Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2011 » Ноябрь » 11 » İlham Əliyevi hakimiyyətdə saxlayan Ramiz Mehdiyevdir
14:55
İlham Əliyevi hakimiyyətdə saxlayan Ramiz Mehdiyevdir
"The Economist”: "Neft pulları inkişaf illüziyası yaradır, iş yerləri yox”

"Hökumət neftin iyindən o qədər keflənib ki, gələcək barədə fikirləşmir”


Dünyanın nüfuzlu nəşrlərindən biri olan "The Economist” dərgisi Azərbaycandakı vəziyyətlə bağlı geniş məqalə dərc edib. Məqalənin tərcüməsi "Azadlıq” radiosunun saytında yerləşdirilib.

***

Azərbaycanın paytaxtı Bakıda Xəzər dənizinin sahillərində gəzəndə, burnuna neftin iyi dəyir. Sən burada ya nefti, ya da onun bəhrəsini görə bilərsən: genişzolaqlı sahil xəttində mərmər sürahilər, proyektorların işıqlandırdığı fəvvarələr, «Tiffany» və «Gucci» butikləri, hökumətin Londondan gətizdirdiyi, bənövşəyi rənglətdirilmiş qara taksilər, dünyada ən hündür dirək üzərindəki nəhəng dövlət bayrağı. Bu bayraq gələn il «Eurovision» mahnı müsabiqəsinin keçiriləcəyi arena üzərində yellənir.

2006-cı ildə əsas neft ixrac kəməri istismara veriləndən ölkəyə axmağa başlayan neft pulları sovetlərin elə də sevimli şəhəri olmayan Bakını gözqamaşdıran paytaxta çevirib. Ancaq yerli sakinlərin tez-tez evlərindən çıxarılması halları da baş verir. Neft pulları dəyişikliyə müqavimət göstərən avtokratik və korrupsiyaya uğramış siyasi sistemi qoruyub saxlayır.

ƏRƏB İNQİLABLARI DALĞASI NİYƏ DAYANDI?


Azərbaycanı İlham Əliyev idarə edir. O, prezidentliyi atasından miras alıb. Atası Heydər ağıllı KQB generalı olaraq Azərbaycanı sovet dövründə idarə edib. Oğlu 2003-cü ildə hakimiyyətə gələndə, çoxları onu Moskvada təhsil almış, atasının bacarıqları olmayan «qızıl kimi oğlan» sayırdı. Ancaq ötən illər ərzində o, hakimiyyətini möhkəmləndirib, müxalifəti sıxışdırıb, rəqiblərini məhv edib, prezidentliyə limiti götürüb. O, həmçinin ölkənin sürətlə artmaqda olan neftə bağlı inkişafına da nəzarət edib. Bakının mərkəzində nümayiş olunan sərvət şəhər kənarlarına çıxmasa da, sadə azərbaycanlıların da gəlirləri artıb. Yoxsulluq azalıb.

Ərəb inqilabları dalğasının Bakı sahillərində dayanması da bununla izah oluna bilər. Martda bir neçə yüz nümayişçini polis dağıtdı; 14 nəfər hələ də həbsdədir. Hökumət narazılığın səbəbini qismən azaltmağa çalışdı, hətta müvəqqəti olaraq korrupsiya ilə kiçik miqyasda mübarizə də apardı - azından narazılıq səngiyənəcən.

Qərbin Azərbaycanı tənqid etməyə nə iradəsi, nə də gücü var. Amerika üçün Azərbaycan Əfqanıstana tranzit marşrutudur. Avropa üçün o, qeyri-rus qazının mühüm potensial mənbəyidir. Qaz və coğrafiyası Azərbaycana beynəlxalq yük qazandırsa da, əslində rejimi saxlayan neftə əsaslanan qorxu, təhdiddir.

RAMİZ MEHDİYEV VƏ OLİQARXLAR


Müxalifət dişsizdir, ancaq bu, o demək deyil ki, siyasət ölüb. Bunu bir rəsmi deyir. Siyasət sistemdə bir neçə oliqarx qrupların balanslaşdırılmasında özünü göstərir. Klan maraqlarına vasitəçilik edən əsas fiqur Prezident Administrasiyasının 73 yaşlı rəhbəri Ramiz Mehdiyevdir. O, Heydər Əliyevin vaxtında da həmin vəzifədə olub və məhz Heydər Əliyev ona oğlunu hakimiyyətdə saxlamağı etibar edib. Cənab Mehdiyev Daxili İşlər Nazirliyi və dövlət məmurlarına nəzarət edir, oliqarxlar isə iqtisadiyyatı idarə edir. Ən güclülərdən biri Fövqəladə Hallar naziriKəmaləddin Heydərovdur. Onun bəstələrini pop-ulduzlar oxuyurlar. O, gömrüyə də nəzarət edir. London İqtisadiyyat Məktəbini bitirən, Britaniya kral ailəsi ilə əlaqələri olan oğlu ilə birlikdə əsl biznes imperiyası qurublar. Bu imperiyaya balıqçılıq və kürü, həmçinin mülkiyyət və tikinti sahəsindəki monopoliya daxildir.

GİZLİ İQTİSADİYYAT


İqtisadiyyatın böyük hissəsi gizlidir. Azərbaycana ixrac olunan və idxal kimi qeydə alınan mallar arasındakı boşluğa baxıb «qara iqtisadiyyat»ı görmək mümkündür.  2003-2009-cu illərin məlumatlarını təhlil edən iqtisadçı Qubad İbadoğlu deyir ki, bu rəqəm 10 milyard dollara bərabərdir.

Beynəlxalq Böhran Qrupunun keçən il yazdığına görə, korrupsiya təkcə elita üçün şəxsi varlanma vasitəsi deyil, həmçinin siyasi nəzarət üçün güclü vasitədir. Başdan ayağa hamı bir-birilə əlbirdir və ətraflarına yeni üzv qəbul etməyə meyl göstərmirlər.

Bir dövlət qulluqçusu izah edir ki, hər kəs iki maaş alır: rəsmi və zərfdə qeyri-rəsmi. Hökumət bütün qeyri-rəsmi ödənişlərin hesabını aparır. «Cinayət o demək  deyil ki, oğurlayırsan, odur ki, oğurlayırsan və bu barədə məlumat vermirsən». Hökumət asanlıqla rüşvəti vergiyə çevirə bilərdi. Araşdırmaçı jurnalist Xədicə İsmayılın fikrincə, zərflər adamları minnətdar edir, razı salır, vergi isə onları tələbkar vətəndaşlara çevirir.

Ancaq bütün bu sistem daim artan pul qazanından asılıdır. 2005-2008-ci illərdə Azərbaycanın iqtisadiyyatı 25 faiz artıb. Bu il neft istehsalına investisiya qoyuluşu başa çatdığından artım 1 faizdən az olacaq. Neft pulları inkişaf illüziyası yaradır, iş yerləri yox. Baxmayaraq ki, neft istehsalı güclüdür və ölkə pulsuz qalmayacaq, inkişaf etmək üçün islahatlar lazımdır. İndiliksə hökumət neftin iyindən o qədər keflənib ki, gələcək barədə fikirləşmir.


TALISH.ORG

Категория: Azərbaycan | Просмотров: 1485 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus