Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2013 » Май » 28 » Hilal Məmmədov yekunlaşmaqda olan məhkəmə prosesləri ilə bağlı bəyanat verdi
23:00
Hilal Məmmədov yekunlaşmaqda olan məhkəmə prosesləri ilə bağlı bəyanat verdi
"Tolışi sədo” qəzetinin baş redaktoru, fizika-riaziyyat elmləri doktoru və hüquq müdafiəçisi Hilal Məmmədov yekunlaşmaqda olan məhkəmə prosesləri ilə bağlı bəyanat yayıb. Bəyanatı olduğu kimi təqdim edirik.

Bəyanatda deyilir:

"İlk öncə bildirmək istəyirəm ki, bilavasitə ictimai-siyasi fəaliyyətimlə bağlı olaraq sifarişli həbsim və barəmdə qaldırılan qondarma cinayət işinin (AR CM-nin 274 (dövlətə xəyanət) və 283.2.2. (milli-dini ayrıseçkilik salma) maddələri üzrə) qapalı məhkəmə prosesləri yekunlaşmış və CM-nin 234.4.3.(narkotik ticarət) maddəsi üzrə açıq məhkəmə iclasları işinə başlamışdır. 4-5 formal məhkəmə proseslərinin qapalı keçirilməsi – guya işimdə "dövlət sirrlərinin” mövcudluğu ilə izah edilsə də, əsil həqiqətdə mənə qarşı quraşdırılmış ittihamların heç bir hüquqi, məntiqi, əxlaqi normalara belə sığmayan və bir-birini təkzib edən cəfəngiyyatlardan ibarət olmasını ictimaiyyətdən gizlədilməsinə xidmət edirdi.

Məhkəmənin ilk açıq iclasında da hakimlərin mənə qarşı açıq-aşkar qərəzli və ədalətsiz mövqeyi onların bu açıq hissəni də başdansovdu, 1-2 formal proseslə yekunlaşdırmaq niyyətindən xəbər verir.

Bu bəyanatımda barəmdəki qondarma işin həm ölkəmizin beynəlxalq imicinə, həm də cəmi bəşəriyyətə qarşı yönəldilmiş və açıq-aşkar avantüra olduğunu bir neçə fakta istinad edərək bildirmək istəyirəm: Əvvəla barəmdə uydurulan cinayət işində istifadə olunan əsas "şahid” – 1973-cü ildən KGB-MTN sisteminin agenti kimi 40 ilə yaxın bir müddət ərzidə istifadə olunan, hal-hazırda isə ruhi-psixoloji durumu qüsurlu olan Elman Quliyev adlı bir xəstədir. O , 2007-ci ilin fevralında CM-nin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən qondarma ittihamla həbs edilib, 10 il azadlıqdan məhrum edilmiş və sonra zindanda müəmmalı şəkildə vəfat etmiş "Tolışi Sədo” qəzetinin əvvəlki redaktoru, hüquqlarını müdafiə etdiyim prof. Novruzəli Məmmədovun da üzünə dayandırılan əsas şahid idi. Elə özü də bu işdə müqəssir bilinirək 6 il azadlıqdan məhrum edilmişdi. Lakin həbsdə olduğu vaxtlarda da hakimiyyət orqanları ondan öz çirkin məqsədləri naminə az istifadə etməmişlər. Məhz həbsimdən iki gün öncə (19.06.2012) də DİN-in göstərişiylə ona yazdırılmış "könüllü”-"zəhmətkeş” ərizədə mənim guya, 1992-ci ildən İran Xüsusu Xidmət Orqanları (İXXO) ilə əməkdaşlıq edərək, müvafiq tapşırıqlarının əvəzində onlardan pul və külli miqdarda narkotik vasitə aldığım bildirilmişdir. Həmin ərizəyə istinadən mən guya 7 il öncə bir çayxanada bunları ona etiraf etmiş və guya bildirmişəm ki, "İran XXO-nın əməkdaşları təkidlə tapşırıblar ki, onların verdikləri pula və narkotik maddə satışından əldə etdiyimiz pula biz talış millətindən olan şəxsləri Müdafiə, Xarici İşlər Nazirliyi və digər nazirliklərə (növbəti ərizəsində - Milli Məclis, Milli Təhlükəsizlik Nazirliyinin adlarını da əlavə edir) işə düzəltməliyik”. Son dərəcə pimitiv cəfəngiyyatlardan ibarət bu "faktların” doğruluğunun "sübut” etdirilməsi DİN-nin Baş Narkotika İdarəsinə tapşırılır. Onlar da 21.06.2012-ci il tarixində (yəni yazdırılmış ərizədən 2 gün sonra) ciblərimə nümayişkarənə şəkildə narkotik qoyub, məni həbs edirlər. Başqa sözlə desək, guya 7 il sonra öncəki "etiraflarım” təsdiqini tapır və "ifşa” olunuram.

Sonra, bu hədsiz pimitiv və rüsvayçı olayın davamı Respublika Baş Prokurorluğuna həvalə edilir. Bu dəfə onların nümayəndələri artıq həbsimdən sonra, 25.06.2012 və 30.06.2012-ci il tarixlərdə Elman Quliyevin saxlandığı 7 saylı CÇM-nə gedərək, ondan eyni məzmunda daha geniş ərizə və ifadələr alırlar. Bilavasitə bu ərizə və ifadələr əsasında 28.06.2012-ci ildə Nizami rayon polis idarəsi, 29.06.2012-ci ildə isə Azərbaycan Respublikası Baş Prokuroru Zakir Qaralov müvafiq qərarlarıyla barəmdə aşağıdakı cəfəng xarakterli iddiaları sürmüşlər: "Məmmədov Hilal... xarici dövlətin xüsusi xidmət orqanları ilə sıx əlaqədə olmaqla həmin orqanların tapşırıqları əsasında AR-nın ərazi toxunulmazlığı və dövlət təhlükəsizliyi zərərinə fəaliyyət göstərərək AR-nın ərazisində KİV-dən istifadə edilməklə milli düşmənçiliyin salınmasına yönələn hərəkətlər edilməsini təmin etmək məqsədi ilə bir qrup şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək ayrı-ayrı vaxtlarda müxtəlif növ narkotik vasitələri İran İslam Respublikasının ərazisində qanunsuz olaraq əldə edib, daşıyıb, saxlamaqla qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirilməsini və satışını təşkil edərək, əldə olunmuş pul vəsaitlərini qeyd olunan məqsədlər üçün xarici ölkələrdə antiazərbaycan məzmunlu kitabların, qəzetlərin nəşr edilməsinə sərf etməsi, ölkə xaricində AR-nı parçalamaq, daxili sabitliyi pozmaq mövzularında çıxışlar” (Z.Qaralov, qərar 00000723, 29 iyun 2012-ci il) etmişdir...

4 iyul 2012-ci il tarixdə, yəni həbsimdən 2 həftə sonra isə DİN və Respublika Prokurorluğu yuxarıda qeyd olunan cəfəng iddiaları və Elman Quliyevin uydurmaları əsasında birgə bəyanat yayaraq "cinayətimin” artıq sübuta yetirildiyini bildirməklə, nəinki təqsirsizlik prezumpsiyası hüquqlarımı kobud şəkildə pozmuş, həm də bu sifarişli həbsimin bilavasitə iştirakçıları olduqlarını gizlətməmişlər.

Bütün yuxarıda deyilənləri nəzərə alaraq, tam qətiyyətlə bildirmək olar ki, hüquq-mühafizə orqanları əslində məni yox, bir daha özlərini, o cümlədən bu sifarişli oyunlarının başlarında duran hakimiyyət orqanlarının çirkab əməllərini ifşa etmişlər. Belə ki onlar bir tərəfdən bir daha dünya ictimaiyyətinə bəyan edirlər ki, Azərbaycanda Milli Məclisə və digər hakimiyyət orqanlarına vəzifə bölgüləri pul və narkotik gəlirə əsaslanan rüşvət və korrupsiya vasitəçiliyi ilə həyata keçirilir; digər tərəfdən isə onlar İXXO olan "Ettelat”ın narkotik ticarətdə vasitəçiliyi ilə nəinki Azərbaycanda, Rusiya və digər xarici ölkələrdə də milli zəmində fitnə-fəsad törətməsi barədə son dərəcə ciddi ittihamla Azərbaycan Respublikası və İran İslam Respublikası arasında qarşılıqlı dost və qonşuluq münasibətlərinin ən kobud formada pozulmasına rəvac verirlər.

Barəmdəki heç bir hüquqi və əxlaqi məntiqə sığışmayan 234.4.3. (narkotik ticarət) maddəsinin puçluğu, əslində ona ciddi şəkildə bağlı olan digər iki (274 və 283.2.2.) maddələrinin də hüquqi və məntiqi qiymətini puça çıxardır – belə ki, əgər narkotik alveriylə məşğuliyyətim cəfəngdirsə, demək bundan gələn gəlir də olmamış və nəticədə yuxarıda sadalanan qeyri-qanuni əməllərə də yol verilməmişdir...

Yuxarıda qeyd olunan rüsvayçılıqları dünya ictimaiyyətinin, beynəlxalq rəsmi qurumların, beynəlxalq qeyri-hökümət təşkilatların nəzərinə çatdırmaqla yanaşı, bir daha ümidvar olmaq istərdim ki, onlar ölkəmizin hakimiyyət orqanları tərəfindən yalnız vətəndaşlarımızın insan haqlarına qarşı deyil, cəmi bəşəri dəyərlərə qarşı yönəldilmiş bu dəhşətli cinayətlərinə göz yummayacaq və bütün mümkün hüquqi imkanları çərçivəsində ölkəmizin cəmi haqqsevər, demokratik mübarizlərinə, o cümlədən haqsız zindan əzablarını yaşayan siyasi məhbuslarımızın müdafiəsində əllərindən gələni əsirgəməyəcəklər.

Hormətlə,

Hilal Məmmədov,
İsaxan Aşurov mükafatı laureatı, siyasi məhbus”

Категория: İnsan hüquqları | Просмотров: 1544 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus