Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2012 » Ноябрь » 30 » Bir daha Heydər Əliyevin ölümünün sirri haqqında!
22:28
Bir daha Heydər Əliyevin ölümünün sirri haqqında!
DIQQƏT, DİQQƏT, DİQQƏT!
 
Fərqindəyəm ki, bu yazının müəllifi bir ermənidi. Olsun, ama bir məsələni də gizlətmirəm ki, bu yazını biz yox, bir erməni yazıb deyə, xəcalət çəkirəm, çox, ama çox utanıram! Öz adıma da, özlərini illərdi ki, "Azərbaycan mediasının kapitanı” adıynan titullandıraraq, yaxasını yırtıb, başlarını dik tutanların adına da utanc gətirən bir haldı bu.

Erməni məsələsinə görə də heç kim özünü lezvalayıb, daşa -divara çırpmağa tələsməsin. Öncə məqaləni hər kəsin oxumasını və düşünməsini məsləhət bilirəm. Və hesab edirəm ki, burada yazılanlara tam aydınlıq gətirilməli, bütün versiya, ehtimal və fərziyyələr tam şəkildə və birər-birər aydınlaşdırılmalı, göstərilən bütün faktlar rəsmən, ya təsdiq, ya da təkzib edilməlidi. Müəllifin kim olmasından asılı olmayaraq, yazılanları nə Quran ayəsi kimi sözsüz qəbullanmağı, nə də yazarın erməni olduğunu bəhanə gətirərək gözardı və ya qulaqardı etməyi, hər zamankı kimi məqbul saymıram. Zira, bu məqalədə ciddi, ama çox ciddi məqamlardan danışılır, faktlardan söhbət gedir.

Nəzərinizə çatdıracağım bu məqalə, Azərbaycan hakimiyyətinin və hökumətinin leqitimliyini rədd edən danılmaz faktlarından əlavə, həm də müxalifətin "demokratik” adlandırılan dövlətlərin bizdə də demokratiya istəməsi xülyasını darmadağın edir. Bəlkə də müxalifətdəkilər o qədər də axmaq deyil və bu xülyayla heç yaşamırlar da! Və bəlkə onlar da sadəcə "öz işini” görürlər…

                                                                                                                                                  Sərdar ƏLİBƏYLİ,
psnota.com


 
"H.Əliyevin ölümü ilə qurulan fırıldaq nəticəsində İ.Əliyev Azərbaycanda hakimiyyəti ələ keçirib!!!

Ona bu fırıldaqda bir neçə ölkənin xüsusi xidmət orqanları yardım edib ki, təbii olaraq, indi də İlham Əliyevin bütün fəaliyyətinə rəhbərlik edirlər!!!

Onlar Azərbaycanda hakimiyyəti qəsb etmiş bir prezidenti iradəsiz marianetkaya çevirib, öz siyasi ambisiya və planlarını həyata keçirirlər.”


 
İlk insan yarandığı gündən bu yana ölüm həmişə insanları narahat edən mövzu olub. Ölümdən sonra həyat varmi? Öz fiziki ölümündən sonra da, insan dünya işlərinə əl apara bilirmi? Bu suallar dünya durduqca durur. Məni isə maraqlandıran, bu sualların mistik cavabları deyil, bir insanın ölümünün sirləridir. Bu insan Heydər Əlirza oğlu Əliyevdir. O, öz ölümündən sonra, öğlunu prezident təyin etməyə necə müəssər oldu görəsən? Özü də hələ çox gənc olsa da, hər halda, bir dövlətə… Tam 6 ay bundan əvvəl, Klivlendə səfərimdən sonra, bir məqalə yazdım və Voskanapat.info bunu məmnuniyyətlə öz səhifələrində yerləşdirdi. Azərbaycandan cavab və ya hər hansı bir reaksiya gözləmirdim, axı, bu ölkədə elə movzular var ki, onlara qadağa qoyulub. Məsələn, elə bu mövzunun özü. Lakin məhz bu qadağa, başqa ölkələr üçün normal olsa da, mənim marağımı daha da alovlandırdı. Mən "200″ saylı yükün və ya bəlkə də xəstə bir insanın səyahətinin xronikasını öyrənməkdə davam etdim. Bu dəfə Klivlendə səfər gərək olmadı, buna baxmayaraq, virtual olaraq, onun 2-ci Dünya müharibəsi illərində Franklin Delano Ruzveltin silahdaşı olan Harri Loyald Qopkinsin adıyla şərəfləndirilən hava limanında ola bildim. Hava limanı bizim araşdırmanın ən vacib həlqəsidir çünki rəsmi sənədlərə əsasən məhz bu hava limanına 6 avqust 2003-cü ildə, göyərtəsində çoxsaylı həkim, assistentlər, şəxsi mühafizə dəstəsi və Azərbaycanın bir neçə rəsmi nümayəndəsi olan, Rusiyanın "МЧС ИЛ-62М” təyyarəsi enib. Həmin rəsmi məlumatlara görə, Azərbaycanın xəstə prezidenti Heydər Əliyev, daha doğrusu, ondan hər nə qalıbsa, bu təyyarənin göyərtəsində olub. Araşdırmamın detallarına keçməzdən əvvəl hörmətli oxucumun diqqətini o fakta yönəltmək istərdim ki, Heydər Əliyevin ABŞ-a nəqli haqqında indiyə qədər dünyanın heç bir KİV-lərində və internet saytlarında dəqiq məlumat olmayıb. Əslində bu informasiya həmin işə – Heydər Əliyevin ölümünü gizlətmə fırıldağına bulaşmış bir neçə ölkənin müvafiq orqanlarının qoruduğu bir informasiyadır. Daha doğrusu, indiyə qədər belə dəqiq informasiya olmamışdır, indi bu boşluğu Voskanapat.info vasitəsiylə doldurmağa çalışacağam. Azərbaycanın rəsmi mətbuat orqanlarının Heydər Əliyevin müalicəsinin gedişatı haqqında yaydığı məlumatlar güvən doğurmurdu, çünki bu məlumatlarda ziddiyyətlər çox idi. Amma onu da qeyd etmək lazımdır ki, o zamanın bəzi mətbu orqanları, rəsmilərin yalan məlumatlarına baxmayaraq, həqiqətə çox yaxınlaşmışdılar. Bir neçə sitat gətirəcəm, amma onlar uzun olacaq, bunu tədqiqat tələb edir. "… Bir neçə ay qabaq, Heydər Əliyevin şəxsi həkimi Paşa və Türkiyənin eks-prezidenti Süleyman Dəmirəlin köməkçisi Əli Nəcib Bakıya İ.Əliyevlə görüşmək üçün gəlmişdirlər. Amma qonaqların anlamadığı səbəbdən İlham Əliyev onlarla görüşdən imtina edib. Bu türk qonaqların xətrinə elə dəyib ki, onlar da buna cavab olaraq, İlhama müxalif qruplarla görüşdülər və restoranda nahar zamanı H.Əliyevin son günləri haqqında hər şeyi danışıblar. Türk həkimi Əli Nəcibin sözlərinə görə, H.Əliyev "Gülhanə” hospitalında, iyul ayında vəfat edib. Hospitalın rəhbərliyi həmən, Türkiyə rəsmilərini Azərbaycan prezidentinin ölümü haqqında məlumatlandırıblar. Bundan sonra, Türkiyə hökuməti, öz növbəsində, hospitalın rəhbərliyindən istəyib ki, ikincilər "Heydər Əliyevin vəziyyəti stabildir və yaxşıya doğru gedir” məlumatıyla çıxış etsin. Hərbçi insanlar kimi, hospitalın rəhbəri və Əliyevin şəxsi həkimi öz rəhbərlərinin əmrini yerinə yetirməyə məcbur olublar.

Sonra hadisələr necə cərəyan edib? Türk həkiminin sözlərinə görə, prezidentin ölüm xəbəri həmən Vaşinqtona çatdırılıb. Vaşinqtondan təlimat gəlib ki, Heydər Əliyevin oğlu İlhamdan başqa kimsəyə bu məlumat verilməsin. Bundan əlavə, Vaşinqton məlumat verib ki, H.Əliyevin cəsədi FHN-nin xüsusi təyyarəsi ilə Klivlendə aparılacaq. Bu dövrdə Vaşinqton və Moskva arasında H.Əliyevin cəsədinin daşınmasının təşkili üçün gücləndirilmiş danışıqlar aparılırdı və bu informasiyanın məxfi saxlanılması haqqında təlimat verilmişdi. Əməliyyata amerikan, rus, ingilis və turk xüsusi xidmət orqanlarının əməkdaşları cəlb edilmiş və xüsusi əməliyyat hazırlanmışdı. S. Dəmirəlin köməkçisinin verdiyi informasiyaya əsasən, İlham Əliyev öz əliylə, öz baş nazir əmrini imzalamışdı, belə ki, H.Əliyev hospitalda olarkən, komaya yaxın vəziyyətdə olub. Ömrünün son günlərində H.Əliyevi gündəlik müayinə edən həkim Paşa bəyan edib ki, prezident bu günlər "özündə olmayıb”. PA rəsmilərindən sızan məlumatda da bu təsdiq edilir ki, İ.Əliyevin baş nazir əmrinin imzası H.Əliyevə məxsus deyil. Burada iki versiya var: ya bu imza, o zamanlar ustalıqla prezident H.Əliyevin imzasını eyniylə çəkməyi (saxtalaşdırmaq) öyrənmiş Bəylər Eyyubova aiddir, ya da bu faksdır. Əldə etdiyim məlumata əsasən, o zamanlar faks prezident aparatında yerləşirdi. Üçüncü ehtimal da özünün var olma haqqını tələb edir. İ.Əliyev, fors-major vəziyyətdə əlacsız qalaraq, özü əmri imzalayıb. Təbii, bu sualın doğru cavabı tarixçilər və ya Azərbaycanın, bu işin açılmasında maraqlı olan, başqa bir hökumətinin aparacağı müstəqil araşdırma nəticəsində veriləcək, heç şübhəsiz qrafoloqlar bu müəmmaya dəqiq cavab verə bilərlər.

Öndərin cəsədi…


H.Əliyevin cəsədinin başına nə gəldi? Onun şəxsi həkiminin məlumatına əsasən cəsəd Rusiya FHN-nin xüsusi təyyarəsi ilə Klivlendə aparılıb və prezident seçkilərinə qədər orada saxlanılıb. Lakin çox yaxında biz başqa bir məlumat əldə etdik. Bu məlumatda deyilir ki, H.Əliyevin əvəzinə Klivlendə başqası, ona çox bənzər biri aparılıb. H.Əliyevin cəsədi isə prezident mühafizəsinin şefi Vaqif Axundov Klivlenddən Bakıya dönənə qədər, Türkiyədə olub və onun yanında Bəylər Əyyubov qalıb. Son məlumat həm də onunla təsdiq olunur ki, (rəsmi məlumata əsasən) H.Əliyevin Klivlenddə yerləşdiyi müddətcə B.Əyyubov oradakı klinikada olmayıb. Xatırlayırsınızsa, İlqar Altay Klivlend xəstəxanasını ziyarət etdiyində, nə H.Əliyevin, nə də B.Əyyubovun adlarını orada tapa bilməmişdi. Məlumat üçün onu da qeyd edim ki, bu xəstəxanada rəsmi qeydiyyat aparılır və bütün xəstələr haqqında məlumatları Klivlend qeydiyyat şöbəsindən əldə etmək mümkündür. Klivlenddə sadəcə Vaqif Axundov olub, hansı ki, qərbin xüsusi xidmət orqanlarının nümayəndələri ilə birgə, özünü H.Əliyev kimi qələmə verən insanın yanına "təhkim edilib”. Səlahiyyətli mənbələrin məlumatına görə, bəzi qərb mətbuat nümayəndələri bu insanın-özünü H.Əliyev kimi qələmə verənin kimliyini və harada yaşadığını bilir. Ancaq İlham Əliyev və bu işdə maraqlı insanlar hər şeyi edirlər ki, jurnalistlər sussunlar. H.Əliyevin cəsədi, B.Əyyubovun muşayətində yalnız prezident seçkiləri başa çatdıqdan sonra aparılıb. Və yalnız İlham Əliyevin hakimiyyətə gəlməsini təmin etdikdən sonra, H.Əliyevin ölüm xəbərinin ictimailəşməsi dünya mərkəzləri tərəfindən məqbul hesab edilmişdir. Eks-prezidentin cəsədi Bakıya gətirilərək, orada basdırılıb. Bununla da dünyanı idarə edən dairələrin və Qərbin maraqları təmin edilmiş olub.

Gündəlik-analitik revyu – "Monitor”, № 65, 17 iyul 2004-ci il


Məlumat verir: Bəylər Əyyubov nəinki  siyasi olimpə gətirilənlər tərəfindən gözardı edilmədi, həm də Azərbaycanın qərb rayonlarına sahib oldu. Nəzərinizə bu mövzuda olan ikinci məqaləni çatdırıram.

"… H.Əliyevin adıyla bağlı son hadisələrin xronologiyasını, daha doğrusu onun keçən ilin yayından hərəkət etdiyi marşrutu izləməyə çalışaq.

Beləliklə, 6 iyulda H.Əliyev türk hospitalına yerləşdirilir. İyul ayının sonlarında qəfildən müxalifət qəzetləri H.Əliyevin vəziyyətinin pisləşməsi məlumatlarını verir, lakin eyni zamanda rəsmi qəzetlər, həftədə iki dəfə, onun vəziyyətinin yaxşıya doğru getdiyini və tezliklə Vətənə dönəcəyini söyləyirdilər.

30 iyulda  "Yeni Musavat” qəzeti H.Əliyevin ölüm xəbərini verir. Bu da rəsmilərin jurnalistlərə qarşı hədələriylə nəticələnir.

Ardından Heydər və İlham Əliyevlər prezidentliyə namizəd kimi irəli sürülür.
31 iyul, rəsmi orqanların məlumatında Türkiyənin prezidenti Əhmədi Necat Sezərin H.Əliyevi ziyarət etdiyi bildirilir, lakin bunu təsdiq edən heç bir rəsmi sənəd ortaya qoyulmur. Müxalifət qəzeti yazır ki, İ.Əliyev də Ankaradadır, lakin rəsmilər bu informasiyanı da təkzib edir, lakin 2 ay sonradan bu faktı təsdiqləyirlər. Türk mətbuatı isə yazır ki, H.Əliyev Sezərə öz vəsiyyətini edib.

1 avqustda Gürcüstanın prezidenti Eduard Şevarnadze Azərbaycan xalqına H.Əliyevin ölümüylə əlaqəli öz baş sağlığını verir, lakin bir-neçə saat sonra Gürcüstan prezidentinin mətbuat şöbəsi bu məlumatın səhvən verildiyini açıqlayır.

Həmin gün Azərbaycanın rəsmiləri Ankaraya gedir.

3 avqust 22:00-da Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyası çağrılır. Gündəlik məxfi saxlanılır. Sessiya haqqında müxalifətdən olan deputatlar məlumatlandırılmır.

Sabahı gün, 4 avqustda, parlament H.Əliyevin təklifi ilə onun oğlu İlham Əliyevi, ölkəynin baş nazir postuna təsdiqləyir.

6 avqustda məlumat verilir ki, H.Əliyev Rusiya FHN-nin xüsusi təyyarəsi ilə Türkiyədən Klivlendə aparılıb. Türkiyədən bu təyyarənin uçuşunu jurnalistlər lentə alsalar da, Klivlenddə enişini lentə almaq mümkün olmur, baxmayaraq ki, hava limanında jurnalistlər gözləyirdilər…
7 avqustda Türkiyənin "Radikal” qəzeti xəbər verir ki, Rusiyaya məxsus FHN-nin xüsusi təyyarəsi Ankaradan uçduqdan sonra, eyni təyyarə Bakıda "Binə” hava limanında enib.

7 avqustda, Bakının rəsmi qəzetləri H.Əliyevin müalicəsinin uğurla aparılması haqqında məlumatlar yayır. Lakin bunu təsdiq edən hər-hansı sənəd, ortaya qoyulmur.

Seçkidən 2 həftə öncə isə H.Əliyev oğlunun xeyrinə öz namizədliyini geri götürür…”

Gördüyümüz kimi, intriqa hələ o zaman da mövcud idi. Bu mövzu ətrafında məxfilik, miflərin yaranmasına zəmin yaradır. Amma heç bir sirr ömürlük ola bilmir, nə qədər qorumağa çalışılsa belə… Mənsə, bu gün sizə bu təyyarə-ИЛ 62M, onun harada gizlədilməsi, naməlum sərnişini, H.Əliyevin sağlamlıq vəziyyəti haqqında ən dəqiq və doğru məlumatı çatdıracağam.

Bizim şahidin adı Çak Sluzarçukdur (Chuck Slusarczyk Jr). Bu şən adam fotoqrafdır. Onun qeyri-adi xobbisi var – müxtəlif təyyarələri lentə almaq. Və Əliyevlərin bəxtsizliyindən bu adamın çox rəsmləri məhz Q.Qopkins adına Klivlend hava limanındakı təyyarələrə aiddir. Bu "bədbəxtçiliyə” bir də onu əlavə edim ki, Çak Sluzarçuk həm də çəkdiyi fotoşəkillərə dair qeydiyyatlar aparır: rəsmini çəkdiyi təyyarə haradan, nə vaxt gəldi, kimi gətirdi, nə vaxt və haraya getdi… Oxucuları və Eldar Mahmudovu intizarda saxlamamaq üçün həmən, Klivlendə, 6 avqust 2003-cü ildə, enən ИЛ-62М təyyarəsinin rəsmini göstərirəm.


"Çak iddia edir ki, ИЛ-62М təyyarəsindən yalnız həkim və asistent heyəti düşüb, H.Əliyev nə ayaqda, nə də yataqda təyyarədən çıxarılmayıb”


Beləliklə, Rusiya FHN-nin təyyarəsi 6 avqustda həqiqətən Klivlend hava limanında enib, bu Azərbaycanda və bir çox başqa yerlərdə olan bəzi versiyaları yox edir. Bu rəsm üçün Çak yazır: Bu təyyarədə rus həkimləri və assistentlərı gəlib.

Sadə amerikalı, kənd sakini olan bu adam, Rusiyanın ИЛ-62М təyyarəsini müşahidə edib və deyir ki, həyatının 45 ili ərzində heç vaxt belə təyyarə görməyib. Klivlentdə heç zaman belə təyyarə enməyib. Bu texnikanın möcüzəsinə tamaşa edərkən, fərqində varmadan təyyarədən kimlərin çıxdığının şahidi olub. Təyyarə Çakın görə biləcəyi məsafədə yerləşdiyindən, o, dəqiq rəsimlər çəkib və bunu etməkdə ona heç kimsə mane olmayıb.

İndi diqqət yetirək: Çak iddia edir ki, ИЛ-62М təyyarəsindən yalnız həkim və asistent heyəti düşüb, H.Əliyev nə ayaqda, nə də yataqda təyyarədən çıxarılmayıb, mənim Çaka inanmamağa heç bir tutarlı əsasım da yoxdur. Təyyarədən enən həkimlərin sayı və onlarda nə dərəcədə həkim siması olduğunun üzərində dayanmayaq, bizi başqa məqam maraqlandırır.

Çakın söhbətinə əsasən, biz H.Əliyevi hələ Türkiyədə itirmişik. Lakin Çak o gün bir başqa təyyarəni də lentə alıb. Bu dəfə təyyarə Rusiyaya deyil, Azərbaycana məxsus olub, Боинг757. Çak bu dəfə iddia edir ki, məhz bu təyyarə Azərbaycan prezidenti H.Əliyevi Klivlendə müalicəyə gətirib. Onun bu iddiası Türkiyənin "Milliyət” qəzetinin iddiası ilə üst-üstə düşür, belə ki, H.Əliyevin ABŞ-a gətirilməsini Hollivud ssenarisinə bənzədən qəzet yazırdi: "H.Əliyevi, gizli olaraq, hava limanına gətirdilər və Rusiya bayrağı altında xüsusi təyinatlı təyyarəyə mindirdilər, həm də hamını azdırmaq üçün "Gülhanə”dən 2 maşın karvanı çıxdı, biri Azərbaycan təyyarəsinin, digəri isə Rusiya təyyarəsinin trapına yaxınlaşdı.” Və qəzet hansı təyyarənin H.Əliyevi Klivlendə apardığını aydınlaşdira bilməmişdi.

Azərbaycanın rəsmi məlumatına görə, Heydər Əliyev 4 avqust 2003-cü ildə oğlu İlham Əliyevin baş nazir və prezidentin səlahiyyətlərini icra edən şəxs təyin etmiş (nəzərlərinizə çatdırıram ki, bir çox şahidlər onun bu zaman ölmüş olduğunu təsdiqləyir), sonra isə özünün ABŞ-a aparılması qərarını vermişdir. Çak iddia edir ki, H.Əliyevi Klivlendə gətirən təyyarə 2003-cü ilin dekabrına qədər burada qalıb, və ardından məhz bu təyyarədə, indi artıq eks-prezidenti geri Azərbaycana tabutda aparmışdılar.

İndi maraqlı məqamlar: Əgər tabut gərçəkdən Klivlenddə idisə, ki, buna bizim ciddi şübhələrimiz var, niyə Əliyevi gətirən təyyarə 5 ay ərzində hava limanında qalıb, buna isə sübhə yoxdur çünki, təyyarə bütün bu zaman ərzində Çakın gözləri önündə olub.

Bu da Çakın çəkdiyi rəsm


"Kimsə bunu iddia edə bilərmi ki, Azərbaycanın sərnişin təyyarəsi Boing 757, Rusiyanın xüsusi təhciz edilmiş, FHN-nə məxsus təyyarəsindən, ağır vəziyyətdə olan xəstəni gətirmək üçün daha yararlıdır?”
 
Bütün bunlar nəzər diqqətimizi çəkməzdi, əgər, yuxarıda anladılanlardan bir neçə sadə sual doğmasaydı: necə ola bilərdi ki, Azərbaycanın ağir xəstə olan prezidenti bir təyyarədə, həkim və asistant kontingenti başqa təyyarədə gəlsin? Kimsə bunu iddia edə bilərmi ki, Azərbaycanın sərnişin təyyarəsi Boing 757, Rusiyanın xüsusi təhciz edilmiş, FHN-nə məxsus təyyarəsindən, ağır vəziyyətdə olan xəstəni gətirmək üçün daha yararlıdır? Xatırladım ki, Ankaradan Klivlendə uçuş 10-11 saat davam edir. Əgər, xəstə həkimlərin nəzarəti olmadan, bu qədər saat yolda ola bilirdisə, o zaman həkimlər Klivlendə niyə uçurdular? Həkimlərin, xəstəylə uçmadıqdan sonra, harada – Ankarada, Moskvada və ya Klivlenddə olmasının nə fərqi vardı? Və bir yığın həkim dolu təyyarə kimə gərək idi, əgər orada xəstə yox idisə?

Son nəticə budur: H.Əliyev Klivlendə aparılmayıb, təsadüfi deyil ki, müstəqil hüquqşünas-ekspert İlqar Altay onu orada tapa bilməyib, baxmayaraq ki, o, Klivlendə 2003-cü ilin sentyabrın ortalarında məhz bunun üçün uçmuşdu. Maraqlıdır ki, İ.Altayın Klivlenddə həkimlərlə görüşünü duyan dövlət mühafizə xidmətinin rəisi Vaqif Axundov və Azərbaycanın ABŞ-dakı səfiri Hafiz Paşayev bəyan etmişdilər ki, Altay bizi rüsvay edib.

Gizlətmirəm, Azərbaycan rəsmilərinin bu məqaləyə münasibətini bilmək mənim üçün çox maraqlı olardı. Elan edirəm ki, bu məqaləyə heç bir reaksiya olmazsa, mən tənbəllik etmədən, yenidən Klivlendə gedəcəm. Orada daha çox və daha maraqlı faktlar öyrənmək mümkündür. Məsələn, nəyə görə göyərtəsində, guya ki, Heydər Əliyevin tabutu olan təyyarə Bakıya 14 saatdan artıq uçub? O, əlavə saatları haralarda uçub, daha doğrusu tabutu ona harada yükləyiblər.

Hələliksə bir fakt ortadadır: H.Əliyevin ölümü ilə qurulan fırıldaq nəticəsində İ.Əliyev Azərbaycanda hakimiyyəti ələ keçirib. Ona bu fırıldaqda bir neçə ölkənin xüsusi xidmət orqanları yardım edib ki, təbii olaraq, indi də İlham Əliyevin bütün fəaliyyətinə rəhbərlik edirlər. Beləliklə də, onlar Azərbaycanda hakimiyyəti qəsb etmiş bir prezidenti iradəsiz marianetkaya çevirib, öz siyasi ambisiya və planlarını həyata keçirirlər.

İqor Vartanov,
analitik-informasiya portalı "Voskanapat.info”


Категория: Azərbaycan | Просмотров: 8231 | Добавил: admin | Рейтинг: 2.3/7
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus