Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2011 » Ноябрь » 8 » Həbsxanadan…
16:51
Həbsxanadan…
Dövlət terrorudur, baş verənlər...

Repressiyanın hədəfində artıq kəndim də var


Prezident Administrasiyasının rəhbəri, hörmətli Ramiz Mehdiyev və onun adından mənə qarşı repressiya dalğalarını idarə edən ictimai-siyasi şöbənin müdiri Əli Həsənov (Qaragilə) başlatdıqları repressiyanı «uğurla» davam etdirirlər. Tam da təxmin etdiyim kimi, iş indi deputat-üzəduran Gülər Əhmədovanın dəlilləri olmadığından, yeni «işlər» tapmaqla onu bu işin içindən çıxarmaq prosesi gedir. İndi mənim üzümə duranların sayı bir neçə nəfərə çatdırılıb. Onların arasında Sumqayıt maşın bazarının sahibi Sabir Tarverdiyev, «Kurort» ASC-nin keçmiş direktoru Akif Məmmədovun dəstəsi kimi üzümə durdurulan bir neçə kəndlilərim… Sırada Gəncə şəhər Polis İdarəsinin generalı Rasim Musayev, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev ola bilər. İstintaqın gedişindən onların qoxusu da gəlir. Nə istirahətləri, nə də gecə-gündüzləri var. Qoca bir dövlətin bütün səlahiyyətində olan vasitələr üzərimə yeriyir. Mən, ailəm və nəslim hədəfdədir. Mənə təsir etmək üçün qardaşımı işdən çıxardılar. Bəs etmədi. Sonra dayım oğlu Rəşad Zeynalovu işdən çıxardılar. Ürəkləri soyumadı. Məni biabırçı və qəddarcasına formada həbs etdilər, gözləyirdim ki, artıq dincələrlər. Olmadı. Mətbuatdan oxuyuram ki, «Xural»ın əməkdaşı, həm də xalam oğlu Kamran Zamanlının avtomobilinin üzərinə maşın sürüblər. Kamran cəsur oğlandır, hələ ki, ötüşə bilib. İşin bu çərçivədə qalması da, bunların – Ramiz Mehdiyevin ürəyini soyutmayıb. Kinlərinin və nifrətlərinin hüdudu yoxdur. İndi də kəndlilərimi üzümə qoyurlar. Əvəz Zeynallının özü, ailəsi, nəsli ilə yetişmədilər, indi tarix boyu bir adamın üzə durmadığı bir kənddən olan kimlərisə gətirir və «mən Əvəzə pul verdim» deyə izahat alırlar. Mən üzləşdiyim adamların hamısının zorla gətirildiyini bilirəm və hədə-qorxuya məruz qaldıqlarını müşahidə edirəm.

Məni dinləmək haqqında sanksiya verilib. Məni bir müddət dinləyiblər. Heç bir şey əldə edə bilməyiblər. Sonra həbs ediblər və telefonlarıma əl qoyublar. İndiyə qədər telefonlarım kimlərdədir, bilinmir. Məndə olan məlumatlara görə, həbs olunan gündən indiyədək telefonlarıma zəng çatır.

Əllərinin hər yerdən üzüldüyünü görəndə, mənə zəng edənləri istintaqa cəlb etməyə başlayıblar. Dünya tarixində bu cür dövlət zorunun və dövlət namərdliyinin misli-bərabəri görünməyib. Mənim telefonumda kimlərin zəngi qəbul olunubsa, onları araşdırıb Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırırlar. Kiminin boynuna 100, kiminə 200, kiminə 1000 manat yükləyirlər və mənə pul verdiklərinə dair onlardan zorla ifadə alırlar. İnsanlar hətta nələrin baş verdiyini anlaya bilmirlər.

Məxsusən İctimai Palatanın, Redaktorlar Birliyinin, tərəqqipərvər Azərbaycan cəmiyyətinin avanqard kəsiminin aktiv və ardıcıl müdafiəsindən sonra bunlar lap çılğına dönüblər. Aldatdıqları prezidentlərinin birdən hər şeyi öyrənə biləcəyindən ehtiyatlanırlar. Ona görə bir ailəni, bir nəsli, indi də bir kəndi repressiya dişlərinin arasına veriblər. Cəmi bir müstəqil qəzetin bu boyda dövlət məmurlarını nə günə saldığını görürəm və acı-acı gülürəm. Gülər Əhmədova sevinc və həyəcan içində bəzi həmkarlarıma zəng edərək, qürrələnirmiş: «gördün, nə etdim» deyə. Dəhşətdir. Ölkə bunun «Sevgiladə»liyindən, «üzəduranlığından» danışır, bu qürrələnir. Gör, bu hakimiyyət insanları hansı həddə gətirib. Gülər açıqca deyib ki, daha bir xeyli adam Əvəzin üzünə duracaq və məbləğ 100 min manata çıxacaq. Günlər əvvəl Gülər Əhmədovanın dedikləri bir-bir olur - bal kimi siyasi sifarişdir və bu sifarişin cındırından cin hürkür.

Bir addım da olsun geri çəkilmək düşüncəm yoxdur. Ən azı beş böyük dövlət quruluşu ilə qarşı-qarşıyayam - Prezident Administrasiyası, onun bütün qurumları, Milli Məclis, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq. Sırada Ramil Usubovun ola biləcəyi ehtimalı da var. Çünki bu nazir mənə iş otağında prezidentin əleyhinə yazı yazmamaq müqabilində hər şey - rüşvət təklif edib. Qəbul etmədiyimi bütün Azərbaycan bilir. Ona əsəbləşiblər ki, bəs bu adam pulu haradan alıb, qəzet çıxarır. Bunların məntiqincə, biz bunların icazəsi olmadan nəfəs belə almamalıyıq.

Bir daha deyirəm, bir addım belə geri çəkilmək fikrim yoxdur. Bu dövlətin çarxlarını əllərində tutanlar bunu belə də bilsinlər. Uğrunda canımı qurban verməyə hazır olduğum dövləti mənə kimsə cəhənnəm etməməlidir. Hamısının cavablarını verəcək, hər şeyin hesabını soruşacağam. Hər kəs əmin olsun!

Bir də… Bu çox ağır və şərəfli bir savaşdır. Əsəbləri və iradələri yerində olmayanlar geri çəkilə bilər. Mən tərəqqipərvər Azərbaycan cəmiyyətinin avanqard kəsiminə inanıram.


Əvəz Zeynallı,
05.11.2011,
contact.az
 

Категория: Azərbaycan | Просмотров: 1500 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus