Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2012 » Май » 26 » Bizim dərdimiz daha böyükdür
01:00
Bizim dərdimiz daha böyükdür
(Olmuş əhvalatın qısa xülasəsi)

İslam dinimizin yenicə yayılmış vaxtında, camaatı namaz qılan, oruc tutan, şeytana lənət oxuyub Allahın yolu ilə gedən bir vilayətdə Qurani-Kərimi  mükəmməl bilən alim var imiş. Həmin vaxtlarda alimlər böyük hörmət sahibi imişlər. Şah onlara böyük hörmət edib, nəsihətli məsləhətlərini qiymətləndirərmiş. Həmin vaxtlarda "Alim öldü, Aləm öldü” deyərlərmiş. İndiki zamanda isə alim öləndə deyirlər ki, "bir nəfər də maneçilik törə¬də¬ni¬miz aradan getdi”. Sözüm onda deyil, qayıdaq alimlərə hörmətlə yanaşılan məqama. Günlərin bir günü bu alim fikirləşir ki, Qurani-Kərimi ərəb dilindən öz xalqının dilinə tərcümə edib, zəmanəsinin hökmdarına hədiyyə etsin.   

Belə də edir. Tərcümə hazır olandan sonra onu qoltuğuna alıb şahın sarayına tərəf yola düşür. Yolda cavan bir oğlana rast gəlir.         

Cavan oğlan alimə salam verdikdən sonra soruşur:

- Ağa, hara belə tələsirsən?

Salamın cavabını verən alim deyir:

- Oğlum, Qurani-Kərimi bizim xalqımızın dilinə tərcümə etmişəm, aparıram şahımıza təqdim edim ki, çəkdiyim zəhmətimin müqabilində mənə yardım etsin.

Cavan oğlan  maraqla soruşur:

- Ağa, doğrudan sən Qurani-Kərimi bütövlükdə tərcümə etmişsənsə, bəs onun birinci surəsinin (Fatihə - Həmd) beşinci ayəsində buyurulub ki, "İyyəkə nəabudu va iyyəkə nəstəin” – yəni "[Pərvərdgara] Ancaq sənə ibadət edirik və ancaq səndən yardım diləyirik”. Ağa, əgər Allahın bu  kəlamlarını bilirsənsə və tərcümə etmişsənsə, bəs nə üçün yardım almaq üçün şahın yanına gedirsən?

Dünya görmüş alim  cavan oğlanın bu sözlərinə cavab verir:

- Oğlum,  sən tamamilə düz  deyirsən, ancaq bunu da bil ki, əgər Allah öz bən¬də¬ləri¬nə yardım etmək istəyəndə onlar üçün bir vasitəçi ayırır. Xalqın də vasitəçi¬si ölkənin şahıdır. Şah şəxsən özü xalqın nəzarətçisi olmalıdır. Belə bir vacib işi heç kimə etibar etməməlidir. Xüsusi ilə alimlərin güzəranına diqqət etməlidir – deyərək yoluna davam etmək istədikdə görür ki, cavan oğlan qeyb oldu.  

Alimin söylədiyi bu kəlamların timsalında başıma gələn  möcüzəli bir əhvalatın məğzini hörmətli oxuculara danışmaq istəyirəm.

2009-cu ilin aprel ayının 22-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Prezidentinin verdiyi qəti əmr-qərarına əsasən, Azərbaycanda 1965-ci ildən, (əslində isə 1929-cü ildən), təşkil olunmuş Geofizika Elmi Tədqiqat İnstitutunda uzun müddət (40 ildən çox) işləmiş, Azərbaycanda və Dünyanın bir neçə xarici ölkələrində tədqiqatlar aparmış yüksək bilik səviyyəsi və təcrübəsi olan geofizik ixtisaslı alim və mütəxəssislərinə məcburən ərizə yazdıraraq, işdən çıxartdılar. Onların yerində, ixtisası geoloq və geofizik olmayan, yəni müxtəlif vasitələrlə institutu "bitirmiş” və işə daxil olmuş orta məktəbin riyaziyyat, fizika, kimya və s. adamlarını Geofizika Elmi Tədqiqat İnstitutunda saxladılar (hal-hazırda da Geofizika İnstitutunun direktoru ixtisasa görə riyaziyyat müəllimidir).

Belə bir vəziyyətin Geofizika Elmi Tədqiqat İnstitutunda yaranması biz köklü alim və mütəxəssislərin narahatçılığına səbəb oldu. Bunun təsirindən stress keçirtdik, xəstələnənlərimiz və  ölən alimlərimiz də oldu.

Neft Şirkətinin nəzdində fəaliyyət göstərən İnstitutumuzda baş vermiş bu və digər özbaşınalıqları aydınlaşdırmaq məqsədi ilə Azərbaycan Respublikasının prezidentinə müraciət etməyi məsləhət bildik. Elə başa düşdük ki, prezidentin bu işlərdən xəbəri yoxdur və bizi eşidib lazımı tədbir görəcək. Lakin etdiyimiz müraciətlər Respublikamızın Prezidentinə çatdırılmadı. Yazdıqlarımızı, prezidentin məktublar şöbəsindəcə, şikayət etdiyimiz təşkilata göndərdilər və həmin təşkilatdan da bizə məqsədə uyğun olmayan cavablar yazdılar.  Amma növbəti dəfə prezidentin ünvanına yazdığım müraciətdən bir müddət keçəndən sonra mənə məsləhət bildilər ki, "... Sənin göstəricilərin daha yaxşıdır, 50 ildən çox "Azneft” sistemində (indiki ARDNŞ)  geologiya-geofizika sahəsində  fasiləsiz olaraq tədqiqatçı alim kimi fəaliyyətdə olubsan, apardığın elmi tədqiqatların nəticələrinə aid 100-ə qədər əsərlərin dərc olunub, bir neçə xarici dövlətlərin ərazisində faydalı qazıntı yataqların axtarışı və kəşfi sahəsində səmərəli tədqiqatlar aparmısan, nəticədə xarici dövlətlərin  DOSTLUQ MEDALI və FƏXRİ FƏRMANLARI ilə təltif olunmusan. Sənədlərini hazırla, ARDNŞ-nə göndər, orada fəaliyyət göstərən xüsusi komissiya sentyabrın 20-nə qədər sənədlərinizə baxacaq və sizin əməyinizi qiymətləndirərək prezident təqaüdünü təyin edəcək”. Belə sözlərlə məni şirniklədirdilər.

Onların dediyi kimi də elədim. 2011-ci ilin avqust ayında, 26 addan ibarət sənədlərimi, o cümlədən yenicə çapdan çıxmış 610 səhifəlik monoqrafiyamı hazırlayıb ARDNŞ-nin prezident¬inin köməkçisinə təqdim etdim. Həmin şəxs, sənədləri¬mi diqqət¬lə yoxladıqdan sonra məmnuniyyətlə qəbul etdi.

Qeyd edim ki, Azərbaycan Respublikasında 79 tanınmış geofizik var (bax: http://www.socar.az/ggi/xadimler.az.htm). Burada qeyd olunan alim və mütə¬xəs¬sis¬lərdən 40 nəfərdən çoxu Dövlət qayğısını görmədən dünyasını dəyişiblər. Bir neçəsi isə öz ixtisasına uyğun olmasalar da, Geofizika İnstitutunda "işləyirlər”.   Azər¬bayca¬nın neft-qaz yataqlarının axtarışı və kəşfi sahəsində əlahiddə əməyi olan alim və mütəxəssislər isə işdən  çıxarılaraq, aldıqları cüzi pensiya ilə dolanırlar.

2011-ci ilin oktyabr ayının 21-də ARDNŞ-nin məlum şöbəsi ilə telefonla əlaqə yaratdım və vəziyyəti soruşdum. Oradan bildirdilər ki, "Prezident təqaüdünü verdilər”. Bu sözü eşidəndə, telefonda mənimlə danışan adama dərin razılığımı bildirdim. Ani olaraq fikirləşdim ki, "nə əcəb, zəhmətkeş alimləri də yada salıblar. Deməli haqq-ədalət var imiş, camaat Neft Şirkəti haqqında ədalətsizcəsinə söz-söhbətlər edirlərmiş”. Belə sözləri fikirləşdiyim anda, telefonun o biri tərəfindən səs gəldi: "Müəllim, prezident təqaüdünü verdilər, ancaq sizə yox, filankəsə verdilər”.  Eşitdiyim bu sözdən sonra vəziyyətimi təsəvvür edən bir şəxs tapılarmı?... Nəhayət özümü yığışdırıb təmkinlə bildirdim: "axı deyirlər, prezident  təqaüdünü verdiyiniz şəxsin arvadı ermənidir”. Mənə cavab verdilər: "Rəhbərlik belə məsləhət bilib. Cavab verdim: "Müəllim, bizim dərdimiz daha böyükdür. Qarabağın ermənilərə verilməsi dərdi, Prezident təqaüdünün yanında heç nədir. Ancaq, məni bir şey maraqlandırır, Azərbaycanda 79 nəfərdən ibarət tanınmış alim və mütəxəssislərin içərisindən, arvadı erməni olanı necə axtarıb tapdınız və ona prezident təqaüdünü təyin etdiniz? ” – deyərək məndən asılı olmayaraq telefonun dəstəyini asdım... 
      
Cahangir SUVAROV,
Əmək Veteranı, geologiya-mineralogiya elmləri namizədi,
"Tolışon Sədo” nöm: 19 (31), 26 may 2012

Категория: Талыш xəbərləri | Просмотров: 1627 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus