Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2010 » Декабрь » 15 » Əliyevlər hakimiyyəti Qərbi İslamla təhdid edir
12:08
Əliyevlər hakimiyyəti Qərbi İslamla təhdid edir
Hicab qadağasının müdhiş sirri

ABŞ-ın Azərbaycanda hakimiyyətə alternativ axtarışlarından xəbər tutan iqtidar hərəkətə keçib; dini radikalizm görüntüsü yaratmaq istiqamətində qorxulu planlar var


Azərbaycan hakimiyyətinin Qərblə, xüsusən də ABŞ-la münasibətlərinin pisləşməsi onu yeni planlar cızmağa vadar edib. "WikiLeaks” qalmaqalının yuxarı dairələrdə yaratdığı şok fonunda hökumətin ciddi-cəhdlə hicab qadağasını gündəmə gətirməsinin və ölkədə İslam faktorunun güclənməsi görüntüsü yaratmasının müdhiş səbəbləri barədə redaksiyamıza sensasion məlumatlar daxil olub.

Bu məlumatlar son bir neçə gün ərzində bir neçə istiqamətdən gəlib. Onlar həm sırf məlumat xarakterli, həm də dəqiq informasiyalar əsasında təcrübəli ekspertlərin gəldiyi qənaətləri, onların "SOS” xarakteri daşıyan proqnozlarını özündə ehtiva edir. "WikiLeaks” saytının ABŞ Dövlət Departamentinə məxsus məxfi məlumatları əldə edərək yaymasından sonra açıq şəkildə məlum oldu ki, dünyanın ən qüdrətli dövləti sayılan və demək olar əksər bölgələrdə çox ciddi maraqları olan Amerika əslində çoxdan Azərbaycan da daxil, demokratik olmayan ölkələrin hakimiyyətlərinə inanmırmış; onların ikili oyun oynadıqlarını bilir və həmin iqtidarlar əleyhinə dosyelər toplayırmış. Elə "WikiLeaks”ın açıqladığı məxfi hesabatlardan da görünür ki, Amerika onun üçün həyati əhəmiyyət kəsb edən planların reallaşmasına indi və gələcəkdə mane ola biləcək hakimiyyətlərlə hesab çəkməyə, onlara öz yerlərini göstərməyə hazırlaşırmış. Bu sənədlərdən o da aydın olur ki, Amerikanın uzun illər əməllərinə göz yumduğu hakimiyyətlərin hərəsi onu yerləşdiyi bölgənin spesifikasına uyğun olaraq hansısa bir ciddi məsələ ilə təhdid edirmişlər. Bəlli olur ki, bu illər ərzində Azərbaycan hakimiyyəti ABŞ-ın qarşısına əsasən İran kartı və İslam faktoru ilə çıxıb. Doğrudur, ortada demokratiya və Qarabağ məsələsi ilə bağlı müəyyən vədlərin verilməsi də var. Amma bu vədlərin niyə yerinə yetirilməməsi ilə bağlı suallara hakimiyyət özü Qərb üçün daha ciddi işlərlə məşğul olduğunu göstərməklə cavab verib. Bunlar isə Cənubdan olan təhlükənin və İranın burada dindarları radikallaşdırmasının, ölkədə İslam dövləti yaradılması planlarının önlənilməsi və digər bu kimi məsələlərdir. Məlumatlı mənbələr bildirirlər ki, "WikiLeaks” qalmaqalından sonra isə hakimiyyətin bu məsələləri qabartmağa və Amerika qarşısında ondan istifadə etməyə daha çox ehtiyacı yaranıb. Demokratiya, Qarabağ məsələsində, Amerikanın İranla bağlı planlarının reallaşmasında Qərb qarşısında etibarını və nüfuzunu itirən hakimiyyətdə belə bir dəqiq məlumat var ki, Amerika indiki şəraitdə vaxt itirmədən ona alternativ axtarışına çıxıb. Bu axtarışlar müəyyən qüvvələrin fəallaşmasına, "WikiLeaks” vasitəsilə daha müdhiş sirlərin açılmasına, hakimiyyət daxilində çatlara və iqtidarın itirilməsinə gətirib çıxara bilər. Buna görə də, indi hakimiyyət qarşısında bir yol var. Bu da Qərbin Azərbaycanda və bütövlükdə bölgədəki həyati maraqlarına qətiyyən cavab verməyən başqa alternativ qüvvənin meydana çıxması görüntüsünü yaratmaq, Qərbə həmin qüvvələrlə birgə mübarizə aparmaq üçün xitab etməkdir. Bizim əldə etdiyimiz məlumatlara görə, son bir ayda Bakıda inanclılarla baş verən toqquşmalar, hicab qadağası məsələsinin gündəmi zəbt etməsinin də arxasında məhz bu məsələ dayanır.

Əslində bu plan artıq bir neçə ildir ki, dövrədədir. Biz dəqiq bilirik ki, iqtidarımız bu plana yaxşı hazırlaşıb və onun hazır kombinasiyaları özündə daşıyan bir neçə ciddi "ev tapşırıqları” var. Əslində plan sadədir; Qərbi, eləcə də Rusiyanı, hətta qardaş Türkiyəni inandırmaq ki, Azərbaycanda İslam inqilabı etmək istəyən, ölkəni qarışdırmaq iqtidarında olan ciddi dini qruplaşmalar var; onlar xaricdən (əsasən İrandan) idarə olunurlar; bu qüvvələrin də qarşısında yalnız indiki hakimiyyət dayana bilər. Buradan çıxan məntiq də budur: bu hakimiyyət getsə onun yerinə radikal islamçılar gələ bilərlər. Bu baxımdan da, Qərbi, ərazisində milyonlarla müsəlman yaşayan Rusiyanı, Türkiyəni məcbur qoymaq ki, (xoşları gəlsə də, gəlməsə də) Azərbaycanın indiki iqtidarı ilə əməkdaşlıq etsinlər; əks halda, bu regionda onların (Qərb ölkələrinin) strateji maraqları təhlükə altında qala bilər. Bu məqsədlə hətta ölkənin xüsusi xidmət orqanlarının nəzarəti altında olan dini icmalar da yaradılıb. Bu icmalara digər təbii yaranmış icmalardan fərqli olaraq nisbətən geniş şərait yaradırlar; özlərini göstərmək, daha güclü, daha fərqli olduqlarını hiss etmək üçün mümkün olanları edirlər. Yeri gəlmişkən, bu icmaların üzvləri qəti şəkildə bilmirlər ki, mənsub olduqları quruma məxfi şəkildə iqtidar nəzarət edir. Bu prosesi hər icmadan 1, maksimum 3 nəfər bilir. Və hakimiyyətlə də onlar işləyir, təlimatlar alır, iqtidarın işinə yarayan görüntüləri, səhnələri, şüar və mesajları təmin edirlər. Hakimiyyət bütün vasitələrlə Qərbə, dünyaya göstərir ki, indiki halda ölkədəki dini radikallığın qarşısını o alır, dini kəsimin, ölkə ictimaiyyətinin tam İranın təsiri altına düşməsinə məhz o imkan vermir. İndi iqtidara çox kəskin şəkildə lazım olub ki, ölkədə dini fəallığın artmasını, hakimiyyətin üzərinə yeriməsini nümayiş etdirsin. Bu səbəbdən də son günlərdə qəflətən hicab qadağası ortaya atıldı. İnanclı kəsimin ən həssas siniri basılıb - etirazların olacağı hər kəsə aydındır. Və iqtidarımız bu etirazların daha görüntülü, daha ciddi olması üçün də ötən həftə "ev tapşırıqları”ndan birini işə saldı... Bizdə olan bilgilərə görə, aşura günlərində daha başqa "ev tapşırıqları” dövriyyəyə buraxıla bilər.

Bütün bunlarla bağlı bilgilərini bizimlə bölüşən bir məlumatlı qaynağın sözlərinə görə, indi əsas hədəf mümkün qədər vəziyyəti gərginləşdirmək, dindarları qəzəbləndirmək, mümkün olsa, onları təxribatlara çəkmək və iğtişaşlar görüntüsü yaratmağa nail olmaqdır. Hicab qadağasının Məhərrəmlikdə belə sərt formada gündəmə gətirilməsi də təsadüfi sayılmır. Eyni zamanda mənbə qeyd edir ki, Məhərrəm ayında əhalisinin əksəriyyəti dindar olan Nardaran qəsəbəsini 20 gündən çox işıqsız qoymaq da bu planın tərkib hissəsidir. Hansı kəndin, qəsəbənin işığını 10 gün kəssən etiraz etməz? İndi bu vasitə ilə qəsəbə əhalisini gərginlikdə saxlayıb, onları etirazlara sövq etmək, bu etirazları isə ümumi "islam radikalizmi” lövhəsinin bir fraqmentinə çevirmək planı işləməkdədir.

Məlumatlara görə, Məhərrəmliyin 10-cu gününə düşən Aşura mərasimlərində - dekabrın 16-da ölkənin bir çox yerlərində xüsusən də Bakıda dindarların məscidlərə axışmasından istifadə edən qüvvələr böyük təxribatlar törədə, repressiyalar, kütləvi həbslər həyata keçirə bilərlər.

Onu da qeyd edək ki, hakimiyyət deputatları, irili-xırdalı məmurlar hicab qadağası, dindarların buna qarşı etirazları ilə bağlı məsələlərə münasibət bildirərkən Qərbin əsas dəyər verdiyi dünyəvilik prinsipi məsələsini qabardırlar. Bütün bu qadağaların məhz dünyəvilik prinsipinin qorunması üçün tətbiq olunduğunu deyirlər. Məlumatlı mənbə qeyd edir ki, bütün bunlar Amerikanın din amili ilə şantaj olunması, hakimiyyətin zəifləyəcəyi təqdirdə ölkənin dinçi qüvvələrin əlinə keçəcəyi ilə bağlı okeanın o tayına verilən mesajlardır.

İndiki şəraitdə Qərbin bu mesajlara və təhdidlərə necə yanaşacağı, hansı cavabları verəcəyi haqda dəqiq fikir söyləmək mümkün olmasa da, hər halda, "WikiLeaks”ın açıqladığı sənədlər göstərir ki, Amerikada hakimiyyətin siyasətini, nə etdiyini hətta onların özlərindən daha yaxşı bilirlər və bizimkiləri daha yaxşı tanıyırlar.

Bununla belə, ölkədə xoşagəlməz hadisələrin baş verməsi bütövlükdə bu dövlətin və millətin zərərinədir. Ona görə də, əlimizə yetişən məlumatlarla bağlı ictimaiyyəti bilgiləndirməyi ölkənin aparıcı mətbuat orqanı olaraq özümüzə borc bilirik və hər hansı xoşagəlməz proseslərin baş verməsinin önlənməsi istiqamətində əlimizdən gələni edəcəyik.

musavat.com

Категория: Azərbaycan | Просмотров: 1387 | Добавил: admin | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus