Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2012 » Апрель » 21 » İlya Zemtsov: “Partiya, yoxsa mafiya? Oğurlanmış respublika - Azərbaycan” (IV yazı)
16:04
İlya Zemtsov: “Partiya, yoxsa mafiya? Oğurlanmış respublika - Azərbaycan” (IV yazı)
Azərbaycan mafiyası 70-ci illərdə

(əvvəli ötən saylarımızda)


Səfalət içində yaşayan insanlar özlərinə od vurub yandırırdılar

Respublika başçılarının hər biri Moskvada özünə bir "dayı” tuturdu


Asan qazanc yanğısı, bəlkə də partiya rəhbərlərinin acgözlüyünün havası ilə yaşamaq Azərbaycanı dözülməz hala salmışdı; himayəçilik, yerlibazlıq baş alıb gedirdi. Qadınlar ərlərini vəzifəyə dəyişirdilər, dövlət problemləri ailə əhatəsində həll edilirdi. Ölkə çoxdan vəzifə-qohumluq iyerarxiyasına görə təsir dairəsinə bölüşdürülmüşdü. Rüşvətxorluq, hər şeyin alınıb satılması həyat tərzinə çevrilirdi. Bütün bunları ölkədə hamı bilirdi, bütün bunlardan hamı danışırdı. "Partiyanın ağıl və vicdan olduğu” iyulun 14-də yada düşəcəkdi, həmin gün Axundov başqa işə keçiriləcəkdi...

Bir an yaşlı bir qadın polislərin əlindən çıxaraq özünü Axundovun qarşısına atır. Dizləri üstünə çökür, imdad istəyir. 11 nəfərlik ailə 15 ildir zirzəmidə yaşayır. Uşaqlar malyariya xəstəliyinə tutulub. 92 yaşlı qocasının ayaqları tutulub.

Hamı ürəyi yumşaq Axundovdan və hər şeydə mənfəət güdən ətrafından, onu necə aldatmağından danışırdı. Elə bilirdilər ki, Axundovla görüşsələr yamanlığın yerini ədalət tutacaq. Amma çox vaxt ədalət xalqdan qaçırdı, necə deyərlər, arxa qapıdan gedirdi. Bəzən də milis onları qovurdu ki, ədalətə əlləri çatmasın, onun özü ilə deyil, xəyalları ilə yaşasınlar. Bir dəfə Gəncədə Axundovun maşınına hücum etmişdilər. Maşında mühafizəçi Əsgər oturmuşdu. Bir daha aldanmış adamlar yenə küçələrə düşüb ədalət sahibini axtarmışdılar. Əsgərsə gülümsəyərdi. Hökumət "Çayka”sında mühafizəçi gəzirdi, "Volqa”da - Axundov. Əsgər vəzifəsini yerinə yetirirdi, heç kimin qarşısında öyünmürdü. Bilirdi ki, bir gün mükafatlandıracaqlar. 34 yaşında polkovnik  leytenantdı, partiya məmuru olmaq barədə düşünürdü. Niyə də düşünməsin? Əvvəlki mühafizəçi Sadıxov Nazirlər Soveti sədrinin müavini təyin olunmuşdu.

Kazinoda uduzmaqla özünə hörmət qazanırdı


Azərbaycan KP MK katiblərinin hər birinin Moskvada öz himayəçisi vardı. Axundovun adamı Kirilenko idi. Üçüncü katib Cəfərovu Trapeznikova himayə edirdi. Seyidovun adamı Polyanskaya, Nazirlər Soveti sədri Əlixanovun arxasında Mazurov, ikinci katib Kozlovu Kapitonov, Ali Sovetin sədri M.İsgəndərovu Orqanov himayə edirdi. Sənaye üzrə katib Əmirovun bir neçə şefi vardı: Dövlət Plan Komitəsində Baybakov, Nazirlər Sovetində Mazurov, Sov.İKP MK-da Pavlov. Buna görə də Əmirova qarşı Moskvada daha isti münasibət göstərilirdi. Onun doktorluq işini müdafiə etmədən təsdiqlədilər, istədi, Lenin mükafatı verdilər. Paxıllığını çəkənlər deyirdilər ki, Əmirovun gücü bilyarddadır. Bacarıqsız oynayır, həmişə uduzur. Mərc pulu qoyanda xəsislik etmir. Ən azı 2-3 min qoyur. Çünki həmişə yetərli adamlarla oynayırdı, Sov.İKP MK işlər müdiri Georgi Pavlovla, şöbə müdirləri Frolov və Buşevlə, Plan Komitəsinin sədri Baybakov və başqaları ilə. Bilərəkdən uduzmaq Əmirovun kəşfi idi və bu yolla Kremlin ortabablarına "çörək pulu”  verirdi.

Zemtsov yazır: Bu partiya bosslarının arasında ən çox istənilən Baybakov idi. Azərbaycanda hamı onu bakılı hesab edirdi. Dara düşən onun yanına qaçırdı. Baybakovun qapısı və qəlbi bu "sevimli” bakılıların üzünə həmişə açıqdı. Azərbaycanda birinci katiblər, nazirlər dəyişirdi, köhnələr gedir, yenilər gəlirdi. Amma hamının yolu Baybakovun evindən, bağından düşürdü. Bu əliaçıq məmurlar onun əntiq əşyalar dolu otağını yeni eksponatla zənginləşdirirdilər. Özü də yarışa çıxırdılar, daha qiymətlisini hədiyyə edirdilər. Baybakovun adı da Lenin mükafatına namizədlər siyahısına yarınmaq məqsədi ilə salınmışdı. Bu mükafatı alan Plan Komitəsinin sədri daha çox bakılı olmaq üçün can-başla çalışırdı.

İnsanlar növbələrdə can verirdilər, zirzəmidə dünyalarını dəyişirdilər, kommunist nökərlər isə ağayana bəxşişlərlə qapı ağzında növbə gözləyirdilər. Xalqla rastlaşmasınlar deyə mühafizəçini öz yerində oturdub, dal qapıdan qaçırdılar. Bəs bu hədiyyələr, bəxşişlər, yaltaqlıqla bilyardda uduzdurulan pullar haradan gəlirdi? Partiya büdcəsində belə hallar üçün vəsait ayrılmamışdı. Bu münasibətlər ayrı-ayrı məmurlardan, heç respublikalardan da asılı deyildi; bu, SSRI-də vəzifəliyə yarınmaq prinsipiydi, illərlə formalaşmışdı. Mərkəzi Komitənin, yaxud Nazirlər Sovetinin nomenklaturası olan vəzifəni tutmaq üçün qabiliyyət və savad, elmi dərəcə hər şey deyildi. Bunun üçün sədlər aşmaq fərasətin olmalıydı. Hakimiyyətdə daha çox qalmaq üçün mənliyi, prinsipi olmayan nökər rolu oynamalısan...

Bütün ümumiləşdirmələr şərtidir. Yaddaşımda vicdanlı məmurlar da qalıb. Çox az olan bu adamlardan biri də Ali və Orta Təhsil naziri Qurban Əliyev idi. Onunla uzun illər ünsiyyətdə olmuşdum. Amma bir məsələni başa düşə bilmirdim. Bu peşəkar partiya işçisi əlini korrupsiyaya, büdcədən oğurlamağa bulaşdırmadan necə yaşaya bilmişdi? Özümü inandırmağa çalışırdım ki, hiyləgərliklə cildə girmək (qılaflanmaq), özünü ağıllı yırtıcı kimi göstərmək, məqam gözləməkdir. Amma Qurban Əliyev mənim yaddaşımda xeyirxah işlər görən təmiz bir adam kimi qaldı.

İqtisadi cinayətlər zənciri. Oğurlanmış 250 milyon nəfər


Azərbaycanda təkbaşına iqtisadi cinayət törətmək mümkün deyildi. Cinayətkar dairəyə minlərlə adam cəlb edilirdi; burda anbardardan nazirə, briqadirdən katibə qədər hamı iştirak edirdi.

Artıq sovet cəmiyyəti çevikliyini itirib, laxtalanıb və durğunluq dövrünü yaşayır. Ondan mənəviyyatlı bir forma  yaratmaq mümkün deyil. İnsanlar özlərini ümumi işin tərkib hissəsi hesab etmirlər, onlar nəticələrə görə burdan uzaqlaşdırılıblar. İndi insanı öz vicdanı ilə əməliyyat aparmaqdan çəkindirən bir şey qalmayıb. İdeallar gülüş mənbəyidir, söz dəyərdən düşüb, məzmunsuz səs toplumuna çevrilib. Yeganə qiymətləndirmə mənbəyi puldur, o insanın imkanlarını güclə əridir, məğrurluğunu və sabitliyini əlindən alır. Sovet cəmiyyəti tək-tək oğurlanmış 250 milyon nəfərdir, onların bu sədləri aşmaq, qanunu qanunsuzluqdan fərqləndirmək imkanları var. Cəmiyyət real bir dilemma - yoxsulluq qarşısında qalıb (Əmək haqqı ilə yalnız sürünmək mümkündür). İqtisadçılar çəkinə-çəkinə hesabladıqlarına görə ölkədə yaşamaq üçün minimum 92 manat 50 qəpik lazımdır. SSRİ-də əhalinin orta gəliri 53 manatdır. Tox yaşamağın yolu cinayətlərdən keçir. Acından ölməmək üçün insanlar bu yolu seçirlər. Kiminçünsə oğurlamaq cinayətdirsə, özümü niyə yaddan çıxarım prinsipə çevrilir.

Belə bir təcrübəyə diqqət yetirək. Bakı 1970-ci il. Sex rəisi Daşdəmirov. Boya istehsalı sexi. Bu sexdə cinayətin törədilməsi ardıcıllığını izləyək. Boyanın hazırlanması üçün ağ boyaq, bitki yağı lazımdır. Sex rəisi bunları keyfiyyətsiz surroqatlarla,- təbaşir və assidolla dəyişir. Nəticədə məhsulun maya dəyəri 30 dəfə aşağı düşür. Cinayət törətməyin yolu tapılıb. Qalır bu surroqatları tapmaq. Daşdəmirov xammal almaq üçün Yaroslavla gedir. 2-3 manat rüşvət verməklə Bakıya 500 ton saxta əvəzedici gətirir. Nəticədə 300 ton əvəzinə 600 ton boya istehsal olunur. Plan 120 faiz yerinə yetirilir. Yerdə qalan sənədlərlə mağazalara verilir. Pulun 20-25 faizi mağaza müdirində qalır, qalanı nağd şəkildə sex rəisinə verilir.

"Rəngli” korrupsiya əməliyyatları


Rəngin maya dəyəri neçəyə başa gəlirdi? Hesabladıq. Bir litri 2 rubla satılırdı. Hər ay sexdə 300 ton əlavə boya istehsal edilirdi. Bu da ən azı 600 min rubl deməkdi. Rəngin sexdən mağazaya göndərilməsi sxemini aşkarlamaq mümkün deyildi. Hər şey sənədləşdirilirdi. Ən səlahiyyətli komissiya belə bu cinayətin üstünü aça bilmirdi. Azərbaycanda pambıq, digər kənd təsərrüfatı məhsulları, neftin özü də bu sxemlə saxtalaşdırılır, gizli satılır, rəqəmlər şişirdilirdi. Saxta planlar bu yolla həyata keçirilirdi. Eyni nömrəli qaimə ilə başqa tarixlə də mağazaya mal göndərilirdi.

Boya satılan kimi mağaza qaimələri sexə qaytarırdı və sənədlər məhv edilirdi.

(ardı var)           

Hazırladı: Surxay Hüseynli


Категория: Azərbaycan | Просмотров: 1628 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus