Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2014 » Март » 6 » İlham Əliyevə məhbəsdən məktub var
02:08
İlham Əliyevə məhbəsdən məktub var
Mübariz jurnalist Sərdar Əlibəyli məhbəsdən İlham Əliyevə açıq məktub ünvanlayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə
AR CM -nin 221.3-cü maddəsi ilə təqsirləndirilərək, heç bir zaman cinayət törətmədiyi, törətməyi ağlına belə gətirmədiyi cinayət əməlində yarqılanmaqla 4 il müddətinə azadlıqdan məhrum edilən, ölkənin hakimiyyətini ələ keçirmiş "mütəşəkkil cinayətkar dəstə" tərəfindən 18 illik vətənə xidmət illəri yeyilmiş, 12 illik mətbu fəaliyyətinə son qoyulmuş, bu illər ərzində sahibi və baş redaktoru olduğu "Nota bene", "Nota", "p.s.Nota" və "Polad"qəzetləri həmin "cinayətkar dəstə" tərəfindən qanunsuz və məhkəməsiz həbs edilmiş Əlibəyli Sərdar Məhəmmədəli oğlu tərəfindən

AÇIQ MƏKTUB

Cənab İlham Əliyev!!!

Fəqət sizə yazdığım bu məktubdan da, illərlə yazdığım digər yazılar kimi, duruma hər hansı şəkildə təsir edəcəyi ümidimin heç olmadığını bəribaşdan diqqətinizə çatdırmağı vacib bildim. Amma mənim bütün yazdıqlarım tarix üçün yazılıb və ümid etmişəm ki, bu yazılanlar gələcək nəsillərə məmləkətimizin indiki durumuna ayna tutmaqda yardımçı ola biləcək. Əslində, mümkün olacaqsa, Sizə ünvanlamağı nəzərdə tutduğum bu məktubu da həmin yazılardan biri kimi nəzərdə tutmuşam və hesab edirəm ki, arif olanlar üçün durumun haralara vardığını və sayənizdə Azərbaycanda indi yaşanandəhşət və vəhşətləri anlamaqda yardımçı ola biləcək bu məktubum.

Cənab İlham Əliyev!!!

Dediyim kimi sizə ünvanlamağı nəzərdə tutduğum bu məktubu yazmağa başlayanda, bir neçə il bundan öncə redaktoru olduğum "p.s.Nota"qəzetinə, Cəllilabad rayonunun indi adını unutduğum bir kəndinin 260 nəfər sakini tərəfindən imzalanaraq göndərilmiş bir müraciətini xatırladım.

Çox hörmətli Mehriban xanım Əliyevaya ünvanlanan o müraciətdə, əyalət vətəndaşlarımız, əlbəttə ki, ilk növbədə Birinci Ledinin sahib olduğu çoxsaylı titul, rütbə və vəzifələrini sadalayandan sonra, ona xitabən yazırdılar:

"...Sizi and veririk keçmiş prezidentimiz Heydər Əliyevin canına və Sizin bütün müqəddəs bildiyiniz hər şeyə ki, bizim kəndimizin çox bərbad vəziyyətdə olan yolunun düzəldilməsinə yardımçı olasınız... Onu da bilmənizi istərdik ki,bizim kəndin camahatı elliklə Sizin partiyanın üzvüdür (o vaxt məktubu gətirən kənd nümayəndələri, burada söhbətin DADP-dən getdiyini söyləmişdilər-S.Ə) və biz hamılıqla gələcək prezident seçkilərində Sizə səs verəcəyik...(söhbət 2013-cü il prezident seçkilərindən gedir-S.Ə)"
Bu, olduqca maraqlı "vətəndaş harayı"nı Sizə ünvanladığım məktuba niyə saldığım haqda irəlidə bəhs edəcəm. Amma, əsl mətləbin üzərinə gəlincə, bir hikmətli və ibratamiz xalq deyimini də Sizə xatırlatmağı vacib bildim. Çox adicə və aqilcə söylənmiş həmin fikir belə səslənir:

"Bir insan oğlu yer üzündə hamını və hər kəsi, bütün bəşəriyyəti belə aldatmağa qaldırdı, amma bir kimsə, nə özünü, nə də Allahı aldatmaq gücünə sahib deyil və ola da bilməz. Təbii ki, əgər o şəxs həqiqətən insandırsa"

Hə, cənab İlham Əliyev!!!

Bax bu yerdə əsil mətləb üzərinə gəlmənin tam vaxtıdır. Mən Sizin, NATO-nun Baş Katibi ilə birgə, bir müddət öncə Belçikada keçirilən brifinqdə, siyasi məhbuslarla bağlı sualları necə cavablandırdığınızı eşidəndə düşündüm ki, Siz artıq hamını, hər kəsi, hətta bütün bəşəriyyəti belə aldada bilibsiniz. Əks təqdirdə dünyanın gözü qarşısında,milyonlarla insanın gözlərinin içinə baxaraq, bu qədər əmin və arxayın şəkildə yalan danışmaq, sadəcə qeyri mümkün idi. Amma, Siz bu yalanı o qədər səllis və rəvan şəkildə, dili dolaşmadan deyə bildiniz ki, bu arada məhz Sizin şəxsi məhbusunuz qismində, sırf siyasi motivlərlə həbs edilərək qazamatda olmasaydım, inanın ki, mən bu BÖYÜK YALANA inanardım bəlkə...

Fəqət, ortada indi sayı onlarla ölçülən "gözü çıxan qardaşlar"ın sırasında mən özüm də varam və kim bilməsə də mən özüm yaxşı bilirəm ki, aylardan bəri, nəinki törətmədiyim, heç törətməyi ağlıma belə gətirmədiyim bir "cinayət"lə yarqılanaraq, onun cəzasını çəkirəm. Və elə bu səbəbdən də məhkum edildiyim məhbus həyatımın hələ bundan sonra nə qədər davam edəcəyi bir Sizin kefinizə, bir də uca Allahın lütfünə bağlıdı...

Əslində nəyin baş verdiyinə və olub-bitənlərin arxasında nələrin dayandığına aydınlıq gətirə bilmək üçün nə uzun-uzadı izahata, nə də geniş şərhə ehtiyac var. Axı belə götürəndə, məni heç tanımayan balaca bir müstəntiqin nə marağı ola bilər ki, barəmdə heç olmayan bir cinayət uydurub, saxta ittihamla məni həbs etmək qərarı versin???!!!
Hətta tutaq ki, maragı olsa belə, o, bunu bir belə rahatlıqla həyata keçirə bilərmi, Sizcə?!!! Bəs bu haqda birdən onun çox sevdiyi və bütün Azərbaycan vətəndaşları kimi, mənim də Ana Yasal hüquqlarımı qoruyacağına and içmiş prezidenti bundan xəbər tutsa nə olar?!!! (Yeri gəlmişkən, elə həmin müstəntiqin özü, nələrin baş verdiyini dəfələrlə, həm də göz yaşları içində etiraf edib-S.Ə).

Bu yerdə məntiq onu deyir ki, sadəcə o yazıq müstəntiqi, həmin cinayəti törətməyə məcbur ediblər. Ya da adam müəyyən vədlər qarşılığında, o, bu cinayətkar tapşırığı can-başla yerinə yetirib, nə fərq edər ki?!!!

Heç şübhəsiz ki, müstəntiq bu cinayəti törətmək tapşırığını mənsub olduğu polis idarəsinin rəisindən alıb. Bu arada yenə həmin suallar ortaya cıxır ki, polis rəisinin bu cinayətin törədilməsində nə marağı ola bilər, ya da adam durduğu yerdə niyə bu qədər ağır bir cinayət əməlinə yol verməlidir?!!!

Deməli polis rəisi də öz növbəsində bu cinayəti törətmək göstərişi alıb. Sizcə böyük bir rayonun polis rəisiə belə bir göstərişi kim verə bilər ki, o da çəkinib-qorxmadan bu cinayətkar əməlin həm iştirakçısına, həm də ortaqlarından birinə çevrilsin. Bu zaman, belə bir göstərişin ancaq, özü də şəxsən nazir səviyyəsində verildiyi şübhə doğurmur. Oysa, polis rəisinin bu cinayətkar tapşırığı bir başa Ramil Usubovdan aldığını birmənalı şəkildə söyləmək mümkündür. Zatən bu nazir, illər öncə, prezident Heydər Əliyevin tapşırığı əsasında ağır bir cinayət əməlinə imza atdığını canlı efirdən şəxsən etiraf etmişdi və indiki situasiyada da,Ramil Usubovun məhz prezident İlham Əliyevin tapşırığını yerinə yetirdiyi, şəxsən məndə şübhə doğurmur. Əks təqdirdə, bu boyda cinayəti nə Ramil Usubov, nə də digər nazirlər törədə, nə də bunu belə asanlıqla həyata keçirə bilərlər. (Bu o Ramil Usubovdu ki, gözünün ağı qarası olan tək balasının həyat yoldaşını ağzınnan atanlar barəsində cınqırını belə çıxara bilmədi. Görünür onda susmaq tapşırığı da elə cənab prezidentdən gəlmişdi-S.Ə)

Əgər bütün bu biabırçılıqların arxasında şəxsən prezidentin özü və sözü yoxdursa, o zaman tutduqları vəzifə və dövlətdən aldıqları görəv etibarilə qanunçuluğu qorumağa və cinayətkarlıqla mübarizə aparmağa mükəlləf olan bu qədər şəxslər nəyə və kimə güvənərək belə ağır cinayətlərin altına girə bilirlər. Hələ mən burada bu cinayəti sanksiyalaşdıran və bu cinayət dolu ittihamları məhkəmələrdə müdafiə edən prokurorlardan, dövlət görəvliləri tərəfindən törədildiyi məhkəmədə tam sübuta yetirilsə də, bu cinayətlərə qanun donu biçərək, onları dövlət adından təstiq edən hakimlərdən heç danışmaq belə istəmirəm. Ən dəhşətlisi də odur ki, bu adamların hamısı ya birbaşa, ya da dolayısı ilə, olub-bitənlərdən xəbərdar olduqlarını, törədilən bu cinayətlərə bilincli şəkildə ortaq olmaq zorunda buraxıldıqlarını etiraf edirlər.
İndi siz, cənab İlham Əliyev, durub desəniz ki,bütün bu deyilənlər Sizin iradənizdən kənarda baş verir, o zaman mənim də əffinizə sığınaraq Sizdən soruşmaq haqqım var ki, elə isə, Siz niyə, nəyin və ya kimin prezidentisiniz?!!!

Amma yox, mən adım kimi əminəm ki, indi Azərbaycanda baş verən yaxşı, ya da pis, pozitiv ya da neqotiv nə varsa hamısı sizin iradənizin məhsulu, idarənizin nəticəsidir. Başqa cür olmur, və ola da bilməz. Əgər olsaydı bu mövcud reallıqların mahiyyətinə və mövcud rejimin fəlsəfəsinə zidd olardı. O cümlədən də, vətəndaşların(indi oların sayı onlarladır-S.Ə) siyasi motivlər əsasında, amma CM-nin çeşidli maddələri ilə həbsxanalara doldurulmas da, məhz sizin iradənizdən qaynaqlanr və başnda durduğunuz rejimin bolşevik mahiyyətindən doğur.

Əslində bütün bu deyilənlər indi Azərbaycanda da, dünyanın irili-xırdalı çeşidli ölkələrində də 7-dən 77-yə hər kəsə bəllidir. Məğribdən məşriqədək. Mövcud olan bütün beynəlxalq və yerli təşkilatlarda da ham bunlar bilir. Zira, mən indi yazdıqlarmla Amerikan yenidən kəşf etmək, velosipedi təzədən icad etməyi söyləmək iddiasndan çox-çox uzağam, yəni görünən kəndə bələdçilik eləmək fikrim yoxdu.
Amma cənab İlham Əliyev, demək istədiyim bir şeylər də var. Yuxarda mən bir insan oğlunun, bütün bəşəriyyəti aldada bilsə də, bir özünü, bir də Allahı aldada bilməyəcəyibarəsində yazmışdım və Sizin də bir çox anlamaqda artıq bütün bəşəriyyəti aldada bildiyinizi vurğulamışdım. Ya da, belə deyək ki, bəşəriyyətin idarə olunmasında iradə sahibi olan çox yekə kişilər indi özlərini aldanmış kimi aparırlar, amma hələlik. Burda işin ən dəhşətli boyutu isə ondadır ki, Siz bu görüntüdən ruhlanaraq özünüzü belə aldada biləcək qədər qabağa gedibsiniz. Mən bunu sözügedən "Belçika brifinqi"ndə Sizi izləyərkən hiss etdim. İnsan övladında belə əlamətlərin kənar gözlə görünəcək hala gəlməsi və ən fəlakətlisi də bir insan övladının özünü buna inandırması, artıq onun insanlıqdan çıxaraq başqa iddialara düşməsi anlamına gəlir. Ətrafınızda toplaşmış yaltaqlar sürüsünün və məddahlar ordusunun mədhiyyə janrlı laylalarında uyuyaraq, insanlq dışı röyalarda yaşamanız isə Sizi də, elə bizi və külli Azərbaycanı da fəlakətin astanasına gətirib.

Bu məktubu da sizə ona görə yazdım ki, nə olursa olsun, özünü aldatmaq hisslərinə qapılaraq, insanlıq dışı əməllərə yuvarlandığınızı diqqətinizə çatdırım.
Sözügedən hikmətdə Allahın da aldadlmasnın mümkünsüzlüyü barədə deyilənlərə rəğmən, bu haqda bilərəkdən susdum. Çünki, ötən ilin müqəddəs Ramazan ayının Allah evində verilən iftar yeməklərindən birində şeyx həzrətlərinin Sizi "Allah" səviyyəsinə qaldıraraq barənizdə elə Allahın özü kimi danışmasına təəccüb eləmədiniz, əksinə, təbəssüm qarışıq susqunluqla onunla razılaşdığınızı ortaya qoydunuz.

Amma onu da deyim ki, yaxın ətrafınızda yer alan məddahların belə sayıqlamalara küfr etdiklərinin dəfələrlə şəxsən şahidi olmuşam. Məsələn, əvvəllər atanızın, sonra da Sizin sayənizdə 20 ildir ki, Milli Məclisdə deputat yeri tutan Milsiz vəkillərdən biri, illər əvvəl ki, son görüşümüzdə, mənim yazlarma irad tutaraq elə belə də demişdi:
"Mən səninlə nədən danışa bilərəm, sən mənim allahımdan və peyğəmbərlərimdən yazırsan". "Əstəğfürullah"- dedim-Ay filan kəs bəy, mənim Allahla, Peyğəmbərlə nə işim ola bilər?". Adam tam ciddiyyəti ilə dedi: "Bəli, mənim allahım Heydər Əliyev, peyğəmbərim isə İlham Əliyevdir...".

Artıq dediyim kimi, bu bizim son görüşümüz oldu, atanızın o "bəndə"si, Sizinsə o "ümmətiniz"lə.
Hə, bax belə belə işlər, cənab prezident İlham Əliyev. Bilmirəm daha nə desəm ki, Sizin yaranmış duruma adekvat reaksiya verə bilmənizə köməyim dəysin. Amma düşünürəm ki, bu qədəri də yetər, "Arifə verilən işarə" misalı söylədim bütün bunları.
İndi isə, məktubun əvvəlinə qayıdıb Cəlilabadlıların kəndlərinə normal bir yol arzusu ilə Mehriban xanma etdikləri müraciəti niyə sizə xatırlatmağı lazım bildiyimi deyim. Əslində məsələ çox sadədir və mən Sizə insanlq dışında yataraq bəzəkli röyalardan diksinib oyana bilməniz üçün bir and vermək istəyirdim. Bu mənada, Cəlilabadlı soydaşlarımızın əsil tapınt sayıla biləcək bu andı, indiki duruma və məktubumda bəhs etdiyim mətləblərə çox adekvat gördüm.

Beləliklə, İlham Əliyev, səni and verirəm keçmiş prezidentimiz Heydər Əliyevin goruna, gələcək prezidentimiz Heydər Əliyevin canna, özünü aldatmaq həvəsindən vaz keç və bu fağır bəndənizin heç vaxt törətmədiyi, törətməyi ağlına belə gətirmədiyi cinayətə görə necə, nədən və niyə tutulduğunu açıqla və mənə vurulan "xuliqan" yarlığına görə kimin məsuliyyət daşıdığını söylə, daha doğrusu, etiraf elə. Çünki etiraf edə bilmək ədəbli və çox yekə kişilərə xas olan xüsusiyyətdi və düşünürəm ki, Siz də özünüzü balaca kişilərin sırasında görmək istəməzsiniz...

Sayqı və səmimiyyətlə,
Sizin şəxsi məhbusunuz ola bilmənin ləzzətini dadmaqdan və keyfini çəkməkdən məxsusi qurur duyan Sərdar Əlibəyli
04.02.2014
Kürdəxanı Bakı 

Категория: İnsan hüquqları | Просмотров: 1668 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus