Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2013 » Февраль » 25 » Faşizmə qarşı, faşistlərlə birgə
15:14
Faşizmə qarşı, faşistlərlə birgə
Hanna Arendt-in məşhur faşist cəlladı Adolf Eyxmanın məhkəməsi haqda "Şərin banallığı. Eyxman Yerusəlimdə” adlı sənədli kitabı var. Çox maraqlı kitabdır, arzu edərdim dilimizə də tərcümə edilsin. Orda bir neçə yerdə yəhudilər də tənqid edilir.

Məsələn, yazır ki, milyonlarla yəhudinin alman faşizminə qarşı döyüşməməsi, taleyə qul kimi boyun əyib sakitcə qaz kameralarına yollanması anlaşılan, qəbul edilən deyil. Doğrudan da kiçik istisnaları çıxsaq yəhudilər 2-ci cahan savaşında ancaq qurban rolunda olublar, faşizmlə mütəşəkkil şəkildə döyüşməyiblər. Əksinə, hətta Avropanın bəzi varlı yəhudiləri ilkin dövrlərdə faşistlərlə əməkdaşlıq ediblər, qurbanların seçilməsinə, iyrənc "seleksiya” prosesinə yardımçı olublar. Arendtin kitabındakı bu motivləri yəhudilər sevmirlər, onun haqqında tənqidlər yazıblar.

Bunu yada salmağım Xocalı ilə bağlıdır. Bəzən deyirlər ki, belə məsələlər ümummilli məsələ kateqoriyasına aiddir, burda müxalifət-iqtidar söhbəti ola bilməz, hamımız bir nöqtəyə vurmalıyıq və sairə. İlk baxışdan mübahisəsiz görünür. Ancaq Zahid Orucla yanaşı durub Xocalıdan danışmaq sizə nə qədər asandır? Mənə asan deyil. Xalqımız bunu bir ata sözündə yaxşı deyibdir: "Elə adamlar var ki, onlarla yas yerinə də gedilməz”.

Eyni zamanda, vaxtilə Xocalını darda, düşmən əhatəsində qoyub köməyə getməyən kimdir? Bizik. O vaxt, elə sonralar da hərbi xidmətdən yayınanlar indi hamıdan bərk qışqırırlar, "qisas alacağıq!” deyirlər. Mən diqqət eləmişəm, özü də Qarabağ qazilərindən də bərk qışqırırlar. Yazıq Xocalı qurbanları onların dəbdəbəli həyatı üçün bir örtük rolunu alıb. Azərbaycanı çapıb-talayırlar, yaltaqlıq, alçaqlıqla məşğuldurlar, arada da zarıyırlar: "Bizim dərdimiz var, görürsünüz, kürü yaxmacı da boğazımızdan rahat keçmir!”

Ən absurdu isə bu deyil. Azərbaycan mətbuatında, rəsmi dövlət məmurlarının dilində çox vaxt belə ifadələr səslənir: "Filankəs təmiz azərbaycanlı deyil, onun qanında qarışıq var”. İrqçi, faşist düşüncənin buynuzu olmur ki? Elə bu kimi söhbətlərdən faşizm, soyqırımlar başlayır. Təzəlikcə bu mövzuda Bakı metrosunun şefi Tağı Əhmədov da danışmışdı. Demişdi ki, Azərbaycanda yüksək dövlət vəzifələrini "təmiz qanlı azərbaycanlılar” tutmalıdır. Normal dövlətdə bu cür faşist düşüncəli adamı metro kimi strateji obyektə rəhbər qoyardılarmı?

Ancaq sabah - Xocalını anım günündə bu adam başqa məmur-faşist yoldaşları ilə gedəcək Xocalı abidəsinin önünə əklil qoyacaq. O adamların xatirəsi önündə baş əyəcək ki, başqa bir faşizmin qurbanları olmuşdular və ancaq türk olduqlarına görə öldürülmüşdülər. Faşistin faşizm qurbanlarını yad eləməsi tragikomediyası budur. Axı soyqırım qurbanlarını soyqırım ideologiyası ilə nəfəs alan birisinin yad eləməsi qədər absurd şey yoxdur. Bir məşhur məsəlimizi müəyyən qədər dəyişsək, bunlar deyir ki, soyqırımı soyqırımla "çıxartmaq” olar.

Belə bir əcaib şəraitdəyik. Adamlar başa düşməlidir ki, çağdaş dünyada "millət” anlayışı bizim başa düşdüyümüz anlamda işlədilmir. Millət deyərkən hər hansı dövlətin bütün vətəndaşları nəzərdə tutulur. O cümlədən, "təmiz qan” anlayışı ancaq tibbi baxımdan işlədilər bilər. Yəni, qanda hansısa xəstəlik yoxdursa, damarlar kirəcləşməyibsə və sairə.

Diplomatiyadan, beynəlxalq siyasətdən anlayışı olmayanlar Türkiyə prezidenti Abdulla Gülü tənqid edirlər, deyirlər niyə prezident seçilməsi münasibətiylə Sarkisyana təbrik göndərib. Koçaryanla, Sarkisyanla gülə-gülə görüşüb şəkillər çəkdirən dövlət başçılarının rəhbərliyi altında yaşayanların Abdullah Gülü qınaması növbəti absurddur.

Əslində bu mövqe ilə - Gülün tənqidi ilə - mən də razıyam, ancaq ona görə yox ki, Sarkisyan ermənidir. Ona görə ki, Ermənistanda prezident seçkilərində ciddi saxtakarlıq olub.
Azərbaycan işğal olunub, adamlar evlərindən qovulub. Bu, ədalətsizlikdir. Ədalətsizliyi isə ancaq ədalətlə bərpa eləmək olar, ədalətsizliklə yox. Ədalətsizlik cinayət şəklindədir, cinayətkarın isə, milliyəti olmur. İndi populyar olan "oğru dünyası”na baxın: görün orda müxtəlif millətlər necə "qardaş” kimidir...

Zamin HACI
zaminhaci@gmail.com


Категория: Azərbaycan | Просмотров: 1549 | Добавил: admin | Рейтинг: 4.0/3
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus