərin törədəcəyi fəsadların ziyanını kim ödəyəcək?

Mən yuxarıda Elşadın sahibi olduğu bu əcaib və əcaiblikdə anoloqu olmayan universitetinə ağalıq edən əqrəbalarının bir neçəsinin adını çəkdim. Müraciətində  özü daha artıqlarının  adlarını sadalayır. Guya daha bir qardaşı elmlər namizədi imiş, bu universitetdə yığdığı haramları əlindən almaq istəyəndə infarkt keçirib. Elşad daha sonra müsahibəsində deyir: "Zərərçəkənlərin siyahısı isə böyükdür. Mənə yardım edən (yardım edən ha...)  xalam oğlu İltifat həyatını itirdi. Böyük qardaşım İsmayılın həyat yoldaşı qəfil stressdən dünyasını dəyişdi, böyük bacım Qubaxanım Abdullayeva keçirdiyi stressdən normal iş fəaliyyətini itirdi, yaxın adamlarını tanıya bilmir. Dayımın həyat yoldaşı və qardaşım Eldənizin qayınanası bu hadisə ilə bağlı qəfil dünylarını dəyişdilər. Maddi cəhətdən mənə kömək edən şəxslər - Sabir dayı, Kamal əmi, Əhəd, Canbaba, Oktay və digərlərinə o qədər təzyiq etdilər, onları o qədər hüquq-mühafizə orqanlarına aparıb-gətirdilər ki, hamısı müxtəlif tərzdə dünyasını dəyişdi, cinayətkarlar isə mükafatlandırıldı”.  İlahi, səni and verirəm öz Böyüklüyünə belələrini bu dünyada cəzalandır ki, başqalarına da dərs olsun!” Bu da Allahın ədaləti. Dərs olacaqmı başqalarına, Elşadkimilərin yolunu gedib qanun, haqq, ədalət bilməyənlərə?

Elşada  gün kimi aydındır ki, evinə gələnlər ondan və "zərərçəkmiş” əqrəbalarından haram yolla topladıqları  pulları tələb edirmişlər. Biz hüquqi dövlətdə yaşamırıq ki, cinayət törədən qanun qarşısında mühakimə olunsun. Sizlərin əməlləri bu cür cəzalandırılır. Əvvəllər də belə olmuşdu. Nə tez unutdunuz Əli İnsanovun evindən çıxan milyonları, zümrüd və brilyantları, qızıl külçələri. Niyə dərs olmadı bunlar sizə. Sizlər evlərinizə gələnlərin tələb etdiklərini ödəməklə cəzalandırılırsınız. Ancaq dirəniş göstərib vermək istəmirsiniz, infarct olursunuz, ağlınızı itirirsiniz, ölürsünüz, yenə də vermək istəmirsiniz. Bəlkə, evini, həyətini, arvadının qızıl-zinət əşyalarını, bilmirəm daha nələrini satıb uşağını 4-5 il sizin ailə-klan universitetinizdə oxutmağa məcbur olan valideynlərdən zorla topladıqlarınızı halallarınız hesab edirdiniz.?  Niyə ataların "Haynan gələn Vaynan gedər” məsəlinə əməl etmirsiniz?

E.Abdullayev daha sonra yazır: "Hilal Əsədovun sifarişilə ”Yaxo" adlı bandit dəstəsi evimə silahlı basqın etdi. Hilal Əsədov, Akif Çovdarov və Mahiri oğurlayan bandit dəstəsi valideynləri və tələbələri min bir bəhanəylə mənim əleyhimə qaldırmağa çalışdılar. Lakin tələbə və valideynlər bu cinayətkar təkliflərdən imtina etdilər.” Elə burada deyirlər "yalançının lap atasına ...”.  Tələbə və valideynlər sizlərin cinayətkar tələbələrinizdən çoxdan bezmişdilər, sizlərə o qədər nifrət var idi ki, sən də binu yaxşı bildiyindən telexranitel ordusu saxlayırdın. Az qala 6-7 min tələbənin 85-90%-ni rüşvətlə qəbul edirdiniz. Unuversitetinizdə elə tələbələr oxuyurdu ki, smestrlərdə valideynləri gəlib ya sizinlə ya da qohumlarınızdan biriylə görüşüb pulunu verib gedirdi. Dövlət imtahanlarına səbəbsiz olaraq tələbələrin əksəriyyətini buraxmırdınız, onları "ağıllı” üsulla dekanlıqlara gətizdirib pullarını, əmlaklarını alandan sonra diplom almağa layiq ilirdiniz. Diplomu da pulsuz vermirdiniz. Ən yaxşı halda bu hər məzuna ən azından 1000-1500 manata başa gəlirdi. Bu universitetin bir çox məzunları indi də diplom ala bilmirlər. Heç bir valideyn sizlərdən kiməsə şikayət belə edə bilmirdi. Hər yerdə güclü müdafiəçiləriniz var idi. Mən bir dəfə məcbur qalıb ərizə ilə Səhiyyə Nazirliyinə müraciət etdim və iki gündən sonra dekan məni çağırıb xəbərdarlıq etdi: "Qohumun V kursda oxuyur, ona yazığın gəlsin. Bu şikayətindən nə qədər ki, Elşadın xəbəri yoxdur gedib ərizəni geri götür, yoxsa uşağı qovacaqlar, beş illik zəhməti də hədər gedəcək.”  İndi bu adam utanmadan deyir ki, tələbələr və valideynlər məni "Yaxo” bandasının hücumundan xias etdilər. Elə burada da bayaq dediyimi təkrar etmək istəyirəm: "Yalançının...”.

İndi  Elşad Abdullayev fenomeni "Azadlıq” və "Yeni Müsavat” qəzetlərinin gündəmindən düşmür. Bu qəzetlərdə görün "professor” daha nələr yazır: "Terrorçu təşkilatın aktivləri - MTN-in nazir müavini Hilal Əsədov, Elçin Quliyev, Akif Çovdarov, Rəsul Rəsulov, Yaşar, Nazim Lətifov Mahiri Mətanət, Sənan və Qulu Cəfərovun əliylə şantaj edərək 2 milyon dollar tələb etdilər. Lakin Mahir onlara 600 min dollar verib. Terroristlər bu məbləğlə razılaşmayıb və orada savaşıblar. Onlar Mahirə xəsarət yetiriblər. Mətanətin mənzilindən Mahiri qanunsuz (kəlama bax...) olaraq, DİN-in Banditizm İdarəsinə gətiriblər və 600 min dolları şantaj yoluyla alıblar. Bu barədə Hilal Əsədovun əməkdaşı polkovnik Teymur Quliyevdən soruşanda o mənə dedi ki, bu, dövlət sirridir.  Görəsən, başqasının əmlakını zorla əlindən alma nə vaxtdan dövlət sirri olub? - Terroristlər isə şahidləri 37-ci ilin metodlarıyla şantaj edirdi ki, onlar öz ifadələrindən imtina etsin. Artıq həmin şahidlər də Azərbaycandan qaçıb.” Əvvəla bu 37-ci illərin metodlarından sayıla bilməz. Bu elə müasir dövrün Azərbaycan metodudur ki, müəllifi də mövcud hakimiyyətdir. 37-də belə cinayətlərin cəzası çox ağır olurdu və hökm ani vaxtda icra edilirdi.

Görəsən rektorun müavini işləyən qardaşında bu qədər pul haradan idi, babalarından mirasmı qalmışdı, yoxsa maaşını toplayıb xərcləmədən saxlamışdı? Yox, binların heç biri deyildi

Valideynləri soymaqla yığmışdınız bu dollarları. Görəsən  nə fikirləşirdiniz, xalqın, uşağının boğazından kəsib sizlərə verdiklərini halal malınız kimi yeməkmi istəyirdiniz? Heç xəyalınızdan da keçmirdi ki, bunlar nə vaxtsa burunlarınızdan töküləcək? Qəbul otagında sizlərə qarğış inləyən o qadınların sayı nə qədər idi görəsən. Nə qədər belələri var idi ki, sizlərə evlərində, qarğışlar edirdilər. Axı bu dünya  hər şeydən xali deyil. Haqqın- ədalətin nə vaxtsa yerinə qayıdacağı gün gəlib çatır. İndi bu islanmışlar yenidən canfəşanlıq edirlər ki, sudan quru çıxsınlar.

Terrorun fərqli formaları var. Kimisi, kimdənsə qisasını almaq, kimisi özünə qəsd etməklə kütlələri qırmaq, kimlərsə də insanların fiziki varlığına toxunmadan mənəviyyatlarını zəhərləməkl terror törədir. Elşad kimilər belə terroristlərdəndirlər. Onların basdırdıqları bombalar hələ partlamayıb. Lakin mütləq partlayacaq. 

İndi də üzümü "Azadlıq” və "Yeni Müsavat” qəzetlərinə tutub deyirəm.  Məndən də yaxşı bilirsiniz ki, bugünkü Azərbaycan hakimiyyəti monopolist, kriminallaşmış bir hakimiyyətdir. Bu ölkənin bütün varlı milyarderləri hakimiyyət postunda vəzifə tutanlardır. Onların qohum -əqrəbaları, həmyerliləri, digər yaxınları onların köməyindən istifadə edərək öz gəlir mənbələrini, bisnes - şəbəkələrini yaradır, əllərinə düşən imkanlardan maksimum yararlanmağa çalışırlar. Elşad Abdullayev də belələrindən, daha doğrusu ifrat belələrindən idi, öz biznes-şəbəkəsini - ailə universitetini yaratmışdı. Burada əvvəldə dediyim kimi dünyanın ən alçaq cinayətləri açıqdan-açığa törədilirdi. Rüşvət ayaq tutub yeriyir, bu yolla axan milyonlar bəzilərini hətta insanlıqdan belə çıxarıb əjdahaya çevirirdi. Lakin, klan hakimiyyətinində klanlanın ömrü maraqların toqquşduğu anda bitir. Maraqlarsa toqquşduğu vaxt sanki 12 ballıq zəlzələ baş verir və tərəflərdən biri həzmi rabidən keçiririb yaşamını itirir. Əli İnsanov və Fərhad Əliyev olayları kimin yadından çıxıb?

İndi siz müxalifət qəzetləri E. Abdullayev və onun kolxozçu professorları üçün göz yaşı tökməkdəsiniz. Mən istəmirəm ki, vətəndaşların rəğbət obyektində qərarlaşmış belə qəzetlər hansısa çirkin maraqlara xidmət etsinlər. Nədən klan müharibəsinin əzilən tərəfini, "şəhid” kimi qələmə verirsiniz? Vaxtilə, Elçibəy hakimiyyətinin qatı düşməni sayılan, onun ağını qara, qarasını ağ kimi lənətləyənlərin mahir ifacısı, Səhiyyə Naziri Əli İnsanov da əziləndə müxalifət qəzetlərində belə çılğınlıqla müdafiə olunurdu. Əli İnsanovun evindən müsadirə olunan (yəqin ki, bu müsadirə olunanlar büccə vəsaitlərinə çevrilmədi) külçə qızıllar, brilyantlar, yaqutlar, millətə göz dağı kimi göstərildi. Əli İnsanov o adam deyildimi ki, o boyda Səhiyyə Nazirliyini "yerazların” (ifadəmə görə üzr istəyirəm) nazirliyinə çevirmişdi, Mərkəzi Klinik Xəstəxanada "yeraz” olmayan bütün həkimləri, tibb personalını zorla işlərindən qovmuşdu. Müsavat partiyası və AXCP ona qucaq açanda minlərlə üzvünu itirdi, cəmiyyətdəki mövqeyinə və imicinə ağır zərbələr endirdi. Yoxsa hələ də "düşmənimin düşməni mənim dostumdur” düşüncəsinə söykənməkdən əl çəkə bilmirsiniz?

Sonda bir daha üzümü "Azadlıq” və Yeni Müsavat” qəzetlərinə tutub deyirəm. Öz araşdırmalarınızı da aparın və məsələyə əks mövqedə olanların fikirlərinə də yer ayırın. Ən əsası isə xalqın mövqeyi ilə tanış olun ki, hələ ki, partlamamış bombalardan kimlərsə xəbərdar olsunlar.  

                                                               
Hüseynqulu Məmmədli,
Lənkəran şəhəri,      
10.12.2011    


Категория: Azərbaycan | Просмотров: 1986 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus