Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2012 » Июль » 21 » Baş redaktor şok faktlar açıqladı
14:17
Baş redaktor şok faktlar açıqladı
Hilal Məmmədov "Azadlıq”a ünvanladığı məktubda nələrdən bəhs edib?

"Tolışi sədo” qəzetinin baş redaktoru, şərlənərək həbs edilən Kürdəxanı təcridxanasından "Azadlıq”a məktub yollayıb. Hilal Məmmədov məktubda necə həbs olunması ilə bağlı dəhşətli faktlar açıqlayıb. Məktubu oxucuların diqqətinə çatdırırıq:

Məni maşında da döyürdülər

"Iyunun 21-də saat 9-10 radələrində Bakıdakı Mərkəzi Neftçilər Xəstəxanasına bir xəstə qohumuma baş çəkib və həkimlə görüşüb təqribən 12-də evimizə yaxınlaşarkən 6-7 nəfər mülki geyimli, idmançı görkəmli quldurlar tərəfindən vəhşicəsinə döyülərək zorla şəxsi maşına mindirilmiş və başqa bir şəxsi maşının müşayiətilə DIN-in Narkotiklərə Qarşı Mübarizə Idarəsinə gətirilmişəm. Basqın zamanı harayıma bir kimsə yetişməsə də, ətrafdakı mebel dükanından bunu bir neçə şəxsin seyr etdiyi istisna deyil. Məni hardasa qətlə yetirəcəklərini zənn edib maşında ikən ürəyimdə bir neçə dəfə kəlmeyi-şəhadəti oxuyub Allahın məni bir şəhid kimi qəbul etməsini dua edirdim və şübhə etmirdim ki, Azərbaycandakı bir sıra hayküylü qətllərdə, jurnalistlərin oğurlanması və vəhşicəsinə döyülməsində də bu banditlər bir alət olub. Maşında da döyülməyimə və bədənimdəki ağrılardan əzab çəkməyimə baxmayaraq bu qəddar gənclərdən mənə nə üçün işgəncə verdiklərini öyrənməyə cəhd etməklə yanaşı, onlara müsbət təsir etməyə çalışırdım...

İran mollaları "Narkobiznes”in işçilərini əsəbləşdirib


İlk söhbətdən anladım ki, olayın kökündə "YouTube” sosial şəbəkəsində yerləşdirdiyim "Tı kto takoy davay dosvidaniya” meyxanası ilə bağlıdır. Bizim mülki maşınla yanaşı gedən avtomobilin sürücüsü əli ilə repçi Timatini yamsılayırdı və onlar məni lağa qoyurdular. Bir neçə dəqiqədən sonra məndə şübhə qalmadı iyunun 13-də Astarada keçirilən Talış Folkloru və meyxana gecəsilə bağlı "facebook”da yazdığım bir status hakimiyyətin xoşuna gəlməyib. Mən yazmışdım: "Eurovision”a miylonlarla pul xərcləsələr də, müsbət nəticə əldə edə bilmədilər. Amma biz bir qəpik xərcləmədən həm Azərbaycanı, həm talışları, həm meyxananı, Əliağa Vahidi bütün dünyaya tanıtdırdıq.

Eyni zamanda mənə aydın oldu ki, Rusiyanın NTV telekanalının əməkdaşlarının bu məsələ ilə bağlı Bakıya gəlməsi, oradan Astaraya getməsi və iyunun 17-də reportaj yayımlaması  hakimiyyət orqanlarında kimlərisə bərk qəzəbləndirib və məni bu "özbaşınalığıma” görə cəzalandırmaq qərarına gəliblər. Məni döyən gənclərdən birinin işlətdiyi "Nə vaxtacan o....(söyüş) Iran mollaları sizin əlinizlə narkotikanın bizim ölkədə satışına yol verəcəklər?!” sözlərindən qəti əmin oldum ki, məni tutan zaman cibimə nakotika atıblar. Əllərim arxadan qandallansa da, oradan rahatca çıxara bilirdim və şalvarımın sağ cibimin üstündən hiss edirdim ki, ora nə isə yumşaq bir şey qoyulub. Açığı riskli olsa da, cibimə qoyulanı çıxarıb ata bilərdim. Amma düşündüm ki, onsuz da heç nə dəyişməyəcək. Ona görə də bu niyyətdən vaz keçdim. Idarəyə çatanda əlimi qandaldan çıxardıb böyük səhv etdiklərini bildirdim. Əvvəlcə hamısı təəccüblə mənə baxdı. Sonra isə başıma bir yumruq zərbəsi endirib, qandalı bərkitdilər...

"Hal şahidi” dedi ki, axı bu narkomana oxşamır


Əziz həmvətənlərim, cibimə zorla atdıqları o 5 qram narkotikanı boynuma qoya bilməsələr də, özlərinin "hal şahidləri” ilə evimizdə axtarış aparıb növbəti 25-30 qram narkotikanı pencəyimin cibindən "tapdılar”. Bu çox iyrənc səhnə idi. Burada bir məqama toxunmaq istəyirəm: Məhkəmə qərarı olmadan, qeyri-qanuni olaraq evimizdə axtarış aparılarkən sağımda və solumda dayanan "hal şahidləri”ni kaş görəydiniz! Onların hansı hisslər keçirdiyini görmək lazım idi. Əlbəttə ki, onlar bu oyunda alət idilər. "Hal şahidləri”ndən biri təqribən 25 yaşlı gənc oğlan, digəri isə 50-60 yaşlarında bakılı ləhcəsində danışan bir kişi idi. Yol boyu onların da halına da acıyırdım.

Gənc "şahid”in əl-ayağı əsirdi, elə bil hansı cinayətə qol qoymasının fərqində idi. Mən onu bir təhər sakitləşdirib "darıxma, belə getməz, qol çəkib canını qurtar onlardan” dedim. Yaşlı "şahid” dözməyib "alə, bu narkomana oxşamır axı...” dedi. Amma dərhal onun üstünə qışqırdılar: "Kəs səsini...(söyüş). Ağsaqqal, nə desələr onu da et...”

O məzlum "ağsaqqal” bu söyüşlərə birtəhər dözüb əlini ayağıma qoydu. Ona da ürək-dirək verib "belə getməz ağsaqqal, sənin də canın qurtarar bunlardan. Qol çək” dedim.

General soy-kökünü niyə danıb?


Idarədə olarkən mənim üçün tutulmuş hökumət vəkili və bu idarənin rəisi, iki dəfə Sovet Ittifaqı qəhrəmanı general Həzi Aslanovun nəvəsi Həzi Aslanov da mahiyyətcə həmin məzlumlardan fərqlənmirdi. O hətta soy-kökünü danaraq öz babasının da talış olmadığını bildirdi. Hakimiyyəti tərifləyib və mənə də bu barədə düşünməyi tövsiyyə edən generalı da dinlədikcə halına acıyıb ondan ayrıldım.

Məni söyüb vəhşicəsinə maşına mindirəndə də dediyim "Bu vəhşiliyinizin də bir gün sonu olacaq, dəyişəcək bu ölkə, belə getməz” ifadəsinin onları necə qəzəbləndirdiyinin  kaş şahidi olaydınız. Onlar qəzəbli şəkildə deyirdilər: "Güvəndiyin Amerikanı deyirsən? Yoxsa orada sənin kimi alimləri nəzakətlə maşına otuzdururlar?”. Daha sonra başıma yumruq zərbələri endirirdilər. Mən də susmurdum: "Əvvala mən cani deyiləm, Amerikada Obamanı lap məsxərəyə qoyan bir jurnalist ilə də belə vəhşi rəftar etməzlər. Amma siz nə yaşıma, nə də cəmiyyətdəki mövqeyimə məhəl qoymadan məni söyüb təhqir etməklə özünüzü igid sayırsınız. Digər tərəfdən ölkəmiz Avropa Şurasının bir üzvü kimi öhdəliklər götürüb. Bu öhdəliklər həm də insan haqları ilə bağlı islahatlar aparmaq, hər cür işgəncəyə son qoymaq ibarətdir”. Bunu deyəndə xüsusi qəddarlığı ilə seçilən və digərlərinə nisbətən gənc olan biri "Sənin Avropanın da ağzını...” deyə söyməyə və mənə zərbələr endirməyə başladı.

Mən bu zərbələrə var gücümlə dözüb davam edirdim: "Eyb etməz, siz də dəyişəcəksiniz, zaman dəyişdirəcək sizi də”. Onlar isə "Hə, bilirsən Hilal, siz saat 12-dən sonra necə dəyişirsinizsə. Yəqin o roliki də 12-dən sonra yaymısan, facebook-da ölkə rəhbərliyinin bostanına atdığın mesajları da 12-dən sonra yazmısan” deyib istehza edirdilər. Mən də onların sözünü cavabsız qoymadım: "Neynək, biz 12-dən sonra dəyişirik, siz də 12-dən sonra dəyişin” dedim. Onlar isə qəhqəhə çəkərək gülüb dedilər: "Bütün dünya Azərbaycandakı inkişafa, tərəqqiyə həsəd apardığı bir dövrdə sənin kimi xalq düşmənlərini, erməniləri də, farsları da, rusları da... edərik. Sənin AXCP, Müsavatını da, onların liderlərinin də, hüquq müdafiəçilərinin də lap...(söyüş)”. Bu adamlar ən əxlaqsız söyüşlər söyməkdən yorulmurdular.

ardı var

Azadlıq Qəzeti

Категория: Azərbaycan | Просмотров: 1784 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus