Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2012 » Март » 10 » Cəmiyyətin faciəsi və yaxud bir talış ailəsinin məhf edilməsinin qısa xronikası
15:22
Cəmiyyətin faciəsi və yaxud bir talış ailəsinin məhf edilməsinin qısa xronikası

Bu yazı AMEA-nın Dilçilik institutunun Roman-Qerman dilləri elmi-tədris sektorunun müdiri, "Tolışi Sədo” qəzetinin baş redaktoru, Respublika Talış Mədəniyyət Mərkəzinin sədr müavini professor Novruzəli Məmmədovun 02.02.2007-ci il tarixdə əsasız olaraq  həbs edilməsindən 17.08.2009-cu il tarixində Bakı həbsxanasında müəmmalı şəkildə dünyasını dəyişdirənə qədər keçdiyi məşəqqətli yolun qisa xronologiyasını əks etdirir.

02 fevral 2007-ci il tarixdə Novruzəli Məmmədov səbəbi izah edilmədən Milli Təhlükəsizlik Nazirliyinə (MTN) aparıldı və orada heç bir protokol tərtib edilmədən bir gün saxlanılaraq, 2004-cü ildə İranda keçirilmiş elmi konfrans barəsində sorğular edildi, ac-susuz saxlanıldı, döyüldü. O, sağ əlinin üstündən və sol çiyin nahiyəsindən xəsarətlər aldı.

Novruzəli Məmmədov 03 fevral 2007-ci il tarixdə, saat 16 radələrində MTN-nin əməkdaşlarının maşınında Elmlər Akademiyasının qarşısına gətirildi, və dərhal da polis tərəfindən tutularaq barəsində protokol tərtib edildi. Yasamal rayon məhkəməsi onun barəsində 15 günlük inzibati həbs qərarı çıxardı. Halbuki 65 yaşı tamam olmuş kişilər barəsində inzibati həbs cəzası təyin etmək İnzibati Xətalar məcəlləsinin 30-cu maddəsinin tələbləri ilə qadağan olunur. N.Məmmədov dərhal da MTN-nin əməkdaşlarına təhvil verildi.

17 fevral 2007-ci il tarixdə Novruzəli Məmmədova Azərbaycan Respublikası (AR) CM-nin casusluq formasında dövlətə xəyanət ittihamı elan olundu. İstintaq müddəti ərzində Novruzəli Məmmədova elan olunmuş casusluq ittihamı özünün təsdiqini tapmadı.

8 aylıq həbsdə saxlama müddətini əsaslandırmaq üçün 27 sentyabr 2007-ci il tarixdə ona dövlətə xəyanətin xarici dövlətin xeyrinə düşmənçilik fəaliyyəti göstərməkdə kömək etmə formasında yeni məzmunda ittiham elan olundu. Aşağıda göstərilən ittiham tezislərinə əsasən, heç bir yoxlama aparmadan istintaq orqanı ittiham aktı tərtib etmiş, məhkəmə isə onu hökmə köçürməklə işini bitmiş hesab etdi.

Azərbaycan Respublikası MTN İstintaq Baş İdarəsinin II şöbəsinin mühüm işlər üzrə baş müstəntiqi polkovnik-leytnant Novruz Kərimovun tərtib etdiyi, AR Baş prokurorunun I müavini II dərəcəli dölət ədliyyə müşaviri Rüstəm Usubovun təsdiq etdiyi ittiham aktında Novruzəli Məmmədov aşagıdakılarda ittiham edildi:

-  Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə kömək etməkdə, yəni Respublikamızda yaşayan talışlar üçün inzibati muxtariyyət yaratmağa nail olmaq məqsədilə zəruri məlumatları toplamaqda;

- xarici xüsusi xidmət orqanına lazım olan məlumatlara malik şəxsləri müəyyənləşdirməkdə;

- onları xarici xüsusi xidmət orqanı ilə əlaqələndirməkdə;

- və ya belə şəxsləri xarakterizə edən məlumatları onlara ötürməkdə;
    
- talışların hüquqlarının pozulması adı altında uydurma bəhanələrlə beynəlxalq təşkilatlara müraciət etməkdə;

- beynəlxalq təşkilatlarda insan hüquqlarını və azadlıqlarını pozan ölkə kimi Azərbaycanın mənfi imicinin formalaşmasına və beynəlxalq təşkilatların Azərbaycana təzyiqlərinə nail olmasında;

- bu yolla talışlar üçün Azərbaycan Respublikasının ərazisində inzibati muxtariyyət yaranmasına kömək göstərmək haqqında razılıq verərək, məxfi əməkdaşlığa cəlb edilmiş və 1992-ci ildən 2007-ci ilin fevral ayının əvvəllərinə qədər bu fəaliyyətlə məşğul olmaqda.

Həmin aktla N.Məmmədov daha sonra aşağıdakılarda ittiham edildi:

- 1998-ci ildə "Tolışi Sədo” qəzetinin baş redaktorluğunu ələ keçirib, ona verilmiş tapşırıqlara uyğun məqalələri qəzetdə çap etməkdə;

- idmançıların təbliğatı adı altında talışçılığın təbliğində;

- respublikanın cənubunda dinə meyilli talış gənclərinin aşkar edilib onları xaricə dini təhsil almaq üçün göndərməkdə;
    
- talış dilində verilişin açılması üçün İctimai televiziya kanalının rəhbərliyinə və başqa instansiyalara müraciət etməkdə;
 
- Respublika Talış Mədəniyyət Mərkəzinin, "Tolışi Sədo” qəzetinin Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilməsi üçün ərizə ilə müraciət etməkdə;
    
- müxtəlif əcnəbi dilçi alimlərlə bərabər talışların kompakt yaşadıqları ərazilərdə kəşfiyyat xarakterli sorğuların aparılmasında və onların tərəfindən talış dilinin tədqiqinə dair kitabların, məqalələrin yazılmasına nail olmaqda;
    
- talışları icra və qanunvericilik orqanlarında işə düzəlməyə təhrik edib sonradan onların imkanlarından istifadə etməklə gələcəkdə talışlar üçün inzibati muxtariyyət yaratmağa nail olmaqda;

- Elman Quliyevin İrandan gətirdiyi pulun bir hissəsini əldə etməkdə təqsirli bilindi.

24 iyun 2008-ci il tarixdə Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmə (ACDİÜM), (hakimlər: Ələsgərov Şakir (sədr), Allahverdiyeva Ramella, Məmmədova Şəkər) istintaq orqanının ona təqdim etdiyi ittiham aktının birbaşa köçürməsi olan hökmü ilə Novruzəli Məmmədovu boş zalda Azərbaycan Respublikası CM-nin 274-cü maddəsilə (dövlətə xəyanət) təqsirli bilinib, əmlakı müsadirə olunmaqla 10 il müddətinə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə azadlıqdan məhrum etmə çəzasına məhkum etdi.

Məhkəmə Novruzəli Məmmədova qarşı irəli sürülən ittihamların uydurma olması ilə bağlı ona təqdim edilən subutları, o cümlədən Astara gömrük sərhədindən 2002-2006-cı illər ərzində Elman Quliyev tərəfindən İrandan valyuta gətirilməsini istisna edən rəsmi sənədi qəbul etmədi və çıxartdığı hökmündə həmin bəraətverici subutlara istinad etməkdən qorxdu.

Məhkəmə də öz hökmü ilə Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq Konvensiyaların tələblərini, onun üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozaraq məhz ayrı-seçkilik salmaqla 68 yaşlı bir alimi, jurnalisti, dünyada yeganə talışşünas-dialektoloqu qanunsuz və əsassız olaraq ağır cəzaya məhkum etdi. Hökm təhlükəsizlik orqanının bir agentinin ifadələrinə istinad edilməklə, sübutları və sənədləri saxtalaşdırmaqla qapalı çıxarıldı.

Məhkəmənin hökmü bütünlüklə saxtalaşdırıldığından hətta müdafiəçinin iştirakı olmadan gizli elan edildi.

N.Məmmədov yüksək qan təzyiqindən, zobdan, prostat vəzinin iltihabından, görmə qabiliyyətinin sürətlə itməsindən, ayaqlarının aşağı nahiyələrinin şişməsi xəstəliklərindən əziyyət çəkməsinə baxmayaraq o, MTN-nin və keçmiş 1 saylı İstintaq Təcridxanasında saxlandığı müddət ərzində müayinə və müalicə kursu almadı.

İstintaq müddətində N.Məmmədovun azadlıq, səmərəli hüquqi müdafiə vasitələrindən istifadə, ayrı-seçkiliyə məruz qalmamaq hüquqlarının pozuntusu ilə bağlı məhkəmələrə müraciət edilsə də bu nəticə vermədi.

14 yanvar 2009-cu il tarixdə N.Məmmədov 15 saylı Cəza Çəkmə Müəssəsinə (CÇM) köçürüldü və dərhal da 15 günlüyə cərimə təcridxanasına salındı, işgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qaldı, milli-etnik mənsubiyyəti təhqir edildi. 14- 21 yanvar 2009-cu il tarixlərdə o, 7 gün soyuq, şüşələri çıxarılmış nəfəslikdən içəri daxil olan küləkli, nəm, rütubətli, oturmaq və uzanmaq üçün heç bir avadanlığı olmayan kamerada saxlandı. Həmin kamerada N. Məmmədov səhər saat 05-dən 21-ə qədər ayaq üstə durmağa və saat 21-dən sonra nəm döşəklə təmin olunduğundan onun üstündə yatmağa məcbur olurdu. 7 gün davamlı olaraq həmin şəraitdə saxlanması onun səhhətində ciddi pozuntular yaratdı. Kamerada saxlandığı müddət ərzində o, dərmanla və isti paltarla təmin edilmədi.

21 yanvar 2009-cu il tarixdə İşgəncələrə qarşı mübarizə komitəsinin sədri Elçin Behbudovun monitorinq keçirməsi nəticəsində N.Məmmədov cərimə təcridxanasından "səhhəti ilə” əlaqədar azad edildi. Lakin N.Məmmədovun hansı xəstəliklərdən əziyyət çəkməsi, səhətində hansı problemlərin olması barədə məhkəməyə rəsmi sənəd təqdim edilmədi.

Nizami rayon məhkəməsi 06 mart 2009-cu il tarixli qərarı ilə 15 saylı CÇM-nin rəisinin 14 və 15 yanvar 2009-cu il tarixli qərarlarını qanunsuz hesab edərək həmin qərarları ləğv etdi və Müəssisənin üzərinə N.Məmmədovun müayinə və müalicə olunması vəzifəsini qoydu. 6 mart 2009-cu il tarixdən başlayaraq N.Məmmədov 5 ay müayinə və müalicə olunmadı onun xəstəlikləri gizli saxlandı, müdafiə tərəfinin və məhkəmənin sorğularına cavab verilmədi və yalnız bir dəfə onun "Hipertoniya”dan əziyyət çəkməsi barədə ACDİÜ məhkəməyə rəsmi sənəd göndərildi. Məhkəmənin 06 mart 2009-cu il tarixli qərarı 5 (beş) ay müddətində icra olunmadı.

22 iyul 2009-cu il tarixdə ailə üzvləri N.Məmmədovla 15 saylı CÇM-də görüşərkən məlum oldu ki, onun vena damarından qan götürülüb. Həmin tarixdən başlayaraq onun şikayətləri mütəmadi xarakter alsa da, onun CÇM-nin səhiyyə şöbəsinə köçürülməsi müxtəlif bəhanələrlə təxirə salındı.
 
25 iyul 2009-cu il tarixdə N. Məmmədov ağır vəziyyətdə 15 saylı CÇM-nin səhiyyə şöbəsinə köçürüldü və o, yataq xəstəsi oldu. Həmin tarixdə İşgəncələrə qarşı Komitənin sədrinə və N.Məmmədovun vəkilinə onunla görüşməyə icazə verilmədi.

27 iyul 2009-cu il tarixdə N.Məmmədov müstəqil hərəkət edə bilmədiyindən digər məhkumların və həkimim köməyi, müşayiəti ilə vəkili ilə görüşə gətirildi. O, otura bilmədi. Uzanmış vəziyyətdə ağır durumda olması ilə bağlı bütün beynəlxalq müdafiə təşkilatlarına müraciət etməyi, onun müayinə və müalicə olunması üçün xaricdən həkimlərin dəvət edilməsi barədə fikirlərini vəkilinə çatdırdı. N.Məmmədov şiddətli ağrılardan əziyyət çəkdiyindən görüş qısa zamanda başa çatdı və o yenidən digər məhkumların köməyi ilə geri aparıldı.

27 iyul 2009-cu il tarixdə N.Məmmədovun vəkili onun hansı xəstəlikdən əziyyət çəkməsi, ona hansı müalicə kursu təyin edilməsi, həkim rəylərinin müdafiə tərəfinə təqdim edilməsi barədə 15 saylı CÇM-nin rəisinə yazılı müraciət etdi. Lakin müraciətə bu günə qədər cavab verilmədi.

28 və 31 iyul 2009-cu il tarixlərdə vəkil N.Məmmədovun ağır xəstə durumda olması, hərəkət etmək iqtidarında olmaması, çətinliklə danışması, burnundan bir neçə dəfə qan açılması, omba və onurğa sütununda olan şiddətli ağrılardan şikayət etməsi, onun milli-etnik mənsubiyyətinə görə təqib olunması, vəsiyyətlərini ailə üzvlərinə çatdırmağı xahiş etməsini və s. barədə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlara müraciət etdi.

25-27 iyul 2009-cu il tarixlərdə N.Məmmədov 15 saylı CÇM-nin səhiyyə şöbəsində yataq xəstəsi olduğu bir halda Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən "Turan” informasiya agentliyinə məlumat verildi ki, onun səhhətinin pisləşməsi barədə məlumatları yoxdur.

28 iyul 2009-cu il tarixdə N. Məmmədov AR Ədliyyə Nazirliyin Penitensiar Xidməti Müalicə Müəssisəsinə köçürüldü. Lakin ona 4 gün ərzində heç bir tibbi yardım göstərilmədi və ümumi palatada yerləşdirildi.

31 iyul 2009-cu il tarixdə N.Məmmədovun vəkili onun fiziki təhlükəsizliyi barədə narahatlığını xüsusi ilə qeyd etməklə onun xəstəlikləri, aldığı müalicə kursu, qəbul etdiyi dərmanlar, verilmiş həkim rəylərinin surətini əldə etmək üçün Müalicə Müəssisəsinin rəisinə poçt vasitəsi ilə xəbərnaməli müraciət etdi.

Avqust ayının əvvəllərində N. Məmmədov Müalicə Müəssisəsində İşgəncələrə qarşı mübarizə komitəsinin sədri E.Behbudov, Ombutsman E.Süleymanova tərəfindən yoxlandı. Ombutsman tərəfindən yoxlanılarkən N. Məmmədov bu yoxlamaların təsiri olmadığını, formal xarakter daşıdığını, Ombutsman gedəndən sonra ona münasibətin dəyişməz qaldığını, müalicənin düzgün aparılmadığını onun diqqətinə çatdırdı və təkrar yoxlama aparılmasını xahiş etdi.

Avqust ayında Avropa Şurası Baş Katibinin Azərbaycandakı xüsusi nümayəndəsi tərəfindən yoxlanılarkən N.Məmmədov müalicəsinin düzgün aparılmadığını, səhhətində heç bir irəliləyiş olmadığını, bu məqsədlə xaricdən həkim dəvət edilməsini onlardan xahiş etdi. Beynəlxalq təşkilatların nümayəndələri həmin xahişlə Müalicə Müəssisəsinin rəhbərliyinə müraciət etsələr də, xahiş rədd edildi.

28 iyul 2009-cu il tarixdən 17 avqust 2009-cu il tarixə qədər N.Məmmədov anti-sanitariya şəraitində, tibbi sanitar xidməti olmadan xəstə məhkumların köməyinə möhtac oldu. N. Məmmədovun qidalanması da digər xəstə məhkumlardan asılı oldu. Onun hərəkət etmək imkanları olmadığından yataqda da sidiyə getməyə məcbur olurdu. 10 avqust 2009-cu il tarixdən başlayaraq N.Məmmədov qəbzlikdən əziyyət çəkir, lakin bir dəfə də olsun ayaqyoluna gedə bilmədi. Müalicə Müəssisəsində qəbzliyin aradan qaldırılması və orqanizmin normal fəaliyyət göstərməsi üçün heç bir tibbi tədbirlər görmədi.

15 avqust 2009-cu il tarixdə N.Məmmədov vəkili ilə sonuncu dəfə görüşdü. Vəkil xəstəyə olan münasibətlə əlaqədar Müəssisə rəisi və Baş həkimin qəbulunda oldu. O, N.Məmmədovla bağlı təxirəsalınmaz tədbirlər görülməsini xahiş etdi. Həmin tarixdə də N.Məmmədovun xəstəliklərinin diaqnozları barədə tərtib edilmiş 14 avqust 2009-cu il tarixli arayış vəkilə təqdim olundu. Lakin vəkilin sorğusuna tam cavab verilmədi.

N.Məmmədov Müalicə Müəssisəsində 21 gün ərzində hamamdan istifadə edə bilmədi onun gigiyenasi ilə məşğul olmaq üçün ailə üzvlərinə imkan və şərait yaradılmadı. N.Məmmədov ancaq alt paltarlarını digər məhkumların köməyi ilə dəyişməli olurdu.

17 avqust 2009-cu il tarixdə N.Məmmədov Müalicə Müəssisəsində vəfat etdi. N.Məmmədovun çoxsaylı xəstəliklərlə təkbaşına mübarizə aparması, Penitensiar Xidmətin seyrçi mövqe nümayiş etdirməsi, Müalicə Müəssisəsində müalicənin düzgün aparılmaması, ati-sanitariya şəraiti, gigiyenanın və qidalanmanın təşkil edilməməsi, buna ailə üzvlərinin cəlb edilməməsi ağır nəticələrlə sonuclandı.

N.Məmmədovun ölümündən sonra ƏN Penitensiar Xidməti onun yataq xəstəsi olmaması, 17 avqust 2009-cu il tarixdə vəziyyətinin pisləşməsi və qəflətən keçinməsi barədə yalan məlumatlar yaydı.

15 saylı CÇM-indən və Müalicə Müəssisəsindən N.Məmmədovun tibbi kartalarının surətinin müdafiə tərəfinə verilməsi barədə sorğu və müraciət edilsə də onlara cavab verilmədi.

N.Məmmədovun ölümü ilə bağlı Nizami rayon prokurorluğunda araşdırmalar aparılmağa başlandı. 24 avqust 2009-cu il tarixdə N.Məmmədovun həyat yoldaşı araşdırmalara beynəlxalq hüquqşunasların və ekspertlərin dəvət edilməsi ilə bağlı Baş Prokurora müraciət etdi.
 
07 sentyabr 2009-cu il tarixli müraciəti ilə N.Məmmədovun vəkili ona məlum olan faktları konkret sənədlərlə bərabər prokurorluğa təqdim etdi və ekspertiza rəyinin, qəbul olunacaq qərarın surətinin müdafiə tərəfinə verilməsini və təhqiqat materialları ilə tanış olmağa şərait yaradılmasını xahiş etdi. Lakin bu təmin edilmədi.

14 sentyabr 2009-cu il tarixdə N.Məmmədovun ailə üzvləri onun yaşamaq hüququnun pozuntusu ilə bağlı Nəsimi rayon məhkəməsinə müraciət etdi.

N.Məmmədovun kompüterində saxladığı, talış dilinin tədqiqinə həsr etdiyi bütün əsərləri məhv edildi.
    
N.Məmmədovdan başqa onun ailə üzvləri ardıcıl olaraq təqiblərə məruz qaldı. İstintaq zamanı ona ərzaq payı aparan oğlanları bir neçə dəfə fiziki təsirlərə məruz qaldılar, 08 sentyabr 2007-ci il tarixdə onun böyük oğlu dünyasını dəyişdi. Onun kiçik oğlu oktyabr 2007-ci il tarixdə vəhşicəsinə döyüldü. N.Məmmədov barəsində hökmün çıxmasına 7 gün qalmış ona təsir etmək məqsədilə kiçik oğlu evinin yanından maşına salınaraq Səbail rayon polisinə aparıldı və tutularaq cinayət məsuliyyətinə cəlb edildi. Səbail rayon məhkəməsinin hökmü ilə onun oğlu narkotik vasitə saxlamağa görə təqsirli bilindi və cəzası şərti hesab edildi. 25 sentyabr 2009-cu il tarixdə N.Məmmədovun yas mərasiminin 40-dan qayıdan arvadı və oğlu avtomobil qəzasına düşdü.
    
Bütün yuxarıda göstərilənlərin düşünülmüş bir planın tərkib hissələri olmasına inanmamaq mümkün deyildir. Buna bir ailənin faciəsi də demək olmaz, bu cəmiyyətin faciəsidir.


ТалышИнфо
Категория: Талыш xəbərləri | Просмотров: 1631 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus