Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2011 » Ноябрь » 19 » Hə, günah prezidentdədir! - Ilham Əliyevdə
13:34
Hə, günah prezidentdədir! - Ilham Əliyevdə
Bu ölkəni tək bir adam idarə edir. 18 ildir ki, belədir. "Tək adam”lıq da nəsildən-nəsilə varisliklə keçib. O zaman bütün baş barmaqların yuxarı istiqamətlənərək göstərdiyi məkanda indi Ilham Əliyevdir və o, özünü Azərbaycanın Tanrısı kimi aparır. Özü bilər, mənim ona deyəcəyim heç nə yoxdur. "Əl-Cəzirə”yə verdiyi uğursuz və bərbad müsahibəyə görə iki yazı yazmışdım, 12 illik ittihamla içəridəyəm. Deməli, yazdıqlarım tam hədəfinə dəyib. Doğru yazılıb. Həqiqətləri ehtiva edib.

Mən hər zaman balığın başdan iyləndiyinə inananlardanam. Azərbaycanda da elədir. Burada da balıq başdan - Prezident Administrasiyasından iylənir. Nə olsun ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevdir, orada Əli Həsənov at oynadır, baş ki Ilham Əliyevdir! Deməli, Ramiz Mehdiyev, Əli Həsənov, başqaları balıq ola bilərlər - uzaq başı. Amma balığın başı Rəbiyyət Aslanovanın qanun çıxarmaq təklifi verdiyi "ümummillinin” oğludur - Ilham Əliyevdir.

Bu ölkə başdan-başa tarana və yalana yurd yeri olub - günah Ilham Əliyevdədir.
Bu ölkə başdan-başa korrupsiya və rüşvət bataqlığında can çəkişir - günah Ilham Əlyievdədir.
Bu ölkəni idarə edənlərin ən önəmli vəzifə kürsülərində əyləşənləri bu millətin övladı deyillər və bu millətin qeyrətli oğullarına düşmən kəsiliblər.

Təxminən 15 gündür ki, həbsxana divarları ilə tanış olmuşam. Vətənin bu divarları da mənim üçün doğmadır və mən özümü bu divarlar arasında da bərxudar hesab edirəm. Bilənlər bilir, azı 8 ildir, hər gün həbsxanaya girəcəyimi deyirəm və bu ölkənin irticaçı qüvvələrinin hədəfində olduğumun fərqindəyəm. Amma burada da nə qədər günahsız insan var, Ilahi! Bunların içəri düşməsində günahkar - Ilham Əliyevdir!
Gözəgörünməz bir əl var ki, bütün məhkəmə hökmlərini maksimum müddətə kəsdirir. Azərbaycan məhkəmələrində aşağı hədd yoxdur. Hakimlər qanqster kimi ən yuxarı həddlə bu millətin ən perspektivli oğullarını 10-11-12-15 illik gedərgəlməzə göndərirlər. 40 manata görə 9 il, bir 10 manatlıq kontura görə 10 il iş alanlar var; Azərbaycan ordusunun dəmir yumruqlu "kadrovik” zabitləri və daha kimlər var burda. Bu, bir soyqırımdır - bu soyqırımın günahkarı Ilham Əlyievdir.

Elə ona görə "Xural”ın bütün əmlakını müsadirə edəndən sonrakı hələlik son və şahanə nömrəmizdə əziz Ilham Əliyevə həbsimə səbəb olacaq dərəcədə sərt yazmışdım: "Azərbaycan sənə qalib gələcək, Ilham Əliyev!

***

Atam dünyasını dəyişəndə ona "Günahkar adam öldü!” yazmışdım. Indi Anam "Azadlıq” qəzetinin 12.11.2011-ci il tarixli sayının 10-cu səhifəsində o yazıma istinad edərək, "Mənəm günahkar” yazıb. Mənim Anam mütəvazi duyğularımı, həm də özümə istinad edərək, məni təmiz, vətənpərvər və halal böyütdüyü üçün özünü günahkar sayıb. Xeyr! Heç bir Ana, heç bir Ata Vətənə yaxşı və namuslu oğul böyütdüyü üçün özünü günahkar bilə bilməz! Günahkar bu cənnətməkan ölkəni bizə dar edən, azad sözə və müstəqil qəzetə qənim kəsilən bu hakimiyyətdir, bu balıqdır - bu balığın başıdır!

Mənim Atam, mənim Anam - Anamız, Atamız bizi rüşvətxor və talançı, yaltaq və yalançı böyütmədikləri üçün günahkar ola bilməzlər. Xeyir uduzmaz, Xeyir uduzdurula bilər. Amma zor olduğu üçün o uduzmaq, ya da uduzdurulmaq halal deyil. Döyüşün də, savaşın da, güc tətbiq etməyin də əsası, qaydası və norması olmalıdır. Normadan çıxanda Azərbaycan olur və ağız deyəni qulaq eşitmir. Şər başa çıxır, taxt qurur, hakim kəsilir, deputat təyin edilir.

***

Rafiq Əliyevin işdən çıxarılması biabırçılığın növbəti həddidir. Yaxşıdır, vallah, azad söz deyəni susdur, mövqe ifadə edən ziyalını işdən çıxar, haqqı müdafiə edən vəkilə töhmət elan et, ya da vəkillikdən uzaqlaşdır. Ölkədə total repressiya havası yaradılır və bu havanın içində hədəflər bir-bir sıradan çıxarılır. Rafiq Əliyev də azad sözün, fikrini müstəqil ifadə etməyin qurbanıdır və təklif edirəm ki, Redaktorlar Birliyi Rafiq Əliyevin işdən çıxarılması və Aslan Ismayılova töhmət verilməsi məsələsini, eyni zamanda, gündəlikdə dayanan "Azərbaycanda mətbəələr problemi”ni müzakirə etsin. Ümumiyyətlə, Redaktorlar Birliyinin iclaslarının hər həftə keçirilməsi aktualdır. Hakimiyyət, görünür, Redaktorlar Birliyinin gücündən, azad mətbuatın fəallaşmasından qorxur və çıxardığı rəzalətin bir səbəbi də elə budur.


Əvəz ZEYNALLI,
"Xural" qəzetinin baş redaktoru,
Bakı, həbsxana


 

Категория: Azərbaycan | Просмотров: 1478 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus