Главная » 2014»Апрель»13 » Böyükağa Mirsalayevin həyat və fəliyyətilə bağlı konfrans keçirilcək
22:18
Böyükağa Mirsalayevin həyat və fəliyyətilə bağlı konfrans keçirilcək
Böyük ictimai-siyasi xadim, talışın böyük oğlu, şəhid Böyükağa Mirsalayevin həyat və fəaliyyətilə bağlı elmi-praktik konfrans keçiriləcək. Bu barədə Azəri-Talış İctimai Birliyinin sədr müavini Seyran Rəfiyev məlumat yayıb.
Verilən məlumata görə Böyükağa Mirsalayevin həyat və fəaliyyətilə baglı elmi-praktik konfransın keçiirilməsi üçün aşağıdakı tərkibdə təşkilat komitəsi yaradılıb.
Təşkilat komitəsinin üzvləri:
Seyran Rəfiyev (sədr),
Mirfəyaz Likməkani,
Ulduz Həşimov,
Məsləhətçilər:
Mehdibəy Səfərov
Əli Nasirov
Təşkilat komitəsi hamıdan xahiş edir ki, Böyükağa Mirsalayevin həyatı və fəaliyyəti haqqında hər hansı bir məlumatı (video, audio, kitab və digər materiallar) olanlar onu Təşkilat komitəsinə təqdim etsinlər. Konfransın vaxtı və yeri barədə əlavə məlumat veriləcəkdir.