Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2013 » Май » 23 » “Bu mükafat bizim demokratik düşərgəyə dəstəkdir” (video)
21:24
“Bu mükafat bizim demokratik düşərgəyə dəstəkdir” (video)
Leyla Yunus: "Bu ordeninin verilməsi demokratiya uğrunda mübarizə aparanlara münasibətin göstəricisidir"

Paskal Monye: "Hökumətin Azərbaycan xalqının gözlədiyi siyasi və iqtisadi islahatları həyata keçirməsi vacibdir"

Mayın 22-də Fransa səfirliyində azərbaycanlı hüquq müdafiəçisi, Sülh və Demokratiya İnstitutunun (SDİ) rəhbəri Leyla Yunusun Fransanın Fəxri Legion Kavaleri ordeni ilə təltif olunması mərasimi keçirilib. O, bu mükafata insan hüquqları uğrunda fədakarcasına mübarizəsinə görə layiq görülüb. Tədbirə ölkənin tanınmış ictimai-siyasi xadimləri, diplomatik korpusun nümayəndələri, vətəndaş cəmiyyətinin təmsilçiləri dəvət olunmuşdu.

L.Yunusa mükafatı bu münasibətlə Azərbaycana gəlmiş Fransanın insan hüquqları və Xolokost faciəsinin beynəlxalq tanınması üzrə səfiri Fransua Zimre təqdim edib. Fransa səfiri Paskal Monye qeyd edib ki, L.Yunusa ordenin verilməsi bu ölkənin həyatını insan hüquqlarına həsr etmiş insanlara münasibətinin göstəricisidir. O deyib ki, L.Yunus yalnız insan hüquqları uğrunda mübarizə aparmır, həm də qadınların hüquqlarının müdafiəsi, Azərbaycan və erməni xalqları arasında barışın olması üçün çox işlər görür. P.Monye Fransanın Ermənistanın dostu və Azərbaycanı sevməyən ölkə olması barədə fikirlərin yalnış olduğunu qeyd edib. "Bu, həqiqətəuyğun deyil",- o vurğulayıb.

Eyni zamanda səfir hökumətin Azərbaycan xalqının gözlədiyi siyasi və iqtisadi islahatları həyata keçirməsinin vacib olduğunu qeyd edib. 

Öz növbəsində F.Zimre söyləyib ki, insan hüquqları xarici siyasətdə mühüm yer tutur və hətta Fransa səfirliklərini "insan haqları evləri" adlandırırlar. O deyib ki, insan hüquqları nə dövlətlər, nə də diplomatların çıxışları ilə irəliləyir, fədakar insanların sayəsində irəliləyir ki, bəzən bu insanlar öz azadlığını, hətta həyatını belə qurban verməli olur. "Bu adamların ən yaxşı müdafiəyə ehtiyacı var",- o bildirib. L.Yunusun fəaliyyətinə toxunan F.Zimre qeyd edib ki, onun həyatı fundamental azadlıqların müdafiəsinə yönəlib. Onun vətəndaş mövqeyinin formalaşması ailə faciəsinin təsiri ilə baş verib. L.Yunusun babasının üç qardaşı repressiyaya məruz qalıb - ikisi güllələnib, biri sürgündə həlak olub.

F.Zimre Kannda kinofestivalın keçirildiyi bir vaxtda Bakıda Azərbaycan kinematoqrafiyasının özəyində dayananlardan birinin (L.Yunusun babası Teymur Useynov Azərbaycan kino sənətinin inkişafına mühüm töhfə verib, ilk Azərbaycan filmlərinin çəkilişlərini ini aparıb) nəvəsinə Fransa ordeninin verilməsinin də rəmzi məna daşıdığını qeyd edib.

Sonra F.Zimre deyib ki, L.Yunus SSRİ dönəmində tarixçi kimi çalışdığı 25 il ərzində dissident jurnalistika ilə məşğul olub, yenidənqurmanın başlanması ilə demokratik hərəkatda iştirak edib. "L.Yunusu xarakterizə edən mərdlik, azadlıq, insan hüquqları uğrunda mübarizəsidir. Və bu da Fransanın dəyərləridir",- F.Zümre vurğulayıb.

L.Yunusa ordenin təqdimatı keçirildən sonra hüquq müdafiəçisi çıxış etdi: "Bu mükafat böyük şərəf və məsuliyyətdir. Mənə göstərilən böyük şərəfə görə Fransanın prezidenti Fransua Ollanda və bu ideyanın irəli sürülməsində, reallaşmasında əməyi keçən hər bir kəsə minnətdarlığımı bildirirəm. Bu yüksək mükafat təkcə mənim Azərbaycanda demokratiya və insan haqları uğrunda apardığım mübarizəyə dəstək deyil. Bu mükafat eyni zamanda bizim demokratik düşərgəyə dəstəkdir. İyirmi beş il əvvəl biz Azərbaycanın sovet imperiyasından azad olunması və demokratik dövlətə çevrilməsi üçün səylər göstərirdik. Çoxmillətli sovet imperiyası dağıldı, amma biz Azərbaycanda demokratik, hüquqi dövlət qurmağa nail olmadıq. Çox ümid edirəm ki, 1993-cü ildə KQB generalı Heydər Əliyevin necə hakimiyyətə gətirildiyini yazmağa mənim ömrüm və gücüm çatacaq.

Gənclərə baxıb qürur duyuram

Bizim nəslin yerinə gənclər gəlir və mənə onların hansı repressiyalara məruz qaldığını görmək çox ağrılıdır. Amma onların bütün bu çətinliklərə necə sinə gərdiyini görəndə qürur duyuram.

Atası və bacısı hazırda həbsdə olan Nərgiz Yaqublu öz mübarizəsini davam etdirir. Dəyanət Babayevlə bağlı məhkəmə prosesi artıq bir neçə aydır ki, davam edir. Əbülfəz Qurbanlı, Əhəd Məmmədli və Tural Abbaslı həbs və amansız işgəncələrdən keçiblər. Qondarma ittihamlarla Üzeyir Məmmədli, Rəşad Həsənov, Rəşadət Axundov, Məhəmməd Əzizov, Şahin Novruzlu, Bəxtiyar Quliyev, Zaur Qurbanlı, Tural Həsənzadə, Daşqın Məlikov, İlkin Rüstəmzadə, Rəşad Ramazanov hazırda həbsdədirlər. Mehman Hüseynov və Turqut Qəmbərin təqibi davam edir. Bəyim Həsənli, Aygün Pəngəliyeva, Ülvi Həsənli, İlqar Şirəli... bu gənclər hələ də mübarizəni davam etdirirlər. Bax, bu incə qızlar Bəyim Həsənli, Aygün Pəncəliyeva qoluzorlu polislərlə mitinqlərdə mübarizə aparırlar. 

Bu tədbirdə demokratiya uğrunda mübarizə aparan cəsur və güclü kəslər toplaşıb və onlar qalib gələcəklər. Tale elə gətirib ki, Azərbaycanın müasir tarixində mübarizənin ağır yükü sizin çiyinlərinizə düşüb. Mən sizin qarşınızda baş əyirəm və inanıram ki, siz demokratik, hüquqi Azərbaycanda yaşayacaqsınız.

Mübarizə davam edir

Hazırda həbslər, demək olar, hər gün baş verir. Müxalifətçilərə (İlqar Məmmədov, Tofiq Yaqublu) vətəndaş cəmiyyətinin fəallarına, hüquq müdafiəçilərinə, jurnalistlərə, blogerlərə, inanclı şəxslərə (Tale Bağırzadə)  təzyiq edir və onları qondarma ittihamlar həbs edirlər. Mən yalnız bir neçə ad çəkdim. Sülh və Demokratiya İnstitutunun siyahısında 80 nəfər vicdan məhbusunun adı var.

Mənim həyatımda ağ və qara günlər olub. Amma ən dəhşətlisi özünü tam gücsüz hesab etməkdir. Sənin əqidə yoldaşın, həmfikrin türmədədir, ona dəhşətli əzablar, işgəncələr verirlər. Amma sənin buna qarşı çıxmağa gücün yoxdur. Nəticədə sənin əqidədaşın həbsdə işgəncələrlə, alçaldılmaqla dünyasını dəyişir. 

Sən bütün bunları bilirsən, amma heç nə ilə kömək edə bilmirsən!!! Bax, bu dəhşətli hissdir və bu hiss məni sadəcə olaraq öldürür. Bu hiss məni hüquq müdafiəçisi, "Tolişi Səda" qəzetinin baş redaktoru Hilal Məmmədovun həbsinin ilk günündən tərk etmir. 

Mənə yazdığı bir məktubda Hilal vurğulayırdı: "Leyla, onlar Novruzəli Məmmədovu öldürdülər, indi məni öldürmək istəyirlər". 

Cənab Zimer, mən onun şəklini Sizə təqdim etmək istəyirəm (Leyla Yunus H.Məmmədovun şəklini tədbir iştirakçılarına nümayiş etdirərək F.Zimre təqdim etdi). Biz çoxuq və hamımız yaxşılıq etmək istəyirik. Amma təəssüf ki, mən 30-cu illərdə babam və dostları kimi gücsüzük. O zaman da babam və dostları Bağırovun zirzəmilərində, Stalinin lagerlərində olan öz yaxınlarının həyatlarını xilas edə bilmirdilər. 

Belə çıxır ki, biz artıq 4 nəsildir ki, bu hisslə yaşayırıq...

Qoy Hilal Məmmədovun bu şəkli Sizə Azərbaycanda nə baş verdiyini və çarəsizlik hissiylə yaşamağın nə demək olduğunu unutmağa imkan verməsin".




TALISH.ORG

Категория: Azərbaycan | Просмотров: 1493 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus