Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2012 » Апрель » 19 » İtaət azadlığı
21:02
İtaət azadlığı
Əlbəttə, vaxt gələcək, rejim dəyişəcək və onda söhbətlər də, davranışlar da başqa olacaq. O vaxt zavallı insanlara Bənəniyarda, Sulutəpədə, Hökməlidə, Sabirabadda... divan tutanlar başqa cür danışacaqlar. Bütün bu işgəncə verən polislər, mitinq dağıdan mülki geyimlilər, günahsızları həbsxanaya dolduran prokurorlar və hakimlər, yolda sürücüləri döyən nəqliyyat qoçuları, evləri insanların başına uçuran şirkət çinovnikləri həmin vaxt xorla təkrarlayacaqlar: "Biz nə edə bilərdik ki?”

Həmin vaxt onlar yazıqlaşmış sifətləri, yalvaran gözləri ilə poz verib "Ümumiyyətlə, biz çox yaxşı və yumşaq adamlarıq. Heç pişiyi də incitmirik, toyuğa da daş atmırıq. Mənfur rejim bizi məcbur edirdi” söyləcəyəcəklər. Və inandırım sizi - nəinki salamat qalacaqlar, hətta mövqelərini də itirməyəcəklər.

Çünki, bu gedişlə indiki qeyri-insani rejimin məhz insani quruluşla əvəzlənəcəyi şansı cüzi görünür. Zombiləşdirilmiş, debilləşdirilmiş, əxlaqi dəyərləri bir qarın çörəyə qurban vermiş toplumun sabahı da işıqlı görünmür. Bu əclaflar isə hər bir qeyri-insani rejimə gərəklidirlər, onlar rejimlərin həm özülü, həm sütunudurlar.

***
Bu yaxınlarda vəfat etmiş Sovet kəşfiyyatçısı Leonid Şebarşin xatirələrində ("Sovet kəşfiyyatı rəhbərinin qeydləri”) oxşar ssenarinin İran inqilabından sonra necə reallaşdırıldığını təsvir edib. Həmin vaxt o, İranda idi və illərlə orada çalışıb, hətta 20 yaşlı qızı Moskvada vəfat edərkən dəfnə də gələ bilməyib.

Qəddarlıqda Düvalyenin tonton-makutlarını və Pioneçet faşistlərini geridə qoyan qorxulu SAVAK-ın kadrlarından yalnız 10 faizi layiq olduğu cəzanı aldı. Onların da əksərini gözü qızmış kütlə inqilab günlərində Linç etdi. Bəs qalanları? Qalanları yeni rejimə xidmətə keçdi. Şah dövründəki əməllərini ayətollaların hakimiyyətində davam etdirdi. Elə "Evin” həbsxanasında da bir şey dəyişmədi - antişah inqilabçıların yerini Sol inqilabçılar tutdu.

SAVAK başkəsənlərinin "alibi”si vardı - onlar hakimiyyətin əmrini yerinə yetirirdilər. Necə yerinə yetirdikləri də bəllidir. Rışard Kapuşinski "Şahənşah” kitabında yazırdı: "SAVAK-ın pəncəsinə keçib birdəfəlik yoxa çıxmaq üçün heç bir səbəb lazım deyildi”. Necə də 21-ci əsr Azərbaycanına bənzəyirmiş şah İranı...

***
Eynilə nasist caniləri etdikləri bütün amansız cinayətləri əmrə tabe olduqlarından, yəni, nümunəvi kadr imicini qorumaq üçün etdiklərindən dəm vururdular. Hitler canidir, Klaus Barbye isə yox - həmin məntiqdən bu nəticə çıxır.

Ancaq yenə də nasist caniləri ilə bu günkü dövlət terrorunun ifaçıları arasında fərq var və ən kədərlisi - həmin fərq nasistlərin xeyrinədir. Nasistlər hərbi əmri yerinə yetirirdilər və müharibə gedirdi, icra olunmayan əmrə görə müharibə dövrünün qanunlarına uyğun olaraq bir hərbçi kimi cavab verməliydilər. Yəni, itaətsizlik - edam deməkdi. Azərbaycanda isə müharibə getmir və hərbi əmrlər (o əmrlər ki, müzakirə olunmamalıdır) verilmir. Burada özünü sivil adlandıran hakimiyyət öz vertikalı ilə aşağıya, çinovniklərinə "Əz!” əmri verir. Bu əmri yerinə yetirməyəni edam gözləmir.

İcradan imtina edəni rüşvət almamaq, xalqı soymamaq və əzməmək şansı gözləyir. Yəni, adam olmaq şansı. Ancaq adam olmaq istəyən yoxdur.

İcraçılar "Ailəmiz, övladlarımız üçün edirik” deyirlər. Nə murdar bəhanə! Kanniballar, siz ailənizə insan əti yedizdirirsiz. Siz övladlarınızı özünüz kimi kölə, qorxaq, sırtıq, vəhşi, bütün etik-mənəvi dəyərlərdən məhrum heyvan kimi böyüdürsüz. Siz günorta Sulutəpədə insanları evsiz qoyub axşam övladlarınıza atalıq hisslərindən danışırsız. Və siz adam kimi qalmağınızın yeganə şansını - bu hakimiyyətin qeyri-insani əmrlərinin icraçısı olmamağı - ironiya ilə qarşılayaraq buna lağ edirsiz.

"Qaranlıq dövrlər”də insanlıqdan danışmaq sadəlövhlük kimi görünür, deyilmi? Onda davam edin. Və sürücüdən rüşvət alarkən cəmisi 1 saat əvvəl həmin sürücünün təkərləri altında bütün ailəsinin qırıldığından xəbərsiz olan polis işçisinin misalını öz üzərinizdə ölçün...

Məmməd SÜLEYMANOV

Категория: Azərbaycan | Просмотров: 1490 | Добавил: admin | Рейтинг: 5.0/2
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus