Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2011 » Ноябрь » 25 » Diasporanın mövqeyi
14:09
Diasporanın mövqeyi
Ikinci Talışşünaslıq Konfransı böyük səs-küyə səbəb oldu. Hələ konfransın təşkilatçısı barədə məlumat verilməmiş Azərbaycan KİV-lərində həmən konfransın təşkilatçısı kimi Rusiya Talış Diasporası və onun sədri İsmayıl Şabanov göstərilirdi, baxmayaraq ki, İsmayıl Şabanov həmən konfransın Talışlara yalnız ziyan gətirə biləcəyi barədə internet səhifələrində xüsusi bəyanatla çıxış etmişdi. Bu məsələyə aydınlıq gətirmək üçün Rusiya Talış Diasporasının sədri İsmayıl Şabanova bəzi suallarla müraciət etdim, məsələnin aktuallığını nəzərə alıb, həmən müsahibəni Oxucularımız ilə bölüşürük...

Müsahibimiz Rusiya Talış Diasporasının sədri İsmayıl Şabanovdur.


- İsmayıl bəy, xoş gördük...


- Xoş gününüz olsun Rafiq bəy, ən əvvala sizə, ana dilimizdə qəzet hazırlayıb, buraxdığınıza görə öz adımdan və bütün diaspora üzvləri adından  səmimi  minnətdarlığımızı  bildirirəm. Əminəm ki,  "Tolışon Sədo" qəzeti sizin təşkilatçılıq və rəhbərliyiniz  sayəsində  talış xalqının mədəni və ictimai həyatında mühüm  rol oynayacaq.

- İsmayıl bəy, son günlər Azərbaycan KİV-lərində geniş müzakirəyə səbəb olmuş  İrəvanda keçirilmiş ikinci Talışşünaslıq Konfransı barədə nə deyə bilərsiniz?


- Bəli, son günlərdə biz hamımız şahid olduq ki, Azərbaycan KIV-ləri İrəvanda keçirilmiş Talişşünaslıq konfransı haqqında çox böyük hay-küy qaldırdılar. Məsələ ondadır ki, Azərbaycan KIV-lərinin  yaydığı məlumatların 90% həqiqətə uyğun deyildi. Həmin materialları oxuyanda, mənə elə gəlirdi ki, bütün bu materiallar sanki bir yerdə və bir nəfərin diktəsi ilə hazırlanıb, motiv isə konfransın keçirilməsindən öz məqsədləri üçün istifadə edib, sivil formada mübarizə aparan talış aktivistlərinə qarşı qarayaxma kompaniyasına başlamaq idi. Yəgin siz hammınız məlumatlısınız ki, hələ İrəvanda keçirilən konfransa bir ay qalmış mən, Talış Diasporasının rəhbəri kimi belə konfransın İrəvanda keçirilməsinin əleyhinə xüsusi bəyanatla çıxış etmişəm. Öz çıxışlarımda hər iki tərəfə: həm Azərbaycan, həm də Ermənistana demək istəmişəm ki, biz heç bir avantyuraya gedən deyilik. Mənim bəyanatımdan sonra belə Azərbaycan KIV-lərinin xorla yaydığı dezinformasiyalar bir daha onu göstərdi ki, Azərbaycanda da müəyyən qüvvələrin belə məsələlərdə marağı vardır. Yaxşı olardı ki, Azərbaycan KIV-ləri Azərbaycanda yaşayan xalqların dili, tarixi, adət-ənənələri, onların mədəniyyətlərinin qorunub saxlanılması istiqamətində çalışsınlar, yalan-palan yaymasınlar.

- Niyə məhz İrəvan? Olmazdı ki, bu konfransı Azərbaycan hökuməti Bakıda və yaxud Lənkaranda keçirtsin?


- Bu mənim həmişə verdiyim sualdir. Mən bu fikri Azərbaycan hökümətinə və cəmiyyətinə xitabən dəfələrlə səsləndirmişəm. Hesab edirəm ki, bu məsələ gündəmdən düşməməlidir. Yaxşı olardı ki, Azərbaycan KIV-ləri də Azərbaycan cəmiyyətinin bir tərkib hissəsi kimi bu məsələni gündəmə gətirib, müzakirə etsinlər. Təəssüfedicidir ki, bizim millətimizin poblemləri ilə bağlı məsələlər nəinki Azərbaycan iqtidarını, heç müxalifətini də, yumşaq desək, maraqlandırmır. Bu gün Azərbaycanın siyasi dairələrində, istər iqtidar, istərsə də müxalifət düşərgələrində milli məsələlərlə bağlı konstruktiv siyasi iradə nümayiş etdirən şəxslər yoxdur. Milli məsələlərlə bağlı bu cür anlaşılmazlığı Azərbaycan siyasətində böyük boşluq kimi görürəm. Əgər Azərbaycan hökuməti təşəbbüsü ələ alıb, anoloji konfransları və ya digər bu kimi tədbirləri Azərbaycanda keçirilməsinə şərait yaratmasa, bunun acı nəticələri ola bilər.

- İsmayıl bəy, konfransa təqribən bir aydan da çox qalmış aparıcı müxalifət qəzetləri konfransın təşkilatçısı kimi sizi göstərdilər...


- Rafiq bəy, mən axı həmişə bu haqda demişəm və bir daha bəyan edirəm ki, İrəvanda keçirilən talışşünaslıq konfransı biz talışlara garşı və xüsusən Talış Diasporasına qarşı qabaqcadan hazırlanmış bir provokasiyadır. Əfsuslar olsun ki, talışların içindən bəzi dayaz düşüncəli adamlar tapıldı və bu cür provokasiyalara uydular. Məsələ ondadır ki, bu provokasiyalı prosesdə, Talış Diasporası Təşhkilatına qarşı qara piar əməliyyatında Azərbaycanın bəzi KIV-lərinə rupor rolu ayrılmışdı. Onlar bir daha aydın sübut etdilır ki, onları dəqiq və düzgün faktları yazmaq maraqlandırmır. Onlar, sadəcə olaraq, yalanda olsa belə, xüsusi sifariş qəbul edib öz qəzetlərində yerləşdirən ve muzdla işləyən yazıqlardılar.

- Yeri gəlmişkən, bəzi məlumatlara görə həmən konfransda iki nəfər Talış da iştirak edib, ola bilərmi ki, onları hər hansı bir dövlət, məsəlçün Azərbaycan ora göndərsin? Yoxsa bu həmən fərdlərin özfəaliyyətidir?


- Bizdə də dəqiq məlumat yoxdur, deyilənlərə görə 2 nəfər Türkiyədə oxuyan talış tələbəsi konfransda iştirak ediblər. Mən bu faktı nə təsdiq, nədə təkzib edə bilmərəm, çünkü bizim təşkilatdan həmən konfransda iştirak edən olmayıb və orda kimin iştirak edib-etməməyi məni qətiyyən maraqlandırmır.

- İsmayıl bəy, konfransqabağı sizin təşkilatçı kimi, konfransdan sonra isə Əlikram Hümmətovun iştirakçı kimi Azərbaycana təqdim edilməsinin arxasında nə dura bilər? Ola bilərmi ki, bu dezinformasiyaları ermənilər burdakı əlaltıları vasitəsi ilə dövrəyə biraxsınlar?


- Rafiq bəy, dediyiniz bu versiyanı mən bir neçə dəfə deyib, təsdiq də etmişəm və bir daha da bəyan ediram. Ermənistanda keçirilən talışşünaslıq konfransı bilavasitə Talış Diasporasına qarşı hazırlanmış provokasiya idi və bu provokasiya Bakıda fəaliyyət göstərən daxili düşmənlərlə İrəvan arasında hazırlanmış birgə əməliyyat idi. Məgər görmürdük ki, hələ konfrans başlamamış, təşkilatçılar barədə heç bir məlumat verilməmiş Azərbaycan KIV-lərinin əksəriyyəti bir agızdan konfransın təşkilində yalnız Talış Diasporasını günahlandırdılar, baxmayaraq ki, mənim konfransa qarşı xüsusi bəyanatım olmuşdu.

- İsmayıl bəy, bir az da Diasporanızın yaranma zərurəti və mümkünsə planlarınız barədə danışaydız..


- Moskvada Talış Diasporasının yaranması məsələsi, guman edirəm ki, zamanın tələbi idi və Talış Diasporası Təşhkilatı gördüyü ictimai və mədəni işləri ilə bir daha öz vacibliyini sübut etdi. Təşkilatımızın məqsədi və planları yalnız və yalnız, Qafqazın qədim xalqı olan talış xalqının mədəniyyət və mentalitetini qoruyub saxlamaq, tariximizi dirçəltmək və dünya ictimaiyyətində talış xalqının adını yüksəklərə ucaltmaqla bağlıdır.

- İsmayıl bəy, qəzetimizə və Oxucularına nə arzularınız var?

- Sözümün sonunda oxucularınıza arzum odur ki, tez bir zamanda arzularına çata bilsinlar. Qoy doğma el-obamızda həmişə sülh, əmin-amanlıq və bolluq olsun.

Müsahibəni götürdü:  Rafiq Cəlilov,

Tolışon Sədo, №07, 18.11.2011


 

Категория: Müsahibə | Просмотров: 3110 | Добавил: admin | Рейтинг: 3.7/3
Всего комментариев: 1
1 ERAZ  
1
Вторая конференция по талышеведению для турок-националистов была двойным ударом. 1. Талыши идут в перед. 2.Конференция проводилась в Ереване.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus