Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2012 » Август » 4 » Canım ay 9 milyon...
20:13
Canım ay 9 milyon...
Adama bir manat düşür. Elə də böyük pul deyil, milli maraqlar üçün adama nəinki bir, lap yüz manat da verə bilərik, niyə də verməyək ki? Uzun sözün qısası, canımız çıxa-çıxa "yığıb verdiyimiz” manatların zibili çıxdı...

London 2012

Bütün dünyanın nəzəri Londondadır. Bütün dövlətlər bu olimpiadaya bacardıqları kimi hazırlaşıblar, ancaq Azərbaycanın hazırlığına söz ola bilməz. İdmançıları "narahat olmayın, medalları almışıq” deyərək arxayınlaşdıranlar elə bilirdilər ki, İngiltərə də Azərbaycandır, bunlar rüşvət verəcəklər və bunu heç kəs bilməyəcək. Ay-hay, əslində elə Azərbaycanda da kimin kimə nə qədər rüşvət verdiyini hamı bilir, sadəcə heç kəs qorxusundan səsini çıxartmır, səsini çıxardanları da "narkobaron” kimi basırlar içəri. Nə isə, çox hörmətli Kəmaləddin müəllim Azərbaycana hay çəkir ki, gəlin adama bir manat qoyaq, Londonda boksçularımız üçün iki ədəd qızıl medal alaq, bizim millətdə ki, "milli maraq” yolunda bir manatından keçməyə hazırdır axı, dərhal "soobrazim” edib, pulu verdik "1 N:li yanğınsöndürənə”, o da ki, sağ olsun, Bakının bu başdan o başa yanmasına baxmayaraq vaxt tapıb həmin pulu olduğu kimi beynəlxalq boks federasiyasındakı səlahiyyət sahiblərinə ötürüb, onlar da bunun müqabilində bizə iki ədəd qızıl medal vəd ediblər. Hər şey əla gedirdi, amma "hardansa” ingilis jurnalistləri bundan xəbər tutublar, aləm dəyib biri-birinə, İngiltərə Azərbaycan deyil axı, orda mətbuat bir şey yazdısa, "cavabdeh tərəf” hökmən onu ya təsdiq, ya da təkzib etməlidilər, naçar qalan AİBA, yəni ki, beynəlxalq boks federasiyası, bu faktı təsdiqləyib, ancaq "rüşvəti” "yardım” kimi qələmə verib, kimə deyirsən? A kişi, bunlar başa düşmürlər ki, ingilislər sadəlövf azərbaycanlılar deyil, onlar belə nağıllara inanmırlar, onlar üçün rüşvət elə rüşvətdir, nə don geyindirsən də adı dəyişməz! İndi AİBA öz hakimlərinə tapşırıq verib ki, necə olursa olsun, azərbaycanın iki qızılını verməliyik. İlk olaraq yapon boksçu "zibilə” düşüb, hər üç raundda bizim boksçu Məhəmməddən üstün olan yapon boksçunun zərbələrinə dözməyən boksçumuz 3-cü raundda nə az, nə çox, düz 6 dəfə yerə yıxılıb və sonda... qalib olub! Düzdür, ertəsi gün bu biabırçılıq öz həllini tapıb, bizim boksçu layiq olduğu məğlubiyyəti alıb, türkmənistanlı baş hakim və Ağacan Əbiyev İngiltərədən "qovuldular”, bu məsələ də düşdü gündəliyə. Yəni 4.5 milyon çezdi. İndi qalıb o birisi 4.5 milyon, onun da zibili çıxmasa yaxşıdır, hər necə olsa adama bir manat "tərləmişik” axı, bunu tərləməmişik ki, bizim bifər boksçularımız 6 dəfə yerə sərilib, bizi də, FHN-də biabır eləsinlər.

Gizli "mənbə”...


İndi hörmətli Kəmaləddin müəllim bu məlumatı ingilis mətbuatına ötürən şəxsin kimliyini araşdırır. Mən bilirəm bu adam kimdir, bu adam da öz federasiyası üçün qızıl medal almaq iddiasındadır, ancaq o bu 9 milyonu yığa bilməyib, bəlkəm də yığıb, sadəcə "lazımi” şəxslərə ötürə bilməyib və bunun acığını (tək bununmu?) hörmətli fövqəlnazirdən çıxıb! Mənə elə gəlir ki, hörmətli Kəmaləddin müəllim də bu "mənbənin” kimliyini bilir, sadəcə tutarlı sübutu yoxdur, bir şey edə bilmir. Sübut olsa bu məsələ yüksək səviyyədə həll olunacaq, həmən adam "bir də belə etmərəm” iltizamı verməli olacaq, zarafat deyil e, 5-6 gündür olimpiada gedir, qalmaqallarda ancaq Azərbaycanın adı hallanır, kimisi saxta bilet satır, (deyilənlərə görə bu saxta biletləri idman naziri ilə xarici işlər naziri müştərək hazırlayıblar və Kəmaləddin müəllimi baqaja qoyan şəxs onları da baqaja qoyub) kimisi qızıl medal almaq istəyir. Kim bilir hələm bizi qarşıda hansı sürprizlər gözləyir?

Vətənə xəyanət...


Vətənə xəyanət ittihamı Hilal Məmmədova qarşı sürülmüş çox absurd bir ittihamdır, Hilal Məmmədov vətənə necə xəyanət edə bilərdi ki? Belə bir yüksək dövlət vəzifəsində deyildi ki, deyim hansısa məxfi məlumatı "satıb”, özünə son model "Rols-Roys” alıb. Demək Hilal Məmmədovun "vətənə xəyanətini” başqa yerdə axtarmaq lazımdır. Məsələn Baş prokurorluğun bəyanatında. Hörmətli prokuror adı belə məlum olmayan "donosçunun” izahatını rəhbər tutaraq Hilal Məmmədovu İran İslam Respublikasının xeyrinə cəsusluq etməkdə suçlayıb. Kim bilir nədən ibarətdir onun cəsusluğu? Baş prokuror günahsızlıq prizumpsiyasını pozaraq bəyanat verir ki, "1992-ci ildən Hilal Məmmədov vəzifəli şəxsləri İrana cəsusluğa sövq etmişdir”, amma həmən vəzifəli şəxslərin adlarını yazmır, əgər adları hörmətli Zakir Qaralova məlumdursa, niyə onları da həbs etmir? Kimi və ya nəyi gözləyir? Bu 20 il ərzində niyə həmin vəzifəli şəxslərdən heç biri həbs edilməyib? Demək belə bir hal uydurmadır, cəfəngiyatdır və MTN-nin bu işə soyuq yanaşması bu işin uğursuz bir qurama olduğunu sübut edir. İndi hörmətli ittihamçılar başlarını itiriblər, bilmirlər irəli sürdükləri cəfəng ittihamları necə geri götürsünlər. Əsl "vətənə xəyanət edənlər” qalıblar bir qıraqda, bunlar günahsız insanları, hansıların ki, bu xəyanətə heç imkanları da çatmır, tutub basırlar içəri. Nədir vətənə xəyanət? Vətənə xəyanət ilk olaraq dövlət əmlakının vəhşicəsinə dağıdılmasıdır. Məsələn: "Bakı-Quba-RF sərhəddi” magistral yolunu tikəndə bu yola minimum 30 il qarantiya verdilər. Bir il keçməmiş Xırdalan dairəsindəki yeraltı tunelin divarına vurulmuş bahalı kafellər düşdü, asfalt qabar verdi, həmən tunel təmirə dayandı, heç 3 il keçməmiş Qubada körpü uçdu, indi də həmən yolun Saraydan Ceyranbatanacan olan beton hissəsini təzədən qazıb, yenidən betonlayırlar, budur vətənə, onun əmlakına xəyanət, ancaq bir nəfər də olsun məsuliyyətə cəlb edilməyib. Bəzi KİV-lər yazır ki, Azərbaycandan 48 milyard pul oğurlanıb, budur vətənə xəyanət, ancaq bir nəfər də olsun məsuliyyətə cəlb edilməyib. Olimpiadada Azərbaycan səlahiyyətliləri boyunlarında Azərbaycanın üç rəngli bayraqları saxta bilet alveri ilə məşğuldurlar, dövlətimizi, onun adını biabır edirlər, budur xəyanət, ancaq XİN susur, çünki öz zibilləridir, kimsəni heç olmasa etika xətrinə işdən də çıxartmırlar. Azərbaycan boks federasiyası 9 milyon rüşvət verir, bunun üstü açılır, sivil dövlətlərdə artıq cinayət işi açılmalıydı, rüşvət verən dərhal istefa verməliydi, olmadı, çünki bizdə sivillikdən əsər-əlamət yoxdur. Yazmaqnan qurtarmaz, ancaq mənimçün yenə də maraqlıdır, kimdir vətənə xəyanət edən, Hilal Məmmədov, yoxsa vətənin milyardlarını kül kimi göyə sovuranlar?

Bəxtiyar Sadıqov...


Bəxtiyar Sadıqov danışdı, onun danışığı mənə 1937-də Azərbaycanın aydınlarının üzlərinə duran "ziyalıların” danışığını xatırlatdı. Həmən aydınların adları bu gün də tariximizə qızıl hərflərlə yazılıb, ancaq onların üzlərinə duranlar elə "üzə duran” kimi də tanınırlar. Sözüm bunda yox, sözüm ondadır ki, bunlar biri-birilərini təkzib etməkdən belə çəkinmirlər. Zakir Qaralov deyir ki, Hilal Məmmədov uzun müddət qəzetin baş redaktorluğundan sui-istifadə edib, Bəxtiyar Sadıqov deyir ki, "biz araşdırdıq, Hilal Məmmədov baş redaktor olmayıb və qəzet ümumiyyətlə çıxmayıb”. Bəxtiyar Sadıqova inansaq, demək Zakir Qaralov heç bir araşdırma aparmadan Hilal Məmmədova qarşı ittiham irəli sürüb. Bunlarla da işim yox, onsuz da kimin ağlına nə gəldi, danışır, mənimçün maraqlıdır, görəsən Bəxtiyar Sadıqovdan kim xahiş edib ki, belə bir bəyanat versin? Axı Azərbaycan Avropa konvensiyasına imza atıb, heç kəsin günahı sübuta yetirilmədən onu ittiham etmək olmaz. Görəsən hörmətli deputatın bundan xəbəri varmı? Varsa, niyə səlahiyyətini aşır, yoxdursa, onda o boyda qəzeti və milli məclisdəki kürsünü ona  necə və ya neçəyə etibar ediblər? Bəxtiyar Sadıqov kimilər kimə xidmət edirlər, xalqa, yoxsa bu xalqı şərləyib tutan qüvvələrə? Bəxtiyar Sadıqova bir sualım var, bilirəm, onsuz da cavab verməz, hər halda mən sualımı verirəm:Necə ola bilər ki, kimi isə qətlə yetirib, polisə təslim olan şəxs məhkəməyəcən "təqsirləndirilən şəxs” olur, heç bir ittihamı sübut olunmayan Hilal Məmmədov "vətən xaini?”

Moskvada növbəti piket...


2 avqustda Moskvadakı Azərbaycan səfirliyi qarşısında növbəti piket olub. Piket iştirakçılarının tələbi yenə də Hilal Məmmədovun azadlığa buraxılması olub. Maraqlısı isə odur ki, səfirlik sözçüsü piketçilərə yaxınlaşaraq "Azərbaycanı biabır etməyin, bu biabırçılığa son qoyun” deyib. İndi bu binəva piketçilər bilmirlər ki, Azərbaycanı onlar biabır edirlər, yoxsa alimin cibinə narkotika atdıranlar. Deyilənlərə görə bu sualın cavabını heç tarixi-Nadiri oxuyanlar da bilmirlər.

Talış dilinə yasaq...


Həmişə demişəm: Hilaldan talışlara bir xeyir gəlməz. A kişi, bu Hilal Astarada "Talış Folklor Gecəsi” keçirdəndən sonra özünü də salıb zibilə, o gecədə iştirak edənləri də. Gözünə döndüyüm Astara "səlahiyyətliləri”, həmən gecədə kim talışca bir kəlmə söz danışıb, çağırıblar məhşər ayağına və "bir daha ictimai tədbirlərdə nə talışca danışın, nə də oxuyun” hədə-qorxusunu gəliblər. İndi həmən "talış folklorunun qəhramanları” nəinki "ictimai tədbirlərdə”, heç ictimaiyyət arasında belə talışca danışmırlar. Budur "tolerant Azərbaycanın” milli siyasəti. Varam bu siyasətlə, ya bu siyasət kökündən dəyişəcək, ya da kı...... 

Rafiq CƏLİLOV,
celilovrafiq@mail.ru,
"Tolışon Sədo” qəzeti, nöm: 26 (38), 04 avqust 2012-ci il

 

Категория: Талыш xəbərləri | Просмотров: 1668 | Добавил: admin | Рейтинг: 5.0/2
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus