Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2012 » Февраль » 29 » Human Rights Watch Azərbaycanda əmlak hüquqlarının kütləvi şəkildə pozulmasına son qoyulmasını tələb edir
18:50
Human Rights Watch Azərbaycanda əmlak hüquqlarının kütləvi şəkildə pozulmasına son qoyulmasını tələb edir
Human Rights Watch beynəlxalq hüquq müdafiə təşkilatı bu gün Bakıda vətəndaşların mülkiyyət hüququnun kütləvi şəkildə pozulması faktları haqqında hesabat yayıb.

"Azərbaycan hökuməti abadlıq işləri həyata keçirmək və infrastrukturu inkişaf etdirmək hüququna malikdir. Bu tədbirlər ölkə qanunları və beynəlxalq normalar əsasında həyata keçirilməlidir. Lakin son illər Bakıda vətəndaşların əmlakı qanunsuz olaraq əllərindən alınır. Bu zaman vətəndaşların bir sıra hüquqları, cümlədən mülkiyyət hüququ, mənzil hüququ, şəxsi toxunulmazlıq hüququ, ailə həyatına hörmət hüququ pozulur”, deyə Human Rights Watch-un Şərqi Avropa və Mərkəzi Asiya üzrə mütəxəssisi Ceyn Byukenen bildirib.

O, "Hər şeyimi əlimdən aldılar: Bakıda məcburi köçürmələr, vətəndaşların mənzillərinin qanunsuz olaraq alınması və əmlakın dağıdılması” adlı hesabatın həmmüəllifidir. Məruzənin təqdimatı çərşənbə günü Bakıda "Diplomat” otelində keçirilib.

Hesabat Bakının dörd rayonunda – Heydər Əliyev adına sarayın arxasında "Qış bulvarı” salınan yerdə, Bayraq meydanına bitişik, "Eurovision 2012” müsabiqəsinin keçirilməsi üçün konsert kompleksi tikilən ərazidə, Neftçilər prospektində (Əl oyunları və İdman sarayının qarşısında) və Azadlıq prosektində çoxmərtəbəli binalarda (keçmiş Karl Marks heykəlinin yanı) vətəndaşların əmlakının zorla əllərindən alınması faktlarına yönəlib.

Tədqiqat müəllifləri 52 zərərçəkmiş sakin, hüquqşünaslar və müxtəlif QHT-lərin nümayəndələrindən müsahibə alıb.

Hesabata əsasən, son illər Azərbaycanda yüzlərlə ailə qanunsuz olaraq evlərindən və mənzillərindən məhrum olub. Byukenenin sözlərinə görə, müəlliflər hökumətin mövqeyini də əks etdirmək niyyətində idilər, lakin müxtəlif dövlət qurumlarına göndərilmiş 10 məktubdan yalnız iki fərdi hala aid bir məktuba cavab verilib.

Araşdırma zamanı müəyyən olunub ki, evlərin qanunsuz söküntüsü ilə Bakı Meriyası və Dövlət Əmlak Komitəsi məşğul olub.

Tədqiqatın digər həmmüəllifi – Giorgi Qogiya vətəndaşların hüquqlarının pozulmasını aşağıdakı qruplara təsnif edib.

Birincisi, mənzilin vətəndaşların əlindən alınması qanunsuzdur, çünki Azərbaycan Konstitusiyasına görə, heç kim məhkəmə qərarı olmadan evindən məhrum edilə bilməz. Bundan başqa, daşınmaz əmlak hökumətin qərarı ilə yalnız yol salınması, müdafiə əhəmiyyətli obyektlərin tikilməsi və təbii resursların hasilatı üçün dövlət ehtiyacı üçün alına bilər. Bu zaman vətəndaşlara bir il əvvəldən xəbər verilməlidir. Lakin bu prosedurlara riayət olunmayıb, deyə Qogia bildirib.

İkinci qrup pozuntular vətəndaşlara bazar qiymətlərinə uyğun ədalətli kompensasiya verilməməsidir. Bir qayda olaraq, vətəndaşlara ya hər kv. m üçün 1500 manat, yaxud da çox vaxt keyfiyyəti aşağı olan yeni binalarda mənzil təklif olunub.

Üçüncü qrup pozuntular vətəndaşların təhlükəsizliyinə, sağlamlığına və həyatına olan təhlükələrlə bağlıdır. Bir çox hallarda insanların evdə yaşadığı halda evlərin sökülməsi qeydə alınıb. Bundan başqa, çox vaxt evlər xəbərdarlıq edilmədən və gecə sökülüb və insanlar zorla evlərindən çıxarılıblar.

Nəhayət, dördüncü qrup pozuntular vətəndaşların qanunsuz qərarlardan şikayət vermək imkanından məhrum edilməsi faktlarıdır. Bu zaman mübahisələrə baxılması başa çatana qədər evlərin sökülməsini qadağan edən məhkəmə qərarlarına baxmayaraq, evlər sökülüb.

Bu həftə dövlət qurumlarının nümayəndələri nəhayət ki, hesabat müəlliflərini qəbul ediblər. Xüsusən, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidov və XİN-in insan hüquqları idarəsinin əməkdaşı onları qəbul edib. Onlar məruzədə deyilənlərlə razı olmadıqlarını bildiriblər, lakin bu məsələlərin qanun və məhkəmə qərarları əsasında həll edilməli olduğu ilə razılaşıblar.

Maraqlıdır ki, bu gün məruzənin təqdimatı zamanı iki məhəllə aralıda Ş.Bədəlbəyli küç. 8 ünvanında ev zorla sökülürdü.

Araşdırma müəllifləri Azərbaycan hökumətinə bir sıra tövsiyələr veriblər:

- beynəlxalq normalar əsasında şəffaf və ədalətli mexanizm hazırlanana qədər əmlakın zorla mənimsənilməsinə son qoyulması;

- bundan sonra bütün məcburi köçürmə tədbirlərinin məhkəmə qərarları əsasında və köçürülənlərin təhlükəsizliyinin təmin edilməsi və onların şərəf və ləyaqətinə hörmət edilməsi ilə həyata keçirilməsi;

- mənzilindən və əmlakından məhrum olanlara verilən kompensasiyanın ölçüsünə yenidən baxılması;

 - insanlara əmlaklarının alınması haqqında qərarlardan şikayət vermək imkanı yaradılması;

- məcburi köçürmələr zamanı zərərçəkmişlərin bütün şikayətlərinin şəffaf araşdırılması;

- müstəqil qiymət təyin edənlərin cəlb olunması ilə ədalətli kompensasiya ölçülərinin müəyyən olunması.

Avropa Yayım Birliyinə (AYB) Azərbaycan hökumətini "Eurovision 2012”-nin keçirilməsi üçün tikilməkdə olan Crystal Hall zarlının ətrafında vətəndaşların zorla köçürülməsi ilə bağlı bütün şikayətləri araşdırmağa çağırmaq tövsiyə olunub.

AYB həmçinin Azərbaycan hökumətindən insan hüquqlarının pozulması faktlarına yol verilməyəcəyinə dair zəmanət almalıdır.

Aİ ölkələri və ABŞ Azərbaycandan insan hüquqlarının təmin edilməsi haqqında beynəlxalq öhdəliklərinə riayət etməsini tələb etməyə çağırılıblar (Turan).


TALISH.ORG

Категория: Azərbaycan | Просмотров: 1389 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus