Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2011 » Февраль » 18 » Facebook sosial şəbəkəsində türkçülüyün doğurduğu diskusiya
22:51
Facebook sosial şəbəkəsində türkçülüyün doğurduğu diskusiya
Bu  gün dünyada gedən ictimai-siyasi proseslərə, o cümlədən ərəb dünyasındakı proseslərə sosial şəbəkələr vasitəsi ilə ortaya qoyulan ictimai rəy həlledici təsir göstərməkdə davam edir. Bu baxımdan Azərbaycan vətəndaşların iştirak etdiyi sosial şəbəkələrdə hansı ideyaların ortaya atıldığı və nəticədə hansı ictimai rəyin formalaşacağı maraq doğurur. Bu konteksdən Facebok  sosial şəbəkəsindən əsrimizin məhbəs şairi olmuş Mirzə Sakitin türkçülüyə xitabən yazdığı şeri ətrafında bir diskusiyanı Sizə təqdim edirik.


QALXIN!!!

Artıq yetişib hürriyətin anları - Qalxın !
Qalxın yeni əsrin yeni insanları - Qalxın!

Türk torpağı öz övladının cəngini bəklər
Heydərçilərin üstünə qalxsın dəyənəklər
Əfsus, dağıdıb ölkəni caynaqlı köpəklər
Ey yurdumuzun şirləri, aslanları - Qalxın !
Qalxın yeni əsrin yeni insanları - Qalxın !

Hakim kəsilənlər bizə, əcdadı bilinməz
Haqsızlığa vicdanı susanlar niyə dinməz ?
Türk övladı üsyanlara hazırdı, çəkinməz
Sizlər vətənin sultanı, xaqanları - Qalxın !
Qalxın yeni əsrin yeni insanları - Qalxın !

Fırlandı zaman, tarixi dövran da yetişdi
Qurtulmağımız kifli klandan hünər işdi
İblis yerinə postunu Şeytanla dəyişdi
Məhv etməyə iblisləri, şeytanları - Qalxın !
Qalxın yeni əsrin yeni insanları - Qalxın !

Boz Qurd ucalıqdan düşə bilməz, uca qalsın !
Qan təşnələrindən qana-qanlarla öc alsın
Gur səslə Azərbaycanımın himni ucalsın !
Seç, hansı böyükdür iri meydanları - Qalxın !
Qalxın yeni əsrin yeni insanları - Qalxın!
Qalxın yeni əsrin yeni insanları - Qalxın !!!

Heydərizmə qarşı döyüşə hazır ol, Azərbaycan gəncliyi!!!

Shafahat Baxshiyev
Mirzə Sakit istedadlı şairdir.Yazdığı şeyrin şeyriyyətliyi gozəldir. Ancaq bu çağırış və harayın qeyri türklərə dəxli yoxdur. Qoy türk xalqı qalxsın görək nəyə qadirdir.

Mirze Sakit
Mən, türk deməklə başqa milli mənsubiyyəti olanları heç də aşağılamaq məqsədi güdmürəm. Əgər mən başqa millətin nümayəndəsinə hörmətsizliklə yanaşaramsa, heç öz millətimin də qədrini bilmərəm. Şəfahət bəy, məgər türkəm deyib haray salmaq, yasaqdırmı ?
            
Emrah Vatansever
Mirze, Sen Türk olmağınla her zaman fexr etmelisen ve edirsen. Amma Şefahet beyin söylemleri de gözeldir ve inşaallah, neticesi gözel olur.

Shafahat Baxshiyev
Yox, şair, sənin öz millətini tərənnüm etməyin və onları birliyə çağıran harayın təbiidir və öz özlüyündə gözəl ideya və şüardır. Mənimçünsə bir şey maraqlıdır ki, bu türkçülüyün dalınca düşən qeyri türk manqurtlara nə hay düşüb. Bu ki,bir türk millətinin mübarizəsidir. Elə deyilmi?
 
Shafahat Baxshiyev
Bir də ki Mirzə, mən sizdə digər millətlərə qarşı həqarət ya da təhqir filan görməmişəm axı!
            
Mirze Sakit
Mənim Azərbaycanda talış, ləzgi, tat, avar, rus, kürd və başqa millətlərin nümayəndələri olan çoxsaylı dostlarım var. Biz heç vaxt bir-birimizə yabançı millətin nümayəndəsi olmağımızı hiss elətdirməmişik. Ancaq mən Türkçülüyümlə həmişə fəxr etməyə hazıram...

Emrah Vatansever
Senin bu mangurt ifadeni anlamadim.bu hakaretdir ve Azerbaycanın kurtuluşu Türkçülükden keçir ve unutmayın ki, Elçibey de Türk milliyyetçisi idi. 3-sü daha uzatmayaq ki, bu sôhbetler başqa yöne çekilmesin

Nadir Baxsheli
Fırlandı zaman, tarixi dövran da yetişdi
Qurtulmağımız kifli klandan hünər işdi
İblis yerinə postunu Şeytanla dəyişdi
Məhv etməyə iblisləri, şeytanları - Qalxın !
Qalxın yeni əsrin yeni insanları - Qalxın !
            
Mirze Sakit
Türk torpağı öz övladının cəngini bəklər
Heydərçilərin üstünə qalxsın dəyənəklər
Əfsus, dağıdıb ölkəni caynaqlı köpəklər
Ey yurdumuzun şirləri, aslanları - Qalxın !
Qalxın yeni əsrin yeni insanları - Qalxın !Еще
           
Nadir Baxsheli
Mirzə bütün əzilənlərin yanında dura biləcək qədər güclü qələmə sahıbdir

Shafahat Baxshiyev
Əmrah bir dəstə türk gedib rusçu, farsçı yada digər bir millətin millətçi şüarı altda mubarizə aparsa, bu qəbul edilən sayılarmı? Mənim fikrimdə həqarət yox normal münasibət vardır.

Shafahat Baxshiyev
İrandakı rejimi dəyişməkçün muhacirətdə, yadakı lap elə İranın özündə yaşayan İran demokratları farsçılıq şüarı ilə birliyə çağırırmı? Onların demokratik hərəkatında farslarla azərbaycanlılar eyni zamanda türklər və digər xalqlar çiyin-çiyinə mübarizə aparırlar.

Mirze Sakit
Siz əgər bu vaxta qədər Türk xalqının nəyə qadir olduğunu bilmirsizsə, bu mənim günahım deyil.

Shafahat Baxshiyev
Mirzə məqamıdır bunu sözdə yox əməldə göstərmək lazımdır. Lap elə Misir və Tunis ərəbləri kimi!

Mirze Sakit
Ərəblər kimi yox, biz elə Türk oğlu Türk kimi sübut edəcəyik...

Shafahat Baxshiyev
Bizə onda gözləmək qalır elə deyilmi Mirzə

Vasif Efendi
Qardaşlar mübahisə etməyk. Bu dövlət türk dövlətidir. Bütün dəyərlərdə türk mədəniyyəti üzərində qurulub. Uydurma azərbaycanlı milləti dedikdə heç kim qıcıqlanmır. Tarix yazmış və dünyada 100 milyonlarala sayı olan milletimin adı ilə adlandırılanda niyə qısqanclıq yaranır. Rusiyada türkə də rus deyirlər. Bütün dünyada belə qəbul olunub. Qeyri türklər də bizim öz xalqımızdır. Amma öncə hamımız türkük. Hamı toyunu xeyrini şərini eynən türk kimi edir. Nə oldu hərəkətin adət-ənənən türk olur, türk deyəndə isə qıcıq yaranır. Etməyin bunu. Onsuz da bilirsiniz ki, bu ölkədə ən ayrı-seçkiliyə məruz qalanlar da türklərdir. Amma biz dözürük. Çünki bu dövlətin pisi də yaxşısı da bizimdir.

Shafahat Baxshiyev
Birincisi mən azərbaycanlı millət deyiminin əleyhinəyəm. Türkü türk kimi qəbul edirəm. Öncə biz hamımız necə türk ola bilirik ki? İndi deyirsən biz avropoid mənsubiyyətimizi danıb türk-monqoloid mənşəyini qəbul edəkmi? Bax bu həqarətdi! Rəva bilərsənmi İranda yaşayan milyonlarla türk fars (avropoid) mənşəyini qəbul edib öz türklüyünü dansın? Azərbaycan türk dövləti deyil, çoxmillətli dövlətdir, sadəcə türklər nisbətdə çoxluqda dayanır. Bizi birləşdirən dəyər ancaq və ancaq islam və vətəndaşlıq birliyidir. Başqa millətləri zorən türkləşdirmək (Rəsulzadəvari) qəbuledilməzdir. Rəsulzadə tat kimi özünü danıb türkçülüyü qəbul edibsə, bu onun şəxsi işi olub. Bunu başqa millətlərə sırımaq istəyi o zamanlar Azərbaycanın dövlət müstəqilliyinə son verən əsas səbəblərdən biri oldu. 93-cü illərdə də türkçülüyün ədalətsizcəsinə sırınma istəyi səbəb oldu ki, azərbaycançılıq ideyasının başında duranlar hakimiyyətə gəldi. İndidə türkçülük şüarı ilə heç nə etmək mümkün düyildir. Bu şüar (türkçülük) ən azı bütün azlıqda qalan xalqları mövcüd hakimiyyət ətrafında birləşməyə və onu nəyin bahasına olursa olsun müdafiə etməyə xidmətdən başqa bir şey deyildir. Türkiyə bundan vaxtında qurtulub islamçı Ərdoğanı hakimiyyətə gətirdi. Amma türkçülüyün ortaya çıxartdığı PKK məsələsi həlledilməzliyindən kənara çıxa bilmir. Bütün bunlarla yanaşı türkçülüyün inkişaf etdirilməsi təbliğinin tərəfdarıyam ancaq ki, türklər arasıda. Ən azı ona görə ki, bu xalq öz-özünə yox Allahın iradəsilə yaranıb inkişaf etməli, özü-özünü dərk etməli, insanlıq cəmiyyətində öz izini qoymalıdır. Eyni zamanda talışlar ,kürdlər, ləzgilər və cəmi yaradılmış millətlər.

Ataxan Abilov
Bu rejimdən yalız ağlı-qaralı bütün Azərbaycan vətəndalıarın bir yerdə birləşib istibdada qarşı qalxması ilə qurtulmaq mümkündür. Müasir sivil-demokratik dövlət millətçilik ideyalarına deyil, ərazisində yaşayan əhalinin milli fərq qoymadan rifahinı yüksəltmək, hər kəsə azadlıq prinsipləri əsasında qurulur. Hər kəs azad olanda hər millət özünü azad hiss edir. Məgər Rəsulzadə insanlara hürriyyət, millətlərə azadlıq deyəndə bəzi millətləri çıxdaş eləyib? Təssüflər olsun ki, Azərbaycanın baş bilənləri hələ də bir umümazərbaycan idealoqiyasının nə ola biləcəyini tabıb ortaya çıxara bilməyiblər. Düzdür Musavat, AXCP kimi partiyalar başları daşdan daşa dəyəndən sonra millətçilik yükündən imtina etdiklərini, liberal dəyərlərə yön verdiklərini rəsmən bəyan ediblər (Musavat Avropa Liberal Partiyaları İttifaqının üzvüdür). Bu da hələlik öz ifadəsini əməldə deyil bayanatlarda göstərir. Gəlin etiraf edək ki, hələ də Azərbaycanın köklü xalqlarının adının rəsmi tribunalarda çəkilməsi (istər iqtidarı, istərsə də muxalifəti olsun) belə rasmi olmasa da, faktiki yasaqdır. Əgər burda tuk qardaşım desə ki, heç onun da adı çəkilmir, icazə verin razılaşmayım.

Ataxan Abilov
O ki, qaldı Vasif Əfəndinin "Azərbaycanda bütün dəyərlərin turk mədəniyyəti üzərində qurulması" fikrinə deyə bilərəm ki, hər bir millətə onun mədəniyyəti əzizdir. Sadəcə olaraq məsələyə bir az obyektiv prizmadan baxmaq lazımdır. Azərbaycanda rəsmi idaloqiyaya yön almayanlar heç supurgəçi işləyə bilməzlər. Bunu dark edənlərin acından ölməmək üçün lazım gələrsə, nəinki turk, lap erməni kimi düşünməyə hazır olmaqdan başqa çarəsi qalmır.
            
Rabil Abdinov
Bir imkan verin da... Ölkanin hakim xalq turklardir... Qoy onlar ayag qalxib hakimiyyati yixsinlar da... Buna da imkan vermirsiz... Diyirsiz ki garak hokman biz da yixaq... Onsuz da hakimiyyatda va muxalifatda turklardir... Oturun öz yerinizdə də... Bu da vazifa deyil ki məməm-məməm salibsiz...

Emrah Vatansever
Shafahat bey fikirlerinize sayğı ile yanaşıram, amma fikirlerinizde böyük ziddiyyet var. 1-si, Resulzade ve Elçibey gerçek demokrat idiler. Onlar xalqa xidmet etdikleri üçün devrildiler. 2-si, türkiye haqqında yazdıqlarınızda daha çox yanlış deyerlendirme var.. PKK türkçülükden meydana gelmedi.. PKK xarici güclerin eliyle yarandı ve PKK-nın yaranma tarixine nezer salsaq o zaman türkiyede cereyan eden hadiseler her şeyi gösterir.. bu haqda gerekirse, sonralar fikir mübadilesi apara bilerik. 3-sü, Ərdoğan hökumeti haqqında son dövrler bizim talış ziyalıları çox medhiyyeler düzürler. Amma her şey bildiyiniz kimi deyil. Bunları da gelecekde hamımız göreceyiz. 4-sü, fikirlerinizdeki en böyük ziddiyyet  - hem deyirsiz ki, 93-de hakimiyyet türkçülükden, daha doğrusu türkçülüyün edaletsizcesine sırınma siyasetinden meğlub oldu, hem de sonda deyirsiz ki, men türkçülüyün inkişaf etdirilmesi ve tebliğinin terefdarıyam... Anlamakda çox çetinlik çekirem.. Unutmayaq ki, Elçibey mehz türkçülüyü ortaya atanda menim xalqımı da nezerde aldı. Ve dünyada olmayan bir şey - yeni yaranmış bir dövletde talış diline ve diger dillere tedris olması üçün şerait yarandı. Ve bunun üçün qanun çıxarıldı... O zaman sen ve men talış olduğumuzu dile getire bildik ve talış dilinde kitablar ve qazetler oxuyurduk... Dövlet televiziyasından talış dilinde xeberler eşidirdik (sonradan bu hüquqlarımızı elimizden almaq üçün bəzı olaylar quraşdırdılar ve meharetle de bu oyunu oynadılar ve teessüfle deyim ki, bazi talışlar da o zaman bu oyuna geldiler). Burda men pis bir şey görmürem. Elçibeyin üstüne bu kadar getmeyin mence menası yoxdur. O zamanlar Elçibeyin bir müsahibesini oxumuşdum.. Deyirdi ki, kim hansı millete mensubdursa, pasportuna yaza biler. Amma Azerbaycan unitarlığına qarşı gelenin men qarşısında olaram deyirdi... İndi men sual verirem: Sizin dediyiniz ve iktidarda olan bu azerbaycançılıq ideyasını destekleyenler bu gün neynirler? Neyneyecekler, her kese zülm verirler, çünki bu iktidarda olanların (elbette ki, başda oturanlar) hansı milliyyete, hansı mezhebe xidmet etdikleri belli deyil... Beyem bu gün çoxluqda olanlar özlerine türk deseler ve türkçülüyü müdafie etseler bir zararı olacakmı, tabii Siz de bunu esaslandırmısız ki, yaxşıdır.. Onda Elçibey de bele milletçi idi... O gerçek milliyyetçi - demokrat idi. Bele adamdan men qorxmaram... Çünki öz milletine hörmet etmeyen, öz milletinin hüquqlarını müdafie ede bilmeyen - üstelik liderse - başqa milletlerin hüquqlarını ayaqlar altına alar. Bele liderlerden bir şey teleb etmek de axmaqlıq olardı. Bunlar qorxulu liderlerdir. Əslinde bizler türkleri türkçülüye teşfiq etmeliyik. Onda esil demokratiya yaranar.

Emrah Vatansever
Men bunları yazanda her kesin menimle razı olması üçün yazmamışam.

Shafahat Baxshiyev
Hörmətli Əmrah Vətənsevər, birincisi siz burda şəxsiyyətinizi gizli saxlamaqla əslində kim olmağınızı gizli saxlayırsınız. Siz "Sən və mən talış olduyğumuzu dilə gətirə bildik" deməklə özünüzün talış olmağına eyham vurursunuz. Bu isə inandırıcı deyil. Ən əsası ona görə ki, yazınızın mahiyyəti və ruhu bunu deməyə əcac verir. İkincisi, məntiq deyilən bir şey var, mənim yazımı məntiqi baxımdan yenidən nəzərdən keçirin, orda heç bir ziddiyətin olmadığına əmin olarsınız. Sonrası isə Elçibəyin, ya da Rəsulzadənin gerçək demokratlığını təyin edə biləcək elə bir cihaz ya da ölçü vahidi görməmişəm ki, buna diaqnoz qoya bilsin. Belədə sən, mən və digərləri belə sərbəst fikir mübadiləsi apara biliriksə, onda belə çıxır ki, bu İlham Əliyevin demokratlığı və demokratiyanın yüksək səviyyədə mövcudluğuna əsaslanır? Xalqa xidmət edən bir iqtidarı devirmək mümkün deyildir. Bu əsasdan Elçibəy və Rəsulzadənin bu xidməti şübhə altındadır. Ərdoğanın dünya və xüsusilədə islam dünyası eyni zamanda ərəb ölkələrindəki üsynçılar tərəfindən təqdir edilməsi çox şeydən xəbər verir və onun nə dərəcədə haqlılığını təyin edir. Təsir əks təsirə bərabərdir ideyasına əsasən Türkiyədəki türk millətçiliyi ölkədə yaşayan digər millətlərə qarşı çevriləndə kürd millətçiliyi yarandı. Bu da öz növbəsində RKK formasında özünü büruzə verdi. Qaldı ki, RKK nın haralardansa qaynağlanması, məncə bu kürdlərin və PKK-nın öz daxili işidir. Təbii ki, heç kimsə ağzına su alıb durası deyil. Kürd də Avropa mənşəlidir, rus və ingilisdə. Kürdlər daha hardan müdafiə olunmalı idi ki? Amma Ərdoğan siyasəti İslami dəyərləri önə çəkəndən sonra türk və kürd üçün islam bir orta dəyər rolunda olduğundan, millətçi dəyərləri üstələdiyindən, zamanlar keçdikcə bu iki müsəlman xalq ortaq bir nəticəyə gəlib TÜRKİYƏNİN PARÇALANMAĞININ QABAĞINI ALA BİLƏR. Elçibəy rəhmətliyin Azsaylı xalqlar haqda fərmanı təqdirolunan idi. Sonradan bu fərmanın qüvvədən salınması isə əlbəttəki abarogen xalqların hüquq və haqqına qarşı bir sayğısızlıqdan başqa bir şey deyildi. Türkçülüyün anormal halda təbliği 93-cü ildə daha nisbətdə qlobal dəyər sayılan azərbaycançıları hakimiyyətə gətirdisə, növbəti bu cəhd daha qlobal dəyərlə silahlanmış islamçıları hakimiyyətə gətirəcəkdir. Məgər sizlər bunu görüb hiss etmirsinizmi? Yenə deyirəm ki, mən türkçülüyün əleyhinə deyiləm, ancaq türklərin özünə şamil olunması şərtilə. Əks təqdirdə estafet daha qlobal dəyərlərə ötürülür. Çünkü Allah-Tala cəmiyyəti belə nizamlamışdır. Daha üstün dəyər digər dəyərləri üstələməyə məhkumdur. Haqq nahaqı üstələyən kimi. Türkçülükdə türklər üçün üstün dəyərdir. Digər xalqlar və millətlərsə buna hörmətlə yanaşmalıdır, daha bunun içində ərimək yox. Daha çox...

Redaksiyadan: Diskusiya olduğu kimi verildiyindən materialda gedən bir sıra orfoqrafik səhflərə görə üzr istəyirik.


Категория: Azərbaycan | Просмотров: 1543 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus