Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2016 » Декабрь » 21 » General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır
20:52
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır

1996-cı il mayın əvvəllərində məni məhkəməyə gətirdilər. Məni avtozakın başqa kamerasına keçirdilər. Bu kameraya keçəndə bu biri kamerada oturan arıq, üz-gözünü tük basmış bir dustaq gördüm. Sifəti olduqca tanış gəlirdi, amma heç cür tanıya bilmirdim. Həm də hisslərim məni aldatmırdı ki, bu adam mənə çox yaxın və çox doğma adamdır. Amma tanımaq mümkün deyildi. Kamerada əyləşəndən sonra uca səslə onun kimliyini soruşdum. O mənə adımla müraciət edərək soruşdu ki, onu tanımadımmı? Mən üzr istəyərək “yox” dedim. Bu zaman o öz adını dedi: - Vahid Musayev! 

Mən elə buradaca kiçik bir ara verib Vahidin qohumlarına, ailə üzvlərinə bir daha başsağlığı verirəm və bildirirəm ki, biz, onun döyüş dostları olaraq Vahidi çox yüksək dəyərləndirir və onunla fəxr edirik. Biz sizin ağrılarınızı bölüşürük və bunu öz ağrılarımız hesab edirik. Mən onun ruhu qarşısında baş əyir və istəyirəm ki, siz də bizim qədər onunla qürur duyasınız. Mən bilirəm ki, siz hansı dəhşətlərdən keçmisiniz. Azərbaycanın minlərlə vətəndaşı bu dəhşətlərin içindən keçib və keçməkdədir. 

Vahid Musayev böyük hərflərlə yazılacaq zabitlərdəndir. Iradəli, ciddi, yüksək savadlı bir Azərbaycan zabiti idi. Bilirsinizmi, Sovet hakimiyyəti illərində bizim ordumuz olmayıb, yüksək səviyyəli peşəkar zabitlərimiz də çox az olub. Amma belələri var idi. Münaqişə başlayanda onlardan bir çoxu Vətənə gələrək müharibəyə qoşuldu. Gənc nəslə nümunə olacaq bu cür zabitlərə böyük ehtiyac vardı. Generallar Vahid Musayev, Hacıkərim Məmmədov, Rafael Əsədov belələrindən idi. Onların hər biri şərəf və şöhrət mücəssəməsi, məğrurluq və əyilməzlik abidəsi idi. Onlardan bəziləri hərbi əməliyyatların gedişi zamanı həlak oldu, bəzilərini isə bu rejim məhv etdi. Tam məsuliyyətlə deyirəm ki, əgər bu gün bu cür generallarımız olsaydı, bu atəşkəs rejimi zamanında minlərlə Azərbaycan əsgəri təsadüfi güllədən, xəstəliklərdən, distrofiyadan ölməzdi. 

Onun danışdıqlarını unutmayın! 

Müharibə illərində ordunun, faktiki olaraq bütün təchizatı general Vahid Musayevin üzərinə düşürdü. Intensiv döyüşlər gedir, qoşunlar bir yerdən başqa yerə atılırdılar və bu ağır şəraitdə bizim ordumuz mümkün olacaq ən yüksək səviyyədə təmin olunurdu. Bütün bunlar Vahid Musayevin çiyinlərində idi və döyüş əməliyyatlarının içində olan bütün komandirlər bunu çox yaxşı bilirlər. Biz hamımız onu çox sevirdik və bilirdik ki, o, Müdafiə Nazirliyində çox az adamlardan biridir ki, onunla bütün problemləri müzakirə etmək olar. O, yalnız təchizat üzrə nazir müavini deyildi, həm də hərb sənətini əla bilən bir general idi. Hər kəs yaxşı bilirdi ki, o, bütün Müdafiə nazirliyinin ağırlığını daşıya biləcək, nazir ola biləcək yeganə adamdır. 1994-cü ilin yayında belə də oldu. Surət Hüseynov Dadaş Rzayevi nazir vəzifəsindən kənarlaşdırıb Vahid Musayevi bu vəzifəyə təyin etdi. Surət bilirdi ki, onsuz indiki zamanda keçinmək mümkün deyil. Amma Musayev bu postda yalnız ikicə gün otura bildi. Heydər Əliyev zəif Surət Hüseynovun mövcudluğunda, onun məğlubiyyətində maraqlı idi. Və Musayev kimi zabitlər olmadan bizim məğlubiyyətimiz labüd idi. Musayevin əvəzinə Səfər Əbiyevi təyin etdilər. Bundan sonra isə bizim çox dəhşətli məğlubiyyətlərimizin seriyası başlandı. Bu barədə bir qədər sonra. 

Indi isə Vahid Musayevlə görüş haqqında. Mən dərhal nəzarətçidən xahiş etdim ki, məni onun yanına keçirsinlər. Vahidin mənə danışdıqlarını heç zaman unutmaram və gənc nəslin, Azərbaycan zabitlərinin də unutmasını istəmərəm. Onun danışdıqları bizim birgə taleyimiz idi, bizim xalqımızın taleyi idi. Mehmandarovları xatırlayırsınızmı? Bilirsinizmi ki, o nəsil hansı aşağılamalara, işgəncələrə məruz qalıb? Bizə deyirdilər ki, bunu ermənilər və bolşeviklər ediblər. Bəs, Vahid Musayevə, Hacıkərim Məmmədova kimlər işgəncə verib, sındırıblar? Yalnız eyni mahiyyətli zümrə millətin bu cür say-seçmə insanlarına qarşı bu işgəncələri rəva görə, tətbiq edə bilər. 

Vahid Musayev uydurma ittihamlarla həbs edilib, sonra sübutların yetərsizliyinə görə azad edilib. Sonra onu yenidən həbs ediblər və sübutları düzəltmək üçün onu yalnız işgəncə əməliyyatlarına məruz qoymayıblar. Onun ağzında bircə dənə də dişi qalmamışdı, hamısını sındırıb tökmüşdülər. General Vahid Musayev tualeti olmayan təcridxanada saxlanılıb. Təbii ehtiyacını rəf etmək üçün ona sellafon paketlər verirmişlər!!! Bu bizim taleyimiz və tariximizdir! Azərbaycanın bu cür ləyaqətli oğullarını xüsusi idarənin o qaranlıq zirzəmilərində və dəhlizlərində sındırmaq, əzmək, heçə endirmək üçün ən müxtəlif eksperimentlərdən və işgəncə fantaziyalarından istifadə ediblər. Buna görə hər kəs cavab verməlidir. Sonra hər halda, Vahid Musayev 1999-cu ilin fevralında həbs edilərək qapalı həbsxanada öldürülüb. Biz Azərbaycanın bu ləyaqətli insanlarının, döyüş dostlarımızın xatirəsini hər zaman qürurla anacağıq.
Bu gün həqiqi qəhrəmanlara abidə qoyulmalıdır. Bizim hamımız mənim yazdığım bu həqiqətləri bilməlidir. Heç kim özünü o yerə qoymasın ki, bu hadisələr barədə eşitməyib, məlumatı yoxdur. Bilin və xatırlayın!.

Bunlar mənim məktublarımın sonuncusu deyil... 

İsa SADIKOV

Polkovnik

Yazı müəllifin facebook səhifəsindən götürülüb 

 

Vahid Abdulla oğlu Musayev  həmyerlimizdir, əslən Masallı rayonun Mahmudavar kəndindəndir, 15 noyabr 1947-ci ildə Bakı şəhərində anadan olub. 1955-ci ildə 176 №-li orta məktəbə getmiş, 1966- cı ildə həmin məktəbi fərqlənmə ilə bitirmişdi. 1966-cı ildə Bakı Dövlət Universitetinin fizika-riyaziyyat fakultəsinə qəbul olub. 1971-ci ilədə fərqlənmə diplomu ilə həmin fakultəni bitirərək zabit kimi Gürcüstanda hərbi xitmətə başlamışdı. Gürcüstanda xidmətdə olarkən hərbi karyerasını davam etdirmək qərarına gəlib. 1978-1981 illərdə Leninqrad Ali Hərbi Akademiyasında təhsil alıb. 1981-1984 Gürcüstan (Axalkalakidə) , 1984-1986 Afrika (Maputu), 1986-1988 Ukrayna (Jitomir), 1988-1990 Ukraynada (Vladimir-Volınskiy) hərbi xidmətdə olmuşdur. Vladimir-Volıniski vilayətindən 1990-cı ildə deputat seçilib. 1992-ci ildən Azərbaycan Müdafiə Nazirliyində hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Müdafiə nazirinin müavini və müdafiə naziri olmuşdur (1994). 8 yanvar 1999-cu ildə Qobustan həbsxanasında təşkil olunmuş qiyam zamanı qətlə yetirilib.

 

 

Категория: Azərbaycan | Просмотров: 3622 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus