Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2011 » Август » 19 » Biz millətik?
04:47
Biz millətik?
Müəllifin bu yazısı 18.08.2011-ci il tarixdə "fasebook" sosial şəbəkədə paylaşdırılıb. Məqalənin aktuallığını nəzərə alıb, intriqalardan kənarda durmaq kimi məramımıza rəğmən, onu ixtisarla çap edirik

DÖVLƏT STATİSTİKA KOMİTƏSİ...

Mən özüm üçün bir şeyi yəqin etmişəm, kimsə bizim sayımızı bilərəkdən azaldır və mənə elə gəlir ki, bu azaltma 10 dəfə yox, 100 dəfə mislinə (bəlkə də çox!) bərabərdir. Sübut, buyurun bu da sübut. Mən Dövlət Statistika Komitəsinə sorğu verdim ki, Respublikamızın şəhər və rayonlarında yaşayan Talışların sayı barədə mənə məlumat versinlər, heç gözləmədiyim halda həmən sorğuya 3 gün ərzində cavab gəldi, bu da onu göstərir ki, DSK sorğulara çox məsuliyyətlə yanaşır, sorğuları vaxtında və konkret cavablandırır.

Dövlət Statistika Komitəsinin sədrinin birinci müavini Həmid Bağırov cənablarının imzaladığı cavabda deyilir:

"....Eyni zamanda bildirirəm ki, əhalinin milli tərkibi haqqında məlumatlar əhalinin siyahıyaalınmalarının nəticələri əsasında əldə edilir və sorğu olunan hər bir şəxs milliyətini özü müəyyən edir” Sonra isə Talışlar barədə məlumat verilir.

Respublika üzrə -              111996 nəfər.
O cümlədən:
Bakı şəhəri –                   1048
Lənkəran rayonu –        54
125
Astara rayonu –             38207
Masallı rayonu –            15675
Lerik rayonu –                 2281
Sumqayıt –                         475
Abşeron rayonu –                6
8
Xaçmaz rayonu –                 36
Cəlilabad rayonu –              24
Quba rayonu –                     10
Qəbələ rayonu –                    7
Beyləqan rayonu -                 6
Tovuz rayonu -                      6
Cəbrayıl rayonu –                 5
Göygöl rayonu –                   5
Digər rayon və şəhərlər –   18"


Dəhşəti görürsünüzmü? Talışın beşiyi sayılan Lerikdə cəmi iki min iki yüz həştad bir nəfər Talış yaşayır ki, bu da təqribən bizim kəndin əhalisinə bərabərdir. Bəs qalan kəndlərdə Talış yaşamırmı? Hara getdi bu Talışlar?

Indi qayıdaq DSK-nın cavabına. Cavabda oxuyuruq ki, hər kəs öz milli mənsubiyyətini təyin etməkdə azaddır, yəni gələn siyahıyaalmada mən özümü "monqol” kimi qeydiyyatdan keçirə bilərəm və ümüdvaram ki, gələn siyahıyaalmada bütün Talışlar belə də edəcəklər, a kişi, əgər bizim adımızı Talış yazmırlarsa, heç olmasa monqol yazsınlar, bizimçün nə fərqi, öz adımızla çağrılmırıqsa, niyə də monqol çağrılmayaq? Bəzi Oxucular buna etiraz edəcəklər, deyəcəklər "biz hara, monqol hara”, vallah monqollar bizdən üstün millətdirlər, ən azı ona görə ki, ÖZ ADLARI ilə çağrılırlar, bizim isə icra məmurlarımız Ramiz bolinin yazdığı limit ilə Talışların sayını müəyyən edirlər, buna mənim sübutum da var, Talış rayonlarında özlərini Talış yazdıranlar İcrada oturan "Talışdan dönmə qatırların” hüzuruna çağrılıblar və "ə sən kimsən ki, özünü Talış yazdırırsan, ə sənin filankəsin filan yerdə işləmir? A bala, get ağıllı ol” xəbərdarlığını alıblar və ... gedib "ağıllanıblar”....

TALIŞIN MƏKTƏBLƏRİ.....


Hər şey təsadüfə bağlıdır, mən hər yerdə "bizim məktəblərdə Talış dili tədris olunur” kimi FƏXARƏTLİ ibarə işlədirdim, indi işlətmirəm, çünkü bizim məktəblərdə Talış dili artıq TƏDRİS OLUNMUR! Niyəsi də odur ki, Talış dilini kimə keçsinlər? Bütün millətlər artdığı halda biz nədənsə "super sürətlə” azalırıq, bunu başa düşmək üçün ən azı statistikaya nəzər yetirmək kifayətdir. Əvvəlcə 1939-cu ilin statistik göstəricilərinə nəzər salaq

Lerik rayonu (1939-cu il siyahıya alması):

Etnik quplar              əhalinin sayı (Nəfər)


Talışlar                     20.984 (68,9%)
Azərbaycanlılar           8.855 (29,1%)
Ruslar                             402 (1,3%)
Ermənilər                         32 (0,1%)
Ləzgilər                            20 (0,1%)
Yəhudilər                          9 (0,1%)
Avarlar                             2 (0,1%)
Digər                                1 (0,1%)

Bütün rayon üzrə      30.443 (100%)


Demək Lerik rayonunda 1939-cu ildə 30443 nəfər əhali yaşayıb ki, bunlardan da 20989 nəfəri Talış olub (verdik "yaddaşa”).

Indi isə 1999-cu ilin statistik göstəricilərinə nəzər salaq.

1999-cu ilin 27 yanvar-4 fevral tarixləri arasında aparılmış siyahıya almaya əsasən Lerik rayonunun əhalisi 63.314 nəfər (88,49%-i azərbaycanlı, 11,42%-i talış, 0,6%-i digər millətlər olmaq üzrə) olmuşdur .

Əvvəlcə 1999-cu il üçün statistik göstəricilərin faiz nisbətinə əsasən Lerikin Talış əhalisinin "dəqiq” sayını çıxaraq. 6969 nəfər (verək yaddaşa).

Statistik göstəricilərdən belə başa düşülür ki, Lerik rayonunun əhalisinin 2 dəfədən çox artmasına baxmayaraq, Talışlar 3 dəfədən çox azalıblar!

Yox, bu hələ son deyil, dəhşət hələ arxadadır, əgər 60 ilə (1939-dan 1999-a kimi) Lerik rayonunun əhalisi 30 mindən 63 minəcən çoxalıbsa, demək 1999-cu ildən 2011-ci iləcən əhali daha 20 min nəfər civarında artmalıdır, bu da edir 83 min nəfər və 83 min nəfərin yalnız 2281 nəfəri ( 2.74 faiz) TALIŞDIR! Və 20 ilə Talışlar daha 3 dəfədən çox azalıblar! Gülməlidir, yoxsa ağlamalı? Indi gördünüz ki, biz özümüzü Talış yazdıra bilmiriksə, elə monqol yazdırsaq məsləhətdir!

Hə, az qala monqollar, üzr istəyirəm, şeytan məni yoldan çıxartmışdı, mövzudan yayınacaqdım. Axı sual verdim: Talış dili kimin üçün tədris olunsun? Əgər Lerik rayonunda cəmi iki min iki yüz Talış yaşayırsa, demək bunlardan çox olsa 200 nəfəri məktəbli olar ki, bunları da Lerikin kəndlərinə bölsən, təqribən hər kəndə 2-3 nəfər düşə, düşməyə! Indi sizə qurban, bu Talış dili kimə lazımdır axı, adı olub, özü olmayan millətə? Vallah lazım deyil, lazım olsaydı bizim "kəllə vuranlarımız” silkələnərdilər, pul-paranın örtdüyü gözlərini, vəzifənin qıfılladığı ağızlarını açardılar və Ramiz boliyə, lap elə İlham boliyə deyərdilər ki, bəsdirin bizim millətin sayı ilə manipulyasiya etdiniz! Bəsdirin bizi ildən-ilə ona-buna yamaq etdiniz! Biz varıq, biz olmuşuq, biz olmaq istəyirik, çünkü bu gedişlə biz artıq OLMAYACAĞIQ! Amma kimin üçün yazırsan, əlində Talış qəzeti tutmaqdan qorxan, atalarının qəbirlərinin yerini unutmuş, "öndərin” qəbrini hər gün ziyarət edən "bütpərəstlər” üçünmü? Kimin üçün yazırsan, "man tolış deyiləm” deyən, tırki düz-əməlli danışa bilməyən, anasının dilini bəyənməyən, dolayısı ilə anasının dilinə, yəni AĞZININ İÇİNƏ tüpürən MANQURTÇUNMU? Kimin üçün yazırsan, mənə dostluq göndərib, "Biz Talışlara hansı soyad sonluğu lazımdır” yazımı və şəklimi "Talış org” saytından çıxaran sayt rəhbərliyi üçünmü? Kimin üçün yazırsan, öz şəxsi ambisiyasını milli məfkurədən üstün tutan, bir MƏFKURƏ ətrafında birləşə bilməyən, kiril qrafikası ilə yazıb, latın qrafikası ilə yazanları düşmən, satqın sayan, latın qrafikası ilə yazıb, kiril qrafikası ilə yazanları "keçmişin qalıqları” adlandıran ziyalılar üçünmü? Kimin üçün yazırsan, mədəniyyət mərkəzinin ofisi olmayan millət üçünmü? Ümumiyyətlə, BİZ MİLLƏTİKMİ?

İ.S. Mənim üçün bir şey aydındır, biz özümüz-özümüzü qəbul etmiriksə, bu iqtidar bizi niyə qəbul etməlidir ki?

Rafiq CƏLİLOV

Redaksiyadan: məqalə müəllifinə qələmə aldığı məzmunlu araşdırmasına görə dərin təşəkkürümüzü bildirməklə xatırlayırıq ki, yazıda adının hallanmasına məruz qalan saytımızın ünvanına deyilənlər yersizdir. Hesab edirik ki, müəllif tez-tez müşahidə olunan növbəti tələskənliyinə yol verib. Belə ki, hörmətli müəllif barəsində söhbət açdığı yazısı ilə saytımızın aşağıda qeyd etdiyimiz səhifəsində bir daha tanış ola bilər:
http://www.talish.org/news/biz_talislara_hansi_soyad_sonlugu_lazimdir/2011-01-31-234

 

Категория: Талыш xəbərləri | Просмотров: 2255 | Добавил: admin | Рейтинг: 5.0/3
Всего комментариев: 2
2 admin  
0
Babak, yazıda şəxsler deyil, milletimiz üçün bu gün çox önəm kəsb edən bir məsələ müzakire olunur. Bunu nəzərə alıb, müzakirə olunan məsələyə münasibət bildirməyiniz daha məqsədəmüvafiq olardı.

1 Caesaro  
0
Боли, мэн етираз едирэм - МОНГОЛ ады бизэ jарашмаз, ТЫРК - монгол, ТАЛЫШ да монгол ола билмэз. Мэсэлэ ондадыр ки, Азэрбайджанда вэ онун кэнарында бизим оншу етноса мэhз МОНГОЛ деjирлэр.
Биз озумюзю ЧУКЧА, КОМАНЧИ АПАЧИ кими адлар сечэ билэрик. Лап БУШМЕН адыны да сечэ билэрик, онсуз да ТАЛЫШ йазмагымыз боша чыхыр ки, гатырлардан оланлар ТАЛЫШЛАРЫ бэjэнмир ТЫРК jазырлар, jэни "азэрбаjджанлы".
Гатырлар елэ билир ки, Охобиджону тюркчэ Гюнешли jазмагла оранын джамаатыны ТЫРК jазмаг олар. Кэндин ады гатырлашанда, эhалиси дэ
гатырлашмалыды онларын фикри илэ. Одур ки, jа ТАЛЫШЛАР ГВТЫРЛАРЫ доjуб говмалыды, jа ГАТЫРЛАР талышларын ахрына чыхаджаглар.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus