Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2013 » Январь » 30 » Hilal Məmmədov məhkəməyə gəlməkdən imtina edir
17:29
Hilal Məmmədov məhkəməyə gəlməkdən imtina edir
Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə Azər Orucovun sədrliyi ilə "Tolışi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun bu günə təyin olunan işi üzrə  məhkəmə baxışı keçirilib.

Baş redaktorun qardaşı Səbahəddin Məmmədov Turan-a bildirib ki, H.Məmmədov bu gün prosesə gətirilib. O,  prosesdə vəsatətlə çıxış edərək məhkəmə istintaqının açıq keçirilməsini  istəyib.

H. Məmmədov prosesin açıq keçirilməyəcəyi təqdirdə özünün  gətirilməməsini və  hüquqlarini müdafiə etdiyi vəkillərin prosesə gəlməməsini tələb edib. Hakim vəsatəti təmin etməyərək prosesin qapalı keçiriləcəyini elan edib. Bundan sonra zaldan hamı çıxıb.

S. Məmmədov saat 14:00-a təyin olunmuş  prosesə vəkillərin gəlməyəcəyini vurğulayıb.

H.Məmmədov 2012-ci il iyunun 21-də həbs edilib. O, CM-nin 274 (dövlətə xəyanət), 283.2.2-ci (milli və dini ayrı-seçkiliyin salınması və 234.4.3-cü (qanunsuz narkotik maddənin saxlanması və yayılması) maddələri üzrə ittiham olunur. Təqsiri sübuta yetirilərsə, 15 ilədək azadlıqdan məhrum edilə bilər. Beynəlxalq hüquq müdafiə və jurnalist təşkilatları H.Məmmədovu vicdan məhbusu sayaraq dəfələrlə onun dərhal azad olunmasını tələb ediblər.

Məhkəmə prosesindən gozətchi.az saytının hazırladığı reportajı təqdim edirik.


Hilal Məmmədov: "Belə başa düşdüm ki, hakimin rolu ancaq bundan ibarətdir ki, zalda kiməsə "sakit ol", kiməsə "papağını çıxar",  kiməsə "telefonu söndür" desin, vəssalam. Bundan başqa hakimin rolu yoxdur. Mən belə məhkəmənin qəbul edəcəyi heç bir qərarı tanımıram"

Yanvarın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Orucovun sədrliyi ilə "Tolışi sədo” qəzetinin baş redaktoru, hüquq müdafiəçisi Hilal Məmmədovun işi üzrə məhkəmə prosesi davam etdirilib. Proses saat 10:30-a təyin olunsa da 11:15-də başladı. Məhkəmənin gec başlamasına səbəb hakimin iclası qapalı keçirmək istəyi idi. H.Məmmədov və onun vəkillərinin bir saatdan artıq çəkən etirazlarından sonra məhkəməni izləməyə gələn jurnalistlər, hüquq müdafiəçiləri və H.Məmmədovun ailə üzvləri məhkəmə zalına buraxıldılar. Prosesdə H.Məmmədovun Hüquqlarını Müdafiə Komitəsinin həmsədri, Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin rəhbəri Arzu Abdullayeva, komitənin digər həmsədri Rafiq Cəlilov,  komitə üzvləri,  Azərbaycan Hüquqçular Assosiasiyasının prezidenti Ənnağı Hacıbəyli, Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev, Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı, Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev, Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyinin sədri Mehdibəy Səfərov və beynəlxalq təşkilatların nümayəndələıri də iştirak edirdilər.
Hakim iclası açıq elan edəndən sonra H.Məmmədov məhkəmə prosesinin qapalı keçirilməsinə qarşı vəsatətlə çıxış etdi:

- "Tolışi Sədo" qəzetinin keçmiş redaktoru Novruzəli Məmmədov 10 il azadlıqdan məhrum edildi və zindanda qətlə yetirildi. Ailə üzvləri də məhv edildi. O vaxtlar Novruzəli Məmmədovun hüquqlarının müdafiəsi komitəsinin sədri kimi, hakimiyyət orqanları tərəfindən təşkil olunmuş bu dəhşətli və amansız vəhşilikləri ictimaiyyətə çatdırmağa cəhd etsək də, məhkəmə proseslərinin qapalı keçirilməsi bu cəhdlərimizin nəticələrinə mane oldu. Bir sözlə, Novruzəli Məmmədovun ailəsinin bu dəhşətli faciəsinə yalnız istintaq orqanları deyil, həm də Ağır Cinayətlər Məhkəməsi baiskar oldu.  Məhkəmənin qapalı keçirilməsi barədə qərar qəbul etsəniz, vəkillərimin prosesdə iştirakını məhdudlaşdıracağam, hakimlərə etiraz edəcəyəm.  Məhkəmə açıq keçirilməsə, məni məhkəməyə çağırmayın. Əks təqdirdə üzümü divara çevirəcəm. Bax, özümlə pambıq, tənzif gətirmişəm. Bu pambığı qulaqlarıma tıxayacağam ki, sizi eşitməyim, tənzifi ağzıma bağlayacağam ki, mənə infeksiya keçməsin. Suallarınızı da cavablandırmayacağam, nə qədər istəyirsiniz danışın, hansı qərarları istəyirsiniz qəbul edin.

H. Məmmədovun dediklərinə reaksiya verən hakim Azər Orucov  "o sənin öz işindir" dedi. Bu zaman H.Məmmədovun iki vəkili - Yalçın İmanovla Xalid Bağırov ayağa qalxaraq zaldan çıxmaq istədilər. Hakim isə vəkillərin bu hərəkətinə etiraz edəndə X.Bağırov "Hilal Məmmədov vəkillərinin prosesdə iştirakını qadağan etdi" deyərək Y.İmanovla birlikdə zaldan çıxdı. H.Məmmədov isə dedi ki, o, konstitusiya ilə qorunulmasına zəmanət verilən hüquqlarını tələb edib:

- "Tolışi Sədo"ya redaktorluq etmək, söz və fikir azadlığı ifadə etmək, Respublika Talış Mədəniyyət Mərkəzinin qeydiyyatına və fəaliyyətinə cəhd göstərmək, mərkəzin yığıncaqlarını, talış folkloru gecələrini, talış dilinin və mədəniyyətinin təbliğinə və tədqiqinə həsr edilmiş elmi konfranslar keçirməyə cəhd etməyi hökumət dövlətə xəyanət, casusluq ittihamları ilə qarşılayıb.
Vəkil Ramiz Məmmədov bildirdi ki, H.Məmmədovun işində dövlət sirri yoxdur: "Hörmətli hakimlər, mən istintaq vaxtı da müstəntiqlərdən soruşdum ki, bu işdə Hilal Məmmədova konkret hansı əməlinə görə dövlətə xəyanət ittihamı verilib. Ancaq onlar bu maddəni heç cür əsaslandıra bilmədilər".

Hakim:

– Məhkəmə araşdıracaq.

H. Məmmədov:

– Hazırlıq iclasında sizə dedim ki, cənab hakim, bütün qərarlarınızı azadlığınızın intervalında qəbul edin. Məlum oldu ki, mənim hüquqlarımı tapdaladınız, heç bir vəsatətimi təmin etmədiniz. Belə başa düşdüm ki, hakimin rolu ancaq bundan ibarətdir ki, zalda kiməsə "sakit ol", kiməsə "papağını çıxar", kiməsə "telefonu söndür" desin, vəssalam. Bundan başqa hakimin rolu yoxdur. Mən belə məhkəmənin qəbul edəcəyi heç bir qərarı tanımıram.
 
Bundan sonra hakim üzünü vəkillərə tutaraq onlardan H.Məmmədovun verdiyi vəsatətə münasibət bildirmələrini istədi: "Hələ vəsatətə baxılmayıb, bayıra çıxan vəkilləri də çağırın gəlsinlər. Onlar barəsində tədbir görüləcək. Buyurun vəsatətə münasibət bildirin". Vəkilləri Ramiz Məmmədov və Cavad Cavadov H.Məmmədovun vəsatətləri dəstəklədiklərini bildirdilər. C.Cavadov H.Məmmədovun vəkillərinin  prosesdə iştirakını məhdudlaşdırdığını, imtına etmədiyini hakimin diqqətinə çatdırdı.
Hakimin cağırışından sonra zala qayıdan X.Bağırovla Y.İmanov da H.Məmmədovun vəsatətlərini müdafiə etdiklərini söylədilər. X. Bağırov dedi ki, H.Məmmədov neçə istəyirsə, vəkillərdə elə etməlidilər.
Dövlət ittihamçısı Tural Yusifov vəsatələrin təmin edilməməsini məhkəmədən xahiş etdi. Hakim vəsatətlərə baxmaq üçün bir saat fasilə elan etdi. Bir saatlıq müşavirədən sonra hakim Azər Orucov H.Məmmədovun vəsatətinin təmin edilmədiyini və məhkəmə proseslərinin qapalı keçiriləcəyini elan etdi. O, H.Məmmədovun məhkəmə heyətinə etiraz etməsi haqda vəsatətini isə baxılmamış saxladığını bildirdi. H.Məmmədov məhkəmə prosesləri qapalı keçiriləcəksə, vəkillərinin müdafiə səlahiyyətlərini məhdudlaşdıracağını bildirdi və üzünü vəkillərinə tutaraq dedi:

– Bundan sonra məhkəmədə iştirak etsəniz, Vəkillər Kollegiyasına sizdən şikayət edəcəyəm.

Hakim:

– Bunu necə başa düşək? Vəkillərdən imtina edirsiniz?

Hilal Məmmədov:

– İmtina etmirəm, fəaliyyətlərini məhdudlaşdırıram.

Hakim:

– Qanunda elə şey yoxdur. Siz yalnız imtina edə bilərsiniz.

Vəkil Ramiz Məmmədov:

– Möhtərəm hakim, müvəkkil bizim fəaliyyətimizi məhdudlaşdırırsa, burada oturmağımıza ehtiyac yoxdur.

Hakim:

– Məhkəmə zalından çıxsanız, onda mən sizdən Vəkillər Kollegiyasına şikayət edəcəyəm.

Vəkil Anar Qasımlı:

– İndi biz nə edək? Biri deyir oxu, biri deyir oxuma.

Hakim Mayıl Bayramov:

– Yaxşısı budur, müvəkkilinizə hüquqlarını başa salın. Ona başa salın ki, o, vəkillərdən imtina edə bilər, qanunda vəkilin fəaliyyətinin məhdudlaşdırılması yoxdur.

Bu zaman vəkil Cavad Cavadov yeni vəsatət verdi və dedi ki, vəkillik fəaliyyəti haqqında qanunun 5-ci maddəsi birbaşa göstərir ki, müvəkkil istənilən anda öz vəkilinin fəaliyyətini müvəqqəti məhdudlaşdıra bilər: "Onda, zəhmət olmasa, həmin maddə ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edin, müzakirə edib fikirlərini bildirsinlər". Digər vəkillər C.Cavadovun vəsatətini müdafiə etdilər.

Vəsatətə münasibət bildirən prokuror onun təmin olunmamasını xahiş etdi.
Hakim H.Məmmədovun vəkilinin vəsatətinə münasibət bildirməsini istədi.H.Məmmədov dedi ki, vəkillərin fəaliyyətini məhdudlaşdırdığına görə onlara vəsatət verməyi, münasibət bildirməyi qadağan edir və bu səbəbdən onların verdiyi hər hansı vəsatətə münasibət də bildirmək istəmir.

H.Məmmədov:

- Əgər mən məhkəməyə zorla gətirilsəm, üzümü divara çevirəcəm.

Hakim:

- Öz işindir.

H.Məmmədov:

- Onsuzda sifarişli hökm çıxaracaqsınız.

Hakim:

- Sifariş yoxdur.
 
H.Məmmədov:

- Əgər mən üzümü divara çevirib sizi dinləməyəcəmsə, onda siz burda nəyə lazımsınız?

Hakim:

- Əyləş.

X.Bağırov əlavə etdi ki, vəkilin işi ancaq müdafiə etdiyi şəxsin prosesində iştirak etmək deyil: "Biz məhkəmədən kənarda da onunla ünsiyyətdə oluruq. Hilal Məmmədov bizim məhkəmədə iştirakımızı məhdudlaşdırır. Siz isə onu məcbur edirsiniz ki, o, vəkillərindən imtina etsin".
Prokuror isə belə bir məsələ ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət etməyə lüzum olmadığını dedi.

Vəkillər bildirdilər ki, H.Məmmədov onların vəsatətindən imtina edirsə, o zaman vəsatətə münasibət bildirə bilməzlər və vəsatəti geri götürmək məcburiyyətindədirlər.

Bundan sonra hakim vəsatətin təmin edilmədiyini elan etdi. O, prosesdə saat 14:00-a kimi fasilə verildiyini və məhkəmə prosesinin qapalı keçiriləcəyini də proses iştirakçılarının diqqətə çatdırdı.  Bu zaman üzünü vəkillərə tutan Hilal Məmmədov "Sonuncu dəfə xəbərdarlıq edirəm, məhkəməyə gəlməyin" dedi.
H.Məmmədovun vəkilləri  Anar Qasımlı və Xalid Bağırov AzadlıqRadiosuna bildiriblər ki, H.Məmmədov onların məhkəmədə iştiraklarını məhdudlaşdırdığına görə məhkəmə iclaslarına qatılmağı düşünmürlər. 

Xatırladaq ki, H.Məmmədov 2012-ci il iyunun 21-də saxlanılıb. Onun haqqında Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama) maddəsi ilə cinayət işi açılıb. İyunun 22-də Nizami rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs qəti-imkan tədbiri seçib. İyulun 3-də isə H.Məmmədova CM-nin 274-cü (dövlətə xəyanət) və 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə əlavə ittiham irəli sürülüb.
Bu maddələrlə H.Məmmədovu əmlakı müsadirə olunmaqla 15 ilə qədər həbs cəzası gözləyir.


TALISH.ORG

Категория: İnsan hüquqları | Просмотров: 1615 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus