Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2012 » Июль » 17 » Başıbəlalı talış folkloru
14:16
Başıbəlalı talış folkloru
Yaxud bir daha rejimin talış adı ilə bağlılığı olan hər şeyin saxtalaşdırılaraq başqa formada təqdim edən siyasəti barədə

Göz açıb bu ədalətsiz dünyaya baxdıqca, içimdən məni çoxlu suallar düşündürür. Daha çox düşündürücü suallardan biri də budur ki, doğrudanmı biz müstəqil, demokratik, tolerant ölkənin vətəndaşlarıyıqmı?

Bu sual da məni düşünməyə vadar edir. Öz-özümə sual edirəm, məgər biz talışlar Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi uğrunda gedən mübarizə və müharibələrdə azmı şəhidlər vermişik, azmı təhdid olunmaqla zindanlara düşmüşük?

... Sevindik ki, müstəqil, suveren dövlətin vətəndaşlarıyıq. Çox keçmədi ki, bu sevicimiz, biz talışların acı göz yaşlarına səbəb oldu. Talış zonasının adı çox əcaib şəkildə dəyişdirilərək "Cənub zonası” adlandırıldı. Yer, kənd, şəhər adlarımızın da dəyişdirilərək eybəcər hala salınması davam etməkdədir.

Sonrakı mərhələdə soyad sonluqları türkləşməklə qanuniləşdirildi. Baxmayaraq ki, talışlar da soyad sonluğunun dəyişdirilməsi ilə əlaqədar Milli Məclisə təkliflər verdilər, bütün müraciətlər qulaq ardına vuruldu, nəzərə alınmadı. Belə siyasət nəinki talışları, hətta Azərbaycanda yaşayan heç bir aboragen xalqın hüquqlarını nəzərə almadı. Bu barədə uzun-uzadı yazmaq fikrim olmasa da, bu vacib mövzuya toxunmamaq da mümkün deyil.

Hər bir millətin haqqı olduğu qədər talışın da haqqı var ki, özünün milli-mənəvi dəyərlərini qorusun və bunu özgəninkiləşdirmə siyasətinə qarşı çıxsın və ən azı belə çirkin məqsədləri ifşa edən suallar ortaya qoysun...

Yaşadığımız zəmanədə talış xalqının incəsənəti, musiqisi, tarixi, etnoqrafiyası özgəninkiləşdirməklə bərabər milli folklorumuz da hədəfdədir. Hər kəs bilir ki, mərhum Rəhim müəllim hansı çətinliklərlə Hışkədə (rəsmən əcaif formaya salınaraq "Hişkədərə" deyilir) kəndindəki Talış diyarşunaslıq muzeyindəki unikal eksponatları yığıb, gələcək nəslimizə əmanət qoyub. Uzun illərdir ki, Masallı rayon rəhbərliyinin "gözünə yuxu getmir” ki, bu muzeyi rayon mərkəzinə köçürüb, adını dəyişib özgəninkiləşdirsin. Əlbəttəki bu məsələ kənd camaatının hiddəti ilə qarşılandığından hələlik bu mövzu bir qədər neytral olaraq qalmaqdadır. Bir də əlavə etmək yerinə düşər ki, "talış-halayı" da eyni formada təbiilikdən süniliyə doğru yönləndirilməkdədir. Bu isə çox yanlış bir addım olardı...

Heç kimə də sirr deyil ki, müasir dövrümüzdə bəzi tülkü cildinə girmiş insanlar vardır ki, QHT-ı yaradaraq, hansısa işdən yapışıb, banklardan müftə pullar qoparırlar. Guman edirəm ki, elə bu amalla Masallıda "folklor” ovuna çıxıblar. Bu "ovçu"lar, bir güllə ilə iki "quş" vurmaq istəyinə düşüblər. 14 iyul 2012-ci il tarixdə rayonun tanınmış, demokratk fikirli ziyalılarına xəbər çatdı ki, professorlar Fərahim Sadıxov və Fizuli Boyat Bakıdan təşrif buyuraraq  Masallı "folklorun”un tədqiqi ilə əlaqədar qeyri hakimiyyət nünayəndələri ilə məclis keçirəcəklər. Bu məsələ RİH-i üçün aktual olduğundan, məclisin keçirilməsini də necə deyərlər öz "inhisarına" alıblar. İcra aparatının akt zalında düzümlənən məclisi hakimiyyət nümayəndələri də "bəzəyiblər". Hətta açılışı giriş sözü ilə İH-nin humanitar məsələlər üzrə müavini Nəsir Muxtarlı etmiş, ağız dolusu, geninə-boluna iqtisadi inkişafdan, rayonun abadlaşmasından, təhsilin, səhiyyənin "analoqu” olmayan inkişafından o ki var danışmışdı.

Söz alan professor F.Sadıxov Masallını folklor incisinin mənbəyi kimi təqdim edərək, guya heç kimin bu barədə heç təsəvvürü yox imiş kimi, necə deyərlər yeni "velosiped” ixtirasından həvəslə danışmış, Taslış folklorunu hərlədib, fırladıb, gətirib başqa millətin adına çıxartmaq istəyini izhar etmişdi.. Eyni fikirlərlə ikinci professor folklorşunas Fizuli Boyat da çıxış etmişdi. Fizuli müəllim çıxışının sonunda bildirmişdi ki, "biz Masallı folklorunu, el bayatılarını, nağılları, nənələrin bəstələdikləri xalq mahnılarını araşdırıb, axtarıb, yaşlı adamlarla görüşüb, öyrənməli və bütün türk dünyasına çatdırmalıyıq".

Məclisdə iştirak edən talış folklorşünasları Camal Lələzoə, Xanəli Tolış, Allahverdi Bayrami məsələyə münasibət bildirmiş və qeyd etmişlər ki, özgəninkiləşdirmə prosesi yersizdir, Talış folkloru ilə bağlı müəyyən kitablar nəşr edilmiş, çoxlu belə tədqiqatlar isə öz çapını gözləyir və xalqın istifadəsinə verilməsi üçün maddi-texniki imkanlar yoxdur.

Tədbirin sonunda Nəsir Muxtarlı da söz verib ki, "Masallı folklorşunaslıg"ının inkişaf etməsinə İH-ı tərəfindən hər cür köməklik ediləcək. Biz də deyirik, "kor nə istər? - iki göz, biri əyri, biri düz”!

Mətləb Dadaşov,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
metleb.dadasov@mail.ru


Категория: Azərbaycan | Просмотров: 2200 | Добавил: admin | Рейтинг: 5.0/2
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus