Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2013 » Июнь » 29 » Gələcəyin adamı
17:21
Gələcəyin adamı
Əvəz Zeynallinin həbsindən 20 ay ötdü

Dahilərdən biri deyib ki, haqqa pənah ol, anlayan olmasa belə vicdanına hesab verməkdən xilas olarsan. Bu günkü yazım da insanların vicdanları qarşısında nə dərəcədə hesab vermələrinin xatırlatmasıdır.

Bilmirəm, bu qarışıq zəmanədə hamı vicdanı qarşısında yalnız qalıb, ona hesabat verə bilirmi? Bilmirəm, insan VİCDAN ını satanda nə düşünür, sonunu necə görür? Amma çox əminəm ki, vicdanı olan hər kəs, üzdə olmasa da özü-özü ilə tənha qalanda elədikləri haqsızlıqların hesabatını verir. Əgər içində az da olsa, Allah sevgisi varsa...

Bu gün Əvəz Zeynallının həbsindən 20 ay keçir. O hadisə baş verən gün – 2011-ci il oktyabrın 28-də hamı kimi təlaşlanmamışdım, çox qısa bir cümlə işlətmişdim, "necə tutublar, elə də buraxacaqlar...” O zaman buna əmin idim. Əvəz Zeynallını yaxından tanıyan, onun millətinə, xalqına, dövlətinə necə vurğun olduğunu, gecə-gündüz bilmədən bu yolda necə çırpındığının şahidi olaraq demişdim. O zaman təfəkkürümə sığmayan bir həqiqəti müdafiə etmişdim. Belə bir adamı necə tutmaq olar? Ümumiyyətlə, adamı etmədiyi cinayətə görə, necə şərləyib həbs etmək olar?

Hələ mən onu da demirəm ki, "rüşvətxor” və "korrupsioner” axtarışında olan "əməliyyatçılar” necə oldu ki, dələduzluq etdiyi üçün indi tutulan Gülər Əhmədovanın əlinə, "tələb olunan məbləği” verib, Ə.Zeynallının üstünə göndərmədilər? Budur cinayət? Belə cinayət olur? Bir-iki məmurun bu əmələ sövq etdiyi bir dələduz qadın və dəlilsiz-sübutsuz, saxta, qurama cinayət işi.

Buna görə adamı həbs edib, 9 il azadlıqdan məhrum edərlərmi?

Gülər Əhmədovanın aqibəti hamıya dərs olmalıdır

Yeri gəlmişkən, Ə.Zeynallını tutduraraq, "çiyninə bu ağır yükü götürən” (Red- Gülər Əhmədova bu ifadəni 2012-ci il iyulun 2-də Ə.Zeynallının məhkəməsində "üzəduranlıq” edən zaman söyləmişdi) aqibəti bu gün bütün dünyaya bəllidir. Özü qazan quyuya özü necə düşübsə, min bir bəhanəylə oradan çıxa bilmir.

Bu olay cəmiyyətdə belə bir fikir də formalaşıb ki, Ə.Zeynallını hansısa müqəddəslər qoruyur. Bu inancın da qaynağı onunla əlaqələndirilir ki, G.Əhmədovanın gördüyü "işlər”, bir çox məmurlar tərəfindən illərdir həyata keçirilir. O zaman niyə məhz Gülər Əhmədovanın "mandat alveri” videogörüntüləri özəlliklə Ə.Zeynallının məhkəməsinin başa çatmadığı dönəmdə partladı? Niyə məhz əlindəki səlahiyyətlərə güvənərək, Ə.Zeynallını allahsızcasına qaralamağa çalışan Gülər Əhmədovanı özü il başa çatmamış zindana köçdü?

Yadıma düşən bir məqamı da qeyd etmək istəyirəm. Gülər Əhmədova Bakı Ağır Cinayətlər Məhkəməsində qəfəslikdə olan Ə.Zeynallının üzərinə əlindəki yelpiklə və artistcəsinə hücum çəkəndə, Ə.Zeynallı qəfəsliyi ona göstərib, "sən bura gələcəksən!” demişdi. Cəmi bir ay sonra G.Əhmədovanın özünün cinayət əməllərinin üstü açıldı. Cəmi 6-7 ay sonra isə həbs olundu. Budur, İlahi Ədalət. Bilmirəm, indi Gülər Əhmədova zindanda atdığı şər, böhtanlara görə, xəcalət çəkirmi? Vicdanı ilə təkbətək qalanda ona hesabat verirmi? Yəqin ki, vermir. Hələ də kimlərəsə bel bağlayır, azadlığı naminə çabalayır. Bunun üçün insanın  ağlına gəlməyən uydurmlar icad edir.

İndi də bütün mətbuat Gülər Əhmədovanın psixi problemlərindən, ola bilsin ki, bunu səbəb gətirərək, onun həbsdən azad olunmasından yazır. Gülünc bir təzaddır. İnsan ləyaqətini alçaldan bütün vasitələrə əl ataraq, neçə-neçə günahsız insanı həbs etdirib, rahat həyatını sürəndə, görəsən G.Əhmədova özünün bu duruma düşəcəyini düşünmüşdümü?

Gülər Əhmədova hadisəsi tək Ə.Zeynallı üçün deyil, bütün məmləkət üçün dərs olmalıdır. Özünə Allah deyib, dünyanın varidatını tutub duracaqlarına əmin olan, tarixdə özünəbənzərlərin aqibətini saya salmayan, varlığı əynindəki çəkmədən dəyərli olmayan məxluqlar bu hadisədən dərs götürməlidirlər.

Ötən 20 ayda mən Haqqın Ədlətinə inandım. İnandım ki, Allah şər qüvvələri istədiyi vaxt məhv edə bilir. İnandım ki, vicdanı satmaqla, "palaza bürünüb, elnən sürünmək olmaz”. "Atam mənə kor deyib, gəlib-gedəni vur deyib” də demək olmaz.

Hadisələrin gedişini mətbuatdan anbaan izləyən insanlar soruşurlar – psixi problemi olan, özü rüşvət və korrupsiya əməllərində ittiham olunan, üstəlik AR CM-nin 178-ci – DƏLƏDUZLUQ maddəsilə zindana salınan bir adamın iddia və şikayəti, bir gündəlik qəzetin baş redaktorunu həbs etmək üçün necə yetərli ola bilər?

Maraqlı suallardır, deyilmi? Maraqlı və çətin. Əgər hakimlər ədalət naminə azca da olsa, bu məqama önəm versəydilər, o zaman Ə.Zeynallı çoxdan azadlıqda olmalı idi. Nə yazıq ki, bizdə "hüquqi prosedur”lar "torba tikməklə” aparılır. Əvvəlcə adamı tuturlar, sonra ona ittiham yapışdırırlar, daha sonra bir deputatın əli ilə böhtan ərizəsi yazdırırlar. Nəticədə özləri istintaq aparır, özləri məhkəmə şousu qurur, cinayətdən xəbərsiz olan bir adamı cinayətkar adlandırıb 9 il həbsə atdırırlar. Bizdə belə hadisələr artıq adiləşib. Bəlkə də onlar "hüquq şouları” ilə cəmiyyəti əyləndirib, aldatdıqlarını düşünürlər. Cəmiyyət belə manevrlərdən xəbərsiz deyil. Bu cür "təmizləmələrin” də nəyə görə aparıldığını yaxşı bilirlər.

Lənətlənmiş insanlar...

Mən Ə.Zeynallının bütün məhkəmələrində iştirak etdim. Orada rüşvət istəyənlərin, onu heç bir günahı olmadan həbsə atdıranların ünvanına söylədiyi lənətləri də eşitdim. O anlarda nələr yaşadığımı bu kiçik yazıda ifadə edə bilmirəm. Yalnız onu deyə bilərəm ki, bu, bir günahsız  insanın fəryadı idi. "Hüquqi dövlət” anlayışını itirənlərə bir çağırış idi. Ə.Zeynallı hər zaman müstəqil mətbuatın və azad ifadənin mübarizəsini aparıb. İstər azadlıqda, istərsə də həbsdə... Məhkəmə zalında bu mübarizəsini şahidi olan yüzlərlə insan oldu. Görünür ona görə hakimlər ona 9 il susmaq cəzası kəsdilər.

Əvəz Zeynallını 9 il girovluqda saxlamaq niyyəti olanlar, inanıram ki, bir gün dara düşəndə, özlərinə sual verəcəklər, "bu lənətə məndəmi tuş gəldim?”

Nə qədər ki, gec deyil, məmur özbaşınalığını bir kənara qoyub, bu lənətləri Əvəz Zeynallını azad etməklə üstən atmaq vaxtıdır.

Bilmirəm, bəşəriyyət tarixində daha nə qədər belə ədalətsizliklər olub? Bilmirəm, buna imza atan azad mətbuatın qatilləri Əvəz Zeynallını həbs etdirməklə nə qazandılar? Onu da bilmirəm ki, ölü mətbuat Azərbaycanın nəyinə lazımdır? Bunu yəqin onların özləri daha yaxşı bilərlər.

Volter deyib ki, azadlığı və həqiqəti sevməyən insanlar nə zamansa özlərini nəhəng hesab edə bilərlər, amma onlar heç bir zaman dahi olmayacaqlar. Dahi olmaq taleyi yalnız azadlıqsevərlərə məxsusdur. O insanlara ki, həyatı bahasına bu yolda başıdik yeriyir...

"Böyük Gələcəy”in adamı

Əvəz Zeynallı on il yaşadığı, təhsil aldığı, öz gücünə "Böyük Gələcəy”ə yol göstərən bir dərginin təsisçisi olaraq Türkiyədən Azərbaycana müstəqil mətbuatın abu-havasını gətirdi. Onun yazdıqlarını, məqalələrini, hər hansı ölkə əhəmiyyətli hadisələrə verdiyi təhlili hər zaman maraqla oxudum və izlədim. Tənqidlərini düşünərək təhlil etdim. Hər gün intizarla köşklərdən "Xural” aldım. Bu gün bu boşluğu mənim kimi hiss edən insanların sayı yəqin yüzlərlədir. Azərbaycan mətbuatı, cəmiyyəti Əvəz Zeynallı kimi mahir qələm ustadının xiffətini çəkir. Bu boşluğu yalnız və yalnız onun özü doldura bilər. Bunun üçün onun azadlığı can üstündə olan Azərbaycan mətbuatının varlığı naminə lazımdır. Dövlətin bünövrəsini azad cəmiyyət, azad cəmiyyəti isə azad mətbuat formalaşdırır. Ona görə, bu gün Əvəz Zeynallının azadlığa buraxılması çoxlarının vicdan məsələsi olmalıdır.

Deyirlər ki, əgər bir yerdə ki, kiçik insanların kölgəsi böyüyür, o yerdə Günəş batır. Mətbuatda kiçik insanların necə "böyüdüklərini” gördükcə, bu müdrik kəlamı xatırlayıram. "Mətbuata dəstək”, yardım, mükafat adı altında sözünü və vicdanını sataraq kölgəsini böyüdən nə qədər zavallı var. Ə.Zeynallı isə hər zaman kölgəsindən böyük oldu və nə peşəsini, nə də vicdanını heç nəyə satmadı.

İ.S. Yeri gəlmişkən, 2 gün sonra – iyunun 30-da 17-dən 77-yə bütün Azərbaycan xalqı "Sevgililər Günü”nü qeyd edəcək. Bu müqəddəs günün Azərbaycanda bayram edilməsində Ə.Zeynallının misilsiz xidmətləri var. Düz 11 il əvvəl "Tanrı heç bir millətə belə bir gün göndərmədi” dedi. 20 Yanvar şəhidi İlham Allahverdiyevin Vətən yolunda ölümündən sonra, həyat yoldaşı Fərizənin bu yoxluğa tab gətirməyərək, sevgisi naminə həyatını son qoyması, Ə.Zeynallı kimi milli dəyərlərimizə önəm verən bir jurnalistin diqqətindən yayına bilməzdı. İdeya müəllifi kimi, "30 İyun – Sevgililər Günü” tək onu deyil, illər keçdikcə dəyərlərimizə önəm verən millətimizi ruhlandırdı. Bu gün Azərbaycan xalqı "Sevgililər Günü”nü Ə.Zeynallı olmadan qeyd edir. Bəlkə çoxları hələ də bilmirlər ki, millətini və dövlətini bu qədər böyük məhəbbətlə sevən bir insan bu bayramı bu gün barmaqlıqlar arxasında qeyd edir.

Nizami HƏSƏNLİ
 

Категория: İnsan hüquqları | Просмотров: 1570 | Добавил: admin | Рейтинг: 5.0/2
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus