Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2012 » Апрель » 12 » “İlham Əliyevi yola salıb-qarşılayanlara baxmaq kifayətdir”
19:38
“İlham Əliyevi yola salıb-qarşılayanlara baxmaq kifayətdir”
Cəmil Həsənli onu ittiham edənlərə elə cavab verdi ki...

"Azərbaycanda hələ elə dövr olmayıb ki, ən yüksək hakim elitanın tərkibi indiki kimi, eyni regionun təmsilçilərindən ibarət olsun”

"Kim cəmiyyəti inandıra bilər ki, Əliş Lənbəranski ilə müqayisədə daha çox parodiya təsiri bağışlayan Hacıbala Abutalıbov əvəzolunmaz kadrdır”


Ötən həftə akademik İsa Həbibbəylinin tarix elmləri doktoru, professor Cəmil Həsənli haqqında yazdığı "Elmi mühitə obyektiv baxış naminə" adlı geniş məqalə əvvəlcə "Azərbaycan", bir gün sonar isə "525-ci qəzet"də dərc olundu. Birdən birə məqalənin iki qəzetdə dərc olunması onun yuxarıların sifarişi olmasından xəbər verir. Bu fikirlərə münasibət bildirmək üçün professor C.Həsənliyə müraciət etdik. C.Həsənlinin ünvanına səslənən böhtan xarakterli ittihamlarla bağlı mülahizələrini təqdim edirik.

"Ümumnaxçıvan starostası"

Akademik İsa Həbibbəyli bir müddət əvvəl icərisində mənim də olduğum Ziyalı Forumu haqqında "Azərbaycan" qəzetində geniş bir yazı yazmışdı. Həmin yazıdakı fikirlərlə razılaşmasaq da, bunun müəllifin mövqeyi olduğunu nəzərə alaraq ona münasibət bildirməməyi qərara aldıq. Əslində, formaca "akademik" məzmunca "partiyalı" xarakter daşıyan bu yazıda Ziyalı Forumunun ünvanına çox sərt ittihamlar səsləndirilir və məsələ belə qoyulur ki, sən demə, Azərbaycanın bu gün heç bir problem yoxdur, ölkədə rüşvətin və korrupsiyanın kökü kəslilmiş, işsizlik problemi ləğv edilmiş, çörək dalınca qonşu ölkələrə mühacirət etmiş milyonlarla həmvətənimiz öz ölkəsinə qayıdıb ailəsinə qovuşmuş, 20 ildir düşmən tapdağında olan Qarabağ və ətraf rayonlar işğaldan azad olunmuş və sair. Amma bütün bunları görmək istəməyən Ziyalı Forumu hakimiyyətə böhtan atır və aranı qızışdırır, akademikin dili ilə desək "düşmən dəyirmanına su tökür". Yazı sırf sovet dövrünün sifarişlərinə uyğun yazıldığından və tamamilə əsassız mülahizlər üzərində qurulduğundan bu qarma-qarışıq söz yığınına vaxt sərf etməyi  özümüzə rəva bilmədik. Sonra mən bu ilin fevral-mart aylarında Vaşinqtonda olarkən "Azadlıq" qəzeti məndən bir müsahibə aldı və onu mart ayının 5-də dərc etdi. Orada respublikada cərəyan edən bir sıra sosial-siyasi proseslərlə yanaşı Azərbaycanda elmin vəziyyəti, MEA-na elan olunmuş seçkilər və o cümlədən, Akademiyanın Naxçıvan bölməsinə ayrılan yerlərlə bağlı bəzi məqamlara töxunmuşdum.  Görünür, Azərbaycanda artıq siyasi xarakter alan və dövlət siyasəti səviyyəsinə qaldırılmış yerliçiliklə və onun elmdəki təzahürü ilə bağlı fikirlərimiz İsa müəllimi bir az rəncidə edib. Məhz, bu narahatçılığın ifadəsi kimi də o, "ümumnaxçıvan starostası" kimi elmi mühitə "obyektiv" baxışlarını ortaya qoyub. Bu baxışların nə dərəcədə obyektiv olduğuna biz az sonar qayıdacaq və həmin sözü əhatəyə almış dırnaqları oradan qaldıracağıq.

İlk öncə onu demək istəyirəm ki, mən İsa Həbibbəylinin siyasi görüşlərini bölüşməsəm də, onun elminə, savadına, akademik tituluna həmişə hörmətlə yanaşmışam və belə hesab edirəm ki, o daşıdığı yüksək elmi titulu öz zəhməti və səmərəli araşdırmaları ilə əldə etmişdir. Son illərin məmur həyatı onun elmi yaradıcılığına müəyyən qədər təsir göstərsə də, Azərbaycan ictimai fikrinin zirvəsində dayanan Mirzə Cəlili tədqiq etməsi, böyük yazıçının bütün ömrü böyu ədalət axtarışını izləməsi onda öz təsirini qoymalı idi. Ona görə belə hesab edirdim ki, böyük yazıçının işığından və axtardığı ədalətdən İsa Həbibbəylidə kiciçik də olsa bir zərrə qalmalı idi. İsa müəllimin öz yazısında istinad nöqtəsi kimi qəbul etdiyi akademik İsmayıl Hacıyev haqqında da fikrim belə olub. Şübhəsiz ki, İsmayıl müəllim son dərəcə tərbiyəli, qabiliyyətli və mərifətli bir insandır. Əgər müxbir üzv mərhələsini keçmədən onu birbaşa akademik seçməklə İsmayıl müəllimə elmdə müəyyən güzəşt edilmişdisə, o, bu güzəşti öz insani keyfiyyətlərinin hesabına kompensassiya edə bildi. Mən istinad edilən  müsahibəmdə bu iki şəxs haqqında bir şey dəməmişəm və İsa müəllimin də İsmayıl Hacıyev haqqında müdafiə xarakterli fikirlərini mənasız hesab edirəm. Mənim iradlarım başqa idi və indi daha açıq danışmağa başlayacağam.

Cəlal Əliyevə cavabımı oxuyun

İsa müəllim yazır ki, Cəmil Həsənli bütün seçkilərə şübhə ilə yanaşır və daha doğrusu qara yaxır. "Deputat seçildiyi illərdə onun seçki prosesindən narazı qaldığını heç kəs eşitmədi". Şübhəsiz ki, o burada bir az yanlışlığa yol verir. Həm 2000-ci il, həm də 2005-ci  parlament seçkilərindən dərhal sonra mənim mətbuatda, televiziyalarda və o cümlədən Milli Məclidəki çıxışlarımda hər iki seçkinin total şəkildə saxtalaşdırıldığı haqqında çoxsaylı çıxışlarım və bəyanatlarım olub. Əgər bunu İsa Həbibbəyli eşitməyibsə, bu o demək deyil ki, başqaları da eşitməyib. Seçkilərin dəyərləndirilməsi, seçki məcəlləsinə dəyişikliklər və seçki komissiyasının formalaşdırılması ilə bağlı etdiyim çıxışlarım audio və video mətinləri parlament arxivində saxlanılır, əgər İsa müəllim o zaman eşitməyibsə, xüsusi marağın nəticəsi kimi indi eşidə bilər. Nümunə kimi xatırladıram ki, İsa müəllim 2005-ci ilin iyun ayında qarşıdakı seçkilərlə bağlı akademik Cəlal Əliyevin cəmiyyəti təhqir edən fikirlərinə qarşı mənim etdiyim çıxışın mətninə baxsa, pis olmaz. Ən azından yəqinlik hasil edər ki, onun da təmsil olunduğu parlamentdə cəmiyyəti bürümüş yaltaqlıq və məddahlıq mühitinə etiraz edənlər olub.  Son parlament seçkilərində mənim "uğursuzluğumun" səbəbini İsa müəllim özü daha yaxşı izah edib: "bir-birindən fərqli cinahların təmsilçilərini "müdafiə" etməklə, ayrı-ayrı qurumlarda, cəmiyyətlərdə "fəallıq" göstərməklə" müsir seçicinin etimadını qazanmaq daha mümkün deyildir". 

İsa müəllimin bu cümləsi Azərbaycan seçki sistemin bütün "demokratik" maskasını ifşa edir, onun mahiyyətini ortaya qoyur. Azərbaycanda son illərdə seçki prosesi bütövlükdə hakimiyyətin nəzarətinə keçdi, xalq hakimiyyəti, o cümlədən parlamenti formalaşdırmaq hüququndan məhrum oldu. Bununla da ölkəmizdə hakimiyyətin mənbəyinin xalq olması barədə konstitusiyon maddə öz əhəmiyyətini itirdi və hakimiyyət bir qurup adam tərəfindən mənimsənildi. Azərbaycanda cinayətin 4 dərəcəsi var, lakin bu 4 dərəcənin fövqündə dayanan səhv etmirəmsə bir 6-cı maddə də var: Azərbaycanda ən ağır cinayət xalqın hakimiyyəti formalaşdırmaq haqqının mənimsənilməsidir. Bu gün ölkəmizin başı üzərində bu maddənin qorxunc kabusu fırlanmaqdadır və bunu həqiqətlərin acı mənzərəsini yaratmış Mirzə Cəlil kimi bir fikir adamını araşdırmış İsa müəllim də yaxşı bilir.  

Əliyevi yola salıb qarşılayan 4 nəfər

İsa məllim yerliçilik və regionçuluqla bağlı mənim fikirlərimi "həm siyasi, həm də elmi baxımdan yanlış, zərərli" hesab edir. Sual olunur: yerliçiliyi və regionçuluğu etmək, onu Azərbaycanın idarəçilik formasına çevirmək "həm siyasi, həm də elmi baxımdan yanlış, zərərli"dir, yoxsa bəzi adamları öz çirkin əməllərindən utandırmaq üçün bu eybəcərliyi dilə gətirmək?  Əgər İsa müəllim nümunə istəyirsə, mən bir neçə nümunə təqdim edə bilərəm. Azərbaycan tarixində hələ elə bir dövr olmayıb ki, ən yüksək hakim elitanın tərkibi eyni regionun təmsilçilərindən ibarət olsun. Bəs hazırkı mənzərə necədir? Bunun üçün prezident xarici səfərlərə gedəndə və xarici səfərlərdən qayıdanda onu yola salan və qarşılayan dördlüyün tərkibinə diqqət yetirmək yetərlidir. Kim Azərbaycan cəmiyyətini inandıra bilər ki, bir vaxtlar Bakı şəhərinə rəhbərlik etmiş Əliş Lənbəranski ilə müqayisədə daha çox parodiya təsiri bağışlayan Hacıbala Abutalıbov əvəzolunmaz kadrdır. Əgər kiçik istisnalarla bütün nazirlik, nazir və müvinlər də daxil olmaqla eyni ləhcədə danışırsa, bu çirkin əməli Bakılının, Qubalının, Qarabağlının, Şamaxılının, Lənkəranlının və nəhayət nümunələri daha çox təsadüf olunan Naxçıvanlının etməsindən asılı olmayaraq, bunun bir adı var: yerliçilik. Əgər İsa müəllim xatırlayırsa, mənim 2009-cu ildə parlamentdə bir çıxışım oldu və dedim ki, indi Azərbaycanda yeni idarəçilik formasına keçid başlayır. Hər rayonda 4 rəhbər vəzifə var: icra başçısı, prokuror, məhkımnin sədri və polis rəisi. Artıq bir neçə rayon var ki, həmim rayonlarda bu dörd rəhbər vəzifəni tutanların dördü də keçmiş inzibati bölgü sisteminə görə eyni regionun eyni sovetliklərdəndir. Bu çıxış bəzi dairələrin diqqətini cəlb etdiyindən bunun tədbiri üstüörtülü görüldü. Amma bunu edən adamlar öz əməllərindən utanmalıdırlar, buna bəraət qazandıranları öz geri zəkalılığıının xəcalət təri basmalıdır. Biz nə deyirik? Biz deyirk ki, bu milləti regionçuluğa bölməyin, bu milləti özünüzkülərə və özgələrə bölməyin. Uzağı görməsəniz də, gözünüzü açın, Bakı şəhərini, onun rayonlarını idarə edən adamların regional mənzərəsinə diqqət yetirin. Onda hər şey aydın olacaq.

Akademik əxlaqsızlıq

İsa müəllim yazır ki, Cəmil Həsənli 2007-ci il akademiya seçkilərinə qatılıb, "lakin tələb olunan miqdarda səs toplaya bilmədiyi üçün iddia etdiyi yeri qazana bilməmişdir". Əvvələ səs miqdarla ölçülmür, onun ayrı ölçü vahidi var. İkincisi, bəlkə İsa müəllim izah etsin ki, bu səsi toplamaq üçün meyar nədir? Üçüncüsü bu məsələ ilə bağlı narazılığım olsaydı, bunu elə mən 2007-ci ildə deyərdim və onu 2012-ci ilə saxlamazdım. İsa müəllim tamamilə yanlış formada yazır ki, guya mən həmin seçkilərdə müxbir üzv seçilmiş Yaqub Mahmudov və İlyas Babayevi "elmdə heç bir diqqəti cəlb edən uğurları olmayan" alimlər hesab etmişəm. Bu tamamilə belə deyil, onların hər ikisi iddia etdikləri  yerlərə layiqdirlər. Yeri gəlmişkən 2012-ci il seçkilərində tarix ixtisası üzrə akademik yeri ona görə vermədilər ki, tarix institutun direktoru Yaqub Mahmudov həmin yerə seçilməsin. Mənim həmin seçkidə elmdə heç bir ciddi uğuru olmadan akademik titular almış tamam başqa adamları nəzərdə tuturdum. Əlbəttə mən müxtəlif mülahizələrə görə ad çəkmək istəmirdim, amma İsa Həbibbəylidə aydınlıq yaransın deyə o təsadüfü adamları açıqlamaq istəyirəm. Bunun birincisi öz xidməti vəzifəsindən sui istifadə edərək müxbir üzv mərhələsini keçmədən birbaşa akademik seçilmiş Ramiz Mehdiyev, ikincisi isə ona göstərdiyi müxtəlif xidmətlər müqabilində müxbir üzv seçilmiş Bəxtiyar Əliyev idi. Akademiyanın təcrübəli bir həqiqi üzvü kimi, eyni zamanda həmin seçkilərdə say komissiyasının üzvü olmuş bir alim kimi bəlkə İsa Həbibbəyli desin ki, Bəxtiyar Əliyevin elmə töhfə  verən hansısa kitabın, əsərin məqaləsin və sair oxuyub. Professor  Əkbər Bayramov kimi böyük bir alim dura-dura, orta səviyyli, elmdə elə bir diqqətəlayiq nəticələri olmayan Bəxtiyar Əliyevi Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçmək akademik əxlaqsızlıq idi.

Ziyalılıqdan məmurluğa doğru

Digər tərəfdən, son 100-150 ildə dünyanın oturuşmuş 3 elmi mərkəzi vardır: Oksford, Kembric və Harvard. Dünyanın 5 ölkəsində 15 elmi monoqrafiyası çıxan Cəmil Həsənli bu üç elmi mərkəzin ikisinin (Oksford və Harvard) hər birində Azərbaycanın tək tarixi ilə deyil, həm də taleyi ilə bağlı 450- 500 səhifəlik iki monoqrafiya nəşr edirib, Azərbaycan Akademiyasının müxbir üzvlüyü üçün lazım olan səsi toplaya bilmir, elə həmin ixtisas üzrə Naxçıvanda yenicə doktorluq müdafiəsi etmiş orta səviyyəli bir kitabın və iki broşuranın müəllifi olan Vəli Baxşəliyev Ziyad Səmədzadə, İsa Həbibbəyli və İsmayıl Hacıyevdən ibarət olan say komissiyasında lazım olan "miqdarda" səsi toplayır. Ziyalılıqdan məmurluğa doğru yüksəlib öz vicdanı ilə xısın-xısın, pıçıltı ilə danışanda adam tədricən belə böyük həqiqətləri görmür, vicdanı tamam-kamal susanda isə görmək istəmir. Yəqin ki, İsa Həbibbəyli "Elmi mühitə obyektiv baxış naminə" vicdanın bir az işlək vəziyyətə gətirəcəkdir.

ardı var

 

Категория: Azərbaycan | Просмотров: 1819 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus