Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2013 » Ноябрь » 1 » "Hilal Məmmədova ittihamlar inandırıcı görünmür, narkobaron, casus, inqilab təhrikçisi kombinasiyasından formalaşdırılıb"
02:14
"Hilal Məmmədova ittihamlar inandırıcı görünmür, narkobaron, casus, inqilab təhrikçisi kombinasiyasından formalaşdırılıb"
Avropa Şurasının insan haqları komissarı Azərbaycan hakimiyyətinə mühüm mesajlar göndərdi

Nils Mujnieks: «Mən lobbiçilik subyekti deyiləm»

Avropa Şurasının insan haqları komissarı Nils Mujnieks "Azadlıq" radiosuna müsahibə verib. Bu ilin mayında Bakıya baş çəkən komissar avqustda hesabatını açıqlayıb. Ona ilk sual ötən müddət ərzində ölkədə əsas insan hüquq və azadlıqlarının qorunması baxımından hansı dəyişikliyi müşahidə etməsi barədə olub:

– Məncə, əsas dəyişiklik diffamasiyanın onlayn ifadəyə də aid edilməsi və həmin müddəadan yararlanaraq bir ilkə əl atılmasıdır. ATƏT təmsilçisi Dunja Mijatović-lə birlikdə bu dəyişikliyi pisləmişik. Digər dəyişiklik, təbii ki, prezident seçkisidir. Şəxsən özüm seçkini izləmədiyimdən şərh də verə bilmərəm. Mən seçkiöncəsi olayları sənədləşdirib təhlil edirdim. Özəlliklə söz və sərbəst toplaşma azadlıqları sahəsində repressiv tədbirlərin çoxaldığını gördük. İrəliyə doğru kiçik bir addım da vardı – yürüş keçirilə biləcək yerlərin siyahısı açıqlanmışdı. Mən bundan artığını – ölkədə sərbəst toplaşma azadlığının tam təmin olunmasını görmək istərdim.

– Son səfərinizdə «Tolişi-Sədo» qəzetinin redaktoru Hilal Məmmədovun buraxılmasına çağırırdınız. Ona həbs cəzası kəsildi və beləcə, daha bir jurnalist həbs olundu. Sizcə, Azərbaycanda ifadə azadlığı hansı durumdadır?

– Təzyiqlər artıb. «Azadlıq» qəzetinə qarşı məhkəmə işlərindən, onun yayımına əngəllərdən xəbərim var. Bu basqılardan çox narahatam. Hilal Məmmədova gəlincə, onunla iki dəfə görüşdüm, işi ilə mümkün qədər yaxından tanış oldum. Səmimi desəm, ittihamlar inandırıcı görünmür və narkobaron, casus, inqilab təhrikçisi kombinasiyasından formalaşdırılıb. Şəxsən mənə bunlar inandırıcı gəlmir. REAL Hərəkatının lideri İlqar Məmmədov və Müsavat başqanının müavini Tofiq Yaqublunun işi də ciddi narahatlıq doğurur. Bu məsələni də izləyirik. Xeyli mənfi dəyişikliklər olub. Hesabatımın tövsiyələr hissəsində deyilənlərin çoxu, bir neçə ay keçsə də, bu gün də qüvvədədir. Ümid edirəm Azərbaycan hökuməti ilə birlikdə həmin tövsiyələrin yerinə yetirilməsi istiqamətində irəliləyəcəyik.

– Yaxın günlərdə NİDA-çıların, müxalifət liderlərinin məhkəməsi başlanır. Bu proseslərdən nə gözləyirsiniz?

– Ümid edirəm işə ədalətlə baxılacaq və onlar tezliklə buraxılacaqlar. Hər bir işin detallarına dair şərh verməyə çətinlik çəkirəm. Daha yaxşı İlqar Məmmədovun işini bilirəm. Mən İsmayıllıya səfərə çıxdım. Aydın oldu ki, o, etiraz başlayandan sonra çox qısa bir vaxt orada olub. Buna görə onun etirazları qızışdırmaqda suçlanmasını anlamaq çətindir. Düşüncələrini dilə gətirdiyi üçün siyasi liderlərin həbsə atılması qəbuledilməzdir. Ümid edirəm ki, bu məhkəmələr sürətlə aparılacaq, ədalət yerini tapacaq və onlar azadlığa buraxılacaqlar.

– Görünən odur ki, beynəlxalq qurumların siyasi məhbus saydığı şəxslər buraxılandan sonra yerlərini yeniləri tutur. Sizcə, bu dövriyyəni necə önləmək olar?

– Bu saxlama, məhkəmə, həbs, amnistiya dövrəsini qapatmaq üçün Azərbaycan hakimiyyəti ifadə və sərbəst toplaşma azadlıqlarının məkanını genişləndirməli, buna siyasi həyatın normal fenomenləri kimi baxmalıdır. Adamları saxlayıb, həbsə atıb, beynəlxalq tənqidlərdən sonra buraxmaq dövrəsi illərdir bir ənənəyə çevrilib və nəhayət, onu durdurmağın vaxtıdır.

– Diffamasiya haqqında qanuna Venesiya Komissiyası tövsiyələrini açıqlayandan, layihənin beynəlxalq standartlara uyğun gəlmədiyini deyəndən sonra hakimiyyət təmsilçiləri qanunun bu il qəbul olunmayacağını bildiriblər. Hakimiyyətin bu qanunu qəbul etməmək inadını necə dəyərləndirərdiniz?

– Məncə, bu müddət ərzində diffamasiya layihəsi yerli qanunvericilikdən ayrılıqda hazırlanıb. Diffamasiyaya görə hələ də yüksək cinayət cəzaları nəzərdə tutulur. Buraya hətta həbs də daxildir, həm də bu təkcə Azərbaycanda belə deyil. Venesiya Komissiyası ilə daha çox nəticələrə yönəlik əməkdaşlıq və tövsiyələrin tam yerinə yetirilməsini gözləyirəm. Özəlliklə diffamasiya cinayət kimi ləğv edilməlidir. Mülki cəzalar da proporsional olmalıdır. Media orqanı nəhəng cərimələr nəticəsində bağlanmamalıdır.

– Bu qanunun qəbulunu sürətləndirmək üçün bir yol görürsünüz?

– Ümid edirəm gələn aylar ərzində, Azərbaycanın Avropa Şurasına sədrliyi ərəfəsində rəhbərlik bu məsələlərin həllində maraqlı olacaq. Məncə, adamlar insan haqları istiqamətində konkret irəliləyiş görmək istəyirlər. İnsan Haqları üzrə Milli Fəaliyyət Planı da hakimiyyəti bu dəyişikləri həyata keçirməyə meylləndirəcək.

– Diffamasiyaya görə cəzanın internetə şamil edilməsindən sonra sosial media fəallarının daha çox hədəfə alınacağı sarıdan narahatlıq var...

– Görüşdüyüm jurnalistlərdən, ictimai fəallardan öyrəndiyim odur ki, sosial media ifadə, eləcə də ictimai fəallığı təşkil etmək üçün əsas sahədir. Fəalların çoxu internetdə dediklərinə görə həbs olunurlar. Ona görə hesabatımıza «internet azadlığı» bölümünü salmışıq.  Məncə, internetdə deyilənə görə qandallamaq, yaxud zəncirləmək cəhdləri uğursuz olacaq. İnternet azad ifadə məkanı kimi qalmalıdır. Burası özlərini azad ifadə etmək istəyən jurnalistlər, fəallar üçün çox mühüm məkandır. Sosial media fəallarının hədəfə alınmasından narahatam və bunun dayandırılmasını istərdim.

– Deyirdiniz ki, hakimiyyət təmsilçiləri sizə şəhər mərkəzində də etirazlara icazə veriləcəyini söyləyib, ancaq açıqlanan siyahı seçki kampaniyası üçün yerlərdən ibarət idi. Özünüzü aldadılmış hiss etdiniz?

– Birincisi, sərbəst toplaşma azadlığının təkcə seçkiöncəsi müddətdə deyil, bütün vaxtlarda təmin olunmasını istərdim.  Məncə, şəhərin mərkəzində aksiyaları qadağan etməyə də səbəb yoxdur. Park və meydanlar başqaları kimi, müxalifətçilərə, fəallara da məxsusdur. İlk addım olaraq, daha geniş siyahı görmək istərdim. Ancaq sərbəst toplaşma azadlığı daha geniş anlayışdır və təyin olunmuş bəlli yerlərlə məhdudlaşmamalıdır. Siyahının dərc olunması müsbət addım idi, ancaq siyahının genişləndirilməsini istərdim. Yekunda isə siyahı deyil, insanların istədikləri yerdə toplaşa bilməsini görmək istərdim. Aldadılmaq, yaxud məyus olmağım barədə danışmaq istəmirəm, çünki mən Azərbaycanın insan haqlarına dair öhdəliklərini yerinə yetirməsinə doğru daha sürətlə irəlilədiyini görmək istəyirəm. Hakimiyyətlə əməkdaşlığımı yüksək qiymətləndirsəm də, irəliyə konkret addımlar atılmasını istəyirəm. Durumun monitorinqini davam etdiririk və hakimiyyəti daha çox iş görməyə çağırırıq. Çünki onlar bundan artığını edə bilərlər və etməlidirlər, axı Avropa Şurası qarşısında öhdəlikləri var.

– Bəs Siz, yaxud həmkarlarınız bu pozuntularla bağlı daha nə edə bilərsiniz? Axı əksər hallarda siz, yaxud digər beynəlxalq qurumların təmsilçiləri «təəssüf», yaxud «dərin təəssüf» keçirdiklərini bildirirlər...

– Əlimdəki bir vasitə inandırmaqdır. Hakimiyyət rəsmilər ilə müxtəlif məzmunlu görüşlər keçirmək, onları daha çox iş görməyə çağırmaq, təkcə insan hüquqları ilə bağlı deyil, məsələn, qanunvericiliklə bağlı da islahatlara inandırmaqdır. Mandatımın daha bir hissəsi durumu açıqlamaqla beynəlxalq və yerli medianı bilgiləndirməkdir. Məncə, sonucda Azərbaycanın həm daxilində, həm də xaricində kiçik tənqidi səslər toplanaraq hakimiyyəti inandıra bilərlər. Uzun vaxt alsa da, qətnamələri həmişə qənaətbəxş olmasa da, məhkəmələr də var. Azərbaycanın bəzi qətnamələri icra etməsi də islahat prosesinə uyğun olardı. Avropa Birliyi, ATƏT, BMT-dəki həmkarlarımla fəal əməkdaşlıq aparır, ölkədəki durumu müzakirə edirəm. Məncə, sonucda Azərbaycan xalqı, hökumət, vətəndaş cəmiyyəti, jurnalistlər tərpənməlidir. Dəyişiklik xaricdən gəlməyəcək. Biz kömək edə, əlaqələr yarada, təkan verə bilərik, ancaq son söz Azərbaycan xalqınındır.

– Yerinə yetirilməyən məhkəmə qərarlarına toxundunuz. Avropa Məhkəməsinin bəzi qətnamələrinin yerinə yetirilməməsi Azərbaycan üçün hansı arzuolunmaz nəticələr doğura bilər?

– Avropa Məhkəməsinin Azərbaycana qarşı 11 qətnaməsi azad seçki hüququnun pozulduğunu üzə çıxarıb, xüsusən 2005-ci ilin parlament seçkiləri ilə bağlı. 2010-cu il parlament seçkiləri ilə bağlı bir neçə iş də baxılmasını gözləyir. Bu qətnamələrin dərhal yerinə yetirilməsinə çağırıram. Yekunda Nazirlər Komitəsi ölkələrin məhkəmə qətnamələrini yerinə yetirməsi üçün təzyiq vasitələrini nəzərdən keçirə bilər. Nazirlər Komitəsində təmsil olunan bütün ölkələri bu işlərə xüsusi diqqət ayırmağa çağırıram. Bu böhranlı duruma  yaxından baxaraq, Azərbaycana öhdəliklərinin yerinə yetirilməsində necə yardım etmək barədə düşünməliyik.

– ATƏT/DTİHB 9 oktyabr prezident seçkisinin beynəlxalq standartlara uyğun gəlmədiyini bildirdi. Sizin fikirlərinizi bilmək maraqlı olardı...

– Təkcə DTİHB deyil, Avropa Parlamenti də qətnamə qəbul edərək seçkinin ATƏT standartlarına uyğun gəlmədiyini bəyan edib. Hakimiyyət bu bəyanatları nəzərə almalıdır. Seçkiləri təkmilləşdirmək üçün Azərbaycanda çox iş görülməlidir.

– Bir şəxsin 3-cü müddətə prezidentliyi şəxsən sizin və Avropa Şurası üzvü üçün nə deməkdir?

– (Ah çəkir) Sonucda biz hakimiyyətdə olan hökumətlərlə, liderlərlə, parlamentlərlə işləməliyik. Bir tərəfdən bu o deməkdir ki, kiminlə işlədiyimizi bilirik, çünki bir müddət həmin hökumət, yaxud prezidentlə işləmişik. Digər tərəfdən davam edən dialoqun daha çox nəticəsi olacağına inanırıq. Bu səbəbdən kimliyinə baxmadan hakimiyyətdə olanlarla işləyirik. Nə etməli olduqlarını bildiklərindən onların irəli addım atmasını gözləyirik.

– Avropa Şurasının bəzi üzvlərinin ciddi pozuntulara yol versə də, qurum rəhbərliyinin buna göz yumması və nəticədə Avropa dəyərlərinin getdikcə daha çox ucuzlaşmasına dair fikirlər yayılıb. Bu şübhələri dağıtmaq üçün nə çatışmır?

– Əsas məsələ problemi görəndə onu adı ilə çağırmaq, həqiqəti demək, peşəkar təhlil etmək, onları hər bir üzvün götürdüyü hüquqi öhdəliklərə bağlamaqdır. Avropa Şurasının bir çox üzvünün öhdəliklərini yerinə yetirmək baxımından problemləri var. Mənim işim ikili standarta yer qoymamaq, hamıya yüksək standartla yanaşmaqdır. Bir çox ölkələrdə problemlər var. Bu qurumun mahiyyəti, hamının bağlı olduğu hüquqi öhdəliklərin praktikada nə demək olduğu barədə aydın düşünməliyik. Və dəyişikliyə çalışmalıyıq. Təkcə mənim ofisimdə deyil, Avropa Şurasının digər hissələrində də. Şəxsən mən özümü həqiqəti demək üçün məsul sayıram. Mən lobbiçilik subyekti deyiləm. Çox geniş mandatım mənə müxtəlif insan haqlarını əhatə etməyə imkan verir.

– Azərbaycanın Avropa Şurasına sədrliyi ərəfəsində hakimiyyətdən konkret hansı addımları gözləyirsiniz?

– Diffamasiyanın onlayn və oflayn dekriminallaşdırılmasını, mülki diffamasiya üçün cərimələrin ciddi azaldılmasını, qeyri-mütənasib olmamasını istərdim. Bakının mərkəzində vaxtaşırı etirazlara icazə verilməsini, inandırıcı görünməyən ittihamlarla həbsdə yatan məhbusların, fəalların, bloqqerlərin, müxalifətçilərin azadlığa buraxılmasını istərdim. Bunların elə indi baş verməsini görmək istərdim. İrəliyə konkret addımlar atmaq lazımdır. Ancaq bu halda Azərbaycanın sədrliyi uğurlu ola bilər. Əks halda o, sədrlik dövründə pis siyasəti və qanunları müdafiə etmiş görünəcək ki, bu da yaxşı hal deyil. (Azadlıq Qəzeti)
TALISH.ORG

Категория: Dünyada | Просмотров: 1639 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus