Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2012 » Ноябрь » 23 » "Hakimiyyət bizə çatan inqilab küləyini hiss etmir"
13:52
"Hakimiyyət bizə çatan inqilab küləyini hiss etmir"
"Gülər ağzını açsaydı, bir çox ağızlar bağlanacaqdı"

Eldəniz Quliyev: «Azərbaycanda mütəşəkkil cinayətlə məşğul olan legitim qurumlar var»


Bu günlərdə yeni təşkilat, Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyi təsis edilib. Artıq hakimiyyətə yaxınlığı ilə seçilən mətbu orqanlarda bu qurumun separatçı meyilli olması ilə bağlı iddialar irəli sürülür. Təşkilatın yaranması səbəbləri və gündəmin başqa aktual mövzuları ilə bağlı qurumun təsisçisi, Ziyalılar Hərəkatının sədri, yazıçı, ssenarist və kinorejissor Eldəniz Quliyevlə söhbət etdik.

- Təsisçisi olduğunuz təşkilat hansı zərurətdən yaranıb?


- Azərbaycanda kifayət qədər problemlər var. Desək ki, Azərbaycan problemlər ölkəsidir, yanılmarıq. Üstəlik, milli-mənəvi dəyərlər aşınmaya uğrayır. Bu mənada mən bir çox insanların hüquqlarının müdafiəsinə qoşulmuşam. Son zamanlar film çəkilişlərində bir neçə dəfə cənub bölgəsində oldum. Orda həm dostlarımın vasitəsilə, həm də özüm çoxlu problemlərin olduğunu gördüm. Talışlar bir etnos kimi xırda-xırda təşkilatlara bölünüb. Onlara təklif etdim ki, gəlin bir təşkilat yaradın, Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyi. O bölgədən olan ziyalılar, alimlər, din xadimləri ilə görüşlər keçirdik və belə bir təşkilatın yaranmasının zərurətini ortaya qoyduq. Çünki onların öz hüquqları müdafiə etmək üçün təşkilatlanma olsa, daha yaxşıdır. Söylədiyi sözə görə, bəlkə də talış olduğuna görə Hilal Məmmədov həbs olunub. Ondan əvvəl Talış Mədəniyyət Mərkəzinin sədri Novruzəli Məmmədov əsassız ittihamlarla tutuldu və həbsxanada öldürüldü desəm, yanılmaram. O bölgənin bir çox problemləri var. Lənkəranda regional televiziya fəaliyyət göstərir və 10-15 dəqiqə də olsun talış dilində veriliş vermir. Eləcə də onların milli irsinin öyrənilməsi, mədəni dəyərlərinin qorunması zərurətindən təşkilatın yaradılmasına dəstək verməyə çalışdım.

"Məqsəd həm də separatçılıq meyillərinin qarşısını almaqdır”


- Tələblərinizdə israrlı olsanız, Sizə separatçı damğası vurula bilər və artıq bunun konturları da görünür. Üstəlik, nəzərə almaq lazımdır ki, bu təşkilat "Sadval”la eyni vaxtda yaranıb. Bu mənada təzyiqlərlə üzləşəcəyinizdən ehtiyat etmirsiniz?


- Bu təşkilatın yaranmasında bəlkə də ali məqsədim separatçılıq meyillərinin qarşısını almaqdır. Tələblər bütün Azərbaycana aiddir. Biz istəyirik ki, demokratik məmləkət qurulsun, hər bir insana millətindən, dinindən asılı olmayaraq bərabərhüquqlu yanaşsınlar. Sözünə görə insanlar həbs olunmasıdır. Bu tələblər separatçılığa meyillərdən xəbər vermir. Kim bunu o cür yozursa, özünün qüsuru var. Pifaqor öz teoremini kəşf edəndən allahlara yüzlərlə öküz kəsib. O vaxtdan bəri hər yeni kəşfdə öküzləri qorxudan titrəmə tutur. Indi o titrəyən öküzlər çox olacaq. Gərək buna əhəmiyyət verməyək. Azərbaycan avtoritar idarəçilikdən demokratik idarəçiliyə keçməlidir. Ancaq indi avtoritar idarəçilikdən diktaturaya keçid mərhələsini yaşayır. "Sərbəst toplaşmaq haqqında” qanuna edilən dəyişiklik birbaşa ondan xəbər verir. Bu da təkcə talışların yox, bütün Azərbaycanın mütərəqqi fikirli insanlarının probleminə çevrilə bilər. Çünki demokratiyanın təməl sütunlarından biri söz azadlığıdır. Bunu da boğmaq istəyirlər. Azərbaycanda çoxlu problemlər var və onu köklü həll etmək üçün insanlar təşkilatlanmalıdır. Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyində təmsil olunanlar bəlkə də Azərbaycanı, dövlətçiliyi hər şeydən uca tutan, sevən adamlardır. Biz o fikri əsas götürürük ki, düz dayanmısansa, kölgənin əyri düşməsindən qorxma. Qoy kim nə deyir, desin.

"Hakimiyyət faciəyə gedir”


- Bir aydan artıqdır Gülər Əhmədova olayı ölkədə gündəmi zəbt edib. Daşdan keçən arqumentlər olsa da, fakta görə cəzalanan yoxdur. YAP isə məsələnin onun üçün bitdiyini deyir. Şikayət olmadığı halda avtoqəzaya görə gənc qızı həbs edən hakimiyyət niyə günahkarların cəzalandırılmasında maraqlı deyil?


- Bu məsələyə mövqeyim birmənalıdır. Həmişə deyirdik ki, Azərbaycanda ədalətli, şəffaf, demokratik seçki keçirilmir. Gülər məsələsi faktı ortaya qoydu ki, biz düz deyirdik. Bununla sübut olundu ki, hakimiyyətin əsas qollarından biri olan qanunverici orqan saxtakarlıqla, rüşvətlə, korrupsiya ilə formalaşıb. Daha sonra bu videolar göstərdi ki, hakimiyyətin əsas qollarından biri olan məhkəmə sistemi də tamamilə sifarişlidir və korrupsiya üzərində qurulub. Məhkəmələr nəinki rüşvətlə, eyni zamanda sifarişlə işləyir. Icraedici orqan "dədəm mənə kor deyib, gəlib-gedəni vur deyib” prinsipi ilə fəaliyyət göstərir. Heç bir demokratik dəyərlərə fikir vermir. Hətta ara-sıra bizə çatan Yaxın Şərqin güləyini də hiss etmir. Bu da bizi narahat edir. Demokratik qüvvələr başda olmaqla heç kim istəmir ki, Azərbaycanda qanla müşayiət olunan vətəndaş qarşıdurması baş versin. Bunları anlatmağa çalışırıq ki, getdiyiniz bu yolun sonu yoxdur. Əvvəli olmayan yolun sonu da olmur. Heç olmasa indi ayılın. Konstitusiyada təsbit olunmuş hüquqlarını tələb etdiyinə görə insanları həbs edirlər. Eyni zamanda əllərində gül Şəhidlər Xiyabanına gedən insanları tutub həbs edirlər. Bu hakimiyyət faciəyə gedir. Bu heç də yaxşı işlərdən xəbər vermir.

- Gülər Əhmədova olayı baş verəndə YAP-dan ona qarşı hücumlar başladı. Lakin "mənim ağzımı açdırmayın” mesajından sonra onu söymək üçün növbəyə dayananların səsi çıxmadı. Bu şəxslərin narahatçılığı nədən idi?


- Rüşvətin, korrupsiyanın həssas harmoniyası var. Rüşvətin harmoniyası pozula bilərdi. Gülər ağzını açsaydı, bir çox ağızlar bağlanacaqdı. Aydın məsələdir ki, o aldığı pulu özü xərcləməyib, harasa verib. Bu da gəlib çatacaqdı piramidanın üst mərtəbəsinə. Bunun üçün xəbər yolladı ki, ağzınızı bağlayın.

"Bizə güclü yox, effektli hakimiyyət lazımdır”


- Milli Məclis kütləvi aksiyalara çıxan şəxslərə qarşı cərimələri xeyli artırdı. Bu yolla hakimiyyət istədiyinə nail olacaqmı?


- Qətiyyən. Biz müstəqil olsaq da, azad deyilik. Mənim azadlığıma heç kim təcavüz edə bilməz. Bu cür cərimələrin artması göstərir ki, hakimiyyət zəifləyib. Özünü güclü göstərməyə çalışır, amma anlamır ki, bizə güclü deyil, effektli hakimiyyət lazımdır. Effektli hakimiyyət də özündə demokratik dəyərləri ehtiva etməlidir. Konstitusiyamızda demokratik ölkə yazılmaqla deyil. Bu işlərin axırı yaxşı olmayacaq. Gülər məsələsi ortaya çıxan kimi gərək Milli Məclis "optovoy” şəkildə istefa verəydi. Hakimin rüşvəti ilə bağlı video ortaya çıxanda ölkənin rəhbər şəxsləri xalqdan üzr istəməli idi ki, bizim sistemimiz nə gündədir. Çox təəssüf ki, bizim başqa ölkəmiz yoxdur. Biz bu ölkəni sevirik. Çox istərdik ki, ölkəni idarə edənlər bu ölkəyə nifrət etməsin.

- Elşad Abdullayevin açıqladığı videolarda parlamentin rüşvətlə formalaşdığı, məhkəmə sisteminin bərbad olduğu və iş adamlarının onlardan pul alınması məqsədi ilə həbs edildiyi ortaya çıxdı. Ancaq hakimiyyət bu faktların üstündən sükutla keçir. Bunu necə dəyərləndirirsiniz?


- Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Idarəsi bu gün özü mütəşəkkil cinayətkarlıqla məşğul olur. Azərbaycanda legitim olan mütəşəkkil cinayətlə məşğul olan qurumlar, idarələr var. Məsələn, cərimələr artdıqca yollarda qəzaların sayı artır. Əgər texniki baxışı pulla, rüşvətlə edirsənsə, demək, mütəşəkkil cinayətkarlıqla məşğulsan. Bir çox idarələrdə legitim mütəşəkkil cinayətkarlıq baş verir. Bu da təəssüf ki, avtoritar rejimin təzahürlərindəndir.

"Moskvada yaranan ittifaq çoxlarını qorxutdu”


- Moskvada "Milyarderlər ittifaqı” kimi tanınan təşkilatın  yaradılması hakimiyyətdə narahatçılıq yaradıb. Təşkitlat üzvlərinə qarşı kampaniya başlayıb və əsas hədəf də Rüstəm Ibrahimbəyovdu. Belə kampaniyanı necə qiymətləndirirsiniz?


- Itlərin çoxu qorxudan hürür. Moskvada bu ittifaq yarananda çoxları qorxdular. Biri dedi Kreml yaradıb, biri dedi Amerika yaradıb. Amma bunun yaranma səbəbi çox sadə idi. Moskvada yaşayan yüz minlərlə azərbaycanlıya köməklik göstərmək lazımdır. Bu adamlar Azərbaycan hakimiyyətinin onlara münasibətini görüb bu hakimiyyətə qarşı çevriləcəklər. Onlar Azərbaycanı doğrudan da xoşbəxt görmək istəyirlərsə, onda ölkədə baş verən haqsızlıqları da görürlər.

Azadlıq Qəzeti

Категория: Azərbaycan | Просмотров: 2042 | Добавил: admin | Рейтинг: 5.0/2
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus