Главная » 2013»Май»15 » Hilal Məmmədovun işi üzrə məhkəmənin qapalı hissəsi başa çatıb
13:28
Hilal Məmmədovun işi üzrə məhkəmənin qapalı hissəsi başa çatıb
Bu gün "Tolışi sado” qəzetinin redaktoru Hilal Məmmədovun işi üzrə dinləmələrin qapalı hissəsi başa çatıb. Dinləmələrdə dövlətə xəyanət və millətlərarası ədavətin qızışdırılması ilə bağlı ittihamlara baxılıb.
Müdafiə tərəfi hesab edir ki, istintaq H.Məmmədovun göstərilən maddələr üzrə günahını sübut edən dəlillər təqdim etməyib.
Bugünkü iclasda hakim Məmmədovdan götürülmüş fleşkart üzrə müstəqil texniki ekspertizanın təyin olunması ilə bağlı müdafiə tərəfinin vəsatətini təmin etməyib.
Müdafiə tərəfi bildirir ki, fleşkarta Məmmədova aid olmayan saxta materiallar daxil edilib, amma bu, onun ittiham edilməsi üçün əsas kimi götürülüb.
Növbəti məhkəmə iclası mayın 22-də açıq keçiriləcək. İclasda qanunsuz narkotik maddənin saxlanması üzrə ittihama baxılacaq.
H.Məmmədov 2012-ci il iyunun 21-də həbs olunub və qanunsuz narkotik maddənin saxlanmasında, dövlətə xəyanətdə, millətlərarası ədavətin qızışdırılmasında ittiham olunur. Lakin yerli və beynəlxalq təşkilatlar hesab edirlər ki, H.Məmmədov siyasi motivlərlə həbs olunub (contact.az).