Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2013 » Ноябрь » 26 » Fədakar maarifçi
23:29
Fədakar maarifçi
Nəriman AĞAZADƏ

     
Hər bir ölkə, bölgə,  rayon öz əhalisinin sayı ilə deyil, öz görkəmli şəxsiyyətləri ilə tanınır.  Lerik öz ziyalı potensialı ilə Respublikada həmişə fərqlənmişdir. 
       
Əslən Lerikdən olan, Respublika səviyyəsində fəaliyyəti ilə tanınan onlarla görkəmli alim, siyasi xadim, incəsənət adamı  və s. olmuşdur və yenə də vardır. O ziyalıların yetişməsində isə şübhəsiz ki, ilk növbədə rayonun təhsil müəssisələrinin böyük rolu olmuşdur. Lerik camaatı  həmin şəxslərin əməllərini daim xatırlayır və fəxrlə onları yad edir. Belə ziyalılarımızdan biri də Əli Cabbar oğluVəliyev olmuşdur. Kimdir Əli Vəliyev?

                               
21 noyabr, 2013-cü il, saat 15-00. Lerik itimaiyyətinin nümayəndəyəri,  ağsaqqallar, dövlət idarəetmə orqanlarının və təhsil müəssisələrinin işçiləri, ziyalılar A.Nuriyev adına 1 N-li texniki fənlər təmayüllü liseyin binasına toplaşmışlar.  Bu gün   Lerik Rayon İcra hakimiyyətinin, Rayon Ağsaqqallar Şurasının  təşəbbüsü ilə burada  lerikli, dəyərli ziyalı, müəllim, maatifçi Əli Cabbar oğlu Vəliyevin anadan olmasınının 100 illik   yübileyinə həsr edilmiş "Vəliyevlər soyunun pedaqoq oğlu” adlı tədbiri keçirilir. 

Tədbiri giriş sözü ilə Lerik Rayon İcra Hakimiyyətinin şöbə müdiri Arzu Vəliməmmədova açır. O müəllim nüfuzu, Əli Vəliyevin nümunəsində əsil pedaqoq keyfiyyətləri haqqında danışır. Əli müəllimin həyat yolu haqqında geniş məlumat vermək  üçün sözü Lerik şəhər 1N-li tft liseyin müəllimi Zakir Vəliyevə verir. 

Məruzəçi el-obanın, quhum-qonşunun adlandırdığı kimi "ağa”nın keçdiyi keşməkeşli həyat  yolu, hərtərəfli fəaliyyəti haqında tədbir iştirakçılarına məlumat verdi. 

Əli Cabbar oğlu Vəliyev 1913-cü ilin baharında Lənkəran qəzasının Lerik nahiyəsində sadə kəndli ailəsində anadan olmuşdur. Əvvəl Lerikdə molla məktəbində, sonra isə birillik ibtidai məktəbdə oxumuşdur. O, 1927-ci ildə yeddiillik məktəbi başa vurub, 1928-1932-ci illərdə Lənkəran pedaqoji Seminariyasında təhsil almışdır. XX əsrin 40-cı illərində Ali Partiya məktəbini və Azərbaycan Pedaqoji İnstitutunun coğrafiya fakultəsini bitirmişdir.

Əli müəllim 1934-cü ildən Rayonun Nuravud,  Blaband kəndlərində müəllim kimi əmək fəaliyyətinə başlamışdır.  O ayrı-ayrı vaxtlarda:1938-39-cu illərdə Rayon komsomol komitəsində, 1941-45-ci illərdə Rayon Partiya komitəsində Böyük Vətən müharibəsində iştirak edən döyüşçülərin yardım şöbəsində müdir, 1965-ci ildə  "Sosialist Azərbaycanı”, 1970-71-ci illərdə "Partiyanın XXII qurultayı” kolxozunun sədri vəzifələrində çalışmışdır. Əli müəllim uzun müddət Azərbaycan Respublikası "Bilik” cəmiyyətinin Lerik şöbəsinə ictimai əsaslarla rəhbərlik etmişdir. Bu müddət ərzində o Respublikanın görkəmli alim, şair-yazıçı, maarif və incəsənət xadimlərini Lerikə dəvət etmiş, Rayon içtimaiyyəti ilə onların görüşlərini keçirmişdir. 

Fədakar pedaqoq  ayrı-ayrı vaxtlarda pedaqoji sahədən ayrılıb müxtəlif müəssilərin idari işinə cəlb edilsə də, əsas enerjisini, fəaliyyətini pedaqoji sahəyə, xalqın təhsilinə, maariflənməsinə sərf etmişdir. 

Əli müəllim Lerik Rayin Maarif şöbəsində inspektor, Metodkabinanın rəhbəri, 1946-49-cu illərdə Rayon Maarif şöbəsinin müdiri, Lerik qəsəbə orta-internat məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini kimi fəaliyyət göstərmiş və bu illərdə Lerik təhsili üçün fədakarcasına çalışmışdır. Təsadufi deyil ki, Ə.Vəliyev 91 illik ömrünün 70 ilini gənc nəslin təlim və tərbiyəsinə həsr etmişdir.

Rayonun yaşlı və orta yaşlı sakinləri, bugünkü ağsaqqalları böyük iftixar hissi ilə söyləyirlər ki, Əli Vəliyevin onlarla leriklinin Ali təhsil almasında müstəsna rolu olmuşdur. O illər orta ümumtəhsil məktəbləri uğurla bitirmiş ailə vəziyyəti, maddi durumu və s. səbəblərdən təhsilini davam etdikmək fikrindən daşınmağa məcbur olan  gənclər çox idi.  Əli müəllim belə məzunların attestat və digər sənədlərini özü toplamış, onların bilik, bacarıq istiqamətlərini müəyyənləşdirib Respublikanın ayrı-ayri Ali məktəblərinə təqdim etmişdir. Valideynlərlə razılıq söhbətləri aparmaqla həmin məzunları özü Bakı şəhərinə, imtahana aparmışdır. Həmin şəxslər içərisindən görkəmli alimlər, həkimlər, istedadlı maarif və incəsənət xadimləri və s. kimi mütəxəssislər çıxmışdır. Belə insanların bir çoxu böyük minnətdarlıq hissi ilə Əli müəllimi xatırlayır və nəql edirlər ki, əgər Əli müəllim olmasaydı biz  kənddə-kəsəkdə qoyun-quzu otarmaqla məşğul olacaqdıq. Bu günkü mövqeyimizə görə Əli müəllimin maarifçilik işinə və fədakar əməyinə borcluyuq. 

Rayon ağsaqqallarından, biologiya elmləri namızədi, prezident təqaüdçüsü Hacı Musa Bədəlov, Rayon Ağsaqqallar Şöbəsinin sədri, əməkdar jurnalist Həmzə Vəliməmmədov, tanınmış ağsaqqal Ataxan Şiriyev, Böyük Vətən Müharibəsinin iştirakçısı, istefada olan polis polkovniki Daşdəmir Paşayev, əməkdar müəllim Gültəkin Şıxəliyeva, Hacı Vəliağa Şahpələngov,  Özbəy Quliyev, Hüseynbala Əliyev, Tamella Quliyeva öz çıxışlarında Əli müəllim haqqında maraqlı məqamlara toxunmaqla dinləyicilərin böyük marağına səbəb olan xatirələrini çatdırdılar.  Xatırlandı ki, Ə.Vəliyev Nuravud kəndində  dərs deyərkən Hacı Baba Malıyevə öyrətdiyi talış dilindəki şeirləri indi də sevə-sevə maraqlananlara, nəvələrinə söyləyir. A.Şiriyev isə Əli müəllimin onu şillələməsini belə xoşluqla yada saldı. 

Xatirə söyləyənlərin yaddaşından:

"Böyük Vətən müharibəsi illərində müəllimləri və digər ziyalıları da cəbhəyə aparmışdılar. Savadlı işçi qüvvəsi çatışmırdı. Əli müəllim orta məktəbi bitirmiş, hətta yeddiillik təhsilini başa vurmuş məzunların əmrlərini verməklə kəndlərə müəllim təyin edirdi. Bu xəbəri Maarif Nazirinə də çatdırmışdılar. Onu bununla əlaqədar  nazirliyə çağırırlar. Nazir onu danlamaq fikrindəykən, Əli müəllim kadr çatışmazlığı üzündən bunun ən doğru yol olduğunu nazirə sübut edə bilmiş, hətta nazirin komissiya göndərməklə Lerikdəcə həmin şəxsləri imtahan etməklə Ali məktəbə qəbul etdirmişdi. Görkəmli alim Əyyub İsgəndərov, Sadıq Kərimov, Xıdır Əsədullayev və s. belələrindən olmuşlar. Firudin Məstiyev, Bilal Məmmədov, Hacıağa Əliyev və onlarla digər orta məktəb məzununa isə Lerikdəcə imtahan etdirməklə müəllimlik diplomunun verilməsinə nail olmuşdu.

Əli müəllim baməzə, hazırcavab insan idi. Onun o vaxt söylədiyi düşündürücü deyimləri indi də zərb-məsəl kimi yaddaşlarda qalmışdır:

O, kolxoz sədri ikən xeyli insan ona, bir-bir yaxınlaşır. Hamı da salamdan sonra ya ot, ya da küləş istəyirlər. Növbəti şəxsin "salam”ına isə talışca: "Əleykə salam, be sımə, be kıləş” (əleykə salam, samansız, küləşsiz, yəni salamın qəbul, ancaq saman, küləş istəmə!) cavabını isə Lerikdə bilməyən yoxdur. Və o məsəli indi də yeri gələrkən insanlar işlədirlər”. 

H.Vəliməmmədovun dediklərindən:

- 8 yaşım vardı. 1947-ci il idi. Bir gün kənddə məktəbə getdim. Çox gözlədik. Müəllimimiz gəlib çıxmadı. Xəbər gəldi ki, müəllimimizi əsgərliyə aparıblar. Bir həftədən sonra kəndə iki atlı gəldi. Biri maarif şöbəsinin müdiri Ə.Vəliyev idi. O, ikinci şəxsi bizə təqdim edib bildirdi ki, bundan sonra sizə Aydın müəllim (Aydın Quliyev) dərs keçəcək. 

1955-ci ildə orta məktəbi Lerikdə davam etdirəndə bizə coğrafiya dərsinin Əli müəllim keçirdi. Əli müəllim öz fənni ilə birgə bizə həm də həyat dərsini mənimsədirdi. "İllərin söz yaddaşı” adlı kitabım nəşriyyatdadır. Orada "Bizim Əli müəllim” başlıqlı  yazımda Əli müəllim haqqında da xatirələrimi vermişəm. 

Gətizdirdiyi siqnal nüsxəsini Əli müəllimin qızı Elmirə müəlliməyə təqdim etdi.

Qız uşaqlarının təhsildən kənarda qalması Əli müəllimi çox narahat etmişdir. O nümunə olaraq öz qız övladlarını oxutmuşdur. Qızları Elmira və Fəridə neçə illərdir ki, gənc nəslin təlim-tərbiyyəsi ilə məşğul olur.  Ümumiyyətlə Vəliyevlər soyunun müəllim üzvləri çox olmuşdur. Mərhum qardaşı Babulla, qardaşı oğlu Zakir, nəvələri, qardaşı nəvələri də bu müqəddəs peşəyə qulluq etmiş və edirlər. 

Yubilyarın həyatı insanlıq, vətənpərvərlik məktəbi idi. Təsadufi deyil ki, bu gün yubiley tədbiri keçirilən məktəb Əli müəllimin Qarabağ döyüşlərində şəhid olmuş nəvəsi,  leytenant Arif Nuriyevin adını daşıyır. "Ot öz kökü üstə bitər” məsəli bir daha öz təsdiqini tapmış olur. 

Xalqın sevgisi ilə birgə Əli müəllim fəaliyyəti Dövlət tərəfindən də yüksək qiymətləndirilmişdir. O, 1941-45-ci illərdə arxa cəbhədə əmək fədakarlığına görə medalı ilə, "Maarif əlaçısı”, "Qabaqcıl maarif xadimi”,  Böyük Vətən Müharibəsində faşizm üzərindəki  qələbənin 25, 30, 45, 50 illik yubiley medalları, SOS yarışın qalibi mükafatı ilə təltif edilmişdir. 

Əli müəllim həmçinin Azərbaycan SSR  3-cü müəllimlər qurultayının nümayəndəsi, Rayon Sovetinin deputatı  kimi də  fəaliyyət göstərmişdir. 

Tədbirdə Lənkəran Ağsaqqallar Şurasının sədri Kamal Kələntərov, lerikli, tanınmış  ziyalı Hidayət Bəşirov və başqalarının təbrik teleqramları oxundu. 

Tədbirin sonunda yubilyarın qızı Elmira müəllimə, oğlu Ənvər yubiley tədbirinin təşkilatçılarına öz təşəkkürünü bildirdilər.

"Tolışon Sədo” N: 57 
26 noyabr 2013

 

Категория: Талыш xəbərləri | Просмотров: 1907 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus