Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2011 » Октябрь » 29 » İlham Əliyev müstəqilliyə qarşı!
13:58
İlham Əliyev müstəqilliyə qarşı!
Prezident ya xalqdan üzr istəməli, ya da istefa verməlidir!

Prezident «Əl-Cəzirə» kanalına müsahibə verib və biz dünən gecə bu müsahibəni ««Əl-Cəzirə» İlham Əliyevi divara dirədi!» deyə manşetdən ictimaiyyətə xəbər vermişik. Çox üzücüdür mənim üçün. Ən əvvəl ona görə ki, Azərbaycan prezidentinin hansısa xarici telekanalda bu vəziyyətə düşməyini şəxsən mən istəməzdim. İlham Əliyevin atası bir siyasət nəhəngi kimi belə vəziyyətlərlə az-az qarşılaşırdı. Onun da öhdəsindən gəlirdi. İlham Əliyev çox təəssüf ki, ondan gözlənənləri etmədi, edə bilmir.

Başqa məqamların üzərində o qədər də dayanmaq istəmirəm. Onsuz da hörmətli prezidentin nə qədər uğursuz və yarıtmaz siyasət apardığını yazan elə bizlərik və onun müsahibədə dediyi bəzi fikirlər var ki, şərhə belə ehtiyac yoxdur. Kim bilmir ki, prezident İlham Əliyev müxalifət haqqında nə deyəcək. Təbii ki, müxalifətin və demokratik müəssisələrin inkişafının amansız düşməni olan, müstəqil mətbuata nifrət etdiyini heç kimdən gizlətməyən bir prezidentin zamanında müxalifət necə olmalıdırsa elədir. Müxalifətin işləyib-işləməməsi, isti otaqlardan cəmiyyətə sərgilədiyi meşşan baxışı, qabiliyyətsiziliyi və qorxaqlığı ayrı söhbətin mövzusudur və mən bu haqda illərdir yazıram. Amma işin o biri başı da var axı. Sən bütün dövlət resurslarını qarşı düşüncənin üzərinə istiqamətləndirərsən, ortaya çıxan mənzərə belə olar və Allahın «Əl-Cəzirə» telekanalının bir sualının qarşısında dərbədər olar, dağılıb gedərsən.

Mən İlham Əliyevin 2013-cü ildə prezidentliyə guya namizədliyinin bəlli olmaması haqqındakı məsələyə də ironiya ilə yanaşıram. Hələ tələbə ikən İlham Əliyevin atası ilə Ankarada görüşmüş və israrla Elçibəy hakimiyyətinə baxışlarını və hakimiyyətə iddialı olub-olmadığını öyrənmək istəmişdim. Qoca Heydər Əliyev israrlarım qarşısında bunları demişdi: «Bunlar bir qrup uşaqdırlar gəliblər, görək necə olacaq. Hakimiyyət məsələsində isə, mən iddialı deyiləm, amma xalq tələb eləsə, baxaram». Mən o zaman bu sözləri ciddiyə almamışdım. Amma bu gün Heydər Əliyevin hakimiyyət fəlsəfəsini anladıqca, nə demək istədyiini də anlayıram.

İlham Əliyev də elə. Prezidentin «Siz üçüncü müddətə prezidentliyə namizədliyinizi irəli sürməyi planlaşdırırsınız? Bu barədə qərar vermisiniz?» sualına verdiyi cavaba baxın: «Xeyr, qərar verməmişəm. Bu, xalqın istəyindən asılı olacaq. Əgər xalq məni və gördüyüm işləri dəstəkləməkdə davam etsə, bu variantı nəzərdən keçirəcəyəm». Aydın olmayan nə var ki? «Əl-Cəzirə» kanalının əməkdaşı «Sənin xalqın var ki?» deyə soruşa bilməz axı. Amma İlham Əliyevin xalqı yoxdur ki. Bunu hamıdan yaxşı onun özü bilir. Ona görə işdən evə, evdən də işə gedəndə minlərlə polis əməkdaşı yollarda, minlərlə insan da rollarda əsəb xəstəliyinə tutulur. İlham Əliyevin xalqının olmadığını bizə onun xaricdəki dostları da sağ olsunlar, açıb göstərmirlərmi? Sarkozinin gəlişi İlham Əliyevin xalqının olmadığını göstərmədimi? Sarkozi Ermənistana getdi, Yerevanda çıxış elədi, saxta «soyqırım» abidəsinin qarşısında Türkiyəyə nota verdi, Gürcüstanda başqa dəmdəstgahla qarşılandı – Bakıda isə 2 saatlıq gəzişmədən sonra buranı tərk etdi. Bəs necə olur xalqı olmamaq? İlham Əliyevin xalqı olmadığına görə, burada vacib olan iki insanla görüşdü Sarkozi – prezidentlə və onun xanımı ilə. Ermənistanda və Gürcüstanda isə Sərkisyanla Saakaşvilinin xalqına xitab elədi, onun içinə girdi, ona sözünü dedi.

Sözün qısası, İlham Əliyevin prezidentlik haqqında dediyi də, xalqın guya istəyi haqda söylədikləri də əfsanədir, yalandır. Möhtərəm prezident bu xalqın səsini artıq çoxdan eşitmir. Onun bu xalqa baxışı da milçəyə baxışdan fərqlənmir. Onun talançı və monopolist bir komandası var. Həmin komanda bu xalqın anasını ağlatmaqla məşğuldur. Bu xalqın evini başına uçururlar, çırağını keçirirlər, qarşılığında heç bir kompensayisya vermirlər. Bu xalqın udmağa havasını tozla əvəzləyiblər. İllərdir bu ölkə və bu şəhər toz-palçığın içindədir. Bu xalqın qida təhlükəsizliyi yox, ölüm fazizi artmaqda, ölümlər gəncləşməkdə davam edir. İlham Əliyevin xalqı var!? Yoxdur! Və ona görə də prezidentin «Əg-Cəzirə»yə müsabihəsindəki xalqa istinad səmimi deyil. Yumşaq formada «səmimi deyil» yazıram. Olanı yazsam, o zaman bir də İlham Əliyevin məhkəmə iddiası ilə qarşı-qarşıya gəlməli olacağam. Onu da istəmirəm:)))

Mən İlham Əliyevin bir məsələyə münasibətinin üzərində dayanmaq istəyirəm. İlham Əliyevin müstəqilliyə baxışını heyrətlə oxudum. Gecənin gec saatlarında yayılmışdı müsahibə – saat 23.40-da. Amma bizim redaksiyada heyrətdən doğan bağırtı-qışqırıq vardı. Hamımızın əlimiz ağzımızda qalmışdı. Ola bilməz! Bu qədəri də ola bilməz!

İlham Əliyev beləcə də deyir: «Bəziləri deyir ki, müstəqillik uğrunda güclü hərəkat olub. Bəzi respublikalarda güclü hərəkat olub, bəzilərində isə yox. Lakin buna baxmayaraq, bütün respublikalar müstəqillik əldə ediblər. Beləliklə, bu, obyektiv bir proses idi və Sovetlər İttifaqının süqutu nəticəsində biz müstəqil olduq.»

Aaaa, bu nə deməkdir elə? Necə yəni Sovetlər İttifaqının süqutu nəticəsində müstəqil olduq. İlham Əliyev bilmir ki, Sovet İttifaqı 1991-ci ildə süqut etdi? 1988-ci ildə Sovet İttifaqı süqut etmişdi? Milyonlarla insanın Allahın yanına qədər qalxan dəmir yumruqları nə idi bəs? Gecə-gündüz demədən küçələri inim-inim inildədən Milli Azadlıq Hərəkatı hara getdi belə? Mən hələ arası kəsilməyən, hər il davam edən, 1930-larda, 40-larda, 50-lərdə, lap elə 60-larda için-için gedən, imkan tapan kimi alovlanan Milli Mübarizə – Millətin mübarizəsi haqqında danışmıram. Bilmir bunu cənab prezident!? Oxumayıb, öyrənməyib?! Axı bunları öyrənmək və mənimsəmək üçün onun kifayət qədər imkanları olub…

İlham Əliyevin görünür, bunlardan xəbəri yoxdur. O, yəqin onu da bilmir ki, 1956-cı ildə Qız Qalasının üzərinə üçrəngli Azərbaycan bayrağı qaldırılıb. Ola bilsin ki, cənab prezidentin heç Şıx Əli Qurbanovun hərəkatından da xəbəri yoxdur. Amma mən İlham Əliyevin yerinə olsaydım, Azərbaycan xalqının bu əsrarəngiz tarixinin üzərini açar, Şıx Əlini kimlərin öldürdüyünü xalqın diqqətinə çatdırardım.

Yaxşı, bəs hakimiyyət ideoloqları Heydər Əliyevin SSRİ vaxtında gördüyü işləri bəzən Milli Azadlıq hadisəsi kimi qələmə verirlər – buna nə ad qoyaq? Bəs bunlar deyirdilər ki, Heydər Əliyev Cəmşid Naxçıvanski adına hərbi məktəbi müstəqillik istədiyi üçün, gizli mübariz olduğu üçün açıb?! Gülüstan sarayının tavanından danışan arxitektor əmisi oğlu tavandakı səkkizgüşəli ulduzun birbaşa Heydər Əliyevin tapşırığı ilə qoyulduğunu və bunun da Məhəmməd Əmin Respublikasından gəldiyini deyirdi, bəs o nədir? Bunlar Azərbaycan xalqına guya milli mübariz olduqlarını aşılayırlar axı…

Deməli, belədirsə İlham Əliyev atasını yaxşı oxumayıb, öyrənməyib, təqib etməyib. Axı onun doğma atasının – Heydər Əliyevin Milli Azadlıq Hərəkatın haqqında müsbət sözləri, fikirləri var, onlar hara getdi? Müstəqillik uğrunda böyük və şanlı mübarizə olmayıbsa, haradan gəlib çıxıb üçrəngli bayraq başımızın üzərinə? Heydər Əliyev niyə bu bayrağı apar-topar Naxçıvanda qaldırırdı və o haqda xüsusi qərar qəbul edirdi? Bəlkə hamısı yalanmış, gözdən pərdə asmaq üçünmüş? Hə?! Bu suallara yalnız İlham Əliyev cavab verə bilər, çünki atasının yolunu o davam etdirir. İki adamdan biri qeyri-səmimidir – ya Heydər Əliyev, ya da İlham Əliyev. Ya onun müstəqillik hərəkatı haqqında dedikləri və etdikləri yalandır, ya da İlham Əliyevin indi dedikləri. Qoy Oxucu bu haqda dərindən fikirləşsin və qərarını versin…

İlham Əliyev sərəncam verib – müstəqilliyin 20 illiyi haqqında. Bu, o zehniyyətdir ki, özləri mənasız-mənasız manısları yığıb guya bayram tədbirləri keçirirlər, amma bu müstəqillik uğrunda başını və canını təhlükəyə atanlara Allahın şadlıq evini də qıymırlar. Bəs niyə sənərcam veribsən sən? Bu sərəncamı nə münasibətlə veribsən? Müstəqilliyi qəbul etmirsənsə, elə təbii proses nəticəsində azad olmuşuqsa, o zaman bütün bu həngamələr nə üçündür?

Nə deyəsən axı? Vallah, orta məktəbin ən zəif şagirdləri də bu haqda daha çox məlumatlıdırlar, nəinki bizim gənc və perspektivli prezidentimiz. Onun ağıl xocaları harada batıb-qalıblar? Niyə ona bir söz demirlər? Oturuşu problem, duruşu problem, danışığı problem – yanında bir biləni yoxdurmu?!

Mən cənab prezildentin bu müsahibəsini dərin üzüntü və sarsıntı içində oxudum. Yəqin ona görə ki, biz həm də müstəqilliyin verdiyi hava ilə oxuduq, yaşadıq, təhsil aldıq və yetişdik. Kim nəyi öyrənibsə o haqda danışır. Güman ki, bizim gənc prezidentimiz tamam başqa aurada və mühitdə böyüyüb. O, meydanın ləngərli dalğalanmalarını görməyib, müstəqilliyin əzablı yolları ilə bu millət yürüyəndə o tamam başqa sahələrdə çalışıb və heç yuxusuna da girməyib ki, nə zamansa bu ölkənin ipləri onun əlində olacaq. Ümid edirəm ki, İlham Əliyev bu yanlışını düzəldəcək və düzəltməlidir. Bizdə məlumatlar var ki, ona qorxusundan heç kim söz deyə bilmir. Deyə bilən varsa, nə qədər böyük ayıb və biabırçılıq baş verdiyini ona anlatmalıdır. Bir dövlətin başçısı özünü bu qədər inkar edə bilməz. Belə ciddi məsələlər ciddi dövlətlərdə impiçmentə səbəb olur. Müstəqilliyi qəbul etməyən, milyonlarla insanın zəhmətini yerə vuran, bu yolda can verən minlərlə şəhidin ruhunu incidən bu müsahibə təkzib olunmasa – hələ o ayrı məsələdir ki, prezident bu uğursuz müsahibəsində cəmi 12-15 min şəhid verdiyimizi söyləyir (!!!) – cənab prezidentə bir yol qalır – istefa vermək.

Bu millətin müstəqillik uğrunda hərəkatı, mübarizəsi olmayıbsa, o zaman elə həmin gün də istefaya yollanmalısan, cənab prezident!

Başqa yol qalmır!

Çıxışa zəruri haşiyə:

 …20 Yanvar hadisələri baş verəndən dərhal sonra Türkiyənin prezidenti Turqut Özal müalicə aldığı Amerikada uğursuz bir bəyanat verdi. Özal dedi ki, azərbaycanlılar şiə olduqları üçün İrana daha yaxındırlar, onların problemi ilə İran məşğul olmalıdır. Bu uğursuz bəyanat bütün Türkiyəni ayağa qaldırdı, ordu dövrəyə girdi, komandanlar hərəkətə gəldi, ziyalılar, yazarlar ayağa qalxdı və… Özal bir gün keçmədi ki, Azərbaycandan və Türk millətindən üzr istədi.

İndi buyurun, səhvinizi düzəldin və bu millətdən üzr istəyin, izahatını verin. Nə olar prezident olanda…

Özaldan artıq dövlət adamı deyilsiniz ki…

Əvəz Zeynallı
"Xural” qəzeti,

il 9, sayı: 062 (472), 17 oktyabr 2011

 

 



 

Категория: Azərbaycan | Просмотров: 1492 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus