Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2011 » Апрель » 29 » "Heç nə unudulmur, heç kim yaddan çıxmır"
00:02
"Heç nə unudulmur, heç kim yaddan çıxmır"
Keçən əsrin 70-ci illərində İkinci Dünya və Böyük Vətən müharibəsinin iştirakçılarına yeni münasibət konsepsiyası yarandı. Bu konsepsiyada göstərilirdi ki, müharibənin əsl aktiv iştirakçı-qəhrəmanlarının çoxu bizə bəlli deyil və onları axtarıb üzə çıxartmaq vacibdir.

Beləliklə, keçmiş SSRİ-nin hər yerində "Heç nə unudulmur, heç kim yaddan çıxmır" devizi ilə müharibənin naməlum qəhrəmanlarının axtarışı başlandı. (Yeri gəlmişkən onu da qeyd edim ki, bu gün də ikinci dünya və Böyük Vətən müharibəsinin tarixinə qayıtmaq, axtarış aparmaq, xalqımızın oğul və qızlarının qəhrəmanlıq tarixini üzə çıxarmaq 70-ci illərdəki kimi aktual və vacibdir ).

Onda mən şəhər 2 saylı orta məktəbdə işləyirdim. Lənkəran rayon hərbi komissarlığına gedib, komissarlıq Qaladakı avtobus dayanacağının ətrafındakı ərazidə yerləşirdi, hərbi komissarın qəbulunda oldum. Məqsədimi ona bildirəndə o, fikrimi bəyəndi. Mənə minnətdarlığını bildirib, komissarlığın arxiv işlərinə rəhbərlik edən zabiti yanına çağırıb:- Müəllimə köməklik göstərəsiniz, - tapşırığını verdi.

İşə başladım. Döyüşçülərin şəxsi anketləri əsasında 12 nəfər döyüşçünü məlum etdim. Onların hər biri müharibənin odlu-alovlu döyüşlərində iştirak etmişdilər. Döyüşlərdəki cəsurluqlarına görə Ali Baş Komandanlıq tərəfindən yüksək ad, orden və medallarla təltif olunmuşlar.

Onların söhbətimdə bəziləri mənə bildirdilər ki, döyüş mükafatları müxtəlif səbəblərdən onlara təqdim olunmamışdır. Məsələn, Rvo kəndinin sakini Abutalıb Talıbov Belorusiyanın Minsk-Orsk istiqamətindəki tarixi döyüşlərdə, bu döyüş haqqında kino da çəkilib, göstərdiyi qəhrəmanlığa görə Aleksandr Nevski ordeni ilə təltif olunur. Ancaq orden ona təqdim olunmur. Çünki o həmin döyüşdə ağır yaralanır, başqa ağır yaralılarla birlikdə Kaluqa şəhərinə, hərbi hospitala göndərilir.

Həmin dyüşdən 10-15 gün keçdikdən sonra xidmət etdiyi hərbi hissənin siyasi işlər üzrə komandirindən bir məktub alır. Özündə saxladığı həmin məktubu açıb mənə oxuyur:

- "Talıbov, döyüşdə göstərdiyiniz qəhrəmanlığa görə Sizi Ali Baş komandanlığa, ölkənin ən yüksək mükafatına təqdim etmişik". Məktubu oxuyub, doluxsundu. Sonra sözünə davam edərək:

- O yüksək mükafatın nə olduğunu bilmədim. Heç onun hayında deyildim. Yalnız 1944-cü ilin yayıda ordudan təxris olunub evə qayıdandan sonra analığım həmin "ən yüksək mükafat"ı "Aleksandro Nevski" ordenini dəsmala bükülmüş halda gətirib:

- Balam, gələ, bu da sənin əmanətin, - deyə qarşıma qoydu. – bunu deyib Talıbov xəyala daldı. Sonra sözünə davam etdi.

- Bilirsiniz, müharibədə qəribə hadisələr baş verir. Demə, mənim "qara kağız"ım gəlibmiş. Ali Baş Komandan mənim mükafatımı, - Aleksandr Nevski ordenimi Lənkəran Hərbi Komissarlığına göndərir.

Lənkəran Hərbi Komissarlığı kəndə gələrək təntənəli yığıncaq keçirir. Mənim ordenimi analığıma təntənəli surətdə təqdim edir. Bax belə... Amma bu günə qədər ölkənin ən yüksək mükafatının nə oluduğu mənə bəlli deyil.

İkinci Dünya və Böyük Vətən müharibəsində döyüşkənlik və qəhrəmanlıq göstərən hər bir döyüşçünün tarixi salnaməsi xalqımızın hərb tarixinin qəhrəmanlıq səhifəsidir. Bu şanlı tarixin naməlum, aşkar olunmayan səhifələri çoxdur. Onları öyrənməyə, üzə çıxartmağa borcluyuq. Ali Baş Komandanlığın arxivinə nəzər salınsa, oradan hələ də kifayət qədər yeni-yeni "yüksək mükafatlar" aşkar ediləcək.

Yadımızdadırsa, iki il bundan əvvəl Vilvan kənd sakini Ağadadaş Səmədova, müharibədə təltif edildiyi, lakin ala bilmədiyi ölkənin ən yüksək mükafatını- III və II dərəcəli Şöhrət Ordenini Rusiya Prezidenti Dmitri Medvedev şəxsən özü təqdim etdi. A.Səmədov 65 ildən artıq gözlədikdən sonra haqqına çatdı…

1825 gün cəbhədə

Hörmətli oxucu, təxminən 35 il bundan əvvəl Lənkəran Hərbi Komissarlığının arxivində II Dünya və Böyük Vətən müharibəsinin fəal, lakin adları bəlli olmayan, aşkara çıxartdığım 12 döyüşçüdən biri də Paşayev Mansur Ağaməmməd oğlu idi.

Sağlığında mətbuatda onun haqqında yazmaq nə ona, nə də mənə nəsmib olmadı.

İndi vaxtı ilə onun dediklərindən bəzi məqamları sizə çatdırmağı özümə borc bilirəm. Yazım, tarixi yaddaş üçün də əhəmiyyətli ola bilər, belə ki, gələcəkdə "Lənkəran Böyük Vətən müharibəsi illərində” salnaməsini yazanlar bu yazıdan da bəhrələnə bilərlər...

- Mən, Paşayev Mansur Ağamməd oğlu, 1923-cü ildə Lənkəran rayonunun Şağlaser kəndində anadan olmuşam. Çox kiçik yaşlarımda atam vəfat etmişdir. Mən və kiçik qardaşım babam Mirzəmmədin himayəsinə keçmişik. Babam, tənha yaşamasına baxmayaraq, bizi min bir əzab və əziyyətlə boya-başa çatdırdı. Yenicə əlimiz çörəyə çatmışdı. Ruzigar üzümüzə gülürdü. Müharibə başladı, nə başladı. El-oba yasa batdı. Amma kişilər, xüsusən də cavanlar inam və ümidlə cəbhəyə yola düşürdülər...

Müharibə haqqında təsəvvürümüz çox bəsit idi. Ancaq onu bilirdik ki, faşistlər Vətənimizə hücum edərək, onu işğal etmək istəyirlər və biz də gedib vətənimizi işğalçılardan qorumalıyıq.

... 21 avqust 1941-ci ildə cəbhəyə könüllü getmək haqqındakı ərizəmi Lənkəran Hərbi Komissarlığı qəbul etdi. 23 avqustda cəbhəyə gedəcəyim mənə bildirildi.

Beləliklə, 23 avqust 1941-ci il, bibimin mənim üçün əldə tikdiyi torba ilə Lənkərandan cəbhəyə yola düşdüm. Axşam idi. Hər yer zülmətə qərq olmuşdu. Cəbhəyə yola düşənlər dərin sükuta dalmışdılar. Bir-biriləri ilə danışmırdılar. Mən isə gəminin bir küncünə, sanki evdə olduğu kimi qoca babamın qucağına sığındığım kimi sığınaraq yuxuya getdim.

... Bakıdan bizi qatarlara dolduraraq Dərbəqdə gətirdilər... Burada bizə bildirdilər ki, düşmən Şimali Qafqazdadır... Bakını işğal etmək istəyir və biz də nəyin bahasına olursa-olsun, Bakının işğal olunmasını qoymamalıyıq. Ali Baş Komandanlığın əmri belədir!

İlk döyüş

... Dərbənddə bir ayadək qalıb məşq etdik. Çox qalmaq mümkünsüz idi. Düşmən sürətlə Bakıya yan alırdı. Bizi Mozdoka gətirdilər. Buradan tanklardan, toplardan, təyyarələrdən atılan mərmilərin səsini eşidirdik. Hər yeri barıt iyi basmışdı....

Milli diviziyalar yaradıldı. Mən 416-cı Azərbaycan atıcı diviziyasının tərkibinə düşdüm. Düşmənlə ilk qanlı döyüşümüz Taqanroq şəhərinin azad olunması uğrunda oldu.

Düşmən hərbi texnika cəhətdən, biz isə vətənpərvərlik cəhətdən güclü idik. Bizim güclü vətənpərvərliyimiz düşməni sarsıtmışdı... Taqanroq şəhərini düşməndən azad etdik. Qələbəmiz şərəfinə diviziyamıza "416-cı Taqanroq" adı verildi. Salamat qalan, döyüşdə fərqlənən, igidlik nümunəsi göstərənlərin çoxu Ali Baş Komandanlıq tərəfindən mükafatlandırıldı. Mənə də "Qırmızı ulduz ordeni" verildi.

Taqanroqdan Berlinə kimi gedən uzun, əzablı yollar...

... Əlbətdə, indi həmin "əzablı yollar" haqqında danışmaq sizlərə nə qədər adi görünər. Ancaq bu yolun hər qarışı döyüş və qanlı müharibə anı olmuşdur. Onu adi sözlə nəql etmək olmur. Bəzən onun bir saniyəsi bir saat, bir saatı bir ay, bir ayı bir il kimi başa gəlirdi.

Mən Sov. İKP-nin XXV qurultayına yazdığım məktubumda: "Müharibənin hər ili bizim ömrümüzə ən azı beş il kimi hesablanmalıdır...", - yazmışdım.

Yeri gəlmişkən, onu da deyim ki, indi belə deyilir: "... Biz alman faşistlərini ölkəmizdən qovub çıxartdıq". "Qovub çıxartmaq" faşist ordusunun "geriyə qaçması", bizim də "onların" ardınca getməyimiz kimi anlaşılır ki, bu cür yanaşma bağışlanılmaz tarixi səhvdir. Bilin! Torpaqlarımızın hər metrini düşmənin caynağından qanlı döyüş bahasına qoparırdıq.

Bizim üçün müharibə bir "təcrübə məktəbi" oldu. Hərbi texnika cəhətdən üstünlük əldə etdik. Lakin faşist ordusu yenə də güclü idi. Onun 8-10 ay ərzində işğal etdiyi əraziləri 4 ilə yaxın bir vaxtda azad edə bildik.

Böyük sınaq

Bəli, Taqanroqun azad edilməsində milli diviziyamızın göstərdiyi döyüş qəhrəmanlığı bizim üçün böüyk sınaq idi. Bu sınaq xalqımızın müharibə etmək bacarığını aşkar etdi. Onun haqqında bədxah rəyləri alt-üst etdi. Bu böyük sınaq milli diviziyamızı Taqanroqdan Berlinə apardı. Taqanroq diviziyası alman faşizmi üzərindəki qələbənin qəhrəman iştirakçısı oldu.

Mən də özümü xoşbəxt bilirəm. Ona görə ki, həmən diviziyanın fəal döyüşçüsü kimi 1945-ci ildə, şanlı Taqanroq diviziyanın tərkibində Berlinin Bandenburq daravazasından keçərək Berlin şəhərinə daxil olmağı taleh mənə nəsib etdi.

Təsəvvür edin: sən beş ildə odlu-alovlu müharibənin döyüşlərində iştirak edəsən, sən sağ-salamat qalasan?! ... Mən bunu Allahın möcüzəsi hesab edirəm. Müharibədə çoxlu bunabənzər möcüzələrin şahidi oldum. Ən böyük möcüzə bizim faşizm üzərindəki qələbəmiz oldu. Ancaq namusla, qeyrətlə vuruşduq. Bəlkə elə buna görə Allah-Təala qələbəni bizə pay verdi?.

Onu da deyim ki, indi bizim müharibədəki qələbə qazanmağımız haqqında böhtanlı, qərəzli söz-söhbətlər gedir. Qələbədəki rolumuz kiçildilir. Əminəm ki, fakt faktlığında qalacaq. Tarix onlara öz tutarlı cavabını verəcək.

O gün çaycaqada bir cəbhəçi üzünü mənə tutaraq:
- Bunlar da gedib rus üçün vuruşdular! - deyəndə mən ona:
- Biz getik. Qələbə ilə qayıtdıq! Siz nə etdiz? Torpaqları verdiz, namusumuz, qeyrətimiz tapdalandı.

O, susdu, amma başını aşağıya salmadı...


ƏŞRƏFİ Sərxan,
Şağlaser kəndi


 

Категория: Talış tarixi | Просмотров: 7454 | Добавил: admin | Рейтинг: 4.1/10
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus