Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2012 » Август » 7 » Bulanıq sular durularmı?
16:20
Bulanıq sular durularmı?
Yaxud sovet dövrülə müqaisədə Azərbaycan Respublikasının vətəndaşları hansı acınacaqlı, dözülməz günlərini yaşamaqdadır?

Bu mövzu nə qədər aktual olsa da, bir o qədər cansıxıcı və düşündürücüdür. Əlbəttə ki, uzun-uzadı danışıb, heç kimi yormaq fikrim olmasa da şahidi olduğumuz yaxın tarixi məqamlardan yan keçmək heç mümkün də deyil.

Sovetlər birliyində yaşadığımız vaxtlar, əhalinin bütün təbəqəsi işlə təmin olunurdu. Demək olar ki, işsiz qalan yox idi. Heç kim kimdənsə üzükölgəli, asılı və ehtiyaclı deyildi. Ölkə ərazisindəki ən ucqar yaşayış məntəqələrində də normal təhsil sistemi olmaqla müəllimin nüfuzu var idi. Şagird-müəllim münasibətlərində məsuliyyət, etik normalar mövcud idi. Orta məktəbi bitirən şagird istədiyi ali və orta təhsil ocaqlarına sənəd verib, qanun çərçivəsində təhsilini davam etdirirdi. Bəzi hallarda Azərbaycanda neqativ, xoşagəlməz hallarla raslaşanda, Rusiyanın istənilən təhsil ocaqlarına üz tutub, sənədlərini təqdim edib, hətta ana dilində təhsil almasını nəzərə alıb, müəyyən güzəştli şərtlərlə qəbul olunurdun. O zaman heç kimin hansı millətin nümayəndəsi olmasını bir kimsə dilə gətirə bilməzdi, möhkəm qanun qarşısında cavabdehlik olmasını bilməyən yox idi.

Talış zonasının ən ucqar dağ kəndindən Moskvanın Lomonosov adına Dövlət Universitetin hüquq fakultəsinə sənəd verən yetim, kasıb bir gənc maneəsiz olaraq qəbul olurdu. Ali təhsil aldıqdan sonra mühüm vəzifələrə təkliflər olunurdu. Universitetdə hərbi rütbəyə yiyələndiyindən birbaşa hüquq mühafizə orqanlarında əmək fəaliyyətinə başlayırdı. Bu insanlardan saysız-hesabsız Rusiyada qalanlar vardır ki, bu günün özündə də orda insan kimi yaşamaqla heç bir problemlərlə üzləşmirlər. Övladları da normal təhsil almaqla, dövlətin vətəndaşları üçün nəzərdə tutduğu bütün imtiyazlardan faydalanırlar.

Bu sadaladıqlarım faktlara rəğmən, həmin talış balalarımız ölkənin ictimai işlərində də fəallıq nümayiş edərək ölkənin imicinə özlərinin layiqli tövhələrini verirlər. Xüsusən idman sahəsində talışlar demək olar ki, bir çox yarışların qalibi adını qazanıblar. Misal olaraq, əslən Masallı rayonunun Kolatan kəndindən olan Şabani Rəvan Fəryaz oğlu 2005-ci ildə Rusiya Federasiyasının ölkə birinciliyi uğrunda keçirilən "Karate” idman yarışlarında birinci yer tutaraq, qızıl medala layiq görülmüşdü. Bu nailiyyətini yüksək dəyərləndirən ölkə prezidenti onun ailəsinə də üç otaqlı mənzil hədiyyə etmişdi. Rəvan Şabani hal-hazırda RF-nın Perm şəhərində yaşamaqla, "karate” üzrə idman ustasıdır, idmançılar yetişdirir.

Daha bir həmyerlimiz, Masallı rayonunun Sığdaşd kəndindən çıxmış, hazırda RF-nın Yekaterinburq şəhərində yaşayan Əmirov Sahil Səlimxan oğlu da "klassik güləş” üzrə yarışların qalibi olmuş, qızıl medalla təltif olunmuşdur. Hal-hazırda 10-cu sinif şagirdidir, orta təhsilini də əla qiymətlərlə davam edir. Əlbəttə ki, bu siyahını uzatmaq da olar. Rusiya Federasiyasında yüksək vəzifələrdə çalışan talışlar barədə də növbəti dəfə daha ətraflı yazıb, oxucuların diqqətinə çatdıraram. Yazının mövzusunu nəzərə alıb, əsas fikirdən kənara çıxmamaq şərti ilə, yuxarıda qeyd etdiyim reallıqların tam əksi olaraq, dövlət müstəqilliyi və ərazi bütövlüyünün qorunması yolunda fədakarlıq nümunəsi göstərən talışlara qarşı Azərbaycanda böyük basqıların şahidi olmaq üzücü və cansıxıcıdır.

Belə ki, talışlar Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda saysız-hesabsız şəhidlər vermiş, respublikanın ictimai-siyasi işlərində həmişə öncüllər sırasındadirlar. Talışlar sayca Azəri-türklərindən sonra ikinci yerdə olsalar da Azərbaycan Silahlı Qüvvələrində xidmətə gəlincə çoxluq təşkil edir. Yəni talışlardan ordudan yayınma halları demək olar ki, yox dərəcəsindədir. Təhsil sahəsinə nəzər salanda, məktəblərimizin 98%-i "qısır məktəblər” sırasındadır. Hələ on il məktəbə gedib, ayaqqabı cıran şagirdlərin rüşvətsiz kamal-attestatının ala bilməməsindən də söz açmaq istəmirəm. Çünki bu yaralı dərdimizin acı nəticələrini zaman-zaman hər kəs dadmalı olacaq. Onda hər kəs dərk edəcək ki, bizə qarşı hansı amansız şovinizm siyasəti aparılıb. Təhsilimizdə tuğyan edən rüşvətxorluq o həddə çatıb ki, kənd ərazi nümayəndəlinin bəzi rəhbərləri məktəbin xadimələrinin aldıqları kiçicik əmək haqqından ayda on manat rüşvət tələb edirlər. Təhsilin səviyyəsi isə sıfra bərabər olduğundan, şagirdlər heç dərsə də getmirlər. Müəllimlər isə ancaq müftə maaş alıb, onu da məktəb direktorları ilə müxtəlif bəhanələrlə bölüşməli olurlar.

Daha dəhşətli dərəcədə üzücü olan tibb sahəsidir. Məmurlarımız ölkə qanunlarını ayaq altına atıb, yazılmamış rüşvər və korrupsiya qanunları ilə işləməsi kimi, həkimlərimiz də hipokrat andını ayaqlar altına atıb, xəstələri açıq-aşkar, çəkinmədən soymalarını davam edirlər. Əlbəttə ki, səhiyyə sahəsindən danışmaq, tam ayrı söhbətin mövzusu olsa da bu həyati vacib olan sahədən vaz keçmək də mümkünsüzdür. Burda yenə yaşadığımız, şahidi olduğumuz SSRİ-hakimiyyəti dövründə olan pulsuz səhiyyə sistemini rəğbətlə xatırlamamaq insafsızlıq olardı. O dövürdə hökumət təhsili, səhiyyəni və bir çox pulsuz imtiyazları öz vətəndaşlarının ixtiyarına vermişdi. Biz isə naşükürlük edib, haray-həşir qopartdıq ki, Rusiya bizim sərvətlərimizi daşıyır, bizə yad münasibət bəsləyir, bizi istismar edir, və sair.

SSRİ kimi qüdrətli, milli bərabərlik olan bir ölkədə yaşadıq, heç bir millətin milli heysiyyatına toxunulmadı, aşağılanmadı. Azərbaycan müstəqilliyinə qədəm atan kimi, bəzilərinin peyqəmbər hesab etdiyi Elçibəyin xalqa müraciətində birinci sözü bu oldu ki, "Türkün-türkdən başqa dostu yoxdur”! (?) Bu milli-şovinist şuardan sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünə tövhələr vermiş, tarixlər boyu bu ölkədə yaşamaqla tam hüquqlu iyirmi üç adda azsaylı xalqların monalit birliyi parçalandı. Ölkədə hakimiyyət uğrunda mübarizənin və bundan irəli gələrək Azərbaycanı Osmanlı Türkiyəsinin bir əyalətinə çevrilməsi ideyasını irəli sürən siyasi alverçilərin, Moskvanın KQB maşınının məngənəsindən çıxan bəzi satqınların ölkə daxilində törətdikləri təxribatların nəticəsi olaraq torpaqların 20%-nin itirildi.

Diqqət edin, əziz oxucular, vətən torpaqlarımız hissə-hissə neçə işğal edildi.

Prezident Ayaz Mütəllimovun dönəmində:
Xankəndi
Xocavənd
Xocalı

Prezident səlahiyyətlərini icra edən Yaqub Məmmədovun dönəmində:
Şuşa
Laçın

Prezident Əbülfəz Əliyev (Elçibəy) dönəmində:
Kəlbəcər

Prezident Heydər Əliyev vaxtı:
Ağdərə
Ağdam
Füzuli
Cəbrayıl
Qubadlı
Zəngilan

Müəmmalı və marqlı məsələ budur ki, adı çəkilən yaşayış məntəqələrimiz işğal edildikdən sonra həmin məntəqələrin heç bir məsul vəzifəli şəxsləri nəinki cinayət məsuliyyətinə cəlb edilməyib, hal-hazırda çoxları hakimiyyətin yüksək vəzifələrində oturmaqla məqam və slahiyyət sahibidirlər.

Sabiq Ali Baş komandanların isə bu işğala məsuliyyət daşıyıb-daşımaması şəxsən mənim üçün müəmmalı bir sual kimi açıq qalmaqdadır.

Mənim üçün cansıxıcı məqamlardan biri də odur ki, talış millətinin nümayəndələri Qarabağ məsələsinin işğala məruz qalması barədə virtual sosial şəbəkələrdə söz açanda nədənsə bəzi pantürkçü-şovinistlərin qəzəbinə tuş gəlir. Biz bu müəmmalı işğalın fonunda məsul şəxslərin cinayət məsuliyyətindən kənarda qalmasının səbəblərindən söz açanda da nədənsə heç bir arqument olmadan bizə "separatçı”, "İranın agenti”, "farsların nökəri” deməkdən də çəkinmirlər. Hətta 05.08.2012-ci il tarixdə facebook sosial şəbəkədə "Xilas” qrupunda özünü hüquqşunas kimi təqdim edən, əslən işğal olunmuş Laçın rayonundan olan, hazırda RF-nın Sank-peterburq şəhərində yaşayan Rəşad Cəbrayılov adlı şəxs, yuxarıda qeyd etdiyim müəmmalı məsələlərə görə, talışlara heç bir əsası olmayan yarlıklardan mənə də yapışdırdı(?). Hətta müharibə dövründəki öz naqis əməllərini də mənə ünvanlayaraq, təhqir edərək məni təhdid etdirəcəyini də dilə gətirdi. Qarabağ müharibəsində iştirak edənlər çox yaxşı bilirlər ki, orda alverlə məşğul olanlar bəzi yerli adamların nümayəndələri olublar. Masallıdan Qarabağa gedənlər heç cürə orda hansısa alver edə bilməzdilər. Bu bir absurddur. Bir əsrdə dörd dəfə vətən dəyişən bəzi vətənşüvənlərə deyirəm ki, işğal olunan yaşayış məntəqələrin əhalisi Bakı və ətraf rayonlarda məskunlaşıblar. Həmin qaçqınlardan, hər rayondan ən azı on min adam, cəmi yetmiş min olmaqla, nə vaxt AZADLQ meydanına çıxıb, torpaqlarını işğaldan qurtarmasını tələb etdilər? - Heç vaxt! Çünki onlara hazırkı vəziyyət sərf edir (bəzi məqamları hələ dilə gətirmirəm). Mənə "farsın nökəri” deyən adama, mən də ona "Osmanlı türkün nökəri” deyirəm. Hər kəs öz millətinin azadlığını istədiyi kimi mən də öz millətimin ümumqəbul edilmiş hüquqlarını tələb edirəm. Bu hüququ əlimdən heç kim ala bilməz, tək Allahdan başqa.

Bu bədbəxtlərdə milli-şovinizm o dərəcədə baş qaldırıb ki, özlərindən başqa heç bir millətin varlığını tanımaq da istəmirlər. Unudurlar ki, bu kimi hərəkətləri ilə Azərbaycanın varlığını sual altına qoya bilərlər. Dünya ayrı dünyadır, diktatorlar devrilir, imperiyalar dağılır, insanlar kamilliyə doğru can atmaqla iqtisadi-siyasi islahatların keçirilməsi, millətlərin bərabər hüquqları uğrunda mübarizə aparılır. Hansısa millətin nümayəndəsinin öz hüquqlarını müdafiə etdiyinə, doğma ana dilində şer deyib, mahnı oxuduğuna, milli incəsənət xəzinəsini tanıtdığına görə, onun ziyalısının cibinə "narkotik maddə” qoyub, hətta dindarlarının evində silah arsenalı yerləşdirib, türmələrdə öldürmək,"dövlətə xəyanət” ittihamı ilə zindanlarda məhv etməyin sonu nə ölkəyə başucalığı gətirməz, nə də beynəlxalq aləmdə bu ölkənin nüfuzu artırmaz. Əksinə, ölkə daxilində də millətlərarası ayrı-seçkiliyə meyllər daha da artacaq. Azərbaycanın siyasi palitrasının günbəgün mürəkkəb rənglər almasından bulanıq suların durulması hələki gözlənilmir.

Azərbaycanın tarixin sınaqlarından çıxmış, şəffaf yolu var, Bu yol gözəl peyqəmbərimizin bizə əmanət etdiyi islamçılıq, milli bərabərlik, burda yaşayan köklü millətlərə bərabər hüquqlar verilməklə dövlət dilimiz azəri-türkcəsi, ideyamız isə demokratik azərbaycançılıq olmalıdır. Bu yolla getsək, "Böyük Azərbaycan” ideyasına da çata bilərik. Yox əgər xalq, utopik röyalar, nağıllar dünyasına tərəf istiqamətləndirilsə, bulanıq suların durulması ümumiyyətlə mümkün olmayacaq.

Mətləb Dadaşov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
metleb.dadasov@mail.ru


Категория: Azərbaycan | Просмотров: 2004 | Добавил: admin | Рейтинг: 5.0/4
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus