Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2013 » Апрель » 19 » Hilalın məhəbbət dastanları
19:26
Hilalın məhəbbət dastanları
Teatrallaşmış tamaşadan pərdələr

D-r Hilal Məmmədovun məhkəməsi davam edir. Şəxsən mən məhkəmənin sürətinə heyranam. O boyda cəsusluq cinayətini cəmi iki məhkəmədə, özüdə şahidin "mənə deyiblər” ifadəsi ilə "sübuta yetirən” hakimlər-prokuror kvarteti mənə bizim məhkəmə sisteminin necə də raket sürəti ilə işlədiyini sübut etdi. Zatən "puluvu ver, şəklivi çəkdir” devizi ilə işləyənlərdən bundan artığını gözləmək də sadəlövhlük olardı. 

I pərdə

İlk olaraq şahid haqqında. Şahid Elman Quliyev iddia edir ki, bəs sən demə Hilal Məmmədov İrandan, özü də xüsusi xidmət orqanları tərəfindən maliyyə alırmış. Maliyyə azlıq edəndə isə İran xüsusi xidmət orqanları Hilal Məmmədova yüksək əyarlı narkotik vasitələr göndərirmişlər. Vəkilin "nəyə görə İran xüsusi xidmət orqanları Hilala pul verirdilər?” sualına şahid tarixi cavab verib: Onlar Hilala pulu ona görə verirdilər ki, o, həmən pul ilə talışları Milli Məclisə, Milli Təhlükəsizlik Nazirliyinə, Prokurorluğa, Daxili İşlər Nazirliyinə yerləşdirib, onların vasitəsi ilə Talış dövləti qursun! 
Halaldır Elman Quliyevə. Şəxsən mən Azərbaycanda vəzifə sahibi olmaq üçün rüşvət faktorunun olduğunu, Milli Məclisdə yerlərin "satıldığını” bilirdim, ancaq bunu sübut edə bilmirdim, heç «Elşad Abdullayev Prodakşın» da bunu sübut edə bilmədi, ancaq Elman bunu sübut etdi! Şəxsən mən böyük səlahiyyət sahibi olsa idim həm MM-də, həm MTN-də, həm DİN-də, həm də Prokurorluqda "oturan” talışların Hilalla bağlılıqlarını araşdırardım, teatrallaşmış səhnəni bitirmək üçün onlardan bir-ikisini də Hilala qoşardım ki, teatr inandırıcı görünsün, yoxsa bu heç ləzzət eləmir: Hilal İran xüsusi xidmət orqanlarının pulu ilə vəzifəyə o qədər adam yerləşdirsin, heç kəsin də adı hallanmasın. Şəxsən mən Elman Quliyevdən bir müsahibə götürə bilsəydim, həmən adamların adlarını ondan öyrənərdim, yəqin ki, Hilal Məmmədovun cəsus olduğunu, İran xüsusi xidmət orqanlarının maliyyə dəstəyi ilə adı çəkilən strukturlara adam yerləşdirdiyini Elmana "deyən” mərhum Novruzəli Məmmədov, həmən adamların adlarını da deməmiş olmaz. Bunda işim yox, yəqin bu teatrda həmən adamlar "mister X” rolundadırlar, yəni virtualda Hilal onları ora "yerləşdirib”, ancaq realda onlar yoxdurlar! Bax budur bizim məhkəmə, "Qafqaz əsiri” filmində deyildiyi kimi, "dünyanın ən humanist məhkəməsi”!

II pərdə

Dediyim kimi məhkəmə raket sürəti ilə gedir. Hilal Məmmədovun "milli-irqi ayrıseçkilik salma”sını sübut etmək üçün ekspert kimi linqivistika elminin nə olduğunu bilməyən İlhamə Quliyeva məhkəməyə çağırılıb. Bu həmən İlhamə Quliyevadır ki, Əvəz Zeynallının məhkəməsində də "ekspert” kimi ifadə vermişdi və Əvəzin həmən "linqvist-ekspertdən” "Mən çay qırağında, ağacın kölgəsində oturmuşdum” cümləsini təhlil etmə xahişinə "ekspert-xanım” "edə bilmərəm, çünki mən Azərbaycan dilini yaxşı bilmirəm” demişdi. Həmən xanım Hilal Məmmədovun məhkəməsində daha da irəli gedibmiş, sən demə İlhamə Quliyeva "məhəbbət nağılları” sahəsində ixtisaslaşıbmış. Mən niyə istintaqın məhz İlhamə xanımı məhkəməyə ekspert kimi dəvətini anlayıram, onlar özlüyündə talış separatizminin istintaqa lazım olan bir nağıl olduğunu çox gözəl bilirlər, lakin onlara Hilal Məmmədovun talış xalqına məhəbbətinin qədərini ölçmək lazım idi və buna görə də "məhəbbət nağılçısını” ekspert kimi dəvət ediblər, bu qədər sadə! Həmən "ekspert” də Hilal Məmmədovun tələbələrinə "rüşvət verməyin, yoxsa böyüyəndə rüşvətxor olacaqsız” cümləsində o qədər əndrabadi şeylər "tapıb” ki, gəl görəsən! Vallah mən bu xanımdan artıq qorxmağa başlamışam, birdən bu xanım sabah ekspert kimi dövlət başçısının "rüşvətlə mübarizə konsepsiyasını” təhlil etsə, görəsən daha əndrabadi nələr tapacaq?

III pərdə

Hilal Məmmədovun məhkəməsi yekunlaşmaq üzrədir, uzağı narkotika ilə bağlı da bir-iki iclas olacaq və ona hökm oxunacaq. Ancaq bu hökmü oxuyanlar, onu sifariş verənlər, həmən sifarişi yerinə yetirmək üçün əndrabadi şeylər fikirləşənlər, bəlkə oturub bir az düşünəsiz: Sabah, bu dünyada olmasa belə, ancaq mən əminəm ki, o hökmü sizə bu dünyada oxuyacaqlar, o dünyada sizə də hökm oxunacaq. Sizin oxuduğunuz hökmdən fərqli olaraq o hökm ƏDALƏTLİ olacaq!

Rafiq CƏLİLOV
http://bizimyolinfo.com/ 

Категория: Azərbaycan | Просмотров: 1653 | Добавил: admin | Рейтинг: 5.0/2
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus