Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2012 » Ноябрь » 21 » “Bir məqsəd var: talışlar Azərbaycanın bərabərhüquqlu vətəndaşı olsunlar”
18:54
“Bir məqsəd var: talışlar Azərbaycanın bərabərhüquqlu vətəndaşı olsunlar”
Yeni yaradılmış Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyinin təsisçilərindən olan yazıçı, kinorejissor Eldəniz Quliyev noyabrın 21-də "Media forum” saytının suallarını cavablandırıb.

- Nədən belə bir təşkilat yaradıldı?


- Hər hansı bir dövlətin etnik azlıqlara yönəlik siyasətində qüsurlar varsa, dövlətçilik böyük təhlükə altına düşə bilər. Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyinin yaranmasını zəruri edən ən əsas amil dövlətçiliyimizi qorumaqdır. Bunu hansısa məmurun öhdəsinə buraxmaq olmaz. Siyasət o qədər sadə bir şey deyil ki, onu ancaq siyasətçilərin öhdəsinə buraxasan. Dövlətçilik naminə hər hansı etnik azlığa qarşı qüsurlu siyasətə son qoyulmalıdır. Eyni zamanda talışlar alınlarına vurulmuş "separatçı” damğasından xilas olmalıdır. Mən Lənkəranda, Astarada və digər yerlərdə olanda görürəm ki, Qarabağda şəhid olan nə qədər talış var... Bəlkə də şəhid olan talışların sayı Qarabağdan olan şəhidlərin sayından çoxdur. Eyni zamanda görürəm ki, talışlar əsgərliyə hansı sevinc hissi ilə gedirlər, özlərini necə tamhüquqlu Azərbaycan vətəndaşı sayırlar. Lakin onlara yönəlik siyasətdə qüsurları da görürəm və onda adam bunun qarşısının alınmasını istəyir. Misal üçün, Ziyalılar Birliyinin üzvü Hilal Məmmədovun şərlənərək həbs olunması.

- Biz bu mövzuya toxunacağıq. Amma bundan əvvəl deyə bilərsinizmi ki, qüsurlar dedikdə konkret nələri nəzərdə tutursunuz və bu, hansı sahələrdə özünü büruzə verir?


- Dünyada gedən hadisələr göstərir ki, etnik azlıqlara münasibətdə ayrı-seçkiliyə yol veriləndə proseslər dini ayrı-seçkiliklə nəticələnir. Dini ayrı-seçkiliyə gedib çıxan yolun sonu isə vətəndaş qarşıdurması deməkdir. Azərbaycanda bu siyasətin yürüdüldüyünün şahidi oluruq. Dövlət rəhbərliyinin vasitəsilədir, yaxud hər hansı məmurun əli ilə, amma bu siyasət yürüdülür. Professor Novruzəli Məmmədovu tutdular, məhkəmədə heç nəyi sübut edə bilmədilər, yalançı şahidləri üzünə durdurub azadlıqdan məhrum elədilər və onu həbsxanada öldürdülər. Mən bunu bütün məsuliyyətimlə deyirəm. Çünki onun müdafiə komitəsinin üzvü idim. Bu gün talışların ziyalısı olan Hilal Məmmədovun həbsi də həmin siyasətin davamıdır.

Lənkəranın, Astaranın regional televiziyası var, amma heç birində talış dilində yarım saatlıq veriliş yayımlanmır, bu, paradoksal haldır. Heç bir sahədə - təhsildə, tibbdə və digər sahələrdə ayrı-seçkiliyə yol vermək olmaz. Bu gün talışlar özlərini əsl Azərbaycan vətəndaşları saymaq istəyirlər, amma bu işə kifayət qədər badalaq vurulur.

- Azərbaycanda milliyyətindən, kimliyindən asılı olmayaraq həbs olunan,  tutulan, haqsızlığa məruz qalan vətəndaşlar var. Təkcə Lənkəranın, Astaranın yox, digər rayonların da kifayət qədər sosial problemləri var. Bu problemləri etnik amillə bağlamaq nə dərəcədə doğrudur?


- Əlbəttə, biz Gədəbəyin də yollarının pis olmasını, yaxud digər sosial problemlərinin olmasını istəmirik. Biz heç Nemət Pənahlının da həbs olunmasını istəmirik. Biz istəmirik ki, konstitusiyada təsbit olunmuş hüquqlarımız – söz, ifadə azadlığı pozulsun, demokratik prinsiplərə əhəmiyyət verilməsin. İstəmirik ki, konstitusiyamızda Azərbaycan demokratik ölkə kimi göstərildiyi halda reallıqda qeyri-demokratik ölkə olsun. Bu kimi problemləri aradan qaldırmaq üçün hərə çuvalın bir tərəfindən yapışmalıdır.

Etnik azlıqlara münasibətdə qeyri-tolerantlıq göstərilməsi birbaşa dövlətçiliyə vurulan zərbədir. Yəni Nemətə olan münasibət aydın məsələdir. Amma Hilala olan münasibət ayrıdır. Görürsünüz ki, Hilal Məmmədovun müdafiəsinə dünyada neçə qrup, neçə təşkilat, nə qədər ziyalı qoşulub. Sizin qaldırdığınız məsələdə də həqiqət var, çox ehtiyatla davranmaq, ehtiyatlı olmaq lazımdır. Çünki etnik məsələ bir qığılcıma bənddir. Bizim təşkilat qığılcımın alışmaması üçün yaradılıb. Bizim məqsədimiz separatçı meyllərə qarşı çıxmaqdır.

- Bəlkə bu problemi başqa formatda qaldıra bilərdiniz? Yəni etnik faktor qabardılmazdı. Ortada Qarabağ amili də var axı. Sizə elə gəlmir ki, Azərbaycan vətəndaşlarının çoxu sizin niyyətinizi heç də xoş qarşılamaya bilər?

- Birincisi, bizim məramnaməmizdə dövlətçilik naminə fikri göstərilib və yaradılan qurum demokratik birlikdir. İkincisi, bu ideya Qarabağ probleminə də xidmət göstərəcək bir addım olacaq. Azərbaycan dövlətçiliyində etnik azlıqlara münasibət günü-gündən yaxşılaşsa, ermənilər də bunu görəcəklər. Əslində ermənilər də əllərində şüar ediblər ki, görürsünüz, ləzgilərə münasibətdə, talışlara münasibətdə filan faktlar var və niyə biz Azərbaycanın tərkibində olmalıyıq? Bu gün bizim niyyətimiz də odur ki, ermənilərin "niyə” sualına yaxşı bir nida işarəsi olmaqla cavab verək ki, Azərbaycan dövlətçiliyi müqəddəsdir və bu ölkə həqiqətən də tolerant ölkədir. Bu birincisi.

İkincisi, bilirsiniz ki, mən Azərbaycan Ziyalılar Forumunun təsisçilərindən biriyəm. Eyni zamanda Azərbaycan Ziyalılar Birliyinin sədriyəm. 10 ildir bu qurumlarda fəryad qoparıram: milli-mənəvi dəyərlər sistemini hifz etmək, Azərbaycanda demokratik islahatlar aparmaq, ölkəni vətəndaş qarşıdurmasından uzaqlaşdırmaq, ədaləti bərpa etmək uğrunda mübarizə aparıram. Mən uzun illərdir ki, bu problemləri qaldırmağa çalışmışam.

- Qeyd etdiniz ki, talışların sıxışdırılması halları var və onları qabardırsınız. Eyni zamanda bildirirsiniz ki, ermənilərə Azərbaycanda etniklərlə bağlı problemin olmadığını göstərəcəksiniz. Problemləri qaldırdığınız halda bunun əksini ermənilərə necə sübut edəcəksiniz?


- Siz məni öz sözümdən tutmayın. Amma hər hansı bir problemi qaldırmasaq, onda həmin problem faciəyə çevrilir. Necə ki, Qarabağ problemini bilib susa-susa, yalan danışa-danışa, cəbhə bölgəsi haqqında dolaşan informasiyaları gizlədə-gizlədə müharibəni uduzduq və problem faciəyə çevrildi. Problemin qaldırılması onun həll olunmasında əsaslı bir addımdır. Həll olunan məsələlər artıq Azərbaycana süni problem yaratmaq istəyən qruplar, separat dəstələr üçün bir ibrət dərsi olacaq. Mənə elə gəlir ki, bu məsələlərə bir az dərindən baxmaq lazımdır. Yəni aysberqin təkcə görünən tərəfi haqqında deyil, görünməyən tərəfi haqqında da fikirləşmək lazımdır.

- Nə üçün bu təşkilatı indi yaratmaq fikrinə gəldiniz? Mətbuatda informasiyalar gedir ki, Rusiyanın Azərbaycanda etnik qrupları qızışdırmaq istəyi var. Niyə indi yaradırsınız bu təşkilatı?


- Elə ən birinci Rusiyanın Azərbaycanda etnik qrupları qızışdırmaq cəhdinin qarşısını almaq üçün. Bizim bu təşkilatın yaradılmasında Rusiyanın əli yoxdur və ola da bilməz. Hesab edirik ki, Qarabağ faciəsinin yaranmasında, problemin böyüməsində əsas səbəbkarlardan biri Rusiyadır, eyni zamanda Azərbaycanda bəzi etnik azlıqların separatçı meyllərə yuvarlanmasında Rusiyanın rolu böyük olub. Biz həm də buna qarşıyıq.

- Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyini təsis etmək üçün kimlərlə məsləhətləşmisiniz?


- Allahım və vicdanımla. İkincisi, talış xalqının ziyalıları, ağsaqqalları, alimləri, din xadimləri və mütərəqqi fikirli insanları ilə.

- Yeni yaradılan bu təşkilatın vaxtilə cənub bölgəsində separatçı rejim qurmaq istəyən, hazırda mühacirətdə olan Ələkrəm Hümbətovla hər hansı əlaqəsi varmı? Ümumiyyətlə, sizin Ələkrəm Hümbətova münasibətiniz necədir?


- Bizim Hümbətovla heç bir münasibətimiz yoxdur, olmayıb və olmayacaq da. Ələkrəm Hümbətovun ən yaxşı hərəkətlərindən biri o olardı ki, bu işə qarışmasın və heç vaxt burnunu bu məsələyə soxmasın. Ələkrəm Hümbətov əslində talışın xoşbəxtliyi haqqında danışa-danışa onu bədbəxt edən insanlardan biridir.

- Təşkilatlanma baxımından planlarınız nədir?


- Artıq bəzi yerlərdə görüşlər keçirmişik və nümayəndəliklərimiz yaranıb. Biz bir neçə aydır bu işlə məşğuluq. Yerlərdə də bunu normal qəbul ediblər. Talışlar xeyli parçalanıblar. Kifayət qədər xırda-xırda təşkilat, mədəniyyət mərkəzi yaradıblar. Amma bir məqsəd var: talışlar Azərbaycanın bərabərhüquqlu vətəndaşı olsunlar. Bu addımı atmalıyıq, buna yardımçı olmalıyıq. Onlar istəyirlər ki, öz mədəniyyətləri, öz dilləri, öz mədəni irsləri, mənəvi dəyərləri qorunsun. Bu deyilənlər həm də Azərbaycan Konstitusiyasında təsbit olunub və burada qəribə heç nə yoxdur.

- Azərbaycanın cənubunda yaşayan vətəndaşlarımız üzləşdikləri problemlərini nə dərəcədə etnik amillə izah edirlər? Yoxsa təşkilat yaradırsınız deyə problemləri bu cür izah edirsiniz?


- Həm Azərbaycanın ümumi problemlərini, həm də öz çətinliklərini qaldırmaq və həll etmək, eyni zamanda Qarabağ probleminin həllinə töhfə vermək üçün bir neçə mərkəz birləşməyi qərara aldı, mən də onlara kömək göstərmək qərarına gəldim.

- Hansı siyasi qüvvələrlə əməkdaşlıq etməyi planlaşdırırsınız?


- Biz Azərbaycanı demokratik görmək istəyən, Azərbaycan dövlətçiliyini müqəddəs sayan, Azərbaycan dilini, dinini əsas götürən, uca tutan və hansı cəbhədən olmasına baxmayaraq dövlətin mənafeyini yüksəkdə tutan qüvvələrlə əməkdaşlıq etməyə hazırıq.


TALISH.ORG

Категория: Azərbaycan | Просмотров: 2219 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 1
1 ERAZ  
1
.....Rusiyanın Azərbaycanda etnik qrupları qızışdırmaq istəyi var. Niyə indi yaradırsınız bu təşkilatı?
Не суйте свой нос в делу российских талышей и не надо смотреть в Россию с позиции пантуркистов!
Ваша обвинения России в карабахской войне, очередной чушь трусливого война азер-турка . Плохому танцору яйца мешает biggrin

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus