Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Azərbaycan prezidenti administrasiyasının başçısı niyə ölkənin köklü xalqlarını dəfn etmək istəyir?
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
Новрузали Мамедов
Talış batalyonları Qarabağ müharibəsində (Sənədli kadrlar internetdə)

Statistika

Главная » 2013 » Январь » 16 » Həqiqətə məhkəmə varmı?
15:24
Həqiqətə məhkəmə varmı?
Yaxud 80-cı illərin axırlarından vüsət alan Ümumxalq azadlıq hərəkatının önündə gedən, Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda Qarabağ savaşında fədakarlıqla vuruşan Talış millətinə "separatçı”, "casusluq”, "Vətənə xəyanət” kimi heç bir hüquqi əsası olmayan damğaların vurulmasında məqsəd nədir?

Əlbəttə ki, bu kimi çoxlu sayda sualların meydana çıxmasına baxmayaraq, yazının linqini nəzərə alıb, fikrlərrimi bir qədər qısaldaraq yazmağın zorundayam.

Açıqca deməliyəm ki, "Topxana” məsələsindən sonra ilk olaraq Talışlar etiraz səsini ucaltmaqla, ölkədə yaşayan 23 adda bütün millətlər bir yumruq kimi birləşib "Meydan” hərəkatına başladılar. Azadlıq meydanını insan axını ilə dolmuş görən müxtəlif təbəqəli "liderlər” xalqın qabağında peyda oldular. Xalqın önündə ilk olaraq, talış şairi Əli Nasir "Ey Ana Vətən” marşını Xalqla birgə xorla oxudu. Ardıyca Nemət Pənahlı, digər ziyalılar və rayonlardan olan liderlər Meydana stimul verdilər...

Elçibəy xalqın qabağına çıxan kimi ilk şuarı "Türkün-türkdən başqa dostu yoxdur”, "Türkləşmək” tezisləri ilə başladı. İki gün davam edən Ümumxalq hərəkatının adını dəyişib, "Milli azadlıq hərəkatı” kimi elan edildi. AXC yaradıldı, Elçibəy sədr seçildi. AXC nizamnaməsini Zərdüşt Əlizadə yazıb hazırladı. AXC İH-nin tərkibinə regionların liderləri seçilməklə, Ələkrəm Hümmətov da həmin tərkibdə oldu. Elçibəyin pantürkçü-şovinist siyasət aparmasına görə, əyalətlərdən olan nümayəndələr bir-bir istefa verib, AXC İH-dən uzaqlaşdılar...

Digər tərəfdən də Ermənilərin Qarabağ bölgəsində yaşayış məntəqələrini atəşə tutması da ara vermirdi...

Əlbəttə bu barədə çox yazılsa da düşündürücü əsas məsələlərdən biri də bu idi ki, Talışlar könüllü şəkildə Qarabağ savaşına gedib, mərdliklə vuruşmaqla Talış bölgəsində ictimai-siyasi sabitliyi də idarə edirdilər.

Ə.Hümmətov danışıqlar yolu ilə regionda dislokasiya olunmuş Rusiya hərbi hissələrindən külli miqdarda silah, sursat, texnika alaraq Qarabağa istiqamətləndirirdi. Lənkəran batalyonun şücaəti barədə yəqin ki, hamı məlumatlıdır, bu barədə heç nə demirəm. Bu ayrı söhbətin mövzusudur.

Elçibəyin yürütdüyü ifrat millətçilik siyasəti vüsət aldıqca, talışlara eləcə də digər köklü xalqlara qarşı münasibət günü-gündən xoşagəlməz hal alırdı. Bu mənfi milli yanaşma demək olar ki, bütün yerlərdə özünü göstərirdi. Xüsusilə də AXC rayon şöbələrində parçalanma qarşısıalınmaz həddə çatırdı. Bu səbəbdən çoxlu sayda talışlar AXC sıralarından uzaqlaşmağa başladılar. Məlum məsələdir ki, hakimiyyət də daxildən öz "işini” görürdü.

Təbii hal olaraq, rəhbərlik milli azadlıq siyasəti ilə çıxış edərək, talış, Ləzgi də qeyrisi də öz milli maraqlarını dilə gətirməyə başladıqda, məsələ mürəkkəbləşməyə başladı....

Talışlar da Konstitutsiya çərçivəsində Mədəni Muxtariyyət istədikdə, liderləri hədəfə alındı! Maraqlıdır ki, Azərbaycanın müstəqilliyinin ilk illərində qoyulan belə milli siyasət hakimiyyət dəyişikliyindən sonra daha qatı şəkildə davam etmişdir. "Tolışi Sədo” qəzetinin Baş redaktoru, professor Novruzəli Məmmədovun həbs edilməsi, iki oğlunun və özünün hakimiyyət tərəfindən qətlə yetirilməsi, 75-yaşlı arvadının tənha qalıb, tərkivətən edilərək BMT-nin himayəsi ilə xaricdə yaşaması barədə yəqin ki, hamı məlumatlıdır.

Bir neçə kəlmə də 1992-ci il Elçibəy hanimiyyəti barədə demək yerinə düşərdi.

.... Elçibəy hakimiyyətə gələn kimi vaxtı ilə siyasi baxışlarına görə həbs olunduğu zaman həbsxanada Astaralı Dədə ləqəbli talışla kritik şəxsi münasibətləri üzündən, ondan qisas almaq qərarına gəlmişdi. Sabiq DİN-i İskəndər Həmidova əmr verib, qoşun hissələri ilə Astarada yaşayan Dədənin evinə hücum təşkil etdi. Dədənin evi mühasirəyə alındıqdan sonra qumbara atanlarla evi atəşə tutub, yerlə yeksan edildi. Evin içində iki İran vətəndaşı olmaqla azyaşlı bir uğaq da küllələnib məhv etdi. Həmin vaxtda isə Astaranın igid oğulları Qarabağda, eləcə də İsgəndər Həmidovun doğulduğu Kəlbəcəri Erməni qəsbkarlarından müdafiə edirdilər. Astara əməliyyatını "uğurla” başa çatdırandan sonra qoşun hissələri Lənkəran, Masallı və Cəlilabada yönəldildi. Bu rayonlarda maddi imkanı yaxşı olan insanların eviləri qarət edildi, üz qoyuldu paytaxt Bakıya tərəf. Bu "varvar” olaylar barədə ölkə mətbuatı bu günə kimi bir kəlmə də yazmadı.

Heydər Əliyevin Moskvadan Naxçıvana gəlişi


"Evsiz-eşiksiz, lüm-lüt, ətüryan, hətta üstündə ucuzluq mobil telefonu da olmayan Heydər Əliyev Naxçıvanda yaşayan bacısının evinə pənah gətirdi" (?).

Heç bir hüquqi səlahiyyəti olmayan "ulu öndəri” bu günkü Naxçıvan əhli təm-təraqla, alqışlarla... qarşıladıqdan sonra yavaş-yavaş ölkənin də ab-havası dumanlıqla dəyişməyə başladı.

Heydər Əliyev Azərbaycanın qanuni hakimiyyətini saymadan İran, Türkiyə, Ermənistan və Rusiyanın rəsmi dairələri ilə separat danışıqlar apararaq "işlər” qurmağa başladı....

Və çox keçmədən, OMON-çuların müşaiyyəti ilə Bakıya gətirildi, MM-in sədri seçildi....

Tezlikə Heydər Əliyev Talış bölgəsinə "diqqət edərək” Ələkram Hümmətovla danışıqlara başladı. Söhbətin mövzusundan xəbərsiz olsam da nəticəsilə tanışam. Danışıqlarda iştirak edənlərin çoxu sonda "sudan quru çıxdı”, amma Ə.Hümmətovun timsalında bütün talışlara "separatçı” damğası vuruldu.

Üstündən uzun müddət keçməsinə baxmayaraq, Talış bölgəsinin ziyalıları bu şouğərib, Heydərizmin icad etdiyi "separatçı” damğasını heç cürə üstündən götürə bilmir. Baxmayaraq ki, talışlar qeyri milli azlıqlardan fərqli olmayaraq, ölkənin bütün sahələrində dövlətə və ölkənin ümumi mənafeyinə canla-başla xidmət etməkdədirlər.

Bu xidmətlərin müqabilində isə yenə talış ziyalıları təqib, təhqir və həbs də olunurlar. Ötən il N.Məmmədovun təsis etdiyi, "Tolışi Sədo” qəzetinin (ikinci) Baş redaktoru Hilal Məmmədov qurama ittihamlarla həbs edildi. O, həm də Novruzəli Məmmədovun hüquqlarını müdafiə edirdi, onun türmədə işgəncə ilə öldürülməsini KİV-də işıqlandırmışdı, bu cinayəti Beynəlxalq səviyyəyə çıxartmağa müvəffəq olmuşdu. Onun həbsinin heç bir əsası olmadığından, Novruzəli Məmmədova tətbiq edilən saxta ittihamnaməni olduğu kimi, yalnız adını dəyişməklə Hilal Məmmədovun ünvanına kopyalayıblar.

Talışlara qarşı bütün bu basqılar azmış kimi, bəzi cızmaqaraçı pantürkçü-şovinist jurnalistlər, internet sosial şəbəkədə özlərini Türk millətinin nümayəndəsi kimi qələmə verən, əslində milli kimliyi heç bəlli olmayan şəxslər də vardır ki, talışları əsassız olaraq söyüb, təhqir etməkdən də çəkinmirlər. Baxmayaraq ki, layiqli cavabların da alır və alacaqlar da...

Fakt olaraq, bir müddət pia.az, tia.az... kimi saytlar, "Təzadlar” qəzeti, və xüsusən onun Elnur Eltürk adlı müxbiri, sapı özümüzdən olan Vüqar Bəyturan adlı birisi, qəzetin baş redaktoru Asif Mərzili, "Olaylar” in baş redaktoru Yunus Oğuz (siyahını uzatmaq da olar) əsassız olaraq talışların təhqir edilməsində mühüm "rol" oynamışdılar. Bir qismi isə cavabları lazımınca veriləndən sonra lal oldu.

Məni düşündürən məsələlərdən biri də budur ki, demokratiyadan, insan haqlarından pafosla danışan müxalifət partiya rəhbərləri nədənsə talışların hüquqlarına gəlincə, ağızlarına sanki su alıb, susmağa üstünlük verirlər. Müxalif yönümlü mətbu orqanlarının da eyni mövqe sərgiləməsi çox təəccüb və təəssüf doğurur.

Uzun illərdir ki, müxalifət hakimiyyətə kəlmək arzusunu bəyan etməsini eşidirik. Amma heç bir partiya ölkədə yaşayan köklü xalqların varlığı, onların problemlərinin həllinin yollarınə, Qarabağ və ətraf rayonların işğaldan necə azad edilməsi ilə bağlı məntiqli bir konsepsiyaya malik deyillər.

Baxmayaraq ki, bütün müxalifət partiya rəhbərləri 2013-cü ildə keçiriləcək prezident seçkisində prezident olmağa iddialıdırlar.

Siyasi partiyaların rəhbərlərinin daxili yığıncaqlarında yalnız türkçülükdən, millətçilikdən danışmaları, mitinqlərə çağırışlarında isə "Xalq" yada düşməsi düşünməyə əsas verir. Ümumazərbaycan xalqının gücünə ehtiyacı olan siyasi lider, məncə rəsmən bəyan etməlidir ki, hakimiyyətə gəldiyi təqdirdə, konkret olaraq, köklü xalqlar üçün hansı işlər görəcək, hansı problemlərin həllinə səy göstərəcək...

Guman etmirəm ki, bu dəfə də xalqı aldatmaq mümkün olsun.

İlk addımda Azərbaycan Xalqı aldadıldı. Tarixi "ÜMUMXALQ HƏRƏKATININ” adını dəyişib, "Milli Azadlıq Hərəkatı” qoymaq olayı qurquşunu əridib, köklü xalqların boğazına tökmək kimi bir şey idi. Necə ki, Talış zonasının adını əcaibcəsinə dəyişib, "Cənub zonası” etdilər. Bu səbəbdəndir ki, 23 millətin nümayəndələrindən; Tərəkəmə, Padar, Ayrım (Türk soylu) ortada təklənmiş halda qalıb, heç nəyə də nail ola bilmir. Şeyx Şamil 26 ilə yaxın bir müddətdə Türklərin yolunu gözlədiyi kimi Azərbaycan da eynən, qardaş deyə 20 ildir ki, Osmanlı Türklərin yolunu gözləməkdədir.

İnternet sosial şəbəkələrdə bəziləri hakimiyyətə gələndən sonra hətta qeyri türkü amansızlıqla məhv etdiklərini yazmaqdan da çəkinmir. Belə olan halda, köklü xalqların ümumilikdə bu irtica rejimin zülmünə dözüb, susmağa üstünlük verməsi də anlaşılandır.

Bir sözlə, müxalifət yalnız Azərbaycan xalqının gücünə arxalanıb, daxili-milli siyasətində çox ciddi dəyişikliklə çıxış etməzsə, heç bir köklü dəyişiklikdən söhbət gedə bilməz !

Siyasi hakimiyyətə gəlmək, ümumi xalqın gücünə ehtiyaclı olan partiyalar uzun illər ərzində Talışları təhqirlərə, təqiblərə, təhdidlərə, həbslərə məruz qalmalarına görə üzür istəməsələr, talışların da bütün proseslərdə laqeydlik nümayiş etmələri təbii hal kimi qəbul edilməlidir.

Baxın, bu münasibətdən sonra hansı axmaq öz cibinin xərci ilə Bakıya mitinqə gedib, özünü luzumsuz yerə şül-küt etdirər. Cənablar, bu barədə heç düşünürsünüzmü?


Mətləb Dadaşov
AJB-nin üzvü
16 yanvar 2013-cü il.
metleb.dadasov@mail.ru
Категория: Azərbaycan | Просмотров: 2089 | Добавил: admin | Рейтинг: 4.7/15
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus 
MTN-nin bir ailənin başına gətirdiyi faciə 
Журналист Гилал Мамедов пожаловался на давление со стороны полиции Баку 
Hilal Məmmədov Nizami polisində təzyiqlərə məruz qaldığını bildirib 
Rövşən Canıyevin ölümü və referendum oyunları 
Davam etməkdə olan faciələrimizin sirri nədir? 
Məhv olan Talış toplumu və dili – Mədəniyyətimizi necə qoruyaq? 
Masallıda zülüm ərşə dirənib 
Veri kəndi ətrafında minlərlə nadir növlü ağaclar qırılır