Neçə gündür Mehdibəy Səfərov ətrafında söz-söhbətlər səngimək bilmir. Özu də başqası yox, Talışlar tərəfindən. Bu sohbətlərə diqqət edəndə məlum olur ki, heç bir əsası olmayan dedi-qodulardır.
Bu məmləkətdə Hafiz Mirzə adlı birisi yaşayır. Bir yazısında o, Hilal Məmmədovu və Hilal müəllimi dəstəkləyən hər kəsi təhqir etmişdi. Hilal müəllimi dəstəkləyənlər də Azərbaycandakı bütün demokratik qüvvələrdir. Sözüm bunda deyil. Hafiz Mirzə yadıma düşmüşkən, dedi-qodulara görə o, Azəri-Talış Birliyinin üzvüdür. Tamam yalan məlumatdır. Bu şəxs əgər Talış Birliyinin üzvüdürsə, mən şəxsən Azər Kazımzadə o Birlikdəyəm, Birliyin bütün tədbirlərin iştirakçısı kimi indiyə qədər həmən şəxs rastıma çıxmayıb. Yeri gəlmişkən, Hafiz Mirzə, Eynulla Fətullayev, Hacıbaba Əzimov kimilər mənə tanınmış kinorejisor, Azərbaycanın ən demokratik insanlarından biri, həm də Azəri-Talış birliyinin təsisçisi Eldəniz Quliyevin "karvan keçərkən dörd ayaqlıların çıxartdığı səs" yazısındakı qəhrəmanları xatırladır...
Əgər bu Hafiz Mirzə Talış Birliyinin üzvü deyilsə, bəs niyə Medibəy Səfərovun üstünə bu qədər gedirlər? Bəzi qardaşlarımız deyir ki, bu Birlik Prezident seçkilərinə hesablanıb. Yaxşı, əgər prezident seçkilərinə görə bu təşkilat yaradılıbsa, burda pis nə var ki? Bir şey məlumdur. Bu təşkilat yaranandan bütün Azərbaycan bu təşkilatdan danışır. Ondan əlavə burda bir talış adı var və yaranandan bu təşkilat xalqımızın mədəni dəyərləri naminə xeyli iş görüb.
Hələ axırıncısı "NƏVUZƏ İD” adlı mötəşəm tədbiri demirəm. Azərbaycanın bütün tanınmış insanları, demokratik qüvvələrin təmsilçiləri o tədbirə gəlmişdilər və oturub talış dilində danışan (hamı demək olar ki, talış dilində danışırdı) insanlara qulaq asırdı. Adam qürür duyur. Bu bir faktdır ki, vaxtıla talışlara qarşı olan çox insan, bizim türk qardaşlarımızın nümayəndələri bu təşkilatın fəaliyyətini dəstəkləyir və problemlərimizi dilə gətirməkdən çəkinmirlər. Bu işlərin arxasında duran isə indi tənqid və hətta təhqir hədəfinə tuş gələn Birliyin sədri Mehdibəy Səfərovdur. Bu mövqedə olanlara bir sözüm var: Əgər iş görə bilirsinizsə, Sizdə gəlin bir təşkilat yaradın, fəaliyyətinizi göstərin. Xaricdə oturub dəvədən boyuk fil var deyənlər, Talışı mustəqil eləmək istəyənlər faktiki olaraq heç bir iş görmur. Dəvədən boyuk fil varsa, fildəndə boyuk ALLAH var ki, O, bütün dunyanın sahibidir. Hələ bir para şairlərimizi demirəm. Onlara tövsiyyə edirəm ki, imkanları varsa, milli ruhda şeirlər yazsınlar, bax onda ən böyük iş görmüş olacaqlar.
Qısqanclıqdan əl çəkmək lazımdır, bir birimizə dəstək olaq, onda məhbəsdə olan qardaşımıza da kömək etmiş olarıq.
Azər Kərimzadə
|