Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2012 » Февраль » 16 » Rusiyaya 20 günlük səfərim
23:07
Rusiyaya 20 günlük səfərim
Yaxud, bəzilərinin bəyənmədiyi Rusiya hökumətinin öz ərazisində yaşayan XANTI-MANSI tayfasına göstərdiyi qayğı Azərbaycan hakimiyyətinin öz köklü xalqlara göstərdiyi münasibətdən hansı parametrlərlə fərqlənir?

Tükənməyən təsuratlar

"Rusiyaya iyirmi günlük səfərim” və "Biz müstəqilikmi?" başlıqlı yazılarım Rusiya Federasiyasının XANTI-MANTİYSKİ Federal Dairəsinin tərkibinə daxil olan Nijnevartovsk şəhərində olduğum iyirmi günlük təsuratlarımdan bəhs edir. Lakin bu hələ hamısı deyil...

Rusiyadan qayıtdıqdan sonra dərd-sərimi sosial şəbəkədəki dostlarımla bölüşürəm. Düşündürücü suallar çox olsa da, dərdlərimizi bölüşməyə kəndimizdə düşünən ziyalı təbəqəsi tapmaq artıq müşkülə çevrilib. Əgər xatırlayırsınızsa, kəndlərimizin sosial-iqtisadi məcburiyyətlər ucbatından boşalıb, deportasiyaya məruz qalmasından yazmışdıq. Əlbəttə bəzi insanlar bu fikirlərimi təkrarçılıq kimi qəbul etsələr də, biz talışlara qarşı Azərbaycan hakimiyyətinin yanlış, xoşagəlməz siyasətindən vaxtaşırı yazmağı, özümün ən azından Allah qarşısında insanlıq borcum bilirəm.

"Allah-talah insanı "faili muxtar” yaratmaqla onları qəbilələrə, tayfalara, millətlərə bölmüş, hər millətə dil, yaşamağa məkan və bir çox hüquqlar vermişdir", - deyirlər. Bəli, dünyanın mizan-tərəzisini də məhz Allahın yaratdığı şeytan xislətli insanlar pozurlar. Gözümüzün önündə ölkəmizdə baş verən hadisələr, özbaşınalıqlar, rüşvətxorluq və korrupsiya, insan haqlarının kobud şəkildə pozulması, narkotik alveri, insan alveri kimi bir çox insanlığa zidd, xalqın genefondunu bilərəkdən məhvə sürükləyən amillər günümüzün reallıqlarına çevrilmişdir. Bütün bunlar azmış kimi, biz talışlara qarşı hakimiyyətın ögey münasibəti açıq-aşkar görünməkdədir.

AR-da köklü xalqların fəlakəti


Problemlərimizdən yazan ziyalılarımız təqib, təhqir, həbs hətta ölümlə də üzbəüz olurlar. Talışlar, işsizlikdən, yarıtmaz səhiyyə xidmətindən, aşağı səviyyəli təhsil sistemindən, yaşayış minimumun dözülməz həddə olması ucbatından doğma yurd-yuvalarını tərk edib, RF-nın şəhərlərinə köçmək məcburiyyətində qalırlar. Gənc oğlanlarımız əsgəri xidmətini çox boyük zülümlə başa vurduqdan sonra, rüşvət verib, hərbi uçota durur, şəxsiyyət vəsiqəsini və xarici pasportunu rüşvətlə alıb, necə deyərlər, dabanlarına tüpürüb, "asta qaçan namərddir” deyib, bu ölkədən tərkivətən olmağa üstünlük verirlər. Cavan xanım-xatun qızlarımız ömür-gün tale bəxtini gözləməklə baş ağardıb, "Rəşidələrə” çevrilirlər.

Beləliklə xalqımızın genefondu hakimiyyətin məkirli, böyük türk millətçi-şovinist siyasətinin qurbanlığı olmaqda davam edir.

Talışlar Azərbaycanın köklü xalqı olaraq, ölkənin ictimai-siyasi və müdafiə sahəsində fəallıq etsələr də, bütün sahələrdə oldufu kimi, hakimiyyət-müxalifətdə də özlərinə qarşı həmişə ögey münasibət görürlər. Millətçi-şovinizm siyasəti hakimiyyətdə olduğu kimi, müxalifət düşərgəsində də çox iyrənc formada özünü büruzə verməkdədir. Talış xalqının nümayəndələrindən Respublikanın baş vəzifələrində heç kimin təmsil olunmadığı kimi, müxalif düşərgədə də anoloji vəziyyətdir. "Hakimiyyətli-müxalifətin” beynəlxalq təşkilatların gözünə kül üfürdüyü kimi qurduğu "İctimai Palata” deyilən bu süni qurumun koordinasiya şurasında da talışlardan nümayəndə seçilməməsi heç də təəccüblü olmadı. Artıq qulaqlarımız "Türkün türkdən başqa dostu yoxdur” sözünü eşitməkdən mazol olub. Bu zavallı miskinlərə heç kim demir ki, ay qardaş, de görüm, şərqdə ilk demokratik cümhuriyyət quran M.Ə. Rəsulzadə milliyyətcə TAT olsa da Azərbaycanın əbədi yaşaması, milli qardaşlıq naminə özünə TÜRK deyib. Onun davamçısı olan, Ə.Ə.Elçibəy zatən seyid (ərəb) olmağa baxmayaraq o da özünə TÜRK deyirdi. Bəs buna nə deyirsiniz? Mənə aydın olmayan məsələ budur ki, bu ifrat türkçü-şovinizm siyasəti görən hardan qaynaqlanır? Bu sualın açıq qalacağına məndə heç bir şübhə yoxdur.

Kimlər Azərbaycanın varlığına balta çalır?

Amma bunu da bəyan edirəm ki, anoloji siyasət, Azərbaycanın varlığını sual altına almaqdadır. Qeyd etdiyim və mövzuya aid olmayan digər səbəblər ucbatındandır ki, beynəlxalq təşkilatlarda Azərbaycanı təmsil edən nümayəndələrə, eləcə də ölkəmizə qarşı dodaq büzülüb, isteza ilə yanaşılmaqla heç bir problemlərimiz ciddi qəbul olunmur, heç olunmayacaq da. Burda bir real haşiyəyə ehtiyac duydum. Heç kimə sirr deyil ki, ruslar Almaniyaya istirahətə gedəndə almanlar onlara isteza ilə baxıb, bəyənmədən onları "şvayn” yəni donuz adlandırırlar. Biz qafqazlılara isə ruslar "çyorno jo.....y” və "çurki” deyirlər. Məsələyə tarixi baxımdan yanaşanlar bəzən hallara haq qazandırırlar. Amma bu kiçik, çoxmillətli Vətənimizdə bir əsrdə dörd dəfə vətənini satanların köklü, azsaylı millətlərə qarşı bu cür mənfi münasibətini, köklü xalqların ən elementar milli hüquqlarından belə məhrum olması heç anlamaq olmur. Şübhə yoxdur ki, bu cür yanlış siyasət yürüdənlər Azərbaycanın müstəqil dövlət kimi yaşamasına xələl gətirərək onu uçuruma sürükləyirlər.

Hörmətli oxucular, hesab etməyin ki, yazının linqində qeyd etdiyim Xantı-Mansı milləti barədə fikirlərimi unudub, yalnız öz problemlərimizi önə çəkdim. Heç də belə deyil, sadəcə müqayisəli olaraq əvvəlcə özümüzdən söz açdım ki, bir kimsədə şübhə yeri qalmasın.

Xantı-Mansı Muxtar Vilayəti

Bildiyiniz kimi Rusiya Federasiyası Dövlətinin inzibati ərazi vahidi çox nəhəng bir sahəni əhatə edir. Şimal əraziləri əvvəllər tamamilə unudulmuş bir məkan olub. Ölkənin Şimalında həddindən artıq soyuq hava iqlimi, oksigenin otuz faiz çatışmadığı, ərazinin çox hissəsinin bataqlıq və meşə zolağı ilə əhatə olunsa da, ucsuz bucaqsız səhrası da insanın diqqətini sonu görünməyən, duman içinə çəkir. Bu da ondan irəli gəlir ki, bu soyuqlu-dumanlı sonsuzluqda insan nəfəsinin hərarəti duyulur. Buralarda mənfi altımış dərəcə soyuqda tarixlər boyu məskən salan çox maraqlı bir bir xalq mövcuddur. Bu insanlara baxanda adamı heyrət və təəccüb bürüyür. Onların heyrətli olması bundadır ki, zahirən çox gözəl, arıq, boyu bir metrdən hündür olmayan insanlardır. Demək olar ki, onlar digər xalqların on-on iki yaşlı uşaqlarına bənzəyirlər. Onlar bir tayfa olaraq, qəbilə halında, bir yerdə qidalanır, hər nəsil bir çadırda yaşamaqla birgə ömür sürürlər. Bu tayfanın adı XANTI-MANSI adlanır.

Şimal torpaqları onların doğma mülkləri olduğundan, o soyuq, bataqlıqlar əhatəsində yaşamaqdan da zövq alırlar. Rusiya hökuməti arxioloji kəşfiyyat işləri aparıb, məlum olur ki, o ərazilərdə zəngin NEFT ehtiyyatları mövcuddur. Bu səbəbdən, hökumət orda qazıntı işləri aparmağa start verib. İşçi axını artdıqca, evlər tikilir, şəhər salınır, sözügedən bölgə bu tayfanın adı ilə bağlı, Xantı-Mansı Muxtar Vilayəti.

Xantı-Mansı tayfasının həyat tərzi

Bu qeyri-adi, maraqlı tayfa, digər insanlarla çox müstəsna hallarda ünsiyyət qururlar. Qəribə dilləri olmaqla, öz ana dillərində mahnı oxuyur, toy şənliyi də keçirirlər. Təzə evlənən gənc ailəyə maral dərisindən tikdikləri çadırdan pay verirlər.

O soyuq buzlaqlarda bu millət, maral dərisindən tikdikləri çadırlarda yaşamağa üstünlük verirlər. Mabədi olaraq, bizim talış gənclərindən onlara yaxın isti münasibət bəsləməklə onlarla dostluq əlaqəsi quranlar da var.

Əslən Masallı rayonunun Sığdaşd kəndindən olan Balaş Cəfərovun onlarla çox mehriban dostluq əlaqəsi qurmasına bütün şəhər əhli heyran qalıb.

Bu barədə uzun-uzadı yazıb, sizi yormaq istəmirəm. Bəzi əsas məqamları diqqətinizə çatdırmaqla, bildirirəm ki, biz insanların ulu əcdadı ADƏM (ə) peyqəmbər olmasına heç kimdə şübhə olmasın. Biz insanıq, gəlin insan kimi yaşayaq, bir-birimizi sevərək ömür sürək. Çünki ALLAH da insanı sevir. Gəlin insani sevgimizi öz aramızda paylaşaq.

Xantı-Mansı tayfasının məşğulluğu


Bu tayfanın əsas qazanc mənbəyi heyvandarlıq təsərrüfatıdır. Onlar çoxlu sayda Maral saxlayırlar. Maralların sayından da çox it saxlayırlar. Onların məkanına təkbaşına getmək qeyri mümkündür, itlər adamı paran-parça etməsində şübhə yeri də yoxdur.

Həftənin bazar günləri maral kəsib, ətini şəhərə gətirib, satandan sonra bazarlıqların edib, mahnı oxuya-oxuya şəhərdən çıxıb, məkanlarına gedirlər. Onların şəhərə gəlişi uşaqları daha çox sevindirir. Uşaqlar özləri boyda bığlı-saqqallı, gözəl-göyçək adamları görəndə, heyrətlərini də gizlədə bilmirlər. Çoxlu sayda saxladıqları itləri xizəklərə bağlayıb, nəqliyyat vasitəsi kimi, həm də özlərinin və marallarının mühafizəsi məqsədilə istifadə edirlər.

Xantı-Mansı tayfası və Rusiya hökuməti


Rusiya hökuməti bu tayfanın adı ilə bağlı böyük bir Muxtar Vilayət yaratmaqla onlara yüksək imtiyazlar da təyin etmişdir. Bu insanlar Rusiya hökumətinin heç bir işinə qarışmırlar. Onlar hökumətin pasportunu da daşımamaqla heç vətəndaşlıqları da yoxdur. Amma iş burasındadır ki, hökumət onların hər birini mənzillə, istədikləri imtiyazları da verməklə növbədən kənar maşın da pulsuz verir. İstədikləri paltarı da istənilən dükandan pulsuz götürürlər. Dərman və dərman pereparatlarını da pulsuz alırlar. Hökumətin xüsusi qərarı ilə kim onlarla ailə qurursa, həmin ailəyə də eyni imtiyazlar şamil olunur. Onlara şəhərdə verilən mənzillərdə bütün lazım olan ev əşyaları olsa da, nədənsə bu insanlar o evlərdə yaşamaqdan imtina edir, özlərinin uzaq məkanlarında əlləri ilə maral dərisindən tikdikləri çadırlarda yaşamağa üstünlük verirlər.

Kriminallaşmış Azərbaycan hakimiyyətindən fərqli olaraq, onların yeni doğulan uşaqlarına da hər cür imtiyazlar,  hətta Rusiya vətəndaşları ilə müqayisədə belə bir sıra üstünlüklər verilmişdir.

Xantı-Mansılar kəsdikləri maral ətini, ovladıqları balığı çiy yeyərlər. Bəlkə bu səbəbdəndir ki, onların ömrü çox qısadır. Otuz beş-qırx yaşlarına çatanda həyatla vidalaşırlar. Ona görə də Rusiya hökuməti bütün vasitələrdən istifadə edir ki, bu millətin kökü kəsilməsin.

Yeri gəlmişkən, həmyerlimiz Balaş Cəfərovun dostları şəhərə bazarlığa gələndə, onun maral ət payını da gətirər, bişmiş yeməyindən dadar, geri gayıdarlar. Demək olar ki, bir çoxları tədricən ətin
bişmiş formada yeməsinə üstünlük verməyə başlayıb.

Məsələnin maraqlı tərəflərdən biri isə ortada əlacsız qalan Azərbaycandan gedən bəzi gənclər bir tərəfdən Rusiya vətəndaşlığını almaq, digər tərəfdən yerli xalqa verilən imtiyazlardan bəhrələnmək üçün onların qızları ilə nigah bağlayıb, ailə həyatı qururlar.


Mətləb DADAŞOV,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
Bakı-Xantı-Mansiyski-Bakı
16.02.2013-cü il


 

Категория: Azərbaycan | Просмотров: 2076 | Добавил: admin | Рейтинг: 5.0/8
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus