Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2011 » Август » 24 » DİCO kəndi özündə tarix yaşadır
18:28
DİCO kəndi özündə tarix yaşadır
Yaxud, cəhənnəm yolunun sonunda görünən DİCO kəndi Talış xalqının qədim tarixini qorumaqla Azərbaycan dövlətçiliyinə də töhfələr verir

Şəkildə gördüyünüz bu daxmada yaşayan Ağayeva Gülxanım Şahverən qızı, balta sapı, bel sapı və digər təsərrüfat alətləri üçün saplaq düzəldib satmaqla xəstə ərini saxlayır, dörd övlad böyüdüb boya-başa çatdırıb. Övladlarından iki qızını ər evinə köçürdüb.

İki oğlu subaydır. Əsgəri xidmətdən qayıtdıqdan sonra bu gənclər, nə dövlətə, nə də bu cəmiyyətə lazım olmayan kimi, evlənib ailə qurmaq barədə də düşünmürlər. Çalışırlar ki, birtəhər yol pulunu düzəldib, bir tikə çörək dalınca Rusiyanın şəhərlərinin birinə getsinlər.

Yaddaşlardan silinməkdə olan Dico (hərfi mənası talış dilində "kənd yeri" mənasını verir) kəndi, Masallı rayonunun Miyankü (Miyonku) kənd ərazi nümayəndəliyinin tərkibindədir. Görünür Dico kəndinin adı assimiliyasiya olunmadığından, bu qədim Talış kəndini hakimiyyət tamamilə unudub.

Dico haqqında çox eşitmişdim, amma ora getmək olduqca çətin olduğundan günü-gündən mənim də yadımdan çıxırdı. Baxmayaraq ki, Talış bölgəsinin mövcud problemlərindən vaxtaşırı tənqidi yazılarla mətbuat səhifələrində, eləcə də "internet-sosial” şəbəkəsində çıxış edirəm.

Yaxın günlərin söhbətidir. "Facebook” saytında milli problemlərlə bağlı yüzə yaxın dostlarım mənə hücum edib bildirdilər ki, yazdıqlarınız uydurmadır, bizdə talışlara qarşı heç bir problem yoxdur. Talışlardan Milli Məclisdə oturan, nazir, İcra hakimiyyəti başçısı işləyən, hərbidə yüksək vəzifədə olanlar çoxdur. Bütün bu anlaşılmaz söz-söhbətlər Hilal Məmmədovun bir ”divar şəkl”indən başladı. Şəkildə Talış sıra dağlarının füsünkar təbiəti əks olunmuşdu. Mən də həmin şəklə belə bir rəy yazdım: "Nə qədər əzəmətlisən, qürurlusan, vüqarlısan, bir ucun Qafqaz sıra dağlarına birləşir. Lənkəranın Bəlləbur kəndinin önündə Qəhrəman oğlun Babəkin qalası var, gerçək tarixi yazanların yolunu gözləyir, Babək qalası! Əfsuslar olsun ki, Talışın doğru tarixi yazılmır, arxivləri möhürlənib, qapısından qıfıl asılıb”.

Sonradan mənə hücumlar oldu, internet dostlarımın hamısı məni təqib etməyə başladı. Hətta içərilərində dövlət məmurları da var idi. Polemikamız həm qızğın, həm də "məhsuldar” oldu. Yəni sübut etdim ki, biz Talışlara ögey bir münasibət vardır. Baxmayaraq ki, Talışların elə bir kəndi yoxdur ki, həmin kənddə bir neçə şəhidi olmasın. Talışlar ölkənin ictimai-siyasi məsələlərində də aktivlik nümunəsi göstərirlər. Vətənin ərazi bütövlüyünü qorumaqda döyüş bölgəsində Talışların çoxluq təşkil etməsi də heç kəsə sirr deyil. Mütəmadi olaraq cəbhə xəttindən Talış bölgəsinə əsgər tabutunun gətirilməsi adi hala çevrilib. Yazının linqinə bir qədər də açıqlama vermək zərurətini nəzərə alıb, onu deməliyəm ki, Internet dostlarımın məndən əsaslı faktlarla çıxış etməyimi tövsiyə etsələr də, mənə kobudluq edən də oldu. Hətta "Tribuna İnformasiya Agentliyinin” (tia.az) rəhbəri Fikrət Fərəməzoğlu, "Lənkəran xanı” Azərbaycanın ilk General-leytenantı Mirmustafa Xan Talışlının, Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun və bir neçə Talışın tarixi qəhrəmanlarının TÜRK olduqlarını iddia etdi (?).

Tarixi buraxıram tarix yazan alimlərimizin vicdan məsuliyyətinin öhdəsinə. Amma sözümün ağası olmaqla, internet mübahisəmizdən qaçmayıb, talışlara qarşı mövcud olan ögey və laqeyd münasibətləri sübut etmək üçün ertəsi gün haqqında çox eşitdiyim, cənnət-məkanına bənzər DİCO kəndinə yola düşdüm. Şəxsi maşınımla Məmmədoba kəndinə kimi gedə bildim. Orda yeni məskunlaşan, əslən Dico kəndindən olan meşə gözətçisi işləyən bələdçim Xamiyev Atamalı Xamməd oğlu oldu.

Böyük nüfuz sahibi olan bu nəcib insan, QAZ-66 maşını ilə məni Dico kəndinə aparmalı oldu. Məmmədoba kəndindən Dico kəndinə olan on iki kilometrlik cəhənnəm yolunu çox boyük çətinliklə, hətta iki yerdə az qaldı ki, maşın o cəhənnəm yolundan çıxıb, uçuruma yuvarlansın. Bu cəhənnəm yolunu qət edib, sonda cənnəti xatırladan, Dico kəndinə çatdıq. Kəndin gözəl təbiət mənzərələrini lentə köçürtdüm. Allahtaala burda yaşayan insanlardan özünün yaratdığı heç nəyi əsirgəməyib. Burda yaşayan insanlara qarşı hökumətin bu dərəcədə amansız olmasını ancaq gözlə görmək lazımdır . Doğma vətəndaşına olan yabançı münasibətini ört-bastır edib, bu cür hakimiyyətə təriflər söyləmək, hər bir insanın vicdan məsələsidir.

Normal insan, danışığına, hərəkətinə görə ən azından vicdanı qarşısında hesabat verməlidir. İnkişafdan, tərəqqidən, milli münasibətlərin "Super” olduğundan ağız dolusu danışan məddah "ziyalılarımız” gedib Dico kəndinə baxsınlar. Artıq iyirmi birinci əsrdir, ağalar!

Dico kəndinə bu günə kimi elektrik xətti çəkilməyib, yolu barədə yəqin ki, oxucularda bir qədər təsəvvür yarada bildim. Yaşayış şəraitinin katastrofik olduğundan, bu böyük, qədim kəndin əhalisi son dövrlərə kimi etap-etap "deportasiyaya” məruz qalmışdır. Atamalı 1948-ci ildə bu kənddə anadan olub. Özünün dediyinə görə Dico kəndinin əhalisi 1918, 1945, 2010-cu illərdə kütləvi surətdə başqa yerlərə köçüblər. Hər dəfə köçəndə beş-altı evin sakinləri dədə-baba yurdunu tərk etməmişlər. Çünki onların babalarının böyük bir məzarlığı var bu kənddə. Dico məzarlığının çox qədim tarixi vardır. Bu səbəbdəndir ki, yenə köçən köçüb, hazırda beş evdə bir tayfanın, Xamiyevlərin övladları qalıb yaşayırlar (Əgər belə demək mümkünsə).

Bu beş evin sakinlərindən soruşdum ki, məmurlarımızdan, deputatdan-"zat”dan heç sizinlə maraqlanan olubmu? Bu sualı verməkdə özüm də bir qədər xəcalət hissi keçirtdim. Axı bu məzlumların deputatının bəlkə də bu kəndin nəinki harda olduğu, heç adını da eşitmədiyi mənə gün kimi aydın olsa da, dedilər ki, Qardaş, bu kəndin tarixində ilk dəfədir ki, burda jurnalist görürük.

Oğlanlarımızın orduya çağırış vaxtı çatanda, Atamalıya çağırış vərəqəsi verirlər, o, da çatdırır bizə. Ən maraqlısı budur ki, düzənlikdə, rayon və şəhərdə yaşayan məmurlarımızin gömbul balaları məharətlə ordudan yayınırlar. Lap elə partiya başqanlarımızın övladları kimi. Orduda xidmət etmək məsələsində hökumətimiz Dico gənclərini Talış dağlarından çıxardıb, Murov dağlarına aparır.

Bəzi Türk milli şovinistlərə bu gerçəklikləri qandırmaq üçün Dico kəndindən yalnız bir tayfanın, orduda məhz Qarabağda xidmət edən gənclərinin siyahısını təqdim etməyi lazım bildim.

1.Xamiyev İslam Qurbanəli o.
2.Xamiyev Əliməmməd Qurbanəli o.
3.Xamiyev Şaməddin Qurbanəli o.
4.Xamiyev Arif Rza o.
5.Xamiyev Xəzail Rza 0.
6.Xamiyev Həmid Rza o
7.Xamiyev Kazım Atamalı o.
8.Xamiyev Teymur Atamalı o.
9.Xamiyev Habil Atamalı o.
10.Xamiyev Eldar Atamalı o.
11.Xamiyev Rza Xamməd o.


Bu beş evi olan, sivil dünyamızda ibtidai icma dövrünü yaşayan Dico kənd sakinlərinin Azərbaycan dövlətçiliyinə, onun ərazi bütövlüyünün müdafiə olunmasına verdiyi Vətəndaşlıq borcudur.

Burda qalaq-qalaq suallar ortaya çıxır. Lakin biz talışlara danışmaq qadağan olunduğundan bir qədər yumşaq sual verməkdən vaz keçə bilmirəm. Ancaq bəri başdan xatırladım ki, biz Talışlara heç yapışmayan "Separatçı” damğasını çaşıb mənə vurmayın, bu söz o qədər saqqız kimi çeynənib ki, lap "şoru” çıxıb. Burda deyiblər, mərdi qova-qova namərd edərlər. Bütün hallarda Dico kəndində yaşayanlar insandırlar!

İnsana qaşı bu cür münasibət qəbulolunmazdır.

Maraq doğuran məsələlərdən biri də budur ki, Bakının göbəyində, ziyalı ordusunun gözü qabağında paytaxtın tarixi abidələri sökülür, viran edilir, torpağı məmurlar tərəfindən qanunsuz olaraq satılır, heç kəsin cınqırı da çıxmır. Amma Dico kəndinin beş evinin sakinləri, Sovet dövründə kustar üsulla tikilmiş ibtidai məktəbi də qoruyurlar . Bu məktəb fəaliyyət göstərməsə də, kim bilir bəlkə də rayon təhsil şöbəsinin uçotuna görə ştat vahidi də yerli yerindədir (?). Axı L.İ. Brejnev vaxtıilə demişdi; "ŞİRAKO ŞAĞAYET, ARZERBARJAN”!

Yumşaq suallarımdan biri də budur: Azərbaycan müstəqil dövlətdirmi? Oliqarxlar və onların uşaqlarının ordudan yayınmalarını qoyaq bir qırağa. Bu məzlum xalqın qanını sovurub, doydum deməyən, gəda-gudalar bir milyona Ayı ətindən kabab yeyirlər. Dico sakinləri üçün ildə bir dəfə, qurban bayramında dana əti də ələ gəlmir. Çünki yağışlar ki, başladı yağmağa, bura əsil cəhənnəmi xatırladır.

Deyin görək bu insanlara belə müstəqillik lazımdırmı?

Deyin görək, sosial yardım deyilən bir şey var ha,...a... hansı ki, o "diş doxturu” var e...Nəsrullanın oğlu Rəfail, o idarənin - Ə.S.M.M.- nin müdiridir. Onun Dico kəndindən xəbəri varmı (bu da ayrı söhbətin mövzusu olduğundan, Rəfail bəyin bu vəzifəyə necə gətirilməsi növbəti yazıda)?

Deyirəm bu yumşaq suallardan, çox ciddi suallar doğur. Söz gəzir ki, "Fövqəlnazirimiz” bizim Talış dağlarını öz inhisarına götürüb. Bəlkə bu səbəbdəndir ki, bu məzlum insanlar həyatdan bezdirilir, doğma yurd-yuvasından didərgin salınır. Sonra da bizim boşqab dibi yalayan yerli məmurlarımızın əli ilə bu yurdun tarixi abidələri yerlə yeksan edilib, torpağı da şumlanacaq.

Dico kəndinin həyətlərində müxtəlif növlü meyvə ağacları, o cümlədən iri gövdəli qoz ağacları da qədim tarixdən xəbər verir. Bir sözlə, bu kəndin üzüntulu problemləri incanı nə qədər dəhşətə gətirirsə, özünəməxsus təbiət gözəllikləri adamı bir o qədər valeh edir.

Bu kəndin ciddi dövlət qayğısına ehtiyacı var. Təkrarçılıq olmasın, birinci növbədə kəndin yol problemi, elektrik xəttinin çəkilməsi, təhsil ocağının bərpası, tibb məntəqəsinin inşa edilməsi kimi vacib, günün tələbləri olan həyati məsələlər həllini tapmalıdır. Bizim işimiz, cəmiyyətimizin problemlərini araşdırıb, reallıqları mətbuat səhifələrinə çıxardıb, internet saytlarına yerləşdirib, ictimailəşdirməkdir. Problemlərin həllinə isə hakimiyyətin aidiyyəti qurumları məsuliyyət daşıyır. Hakimiyyətdən danışmışkən, internetdəki həmsöhbətim Alis (Əlisəfa) Mehdi müəllim mənə bildirdi ki, Talışlar hakimiyyətin bütün sahələrində təmsil olnurlar. Hətta Şamaxının İHB-sı Lənkəranlıdır. Çox çətinliklə birini tapsa da, bildirdim ki, o da vaxı ilə Şamaxıdan Lənkərana köçüb gələnlərdəndir. Yəqin ki, Alis müəllim dediklərimin doğruluğunu öyrəndikdən sonra, deməyə sözü qalmadı. Mən də öz fikrimdə qaldım ki, özünü Talış millətinin nümayəndəsi sayanlar nəinki hakimiyyətdə heç müxalifət partiyalarında da təmsil olunmurlar. Bu çirkin ictimai-siyasi və daxili milli-şovinist siyasətin nəticəsidir ki, "Azərbaycan iri addımlarla geriyə gedir”!

Bu geriləməni isə Talış bölgəsinin Dico kəndinin timsalında, Qarabağ kimi qlobal problemin həll olunmamasında, gənclərin işsizlikdən bir tikə çörək dalınca Rusiyanın soyuq Sibirinə öz ayaqları ilə, "departasiya” ya məruz qalmalarından açıq-aşkar görürünür.

Bu şəkildəki uçulub viran qalmış ev, Dico kəndindən "deportasiya”ya məruz qalmış bir sakinin evidir. Hər kəs baxıb nəticə çıxartsın, çürümüş "şovinist” siyasətdən uzaqlaşmağın vaxtıdır.

Dərk etmək lazımdır ki, dünya ayrı dünyadır, imperiyalar artıq dağılıb. Bütləşdirilmiş diktatorların aqibəti də göz önündədir.

Yeni "Turan” imperiyasının yaranması mümkünsüz bir röyadır. Azərbaycan əsrlərin məngənəsindən özünün çoxsaylı aboragen xalqları ılə birlikdə dili ilə, dini ilə, adət-ənənələri ilə formalaşmış gözəl bir məmləkətdir. Bu məmləkətdə milli bölücülük siyasəti Azərbaycan Dövlətçiliyini sual altında qoya bilər. Bu tarixi məsuliyyət isə YAP-çı hakimiyyətinin və müxalifət paqrtiyalarının üzərnə düşür!


P.S. Neft gəlirlərindən Talış bölgəsinin Dico kimi kəndləri də nə vaxtsa bəhrələnə bilərmi? Deyilənə görə, Neft Azərbaycanın Milli sərvətidir!?

Bələdçi: Xamiyev Atamalı.


Mətləb DADAŞOV,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü


 

Категория: Талыш xəbərləri | Просмотров: 3127 | Добавил: admin | Рейтинг: 4.6/8
Всего комментариев: 3
3 Rafag  
1
Это еще ничего, есть села- страшно смотреть, как будто после химической войны люди оставили свои дома, и оставшиеся талыши как будто осваивают язык оккупантов, которых не видно. Но на одной свадьбе мне все таки разрешили говорить на родном талышском языке, и после чего сами заговорили на родном языке.

Вы не видели еще те адовские дороги, в селах Лика вдоль реки Веря ру, которые кое как жители своими усилиями поддерживают тем, что заполняют ямы камнями, до первого дождя. Доходит до абсурда, даже не возможно поверить, что районная администрация через своих подручных мошенников в селах за это собирают деньги и забирают баранов на личные нужды.

Странно как то, это противоречит Г. Алиеву, который по ТВ дал интервью и хвастался нам, что только при его правление в Азерб. ССР в селах, в первые, люди приобрели себе машины, это там, где до сих пор в XXI веке нет дорог.

2 Caesaro  
0
Neft Talisha hech lazim deyil eslinde, nece ki Estoniyaya, Latviyaya lazim deyil. Nefti almaq da olur ozude sudan ucuz. Cehennem olsun Turan selteneti onun nefti ve qazi ile. Bunlar hech problem de deyil. Amma Talish ozu ozunu idare etse, oz servetile ve orijinal stasusu ile isanlarini da dolandira biler, hele qonshularini de ustelik. Dubay Emirliyinin nefti yoxdur, neft Abu-Dabinindi, amma Dubai ondan dala qalmir, halbuki etraf tamam sehradir. Ne ise, meqale pis deyil, amma megzi axira qeder ifa etmedi.

1 Caesaro  
0
"bir ucun Qafqaz sıra dağlarına birləşir"
Yalan-palan yazmaqdansa bir defe fiziki xeriteye baxmaq gerekdir, Talish daglari Alborza yapishib, onun hissesidir, Qafqazin yox.
Kul bele mekteb sisteminin bashina ki jurnalistler de harada olduqlarini, harani tesvir etdiklerini bilmirler. Talishin iqtisadi problemlerini qabartmaqdansa esas en vacib probnlemini qabardib hell etmeye chalishilmalidi. Iqtisadi ve meishet problemler turlerde de. lezgilerde var. Amma turkler hech olmasa oz milleti terefinden idare olunurlar ve chox danishmaga ixtiyatlari olmaz. Amma talishlarin bir-iki ogrash deputati var ki ozlerine talish demeye bele ar bilirler, familiyalarin tursayagi yazdiriblar. Onlara talish demek eleTalish xalqini tehqir etmekdir.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus