Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2014 » Июнь » 9 » Hilal Məmmədov Ali Məkəmə hakimlərinə səsləndi
23:08
Hilal Məmmədov Ali Məkəmə hakimlərinə səsləndi

 

Azərbaycan Respublikası Ali Məhkəmənin barəmdəki qondarma cinayət işinə baxacaq hakim heyətinin sədri İnqlab Nəsirova

Müraciət (açıq məktub)

Möhtərəm Məhkəmə! Möhtərəm sədr! 

Barəmdəki Bakı Apellyasiya Məhkəməsinin qərarından şikayətlə bağlı qondarma cinayət işinin baxışı nəhayət 12 iyun 2014-cü tarixində Sizin sədrliyinizlə baxışa təyin edilmişdir. Tamamilə haqsız və əsassız olaraq həbsdə olduğum bu 2 il ərzində keçirilən bütün digər məhkəmə-istintaq proseslərində olduğu kimi, mətni əvvəlcədən tələm-tələsik və şablon ifadələrlə tərtib edilmiş və 5 dəqiqəlik formal məhkəmə məşvərətindən sonra müvafiq məhkəmə qərarınızı elan etməmişdən öncə, Sizin də nəzərinizə bəzi vacib qeyd və tövsiyələrimi çatdırmaq istərdim. 

Əvvəla, şəkk etmirəm ki, heç bir hüquqi, məntiqi və əxlaqi çərçivəyə sığışmayan və söz yığınıyla düz-qoş edilmiş qondarma cinayət işimin inşasında iştirak etmiş əməliyyatçılar, müstəntiqlər, prokurorlar, hakimlər, şahidlər və ekspertlər kimi Siz də həm ölkəmizi, həm də onun hüquq-mühafizə və istintaq-məhkəmə sistemini cəmi dünyada rüsvay etməkdə olan bu qərəzli və biabırçı vəziyyətdən necə çıxmaq barədə heç də az fikirləşməmisiniz...

İkincisi, yalnız 1-2 bədii filmlərdəki səhnələr istisna olmaqla, ömrümdə “narkotika” adlı zəhrimarın heç şəklini belə görməsəm də, yaxın gələcəkdə cəmi bəşəri, o cümlədən, ölkəmizin əhalisini məhvə doğru aparacaq bu murdar maddəni satan, yayan və istifadəçilərinə qarşı barışmaz bir mövqedə olan bir alim, pedaqoq, dindar, hüquq müdafiəçisi və azadfikirli yazarın (məlum bir videorolikə verdiyi şərhdən sonra) cibinə nümayişkarənə surətdə narkotik atdırıb və sonra da heç olmasa görüntü xarakterli sübutlardan ötrü doktiloskopik, psixoloji və i.a. vacib olaraq tələb edilən ekspertizaları təyin etmədən onu “narkobaronluqda” ittiham etmək Sizcə hansı bəşəri əxlaqa sığışır? 

Ücüncüsü, 7 saylı CÇM-də 6 ilə yaxın müddət ərzində cəza çəkməkdə olan, 40 ilə yaxın vaxtda KGB – MTN agenti kimi minlərlə günahsız insanların şərlənib həbs olunmasında (o cümlədən “Tolışi Sədo” qəzetinin məndən oncəki redaktoru mərhum prof. N.Məmmədovun) istifadə olunan zombiləşdirilmiş bir ruhi xəstəyə diqtə edilmiş növbəti cəfəngiyyat əsasında barəmdə CM 274 (dövlətə xəyanət), 283.2.2 (milli-dini ayrıseçkilik salma) maddələriylə (guya, 1992-ci ildən İranın XXO tərəfindən ələ alınaraq, onların vasitəçiliylə narkotika alış-verişindən gələn gəlirlə ölkəmizin konstitusiya əsaslarını sarsıtmaqda) ittiham vermək Sizcə hansı elementar hüquqi, mənəvi, əqli məntiqə sığışar? 

Dördüncüsü, heç bir ciddi yoxlama ya məhkəmə istintaqı aparılmadan, sadəcə olaraq, “əməliyyat sirridir” deməklə canlarını qurtarmağa cəhd edən ölkənin baş prokuroru (Z.Qaralov) və baş polisinin (R.Usubov) həbsimdən (21.06.2012) 2 həftə sonra, 4 iyul 2012-ci ildə barəmdə yaydıqları (bilavasitə həmin KGB-MTN agentinin sərsəmləmələrinə istinad edərək) cəfəngiyyat açıq-aşkar şəkildə təqsirsizlik prezumpsiyası hüquqlarımın pozulması demək deyildirmi? Görəsən 2 ildən bəri həmin iki orqana qarşı davam etməkdə olan məhkəmə çəkilşmələrimlə bağlı son məhkəmə iclasının da məhz əsas işimizə baxışla bir günə (12.06.2014) və bir saata (11-00) (sadəcə olaraq müxtəlif zallarda) salınması da təsadüfdürmü? Yoxsa vəkillərimin sayının 2 nəfər olduğunu nəzərə alıb məhkəmə vaxtına qənaətdən ötrü belə qərara gəlinib? Bəs, onda biz cismən necə ikiyə bölünək? Yoxsa bizlərə orda iştirak etməyə ehtiyac da yoxdur, - məlum formal “5 dəqiqəlik” məşvərətdən sonra şablon qərarı 1-2 aya poçtla alacağımızı intizarla gözləyək? 

Beşincisi, mübaliğəsiz deyirəm ki, zindanda olduğum bu 2 ilin ərzində bəlkəm bircə dəfə də olsa, öz gələcək şəxsi taleyim – azadlığım barədə yox, bilavasitə sizlərin bu haqsızlıq xaosundan qurtuluşuna yardımçı olmaq barədə fikirləşmiş, özümü elə bu zindan həyatımda da azad və xoşbəxt sanmış və tam yəqinliklə (!) əmin olmuşam ki, o mütləq Haqq və Ədalət Sahibi haqqı nahaqa verməz, məni və cəmi haqqsevər bəndələrini haqsızlıq zülmündən tezliklə qurtatar, inşallah...

Altıncısı, bütün yuxarıda deyilənləri nəzərə alaraq cəmi digər istintaq-məhkəmə proseslərinin inşaçılarına tövsiyyə etdiyim kimi, Sizi də vicdanınızın səsini dinləyərək 2х2=4 olduğunu demək haqqınıza sahib çıxmağa və bununla da cismən və ruhən AZAD olmağa çağırıram. Bundan ötrü, ilk addım kimi, vəkillərimin kassasiya şikayətlərini təmin edib bu qondarma “cinayət” işinə bəraətverici əsaslarla xitam verməyinizini xahiş edirəm. İnanın ki, belə bir cəsarətli və şərəfli addımınızla özünüzü xilas etməklə yanaşı, bu kimi qondarma – biabırçı işlərin arxasında duran digərlərini də bu barədə düşünməyə sövq etmiş olarsınız...

Düşünün... Həm özünüzün, həm ailə və yaxınlarınızın, həm ölkəmizin, həm də cəmi bəşəriyyətin xilası naminə düşünün... “Həqiqətən də Allah dərgahında canlıların ən pisi (şərlisi) düşünmədən yaşayan lallar və karlardır” (8: Ənfal: 22).

Hilal Məmmədov,
vicdan məhbusu

Категория: İnsan hüquqları | Просмотров: 2810 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus